Search

Taedium Vitae

Month

February 2016

Lilit Əfsanəsi

Lady-Lilith.jpg
“Xanım Lilit” Dante Qabriel Rozetti

İnsanlığın hekayəsi Adəm və Həvva ilə başlayır, deyilmi? Qədim bir yəhudi əfsanəsinə görə isə bu hekayə Adəmlə Həvvadan öncəsinə dayanır. Yəni Adəmin ilk zövcəsi Həvva yox, Lilit adında bir qadındır. Lakin tarix boyu gizlincə aramızda dolaşıb, hər qadın-kişi münaqişəsində özünü göstərsə də onu çox az tanıyırıq. Haqqında danışılan əfsanə belə başlayır: Tanrı torpaqdan Adəm ilə Liliti yaradır. Xoşbəxt yaşasınlar deyə onları cənnətdə yerləşdirir, amma bu insan cütlüyü heç cür dinclik tapa bilmir. Problemlərimi? Zəmanəmizin cütlüklərinin problemlərindən fərqli deyil. Adəm münasibətdə hər daim söz sahibi olmaq istəyir, ancaq Lilit buna qarşı çıxır.

Xüsusən cinsi əlaqə əsnasında Adəmin hər zaman üstdə olmasını təhqiredici sayaraq buna etiraz edir. Özünün də Adəm kimi torpaqdan yaradıldığını, yəni bərabər olduqları fikrini müdafiə edir. Adəm isə özünü bağışlayan, bərəkətli səma, Liliti də məhsuldar torpağa bənzədərək bu cür birləşməkdə israr edir.  Adəm tutumunda israr etdikdə, Lilit birlikdə yaşamaqlarının çətin olacağına qərar verib Tanrının deməməsi gərəkən adını anaraq göyə doğru yüksəlir. Sahib olduğu imkanlardan imtina edən Lilitin yeri artıq rədd edilmişlərin arasındadır. Ətrafındakı cinlərlə və cinlərin kralı Samael (Şeytan) ilə əlaqəyə girir və onlardan uşaqlar dünyaya gətirir.

Continue reading “Lilit Əfsanəsi”

Döyüş Və Döyüşçülər Üzərinə | Fridrix Nitsşe

Nietzsche.gifNə ən yaxşı düşmənlərimiz əsirgəsin istəyərik bizi, nə də can­dan ürəkdən sevdiklərimiz, elə isə doğrunu söyləyək sizə!
müharibə qardaşlarım mənim! Sizi candan ürəkdən sevərəm, mən həmişə sizdənəm. Və sizin ən yaxşı düşməninizəm. elə isə doğrunu söyləyək sizə!
Ürəklərinizdəki nifrəti və qısqanclığı bilirəm. Nifrəti və qısqanclığı tanımayacaq qədər böyük deyilsiniz. Bunlardan utanmayacaq qədər böyük olun heç olmasa!
Məlumat çatmışları olmaq əlinizdən gəlmirsə, heç olmasa məlumat döyüşçüləri olun. Onlar, bu cür çatmışlığın yoldaşları və qabaqcıllarıdırlar. Bir çox əsgər görürəm: bir çox döyüşçü görə bilsəm kaş ki! «Forma» deyirlər geydiklərinə: heç olmasa formanın gizlədiyi forma olmasa!
Gözü həmişə düşmən axtaran kəslər olmalısınız, öz düş­məninizi. Və kiminiz ilk baxışda nifrət edər.
Öz düşməninizi axtarmalısınız, öz müharibənizi açmalısız, və öz düşüncələriniz uğruna! Düşüncələriniz məğlub olsa belə, dürüstlüyünüz zəfər qışqırığı atmalıdır bunun üçün!
Siz sülhü, yeni müharibələrin vasitəsi olaraq sevməlisiniz, və qısa sülhü, uzunundan daha çox sevməlisiniz.

Continue reading “Döyüş Və Döyüşçülər Üzərinə | Fridrix Nitsşe”

Franz Kafka – Atama Məktub (Brief an den Vater)

12670213_1039521326105890_7591021187695724411_n“Əziz ata

Bu günlərdə səndən qorxduğumu iddia etməmin səbəbini soruşmuşdun. Hər zaman olduğu kimi, verəcək heç bir cavab tapa bilmədim, qismən sənə qarşı olan qorxum ucbatından, qismən də bu qorxuya bəraət qazandırmaq məqsədilə danışarkən toplaya biləcəyimdən daha çox detal gərəkdiyi üçün…”

Franz Kafka 1919-cu ildə istirahət etmək üçün getdiyi Schelesen’de Julie Wohryzek adlı bir qızla tanış olub nişanlandı. Həmin il qələmə aldığı “Atama Məktub” yazıçının bu nişana qarşı çıxan atası Hermann Kafka’ya cavabıdı. Kafka’nın nəşr etmək məqsədilə deyil,atasıyla bağlı duyğu və düşüncələrini dilə gətirmək üçün yazdığı, amma heç göndərmədiyi bu məktub həm Kafkanın həyat hekayəsinə aydınlıq gətirmək,həm də bəzi yolçularının ipuclarını toplaması baxımından böyük dəyər daşıyır.

Franz Kafka 1919-cu ilində keçirdiyi ağır qrip,vərəmi olduqca pisləşincə,1919-cu ildə istirahət etmək üçün getdiyi Schelesen’də Julie Wohryzek adlı bir qızla tanış olub nişanlanır. Həmin ildə qələmə aldığı “Atama Məktub” (Brief an den Vater) yazıçının bu nişana qarşı çıxan atası Hermann Kafkaya cavabıdı.

Kafkanın yayınlamaq məqsədilə deyil, atası ilə bağlı duyğu və düşüncələrini dilə gətirmək üçün yazdığı, amma heç göndərmədiyi 100 səhifəlik bu məktub həm Kafkanın həyat hekayəsinə aydınlıq gətirməsi, həm də bəzi cığırlarının izlərini saxlaması baxımından böyük dəyər daşıyır. Kafkanın bütün əsərlərini günümüzə çatmasını təmin edən Max Brodun gün işığına çıxardığı və yazıçının toplu əsərləri arasında yer alan “Atama Məktub” Kafkanın atasını həm alçaltdığının, həm də ona heyranlıq duyduğunun sənədidir. Məhkəmə’nin son kəlimələrini yenə bu itirilmiş ata-oğul münasibətindən yola çıxaraq yazacaq, atasına və özünə duyduğu inamı itirdiyini: “…sanki utanc onun ardından da varlığını davam etdirəcək” cümləsiylə ifadə edəcəkdi.

Continue reading “Franz Kafka – Atama Məktub (Brief an den Vater)”

“Mədəniyyət böhranının öhdəsindən gəlmək haqqında”

12670303_1040661965991826_3724831606650611318_nOxucuların diqqətinə anarxist-psixoanalitik Otto Qrossun, hələ Vilhelm Reyx, Erix Fromm, Qerbert Markuze və Ronald Leynqdən öncə psixoanalizin inqilabi potensialından bəhs edən klassik məqaləsini təqdim edirik.
Məqaləsində Otto Qross “öz və özgə arasında, anadangəlmə və təlqin edilmiş arasında, qazanılmış və yeridilmiş olan arasında”kı qarşıdurma haqqında, “avtoritetin individuallığın daxili dünyasını zəbt etməsi” münaqişəsinin faciəvi məzmunu haqqında, və şüuraltı psixologiyasının “şüurun özündə olan üsyanın fermenti olub, individuallığı şüuraltının əsirliyindən xilas etmək məqsədi daşıması” haqqında yazır. Bu məqalə, insanları daxilən azadlıq qavrayışında bacarıqlı etməklə, inqilabın carçısı olmaq üçün nəzərdə tutulmuşdur. Qrossa görə, inqilabçı, şüuraltı psixologiyasından baş çıxarmalıdır, ona bunu öyrətmək lazımdır. Bu barədə öz mülahizələrini o, “İnqilabçının funksional ruhi tərbiyəsi haqqında” məqaləsində təqdim etmişdir. Frans Yunqun vasitəçiliyi ilə Xausman, Qrossun fikirlərinə yiyələnib, onların təbliğatçısı hesab edilə bilər. Sonralar Xausman “qrossistlər” ilə söhbətlər əsnasında çıxartdığı nəticələrlə bu əsas fikri formalaşdırmışdır : Otto Qross anladı ki, kişinin hökmranlıq etdiyi ailədə, uşaq, “öz və özgə arasında” olan münaqişənin ağrılı dərkini nəzərdə tutan, basqıya qarşı yönələn davranış tərzini müəyyənləşdirməlidir. Xəstə komplekslərdən azad olmanı Qross, Freyd kimi psixoterapiyada deyil, “ataxaqanlığ”ın zülm və hökmranlıq prinsipləri ilə qurulmuş dünyasının patoloji əlamətlərinin aradan qaldırılmasında görürdü.

“Mədəniyyət böhranının öhdəsindən gəlmək haqqında”

Bu sətirlər (gecikmiş) Landauerin “Sosialist”ində psixoanalizə və təbii olaraq, mənə qarşı hücumlarına, hansılar ki cavabsız qalmışdılar, cavabdır.Belə ki, cənab Landauer mənim məqaləmin nəşrindən imtina etmişdi. Bu gün mən yalnız onun hücumlarının məğzi üzərində dayanacağam. Şəxsi məsələlərə qaldıqda isə, yalnız bunu deyə bilərəm : “Qustav Landauer həqiqəti çirkincəsinə təhrif etmişdir”
Psixoanaliz isə, mənim Frans Yunqla birgə, iyun ayında ilk nömrəsini nəşr etməyi planlaşdırdığım dərgi səhifələrində təbliğ olunmağa davam edəcəkdir.
Altşüur psixologiyası elə inqilab fəlsəfəsinin özüdür ki var, o, şüurun özündə olan üsyanın fermenti olub, individuallığı şüuraltının əsirliyindən xilas etmək məqsədi daşıyır. O, insanları daxilən azadlıq qavrayışında bacarıqlı etməklə, inqilabın carçısı olmaq üçün nəzərdə tutulmuşdur.

Continue reading ““Mədəniyyət böhranının öhdəsindən gəlmək haqqında””

Dəyərsizlik duyğusu

engin-gectanİnsan təbiət qüvvələrinə və bəzi heyvan növlərinə nəzərən zəif bir varlıqdır, bu səbəbdəndir ki, hər insanın mövcudiyyətində əskiklik duyğusu vardır. İnsan körpəlik dönəmindən bəri həyatına çarəsizlik içində başlayır. O, uşaq ikən güclü böyüklər arasında yaşayan gücsüz bir varlıqdır. Sonrakı həyatı boyunca daha əvvəl ona hökmranlıq edən insanlar və təbii qüvvələr üzərində üstünlük qazanmaq və gücünü isbat etmək üçün səy göstərər. Çox zaman isə bununla da kifayətlənməz, qüsursuz bir varlıq olmağa çalışar.

İnsanın dünyaya gəlişi ilə yaşanmağa başlanan və ömür boyu davam edən bu duyğu universaldır, çünki təbiətdəki bütün varlıqlar mənfi vəziyyətdən müsbət vəziyyətə keçmək üçün davamlı mücadilədədir. İnsandakı əskiklik duyğusu da fərdin inkişafı və insanlığın təkamülü üçün vacib bir təkandır. Amma çoxumuz bu duyğunun varlığını inkar etməkdəyik. Çünki əskiklik, cəmiyyət dəyərlərinə görə arzuedilməz bir haldır.

Bu səbəblə, çatışmayan cəhətlərimizi ancaq bəzi hallarda üzləşdiyimizdə qəbul edərik. Əskiklik duyğusu yaratdığı narahatlığa rəğmən yaşanması qaçınılmaz hadisədir. Üstəlik insanın həyatını davam etdirə bilməsi və inkişaf edə bilməsi üçün zəruridir, çünki əskikliyin fərqinə varmaq insanı qıcıqlandırar və hərəkətə keçirər.

Dəyərsizlik duyğusu isə yuxarıda təsvir edilən və normal hal olan əskiklik duyğusundan çox fərqlidir. İnsanı hərəkətə və yaratmağa qıcıqlandırmadığı kimi, çıxılmaz vəziyyətin yaranmasına da səbəb olar. Dəyərsizlik duyğusu, bir insanın özünü digər insanlardan daha dəyərsiz bir varlıq olaraq qavraması mənasına gəlir və başlanğıcını uşaqlıq illərindən götürür. Bir uşağa dəyər verilməməsi onu xüsusi haqqları olan müstəqil bir varlıq olaraq tanımama mənasına gəlir. Bir insana dəyər vermək onun həqiqətlərini anlamağa çalışmaq və onu olduğu kimi qəbul edə bilməkdir, lakin bir çox insan digər insanlara dəyər verdiyini zənn edərək əslində öz narsist ehtiyaclarını doyurar.

Özünə dəyər verilməmiş bir insan başqasına dəyər verə bilməz. Bunu sonradan öyrənə bilməsi də ancaq özünə dəyər verməyə başladıqdan sonra yaranan qarşılıqlı prosesdir. Bir başqa deyişlə, insan özünə dəyər verə bildiyi dərəcədə başqalarına da dəyər verər; digər insanlara həqiqi mənada dəyər verdiyini hiss etdikcə özünü də dəyərli hiss edər. Yoxsa bir insanı göylərə qaldıraraq özünü alçaltmaq, nə ona, nə də özünə dəyər verməkdir. Üstəlik belə bir vəziyyət dəyərsizlik duyğularının ardında yatan düşməncə meyillərin və günahkarlıq duyğularının daha da güclənməsinə səbəb olur.

Continue reading “Dəyərsizlik duyğusu”

Create a free website or blog at WordPress.com.

Up ↑

%d bloggers like this: