Nietzsche.gifNə ən yaxşı düşmənlərimiz əsirgəsin istəyərik bizi, nə də can­dan ürəkdən sevdiklərimiz, elə isə doğrunu söyləyək sizə!
müharibə qardaşlarım mənim! Sizi candan ürəkdən sevərəm, mən həmişə sizdənəm. Və sizin ən yaxşı düşməninizəm. elə isə doğrunu söyləyək sizə!
Ürəklərinizdəki nifrəti və qısqanclığı bilirəm. Nifrəti və qısqanclığı tanımayacaq qədər böyük deyilsiniz. Bunlardan utanmayacaq qədər böyük olun heç olmasa!
Məlumat çatmışları olmaq əlinizdən gəlmirsə, heç olmasa məlumat döyüşçüləri olun. Onlar, bu cür çatmışlığın yoldaşları və qabaqcıllarıdırlar. Bir çox əsgər görürəm: bir çox döyüşçü görə bilsəm kaş ki! «Forma» deyirlər geydiklərinə: heç olmasa formanın gizlədiyi forma olmasa!
Gözü həmişə düşmən axtaran kəslər olmalısınız, öz düş­məninizi. Və kiminiz ilk baxışda nifrət edər.
Öz düşməninizi axtarmalısınız, öz müharibənizi açmalısız, və öz düşüncələriniz uğruna! Düşüncələriniz məğlub olsa belə, dürüstlüyünüz zəfər qışqırığı atmalıdır bunun üçün!
Siz sülhü, yeni müharibələrin vasitəsi olaraq sevməlisiniz, və qısa sülhü, uzunundan daha çox sevməlisiniz.


işi deyil, döyüşməyi məsləhət verərəm sizə. sülhü deyil, zəfəri məsləhət verərəm sizə. İşiniz müharibə olsun, sülhünüz zəfər olsun!
Adam, ancaq ox və yayı olduğu zaman susayar və səssiz dayanabilər: yoxsa boşboğazlıq edər və çəkişər. Sülhünüz zəfər olsun!
Müharibəni belə müqəddəs edən yaxşı iddiadırmı deyirsiniz? Sizə deyirəm: hər iddianı müqəddəs edən yaxşı müharibədir.Müharibə və ürəklilik, qonşu sevgisindən daha böyük şey­lər bacarmışdır. Qayğısızları, acımağınız deyil, ürəkliliyiniz qur­tarmıştır indiyə qədər.
«yaxşı nədir?» deyə soruşursunuz. Qorxmaz olmaq yaxşıdır. Ki­çik qızlar desinlər: «Yaxşı olmaq, həm gözəl, həm toxunaqlı ol­maqdır.»
Sizə daş ürəkli deyirlər: amma ürəyiniz safdır və mən sizin səmimiliyinizdəki utancaqlığı sevirəm. Siz yüksəlişinizdən utanırsınız, başqalar isə enişlərindən utanırlar.
Çirkinsinizmi? Elə isə, qardaşlarım, ucaya bürünün, çir­kinlərin örtüsünə!
Könülünüz böyüdümü, özünü bəyənər, və ucalığınızda pislik vardır. Sizi bilirəm.
Pislikdə, özünü bəyənmiş adamla gücsüz adam görüşər. Lakin bir-birini səhv anlarlar. Sizi bilirəm.
Sizin ancaq nifrət ediləsi düşmənləriniz olmalıdır, xor görülən deyil. Düşmənlərinizdən iftixar eşitməlisiniz: o zaman düş­məninizin müvəffəqiyyəti, sizində müvəffəqiyyətiniz olar.
Etiraz etmək, bu, kölənin soyluluğudur. Sizin soylulu­ğunuz, söz dinlərlik olmalıdır. Sizin buyurmanızda həmçinin söz dinlərlik olmalıdır!
«Etməlisən», «istəyirəmdən daha şirin gəlir döyüşçünün qulağına. Və sevimli bildiyiniz hər şeyi, əvvəl özünüzə buyurtmalısız.
Həyat sevginiz, ən yüksək ümidinizə bəslədiyiniz sevgi olsun; ən yüksək ümidiniz də, ən yüksək həyat düşüncəniz olsun!
Lakin ən yüksək düşüncənizi mən buyurmalıyam sizə, o da budur: insan yenilməsi lazım olan bir şeydir.
Belə yaşayın söz dinlərlik və döyüş həyatınızı! Uzun ömür də nəymiş! Hansı döyüşçü əsirgəsin istər ki!
Mən əsirgəməm sizi, mən sizi candan ürəkdən sevirəm, döyüş qardaşlarım mənim!

Belə buyurdu Zərdüşt.

Mənbə: http://bit.ly/1SyiZPc
Tərcümə: Aqil Məmmədov

Advertisements