slide11Evliliklərin qısa vaxtda məhv edildiyi, eşqin dərin duyğusal illuziyalar kimi yaşandığı, haqqında çox danışılıb həqiqi mənada çox az başa düşülən, çox vaxt səhv dəyərlənib yanlış yaşanan ən vacib duyğularımız sevmək və aşiq olmaqdı. Ən çox da aşiq olmaqla eşqə sahib olmaq arasında ilişib qalır ruhlarımız, bu anlayışların mənasını bilmədən hər gün dəlicəsinə eşqi axtarakən tapdığımız an tükətməyə başlayırıq . Burda çox vacib bir problem çıxır qarşımıza: “Sahib olmaq”. “Sahib olmaq” və “olmaq” kimi baxdıqda sevmənin ikili bir mənası olduğunu görürük. Sevgiyə sahib oluna bilirinirmi? Əgər bu ola bilsəydi, sevginin maddə olması və onu alıb saxlamağın mümkün olması lazım gəlir.

Sevgi mücərrəddir. Həqiqətdə var olan isə sevməkdir. Sevmək yaradıcı bir fəaliyyətdir. Bir insana ya da bir şeyə maraq göstərməyə, onu tanımaq istəyinə, onu anlamağa, təstiqləməyə və onun yanındaykən sevinc duymağa səbəb olur. Bu istər bir insan, istər bir rəsm, istərsə bir ağac olsun, sevməyin xüsusiyyətləri heç vaxt dəyişməz. Sevmək sevilən insanı ya da əşyanı canlandırmaq, onun yaşamaq həvəsini artırmaq mənasına gəlir. Eyni vaxtda insanın özünü də canlandıran, yeniləyən və hərəkətə gətirən bir prosesdir.

Əgər sevgiyə  ‘sahib olmaq’ baxımından nəzər yetirsək, özününküləşdirmək, nəzarətdə saxlamaq mənasına gələcək və beləcə də canlandırmaq və hərəkətləndirmək əvəzinə, əngəlləyici və məhdudlaşdırıcı bir davranış halını alacaqdır. Çox vaxt eşq olaraq göstərilən şey sevmək bacarıqsızlığını və sevməməyi gizlətmək üçün istifadə edilən pərdədən başqa bir şey deyil. İnsanlar ən çox sevməyi bacarmadıqlarında eşq pərdəsindən istifadə edirlər. “Qısqanıram ona görə belə geyinməyini istəmirəm, çox aşiqəm ona görə də bu davranışını təstiqləmirəm”.  Bənzər cümlələrlə eşq maskası altında sevgini bitirirlər. Nəzarətləri altında sevdikləri insanları boğaraq, əngəlləyərək, sevgiyə sonsuzadək sahib olma illuziyasını yaşarlar.

Tərcüməçi: Afət Rəsullu
Mənbə: http://www.cafrande.org/

Advertisements