12670303_1040661965991826_3724831606650611318_nOxucuların diqqətinə anarxist-psixoanalitik Otto Qrossun, hələ Vilhelm Reyx, Erix Fromm, Qerbert Markuze və Ronald Leynqdən öncə psixoanalizin inqilabi potensialından bəhs edən klassik məqaləsini təqdim edirik.
Məqaləsində Otto Qross “öz və özgə arasında, anadangəlmə və təlqin edilmiş arasında, qazanılmış və yeridilmiş olan arasında”kı qarşıdurma haqqında, “avtoritetin individuallığın daxili dünyasını zəbt etməsi” münaqişəsinin faciəvi məzmunu haqqında, və şüuraltı psixologiyasının “şüurun özündə olan üsyanın fermenti olub, individuallığı şüuraltının əsirliyindən xilas etmək məqsədi daşıması” haqqında yazır. Bu məqalə, insanları daxilən azadlıq qavrayışında bacarıqlı etməklə, inqilabın carçısı olmaq üçün nəzərdə tutulmuşdur. Qrossa görə, inqilabçı, şüuraltı psixologiyasından baş çıxarmalıdır, ona bunu öyrətmək lazımdır. Bu barədə öz mülahizələrini o, “İnqilabçının funksional ruhi tərbiyəsi haqqında” məqaləsində təqdim etmişdir. Frans Yunqun vasitəçiliyi ilə Xausman, Qrossun fikirlərinə yiyələnib, onların təbliğatçısı hesab edilə bilər. Sonralar Xausman “qrossistlər” ilə söhbətlər əsnasında çıxartdığı nəticələrlə bu əsas fikri formalaşdırmışdır : Otto Qross anladı ki, kişinin hökmranlıq etdiyi ailədə, uşaq, “öz və özgə arasında” olan münaqişənin ağrılı dərkini nəzərdə tutan, basqıya qarşı yönələn davranış tərzini müəyyənləşdirməlidir. Xəstə komplekslərdən azad olmanı Qross, Freyd kimi psixoterapiyada deyil, “ataxaqanlığ”ın zülm və hökmranlıq prinsipləri ilə qurulmuş dünyasının patoloji əlamətlərinin aradan qaldırılmasında görürdü.

“Mədəniyyət böhranının öhdəsindən gəlmək haqqında”

Bu sətirlər (gecikmiş) Landauerin “Sosialist”ində psixoanalizə və təbii olaraq, mənə qarşı hücumlarına, hansılar ki cavabsız qalmışdılar, cavabdır.Belə ki, cənab Landauer mənim məqaləmin nəşrindən imtina etmişdi. Bu gün mən yalnız onun hücumlarının məğzi üzərində dayanacağam. Şəxsi məsələlərə qaldıqda isə, yalnız bunu deyə bilərəm : “Qustav Landauer həqiqəti çirkincəsinə təhrif etmişdir”
Psixoanaliz isə, mənim Frans Yunqla birgə, iyun ayında ilk nömrəsini nəşr etməyi planlaşdırdığım dərgi səhifələrində təbliğ olunmağa davam edəcəkdir.
Altşüur psixologiyası elə inqilab fəlsəfəsinin özüdür ki var, o, şüurun özündə olan üsyanın fermenti olub, individuallığı şüuraltının əsirliyindən xilas etmək məqsədi daşıyır. O, insanları daxilən azadlıq qavrayışında bacarıqlı etməklə, inqilabın carçısı olmaq üçün nəzərdə tutulmuşdur.


Dəyərlərin yaxın zamanlarda baş verməli olan görünməmiş yenidən qiymətləndirməsi, artıq bu gün Nitsşe təliminin meydana gəlməsi ilə, Z.Freydin psixoanaliz texnikası adlı kəşfi ilə başlayır. Bu texnika, ilk dəfə olaraq, altşüuru empirik qavrama üçün azad etməyin praktiki üsulunu özündə əks etdirir, yəni, bizim özümüzü dərk etməmizə şərait yaradır. Beləliklə, özün və yaxınların barədə həqiqi biliklərin əxlaqi imperativinə əsaslanan yeni etika əmələ gəlmiş olur.
Bu yeni olan “həqiqətin dərkinin labüdlüyü”ndə ən gözəl cəhət odur ki, sən demə, bu günə kimi mahiyyətin özü barədə, ən əsası, sualların qeyri-adi dəyərləri barədə – bizim varlığımız, daxili aləmimiz, özümüz, insan barədə heç nə bilmir və hətta bunlar barədə suallar vermək vəziyyətində belə olmamışıq. İndi biz bilirik ki, hər bir insan, bizim hər birimiz ruhi şəxsiyyətimizin yalnız cuzi bir hissəsinə sahib olub, ondan yararlanırıq.
Əgər ümumi funksionallığın, qavramanın bütünlüyü pozulubsa, demək, altşüurun ayrılması baş verib, hansı ki, şüuru idarə etməyi dayandırıb, heç bir özünüqavramaya tabe olmur.Bu, istisnasız olaraq bütün psixikalara şamil olunur.
Mən Freydin üsulu və bu üsulun tətbiqinin əməli nəticələrinin bilinən olmasından yola çıxıram. Freydə görə ruhsal həyatın məqsədəuyğunsuzluğu və çatışmazlığı, gərgin münaqişə yaradan və emosional xarakter daşıyan daxili narahatlıqların,hansı ki, nə zamansa – əsasən, erkən uşaqlıq çağlarında – həlli mümkün olmayan kimi görünən fasiləsiz, daxili özünüdərkdən təcrid olunmuş və həmin andan bu yana altşüur sahəsindən təzadlı motivlər şəklində nəzarətsiz dağıdıcı təsirini göstərməyə davam etməkdədir. Mən hesab edirəm ki, təcridetmənin həyata keçməsində seksual momentlər yox, məhz daxili münaqişə daha vacib rol oynayır. Seksuallıq sonsuz daxili münaqişələr üçün universal səbəb kimi , ancaq öz-özlüyündə deyil, dəyərlər, iradə və reallıqla daimi qarşıdurmada olan seksual əxlaqın obyekti qismində çıxış edir.
Məlum olur ki, bu münaqişələrin mahiyyəti, öz və özgə arasında, anadangəlmə və təlqin edilmiş arasında, qazanılmış və yeridilmiş olan arasındakı qarşıdurmalar kimi, geniş prinsipə əsaslanır.
Bu, individual və onun daxili dünyasını zəbt etmiş avtoritetlə münaqişə, bir qayda olaraq, uşaqlıq dövrünün faciəvi məzmunudur.
Şəxsiyyət nə qədər zəngin, özünəməxsusluq nə qədər möhkəmdirsə, münaqişə bir o qədər faciəvidir. Müdaxiləyə qarşı müqavimət bacarığı özünün müdafiə funksiyasını nə qədər erkən və intensiv yerinə yetirsə, münaqişə o qədər dərinləşəcək və kəskinləşəcək. Bu münaqişədən ancaq, reaksiya vərdiş və qiymətləndirmələri sırf yadlardan qazanılan ünsürlərdən ibarət olan, təlqinin təzyiqi altında,ümumiyyətlə, yox olan müqavimətə sahib və şəxsi bacarıqları çox zəif inkişaf etmiş naturalar xilas olurlar. Bu tip ikinci sinif şəxslərdə xəyali sağlamlıq, yəni ruhi bütövlük funksionallığının pozulmamaması və ya, daha dəqiq, ruhun qalığı saxlanılmış olur. Bugünkü normallıqdan üstün olan individium isə mövcud şəraitdə ağrılı münaqişədən qaçmaq və öz şəxsi sağlamlığına qovuşmaq iqtidarında deyil, yəni, ona anadangəlmə verilən, üstün, şəxsi bacararıqların tam harmonik inkişafına nail olmur.
Bundan belə nəticə çıxır ki, bu cür xarakterlər, hansı formada üzə çıxmasından asılı olmayaraq,- qanun və ya əxlaq çərçivələrini pozmaqla, müsbət mənada sıravilikdən üstün olmaqla, özləri ilə xəstə və alçaldılmışları təmsil etməklə – həmişə nifrətlə və ya narahatlıq gətirən, məhvə məhkum istisnalartək mərhəmətlə qarşılanır. Anlamaq lazımdır ki, günümüzün tələbi, insanlara sağlam, döyüşkən, inkişaf tərəfdarları kimi yanaşmaq, onlara öyrətmək və onlardan öyrənməkdir.
Artıq tarixə qovuşmuş heç bir inqilab individual azadlığın zəfərinə nail ola bilməmişdir. Onlar hamısı boşa çıxdı, ən yaxşı halda, yeni burjuaziyanın əcdadı olaraq ortaya çıxdı və şərti mənada yalançı nizam yaratmaq arzusu ilə nəticələndi. Bugün biz deyə bilərik ki, bütün avrotitetlərin mənbəyi ailədir, hələ də mövcud olan patriarxlıqda aydın müşahidə olunan seksuallıq və avtoritet arasında olan əlaqə istənilən individuallığı məhdudlaşdırır.
Bütün inkişaf etmiş mədəniyyətlərin böhranı ailə bağlarının və nigahın parçalanmasına etirazlarla müşayiət olunmuşdur. Nigah, məlum olduğu kimi, əsasən, kəndli institutu hesab olunur, bu “əxlaqsızlığa meyllik”də insanlığın xilasına heç bir etik çağırış duyulmur. Hər şey yenə öz çevrəsinə qayıdır, lakin ailə günahından qurtuluş, qadının uşaqlar naminə köləliyi problemi həll olunmamış qalır.
Altşüur psixologiyası ilə silahlanmış bugünkü inqilabçı cinslərin münasibətini azad və xoşbəxt görür, zorakılığa, onun ibtidadi formasına, atalığa və atalıq hüququna qarşı vuruşur. Gələcək inqilab, ananın haqqlarını təsdiq edəcək inqilabdır. Və hansı formada, hansı vasitələrlə həyata keçəcəyi mühüm deyil.

Mənbə: http://www.aitrus.info/node/3861

Tərcümə: Turan Qasımov

Advertisements