12670213_1039521326105890_7591021187695724411_n“Əziz ata

Bu günlərdə səndən qorxduğumu iddia etməmin səbəbini soruşmuşdun. Hər zaman olduğu kimi, verəcək heç bir cavab tapa bilmədim, qismən sənə qarşı olan qorxum ucbatından, qismən də bu qorxuya bəraət qazandırmaq məqsədilə danışarkən toplaya biləcəyimdən daha çox detal gərəkdiyi üçün…”

Franz Kafka 1919-cu ildə istirahət etmək üçün getdiyi Schelesen’de Julie Wohryzek adlı bir qızla tanış olub nişanlandı. Həmin il qələmə aldığı “Atama Məktub” yazıçının bu nişana qarşı çıxan atası Hermann Kafka’ya cavabıdı. Kafka’nın nəşr etmək məqsədilə deyil,atasıyla bağlı duyğu və düşüncələrini dilə gətirmək üçün yazdığı, amma heç göndərmədiyi bu məktub həm Kafkanın həyat hekayəsinə aydınlıq gətirmək,həm də bəzi yolçularının ipuclarını toplaması baxımından böyük dəyər daşıyır.

Franz Kafka 1919-cu ilində keçirdiyi ağır qrip,vərəmi olduqca pisləşincə,1919-cu ildə istirahət etmək üçün getdiyi Schelesen’də Julie Wohryzek adlı bir qızla tanış olub nişanlanır. Həmin ildə qələmə aldığı “Atama Məktub” (Brief an den Vater) yazıçının bu nişana qarşı çıxan atası Hermann Kafkaya cavabıdı.

Kafkanın yayınlamaq məqsədilə deyil, atası ilə bağlı duyğu və düşüncələrini dilə gətirmək üçün yazdığı, amma heç göndərmədiyi 100 səhifəlik bu məktub həm Kafkanın həyat hekayəsinə aydınlıq gətirməsi, həm də bəzi cığırlarının izlərini saxlaması baxımından böyük dəyər daşıyır. Kafkanın bütün əsərlərini günümüzə çatmasını təmin edən Max Brodun gün işığına çıxardığı və yazıçının toplu əsərləri arasında yer alan “Atama Məktub” Kafkanın atasını həm alçaltdığının, həm də ona heyranlıq duyduğunun sənədidir. Məhkəmə’nin son kəlimələrini yenə bu itirilmiş ata-oğul münasibətindən yola çıxaraq yazacaq, atasına və özünə duyduğu inamı itirdiyini: “…sanki utanc onun ardından da varlığını davam etdirəcək” cümləsiylə ifadə edəcəkdi.

Kafka bu tarixdə otuz altı yaşındadır. Təqribən iki həftəlik bir zaman dilimində yazdığı “Atama Məktub”un ən əhəmiyyətli xüsusiyyəti yazıçının bütün əsərləri arasında bioqrafik əhəmiyyət daşıyan az saydakı əsərdən biri olmasıdır. Bununla birgə məktubun Kafkanın atasıyla münasibətindən əlavə öz həyatına, qısaca öz varlığı ilə əlaqəli xırdalıqları da üzə çıxaran bioqrafik bir xüsusiyyət daşıması “Atama Məktub”u o biri bioqrafik əsərlər arasında fərqli bir yerə qoyar. Bu baxımdan “Atama Məktub” sırf bir məktub olma xüsusiyyətindən çox Franz Kafkanın daxili dünyasını əks etdirən bir əsər olaraq önə çıxır: Kafkanın həyatı ilə əlaqəli birinci dərəcədən bioqrafik bir şahidlikdir.

“Atama Məktub” Kafkanın bütün əsərləri kimi çox qatlıdı. Səmimi olduğundan şübhə etmək üçün bir səbəbimiz yoxdur. Amma yazdığı mətn bioqrafik ve avtobioqrafik xüsusiyyətlərinə rəğmən yaradılmış ədəbi bir ata-oğul qarşıdurması formasında qələmə alınmışdır. Kafka məktubun əvvəllərində atasının şəxsiyyətindən və öz varlığı üzərindəki təsirindən bəhs edir. Necə deyərlər, universal təsir-əkstəsir qanunu üzərində gedən bu ata-oğul əlaqəsi məktubda getdikcə ata ilə oğul arasındakı qarşıdurmaya çevriləcək və bu qarşıdurmanın oğul Kafkada açtığı psixoloji yaralara işarə edəcək ikinci bir motivə yönlənəcək. Məktubun sonlarında yazdıqca özgüvəni təzələnən Kafkanın səs tonunu yüksəltdiyini və atasını günahlandırdığını görəcəksiniz. Gerçək ata-oğul əlaqəsindən burjua cəmiyyətinin patriarxal güc əlaqəsinə, fərd-cəmiyyət ziddiyyətinə sıçramışdır.

Ata-oğul qarşıdurması

 “Sakit bir münasibətin imkansızlığı, əslində, son dərəcə təbii bir nəticəyə yol açdı: Danışmağı unutdum. Bəlkə böyük bir natiq olmayacaqdım, amma insanların adi axıcı danışığına sahib ola bilərdim. Amma sən daha çox kiçikkən söz deməyi mənə qadağan etdin, “Tək bir etiraz istəmirəm” təhdidi və yanında qalxan əl o vaxtdan bəri buraxmır yaxamı. Sənin qarşında öz mələsələrindən danışıldığı müddətcə mükəmməl natiqsən, tıxanan, kəkələyən bir danışıq tərzi qazandım, bu qədəri belə çox idi sənin üçün, sonunda susdum, əvvəllər bəlkə inaddan, daha sonra isə sənin qarşında nə düşünə bildiyim, nə də danışa  bildiyim üçün. Və mənim əsl tərbiyəçim sən olduğun üçün də həyatımın hər sahəsinə təsir etdi bu”.

Məktubu göndərmək niyətində olmadığını gizlətməyən Kafka eynilə hekayə və romanlarında olduğu kimi ata fiqurunu bir dəfə də simvollaşdırmışdır. Yeganə fərq dilin ironik olmamasıdır. Amma məktubun mücərrədliyi və ədəbiliyi müzakirə edilməzdir. Ədəbi tərəfi ünsiyyət xarakterindən daha irəlidə olan “Milenaya Məktublar”ı düşündüyümüzdə, Kafka üçün məktub yazmağın  əhəmiyyəti ortaya çıxır. Bəlkə də duyğularını açıqca üzə vura bilmədiyi üçün ədəbiyyata sığınırdı.

Məktubun bu mənada bir ata-oğul qarşıdurmasına çevrilən havası Kafka oxucularına yad bir motiv deyil.

Ata-oğul qarşıdurmasının yazıçının əsərlərinin əsl mövzusunu meydana gətirdiyi Kafka şərhlərində tez-tez dilə gətirilmişdir. Amma Kafkanın dünyası müxtəlif yozumlara elə açıqdır ki, bir-biriylə zidd olan fikirlərin hamısına uyğun şərh edilə bilər. Məsələn, Qəsr’i nəzərə alaq; Kafkada ictimai alleqoriya axtaranlardansınızsa, Qəsrin sahibini buyurğan dövlət olaraq şərh edə bilərsiz. Dini bir alleqoriya axtarışı sizi Qəsrin sahibi olaraq Tanrını görmənizə səbəb olacaqdır. Və son olaraq Freyd tərəfdarı bir baxışınız ola bilər. Bu dəfə Qəsrin sahibi Kafkanın atasıdır. Kafkanın atasına qarşı hiss etdiyi çarəsiz qorxunun, xədim edilmə narahatlıqlarının, iqtidarsızlıq duyğusunun, xəyallara sığınmasının izlərini asanca tapa bilərsiz..

Nevrozların anlatıcısı

Kafkanın bir çox əsərini “Atama Məktub”la birlikdə oxuya bilərsiniz. Ən kəskin nümunə heç şübhəsiz  “Hökm”dür. “Hökm”, toyu ərəfəsində ruhi baxımdan atasına bağlı olduğunu qəbul etmək məcburiyyətində qalan və atasının özü üçün verdiyi ölüm qərarına istəyərək boyun əyən gənc adamın, “Çevrilmə”, bir sabah oyandığında özünün həşərat olaraq görən Gregor Samsanın hekayəsidir. “İtkin düşmüşlər”(Amerika) romanındakı on altı yaşındakı gənc xidmətçini başdan çıxarma səbəbiylə ailəsi tərəfindən göndərildiyi Amerikada həyata yapışmağa çalışır. “Məhkəmə”nin mövzusu heç bir səbəb göstərilmədən məhkəməyə verilmək üçün həbs edilən bank məmuru Josef K.-nın günahsızlığını ümidsizcə sübut etmə səyidir. “Cəza Koloniyası”nda bir elm adamı özünə nə kimi cinayətlər yüklədiyi izah edən zərbələrlə yaralana-yaralana qorxunc bir şəkildə öldürülür. Bəlkə də, şəxsi təcrübəsindən; izdiham içində yalnızlaşmanın və yadlaşmanın dəhşətini ailə qurumunun – xüsusilə aşıladığı günahkarlıq duyğusuyla – ictimai iqtidarın təməl daşı olduğunu görmüşdü Kafka.

Demək olar ki, bütün əsərlərində fərd-cəmiyyət qarşıdurmasını ailə qurumu ətrafında yazmışdır. Bu səbəblə, “Atama Məktub”u sübut göstərərək yazıçının əsərlərindən onun həyat hekayəsinə, həyat hekayəsindən əsərlərinə keçmək istəyənlər meydana çıxacaqdır. Belə ki, ədəbiyyat vasitəsiylə başqa bir gerçəklik müstəvisində yenidən inşa etdiyi Kafkaesk dünya yazıçının bioqrafiyası ilə kifayətlənəcək sadəlikdə deyil. Kafkanın qəhramanlarından asılı olmadan inkişaf edən, onların sadəcə üzləşmək məcburiyyətində qaldıqları hadisələr əslində müasir insanın yaşamaq məcburiyyətində qaldıqlarına aid güclü metaforadır. Öz şəxsi dünyasının nevrotik olub olmadığının heç bir əhəmiyyəti yoxdur, əsas olan onun müasir çağ nevrozlarının izah edicisi olması, fərdin nevrozlarını hamımıza aid olan bu günün dünyasının nevrozları halına gətirməsidir.

‘Bir-birimizlə döyüşdüyümüzü qəbul edirəm’

“Səndən qorxmağımın səbəblərini düşündüyündə belə qarşılıq verə bilərdin:

Səninlə münasibətimi yalnızca sənin səhvlərinlə izah edərək işin asanına qaçdığımı iddia edirsən, amma mən sənin görünürdəki səylərinə rəğmən, işin çətin tərəfiylə üzləşmədiyinə, əksinə rahata qaçdığına inanıram ən azından. Əvvəlla sən də hər cür günahı və məsuliyyəti boynundan atırsan, yəni bu nöqtədə ikimizin də mövqeyi eynidir. Amma mən sonrasında düşündüyüm kimi açıqca bütün günahı sənə  yükləyərkən, sən eyni zamanda ‘həddən artıq ağıllı’ ve ‘həddən artıq şəfqətli’ olmaq və məni hər cür günahdan bəraət etdirmək istəyirsən. Təbii ki, bu sonuncusunu ancaq görünüşdə bacara bilirsən (daha çoxunu istəmirsən onsuzda) və yaradılış və təbiət və təzad və çarəsizliklə bağlı bütün ‘bəzəkli sözlər’ə rəğmən, sənin etdiyin hər şey yalnızca özünü müdafiə ikən, əslində təcavüzkar adamın mən olduğum nəticəsi çıxır sətir aralarından. İndi yalnızca bu səmimiyətsizliyinlə belə kifayət qədər şey əldə edə bilərdin, çünki üç şeyi sübut etdin: birincisi, özünün günahsız olduğunu, ikincisi, mənim günahkar olduğumu və üçüncüsü, böyüklüyün sayəsində məni bağışlamaqla qalmayıb, üstəlik bir də daha artığını və daha azını mənim də, təbii ki həqiqətin əksinə, günahsızlığımı sübut etməyə və özünü buna inandırmağa hazır olduğunu. İndi bu qədəri belə sənin üçün kafi ola bilərdi, amma hələ yetmir. Çünki tamamilə məndən keçinmək qərarına gəlmisən. Bir-birimizlə savaşdığımızı qəbul edirəm, amma iki cür savaş var. Müstəqil rəqiblərin güclərini ölçdükləri cəngavərcə döyüş; hərkəs özü üçündür, öz məğlubiyyətini yaşayır, öz zəfərini qazanır. Və bir də yalnızca sancmaqla qalmayan, eyni zamanda həyatını davam etdirmək üçün qan içən həşəratların döyüşü. Əsl muzdlu əskərlər bunlardır və sən busan. Yaşamaq bacarığından məhrumsan, amma həyatda rahatca, qayğısızca və özünü günahlandırmadan yerləşə bilmək üçün bütün yaşama bacarığını əlindən aldığmı və öz cibimə qoyduğumu sübut edirsən. Yaşamaq mövzusundakı bacarıqsızlığın artıq səni niyə maraqlandırsın, məsul olan mənəm onsuzda, sən rahatca uzanırsan və özünü həyatda həm fiziki, həm də zehni  olaraq mənə yükləyirsən.”

“…məni büsbütün ələ keçirən şeyin sənə toxunması belə lazım gəlməz, ya da əksi; sənin üçün məsumluq olan mənim üçün cinayət ola bilər ya da əksi; səndə heç bir təsir yaratmayan şey, mənim məzarım ola bilər.”

Kafkanın “Atama Məktubu” 1919-cu ildə yazılmış, yazıldıqdan 30 il sonra, 1950-ci illərin əvvəllərində dostu Max Brod tərəfindən gün üzünə çıxmış bir əsər. Bir oğulun atasına demək istədiyi, amma deyə bilmədiyi bir ürək boşaltma, özünü ifadə etmə…Varlığın vardan çox bir heçliyə yaxınlaşmasındakı faktorların Kafka tərəfindən mümkün olduğu qədər obyektiv bir üslubla qələmə alınmış halı.

Atasını qiymətləndirərkən onun hər hərəkətini olduğu insan olmasının səbəbi olaraq görmə var bu məktubda. Bu var olmanın iki əsas səbəbi olaraq atasının təhsilini və öz itaətkarlığının nəticəsini göstərir. Əzik, qorxaq, cılız, zəif, ürkək, qərarsız, narahat…bir xarakter olaraq öz təhlilini edən Kafkanın qayğısızlığa və soyuqluğa yönəlməsinin arxasındakı əsl səbəb ata qorxusudur.

Sadəcə ruhi xüsusiyyətləriylə deyil, fiziki xüsusiyyətləriylə də oğlunu əzən bir ataya duyulan qorxu. Uşaq Kafkanın bu qorxusuyla Kafka dünyasını üç yerə bölər: “mənim, yəni kölənin, yalnızca mənim üçün yaradılmış və üstəlik bilmədiyim bir səbəblə qətiyyən yerinə yetirə bilmədiyim qanunların boyunduruğu altında yaşadığım bölüm, sonra sənin idarə edərək, əmirlər yağdıraraq və bunlara boyun əyilmədiyində hirslənərək yaşadığın və mənimkindən ola bildiyi qədər uzaq bir ikinci dünya və nəhayət, bütün digər insanların əmirlər və itaətdən azad, xoşbəxt yaşadıqları üçüncü bir dünya.”

Ata qonxusunu məğlub etmənin yolu: Qaçış.

Qaçış…Evlilik belə bu qaçma cəhdinin bir nəticəsidi. Çünki evlilik ataya bərabər olma, onun nüfuzuna və haqlarına sahib olma…şəklindəki bir məntiqlə (istənməməsinə və bunun da qərarsızlığını yaşamasına rəğmən, sırf evlənmək üçün) evlənərək bir yarayı örtmə cəhdi mənasına gəlir. Əslində, onun uşaqlığından qazandığı bir müdafiə mexanizmi olan qaçışın yetkinlik dövründə evlilik olaraq konkretləşmiş halıdı bu.

Qardaşı Ellinin evliliklə atasıyla arasındakı döyüşü qazandığını düşünməsi, özünün də evlilik fikrinin bir cür savaşı qazanma, azad olma..mənasına gələcəyi düşüncəsinə səbəb olur:

“Həqiqətdə evlilik cəhdləri səndən qaçmaq üçün ən görkəmli və ümid verici səyə çevrildi, nədir ki ardından gələn uğursuzluq da eyni ölçüdə görkəmli oldu.”

Halbuki istədiyi evlilik deyildi. Atası Kafka evlənmək istədiyində – məntiq evliliyidir bu – onu tənqid edəndə atasına əsəbləşmə səbəbi çox fərqlidir. Problem atasının qızı rədd etməsi deyil, Kafkanı kədərləndirən atasının onun qərar hüququnu əzməsi, aldığı qərarı bəyənməməsi, onu – bir dəfə də – bir hərəkətinə görə tənqid etməsidir. Evlilik müstəqilləşmə mənasına gəlsə də evlənə bilməməsinin arxasındakı tək səbəb atası deyildir və özü də bunun fərqindədir. “Zehni baxımdan evliliyə yatqın olmamaq”dır əsl səbəb və bu çarə/evlilik, əslində, öz içindəki qərarsızlığı da üzə çıxarır.

 Yazmaq belə bu qaçışın nəticəsidir əslində; yazmaq azad olmağa çalışmaqdır.

“Yazdıqlarım səninlə bağlıydı, orada sənin sinəndə şikayətlənə bilmədiklərimdən şikayətlənirdim sadəcə” deyir, bu məktubu yazanda üç əsəri nəşr olunmuşdur – və burada hələ azad ola bilmədiyini ifadə edir. Yazmaq bacarığının təməlində belə atası var, atasından qaçmaq, azad olmaq…olaraq ifadə etsə də səbəblərini, əslində atası tərəfindən təsdiqlənmək istəyininin ifadəsidir bu.

Maraqlı olansa bu ata-oğul münasibətinin güclü-gücsüz, əzən-əzilən, avtoritet-işçi, hökumət-xalq…kimi Kafkanın ən vacib mövzularına və obrazlarına – passiv, dəyərsiz, müvəffəqiyyətsiz – bir özül yaratmasıdı. Xüsusiylə atasının yanında işləyənləri əzməsi və zalımlığınından bəhs etdiyi hissə ata fiqurunun avtoritet təzyiqini anlatdığı romanlarının ardındakı əsas səbəb olduğunu göstərir.

Məktubun sonunda atasının özünə verdiyi cavabı xəyal edərək öz suallarına, dəyərləndirmələrinə, öz baxışına cavab verir. Amma atasının bu müdafiəsinə verdiyi cavab, demək olar ki, məktubun bütününə yayılmış olan fikirdir:

“Məni sən belə tərbiyələndirdin.”

Ata-oğul qarşıdurmasının, təsdiqlənmək istəyən oğlun, oğlunu sevən, amma göstərə bilməyən atanın sevgisini göstərməkdən çox tənqid edən, öz yaşadığı çətinlikləri yaşamayan və bunu durmadan uşaqlarının üzünə vuraraq öz yaşadıqlarıyla uşaqlarını əzən bir atanın hekayəsidir “Atama Məktub”. Eyni zamanda öz şəxsi hekayəsini yaşadığı dövrə uyğunlaşdıran və aşkarladıqları ilə özündən sonrakı nəsillərə təsir edən və hələ də təsir etməyə davam edən bir yazıçının bioqrafik dəyər daşıyan əsəri.

Atası olmasaydı Kafka olardımı?

Atası olmasaydı Kafkaesk roman dediyimiz növ yaranardımı?!

Atası olmasaydı indi belə özümüzü bənzətdiyimiz Kafka obrazları olardımı?…

Hər hadisənin bir səbəbi, bir nəticəsi var və səbəblər bizi kədərləndirərkən, sındırarkən, nəticələr tam tərsi ola bilər. Sizin itkiniz başqalarının qazancı ola bilər. Sizi sındırıb incidən, başqalarına dərs ola bilər… və yazıya tökülən həyatımızın şifrələri, dəyəri illər sonra başa düşülən və heç vaxt tanış ola bilməyəcəyimiz insanların xəzinəsi ola bilər… Həyatın ironiyası olmalıdır bu.

Kafkanın “Atama Məktub” və “Milenaya Məktublar”ını oxuduqda soyuq, uzaq və yazıçı Kafka, yaşayan qanlı-canlı insana büründü; həyatımdakı ən xüsusi və dəyərli insanlardan birinə çevrildi. “Milenaya Məktublar”ın kimi yerində özümü Kafka kimi hiss etdim, əslində o, mənmişəm kimi hiss etdim. Yalnızlığı, naratlığı, zəifliyi, gücsüzlüyü, gözləntiləri… Uzaqdan görünən əlçatmaz, soyuq fil dişi qalanın əslində yalnızlıqla və xəyal qırıqlıqlarıyla örtülmüş dünyasında onun gücsüzlüyünü və xəstəliyini və bunun əsl səbəblərini o qədər dərindən paylaşır və o qədər yaxşı anlayıram ki.. İndi arxada ondan bir ya da iki əsər qaldı oxumadığım, onlar da bitəndən sonra əvvələ qayıdacağam, xüsusilə də öz yaşamına aid kəlmələrin, hislərin, dünyanın olduğu əsərlərə: “Atama Məktub” və “Milenaya Məktublar”a.

Mənbə: http://www.yasamaugrasi.com/kultursanat/babaya-mektup-franz-kafka.html
Tərcümə: Afət Rəsullu

Advertisements