Search

Taedium Vitae

Month

March 2016

Sylvia Plath: “Mənim üçün həyat bu andır. Keçib getdiyində artıq ölmüşdür…”

banner_sylvia plath flickr
Sylvia Plath: “Mənim  üçün  həyat bu andır.

Keçib getdiyində artıq ölmüşdür…”

Mənim  üçün   indi  sonsuzdur, sonsuzsa  durmadan  dəyişər, axar, əriyər. Həyatsa  bu  andır. Keçib getdiyində  artıq ölmüşdür, amma  hər  yeni anda  başdan başlaya bilməzsiniz. Ölmüş olana görə mükakimə etməyə məcbursan. Eynilə bir bataqlıq kimi…elə ən başından ümidsiz. Bir hekayə, bir rəsm biraz maraq yarada bilər, amma kifayət qədər  deyil. Bu andan başqa heç bir şey gerçək  deyil, lakin mən əsrlərin ağırlığı altında boğulduğumu hiss edirəm. Eynilə indi mənim etdiyim kimi bir zamanlar, yüz il əvvəl bir qız yaşayırdı. İndi isə  ölüdür. Mən indiyəm, amma bilirəm, mən də köçüb gedəcəyəm.

“Bəzi  şeyləri yazmaq çox çətindir.”

Heç vaxt xoşbəxt  olmaya bilərəm, amma bu gecə halımdan  məmnunam. Boş bir ev, günəşin altında çiyələk  şitilləri əkərək keçirilən bir günün  isti və bulanıq  yorğunluğu, bir stəkan soyuq su, şəkərli süd və kremə əlavə olunmuş bir  qab dolusu böyürtkənin yerini heç nə verə bilməz. İnsanların kitabsız, məktəbsiz necə yaşamağı bacardıqlarını indi başa düşürəm. Uzun günün sonunda  insan belə yorulduğunda yatmalıdır; çünki  ertəsi gün şəfəq vaxtı hələ əkiləsi çox çiyələk şitili var; bax yaşamağa belə davam edərlər, torpağa yaxın bir şəkildə. Belə  vaxtlarda daha artığını istədiyim üçün  tam bir axmaq olduğumu düşünürəm… Continue reading “Sylvia Plath: “Mənim üçün həyat bu andır. Keçib getdiyində artıq ölmüşdür…””

Advertisements

1939 : Müharibəyə qarşı anarxist manifesti

Beynəlxalq Brüssel anarxist müdafiə komitəsi, bir qrup italyan, ispan, alman, fransız, belçikalı yoldaşlar və komitənin ətrafında birləşmiş ayrı-ayrı şəxslər dünya anarxistlərinə müraciət edirlər:
Xalqların üzərinə, yenidən, dəhşətli bir müharibə çökmüşdür. Dəliliyə yoluxmuş insanlıq, hakimiyyətin cinayətkar məqsədləri uğrunda minlərlə həyatı qurban verməyə hazırdır.
Buna görə məsuliyyəti müəyyən etmək, müharibə səbəbləri gözlərimizin qarşısında qalaq-qalaq yığıldıqdan sonra, sadəlövh və uşaqsayaq görünür.
Şəraitin qorxulu silahlanmanın inkişafının lehinə olan dünyada (biriləri tərəfindən tükənməz gəlir mənbəyi, digərləri tərəfindən işsizliyə qarşı vasitə kimi qəbul olunan) ; harada ki, xalqlar daha effektiv ölüm silahları təkmilləşdirməklə məşğuldurlar ; harada ki, bütün elmi kəşflər, çap, radio, kino, kimya və elektrik enerjisi yalnız kütləvi qırğına xidmət edir, – orada başqa cür ola da bilməzdi.
Yardım sazişlərinin, dost, ticari və hərbi müqavilələrin çarpaz atəşi altında nəzarətsiz silahlanma yarışı dövlət maraqlarını, ölümcül saatdan yan keçmək mümkün ola bilməyəcəyi, daxili və xarici ziddiyyətlər labirintinə qarışdırmışdır.
Baxmayaraq ki, şübhəsiz,  beynəlxalq anarxist hərəkatı, faciənin formalaşmasının ortadan qaldırılmasında gücsüz qalmışdır, bu, heç bir vasitə ilə, xalqlar qarşısında günahkarları, bütün günahkarları, istismarçıların istismara məruz qalmışların qiyamına qarşı müharibəsinə etiraz etməyə qadir bütün kollektiv və fərdi səylərə çağırış yolu ilə ifşa etməyə mane olmur.

Continue reading “1939 : Müharibəyə qarşı anarxist manifesti”

Herbert Markuze “Utopiyanın sonu”

10401167_32624330963_7219_nBu gün konkret dünyanın, insan həyatının istənilən forması, texniki və təbii mühitin hər hansı transformasiyası özündə tarixilik ehtiva edir. Bu gün biz dünyanı cəhənnəmə çevirməyə qadirik və artıq bu yöndə irəliləyirik. Biz, həmçinin dünyanı cəhənnəmin əksinə çevirməyə də qadirik.
Bu, utopiyanın, daha doğrusu, utopik fikir və nəzəriyyələrin müəyyən tarixi-sosial imkanların mühakiməsinə yönəlik istifadə olunmasının sonu olardı. “Utopiyanın sonu” həm də, “tarixin sonu” kimi anlaşıla bilər, belə ki, insan cəmiyyətinin və onu əhatə edən mühitin yeni imkanlarını nə köhnənin davamı, nə də hazırda onunla eyni tarixi kompleksdə mövcud olanın eynisi hesab etmək olar. Onlar, daha çox, tarixi kompleksdən parçalanmanı – azad və asılı cəmiyyətlər arasında olan, Marksın sözlərinə əsasən, bütün ötən tarixi, insanlığın prikvelinə çevirən  keyfiyyət fərqlərinin mövcudluğunu – ehtimal edirlər.
Ancaq, mən hesab edirəm ki, Marksa inkişafın kompleksliyi haqda təsəvvür olduqca mane olurdu, hətta onun sosializm ideyası artıq, güman edildiyi kimi kapitalizmin birmənalı inkarı demək deyildi. Daha doğrusu, bu gün utopiyanın sonu, ən azından, sosializmin yeni şərhinin ümumi müzakirəsi mənasını daşıyır. Belə bir müzakirənin təməlində Marksın sosial qavramının əsas komponentlərinin istehsal qüvvələrinin köhnəlmiş inkişaf mərhələsinə aidiyyəti sualı dura bilərdi. Köhnəlik, mənim zənnimdə, azadlıq səltənətinin mövcudluğu və dərkinin yalnız ehtiyac şahlığı sərhədləri xaricində mümkün olması ilə, azadlıq və ehtiyac səltənətlərinin fərqində özünü göstərir. Oxşar bölgülər göstərir ki, ehtiyac səltənəti yabançı əmək mənasında həminki kimi qalır, deməli, Marks deyir, onda yalnız əməyin  ən rasional təşkili və maksimal ixtisarı mümkündür.

Continue reading “Herbert Markuze “Utopiyanın sonu””

Corc Orueldən Bir Məktub: Heç şübhə yox ki, Hitler, yaxında itib gedəcək.

ARCHIVE SCMPOST GEORGE ORWELL **NO SALES**

Corc Oruel 1944-cü ildə 1984-ü yazmadan üç, nümayiş olunmasından beş il əvvəl, möhtəşəm romanının ardındakı düşüncəni izah edən bir məktub qələmə alır. Liveright Nəşriyyatının Peter Davidson redaktorluğunda təkrar basdığı Corc Oruel: Məktublarla Bir Həyat adlı kitabda yenidən nümayiş olunan bu məktub “iki, iki daha beş edər” deyəcək totalitar polis dövlətlərinin yüksəlişinə qarşı bir xəbərdarlıqdır. Bundan başqa, Oruellin kitab tənqidlərinin necə yazılacağı barəsində Arthur Koestlerə öyüdləri vardır:

Noel Willmett’ə

Hörmətli Willmett Bəy,

Məktubunuz üçün çox təşəkkürlər. Məktubunuzda totalitarizmin, şəxsiyyətə pərəstişliyin və bunun kimi digər şeylərin Amerika Birləşmiş Ştatlarında və bu ölkədə yüksəlişə keçib keçmədiyini sormuşdunuz; görünüşə baxılsa çox da inkişaf etmədilər.

Continue reading “Corc Orueldən Bir Məktub: Heç şübhə yox ki, Hitler, yaxında itib gedəcək.”

“Sevgiyə sahib olunurmu?” Sahib olmaq ya da olmaq – Erich From

slide11Evliliklərin qısa vaxtda məhv edildiyi, eşqin dərin duyğusal illuziyalar kimi yaşandığı, haqqında çox danışılıb həqiqi mənada çox az başa düşülən, çox vaxt səhv dəyərlənib yanlış yaşanan ən vacib duyğularımız sevmək və aşiq olmaqdı. Ən çox da aşiq olmaqla eşqə sahib olmaq arasında ilişib qalır ruhlarımız, bu anlayışların mənasını bilmədən hər gün dəlicəsinə eşqi axtarakən tapdığımız an tükətməyə başlayırıq . Burda çox vacib bir problem çıxır qarşımıza: “Sahib olmaq”. “Sahib olmaq” və “olmaq” kimi baxdıqda sevmənin ikili bir mənası olduğunu görürük. Sevgiyə sahib oluna bilirinirmi? Əgər bu ola bilsəydi, sevginin maddə olması və onu alıb saxlamağın mümkün olması lazım gəlir.

Continue reading ““Sevgiyə sahib olunurmu?” Sahib olmaq ya da olmaq – Erich From”

Virciniya Vulf // Özünə Aid Bir Otaq

virginia-woolf-las_2971827kFeminizmin əlindən yerə qoymadığı əhəmiyyətli kitablardan biri olan “Özünə Aid Bir Otaq”  Virciniya Vulfun bəlkə də ən rahat oxunan kitabıdır. Rahat oxunur, çünki mövzu gözəçarpandır: “Qadın və Ədəbiyyat”.

Kişilərin qadınlara bezmədən təkrarladıqları “əzəli”, həm də “əzici” bir sual vardır: “Bizlər qədər düşünmək qabiliyyətiniz olduğunu deyirsiniz. Elədirsə, niyə Şekspir kimi bir dahi çıxara bilmədiniz”. Virciniya Vulf bu “yandırıcı” suala tarixi əlaqələrin kökünə enib, kitabxana rəflərində gəzdikdən və qısa qadın ədəbiyyatı tarixi çıxardıqdan sonra əsaslı bir cavab verir. Və qadınlara belə səslənir: “Pul qazanın, özünüzə aid ayrı bir otaq və boş vaxt yaradın. Və yazın, kişilər nə deyər deyə düşünmədən yazın!”

Continue reading “Virciniya Vulf // Özünə Aid Bir Otaq”

Create a free website or blog at WordPress.com.

Up ↑

%d bloggers like this: