virginia-woolf-las_2971827kFeminizmin əlindən yerə qoymadığı əhəmiyyətli kitablardan biri olan “Özünə Aid Bir Otaq”  Virciniya Vulfun bəlkə də ən rahat oxunan kitabıdır. Rahat oxunur, çünki mövzu gözəçarpandır: “Qadın və Ədəbiyyat”.

Kişilərin qadınlara bezmədən təkrarladıqları “əzəli”, həm də “əzici” bir sual vardır: “Bizlər qədər düşünmək qabiliyyətiniz olduğunu deyirsiniz. Elədirsə, niyə Şekspir kimi bir dahi çıxara bilmədiniz”. Virciniya Vulf bu “yandırıcı” suala tarixi əlaqələrin kökünə enib, kitabxana rəflərində gəzdikdən və qısa qadın ədəbiyyatı tarixi çıxardıqdan sonra əsaslı bir cavab verir. Və qadınlara belə səslənir: “Pul qazanın, özünüzə aid ayrı bir otaq və boş vaxt yaradın. Və yazın, kişilər nə deyər deyə düşünmədən yazın!”

Əsərdən hissələr:

Bütün yüzilliklər boyu qadınlar kişini olduğundan iki qat böyük göstərən ayna rolunu oynadılar, sehrli bir ayna idi bu və möhtəşən yansıtma gücü vardı. Belə bir güc olmasaydı dünya hələ də bataqlıq və balta dəyməmiş meşələrdən ibarət olardı. Müharibələrdə zəfər qazanıldığı eşidilməzdi. Hələ də maral skeletləri ilə qırıq qoyun sümüklərini bir-birininə sürtər, çaxmaqdaşı verib qoyun dərisi ya da formalaşmamış zövqümüzü hansı bəsit bəzək əşyası oxşayacaqsa onu alardıq…Çar və Sezar nə tac taxar, nə də taxtdan enərlərdi. Mədəni cəmiyyətlərdə, hansı işə yaramasından asılı olmayaraq, bütün şiddət ya da qəhrəmanlıq girişimlərində  aynalar gərəklidir. Məhz bu səbəbdən, Napaleon da, Mussolini də qadınların kişilərdən aşağı olduğunda bu qədər israr edirdilər, əgər onlar aşağıda olmasaydı, özləri böyüyə bilməzdi.
Bu isə adətən qadınların kişilər üçün gərəkli olduğunu, qismən də olsa, açıqlamağa kömək edir. Bundan başqa, kişilərin qadının tənqidi qarşısında nə qədər narahat olduqlarını, eyni tənqidi edən bir kişidən daha çox əzab vermədən, kişini daha çox əsəbləşdirmədən qadının bu kitab pisdir, o rəsm zəifdir söyləməsinin necə mümkünsüz olduğunu açıqlayır. Çünki qadınlar həqiqəti deməyə başlarsa, kişinin aynadakı görüntüsü balacalaşmağa başlayar; həyata uyğunlaşa bilməz. Səhər və axşam yeməyində özünü olduğundan bir qat daha böyük görməzsə, hökmlər verməyə, vəhşiləri mədəniləşdirməyə, qanunlar qoymağa, kitablar yazmağa, ziyafətlərdə nitq deməyə necə davam edəcək? Çörəyimi didikləyib, kofemi qarışdırarkən, bəzən də küçədəki insanlara baxarkən bunları düşündüm. Aynadakı görüntü son dərəcə əhəmiyyətlidir, çünki canlılığı gücləndirir, sinir sistemini hərəkətə gətirir. Bunu əlindən aldığımızda kişi kokaini əlindən alınan narkoman kimi ölüb gedə bilər. O görüntünün təsiri altında – pəncərədən küçəyə baxaraq düşündüm – səkidə yeriyənlərin yarısı işə gedir. O sehrin işıltısı altında şapkalarını başlarıda qoyub, paltolarını geyinirlər. Günə inamlı və gümrah başlayırlar, miss Smitin çay dəvətində gözəndiklərinə inanırlar, salona girdiklərində özlərinə: “buradakı insanların yarısından üstünəm” deyirlər, buna görə də cəmiyyət həyatına dərindən təsir edən, insanların zehinlərinin künclərinə qəribə qeydlər yerləşməsinə səbəb olan o özünəinamları ilə, özlərindən əmin şəkildə danışırlar.

***

Professor Trevelyan: “Nə Şekspirin qadınları, nə də Verneylər və Hutçinsonlar kimi XVII əsrə aid gerçək xatirələrdəki qadınlar şəxsiyyət və keyfiyyət baxımından əskik görünürlər”.

Əlbəttə düşünsək Kleopatranın bir duruşu vardı, Xanım Makbetin iradəsini istifadə etdiyini zənn edirəm, Rosalind cazibədar qız olub deyə düşünürəm. Şekspirin qadınlarının şəxsiyyət və keyfiyyət baxımından əskik olmadıqlarını deyərkən sadəcə həqiqəti dilə gətirib professor Trevelyan. Tarixçi olmadığımıza görə, biraz daha irəliyə gedə bilər və əzəldən bəri bütün şairlərin əsərlərində qadınların mayak kimi yandıqlarını görə bilərik. Dramaturgiyada Klitemnestra, Antiqamo, Kleopatra, Xanım Makbet, Fedra, Kresida, Rozalind, Desdemona, Malfi Hersoginyası, nəsrdə isə Millamant, Klarissa, Anna Karenina, Emma Bavori – bu adlar insanın ağlına üşüşərkən “şəxsiyyəti və keyfiyyəti əskik” qadınları heç düşündürmür. Əslində əgər qadın sadəcə kişilərin yazdıqlarında mövcud olsaydı, qadının böyük əhəmiyyətə sahib biri olduğunu xəyal edərdik; çox fərqli, cəsarətli, dəyişkən, möhtəşəm və mənfəətpərəst, dəhşətli gözəl və hədsiz çirkin, bir kişi qədər böyük, bəzilərinə görə kişidən daha böyük. Amma bu uydurmadakı qadındır. Əslində professor Trevelyanın da işarə etdiyi kimi qadın otağına kilitlənir, döyülür, o tərəf- bu tərəfə sürüklənirdi. Beləcə çox qəribə və qarışıq valıq yaranır. Xəyal edildiyi zaman son dərəcə əhəmiyyətli, həqiqətdə isə bir o qədər əhəmiyyətsiz. Şeiri bir başdan digər başa əhatələyər, tarixdə isə heç görünməz. Uydurma yazıda kralların və fatehlərin həyatlarına hökm edər, gerçək həyatda ailəsinin barmağına bir üzük keçirdiyi hərhansı oğlanın köləsidir. Uydurma yazıda ən ruhlandırıcı sözlər, ən dərin düşüncələr onun dodaqlarından tökülər, gündəlik həyatda, demək olar ki, heç oxuyub-yaza bilməz və ərinin malıdır. Tarix qadından demək olar heç söz etməz.

 

Mənbə: http://bit.ly/1LSLYWG

Advertisements