ARCHIVE SCMPOST GEORGE ORWELL **NO SALES**

Corc Oruel 1944-cü ildə 1984-ü yazmadan üç, nümayiş olunmasından beş il əvvəl, möhtəşəm romanının ardındakı düşüncəni izah edən bir məktub qələmə alır. Liveright Nəşriyyatının Peter Davidson redaktorluğunda təkrar basdığı Corc Oruel: Məktublarla Bir Həyat adlı kitabda yenidən nümayiş olunan bu məktub “iki, iki daha beş edər” deyəcək totalitar polis dövlətlərinin yüksəlişinə qarşı bir xəbərdarlıqdır. Bundan başqa, Oruellin kitab tənqidlərinin necə yazılacağı barəsində Arthur Koestlerə öyüdləri vardır:

Noel Willmett’ə

Hörmətli Willmett Bəy,

Məktubunuz üçün çox təşəkkürlər. Məktubunuzda totalitarizmin, şəxsiyyətə pərəstişliyin və bunun kimi digər şeylərin Amerika Birləşmiş Ştatlarında və bu ölkədə yüksəlişə keçib keçmədiyini sormuşdunuz; görünüşə baxılsa çox da inkişaf etmədilər.

Bunu söyləməliyəm, qorxaram ki, bütün dünyanı ələ aldığımızda bu cür şeylərin artdığı görülür. Heç şübhə yoxdur ki, Hitler, yaxında itib gedəcək; ancaq ya (a) Stalin, (b) Anqlo-Amerikan milyonerlərini və (c) başqa hər növ, de Qoll törəməsi, kiçik fürerləri işini etdirmək bahasına. Dünyanın dörd bir tərəfindəki milli hərəkətlər, hətta Alman zorbalıqına müqavimətdə peydah olanlar belə fövqəlbəşər bir fürerin (Hitler, Stalin, Salazar, Franco, Qandi, De Valera kimi müxtəlif nümunələr sayıla bilər) ətrafına toplanıb bu uğurda hər şey mübahdır düşüncəsini mənimsəyərək, demokratik olmayan bir hala gəlir kimi görünür. Dünyanın hər yerində hərəkətin -iqtisadi mənada “iş” yaradan, ancaq heç də demokratik olaraq təşkil edilməmiş və qəsd sistemi yaratmağa meylli olan- mərkəzi iqtisadiyyatlara yönəldiyi görülür. Beləcə romantik milliyyətçilik dəhşəti başını alıb gedir və təbii bütün gerçəklər, bəzi yanılmaz fürerlərin uzaqgörənlikləriylə sözlərinə uydurulmağa çalışıldığından obyektiv bir həqiqətin varlığına duyulan inanc itmə meylinə girir. Tarix bir baxıma onsuz da çoxdan varlığını itirmişdi; bir başqa deyişlə -dərhal hər kəs tərəfindən qəbul edilə biləcəyi üzrə- bizim zamanımızda artıq tarix deyə bir şey yoxdur və əsgəri zərurət insanların tarixin damğasını daşımalarının qarşısını aldığından bəri müsbət elmlər də təhlükəyə girdi. Hitler, müharibəni Yəhudilərin başlatdığını söyləyə bilər; bundan başqa, əgər həyatda qalsa söylədikləri rəsmi tarixə çevrilər. “İki, iki daha beş edir” deyə bilməz; çünki nəticə, deyək ki balistik səbəblərlə, dörd olmalıdır. Nə var ki, əgər reallaşmasından qorxduğum dünya halı ortaya çıxarsa, bir-birini məğlub etmə imkanı olmayan iki və ya üç super-dövlətin hökm etdiyi dünyada, dərhal “iki, iki daha beş” edilə bilər. Yetər ki fürer istəsin. Bu müddət hər nə qədər tərsinə dönə biləcək olsa da, gördüyüm qədəriylə gedişatımız bu istiqamətdədir.

Britaniya və ABŞ-ın nisbi immuniteti mövzusuna gəlincə… Sülh tərəfdarları və s. nə dəeyirsə desin, hələ tam olaraq totalitar vəziyyətə gəlmiş deyilik, ki bu da çox ümid verici bir əlamətdir. Aslan və Tək buynuz* kitabımda da ifadə etdiyim kimi, İngilis xalqına və bunu edərkən azadlığı məhv etmədən, iqtisadiyyatlarını mərkəziləşdirmə qabiliyyətlərinə dərin bir inancım var. Lakin unutmamalıyıq ki, Britaniya və ABŞ heç həqiqətən sınamadılar; ciddi ağrılara və ya məğlubiyyətə dost deyillər və yaxşı ifadə edilər kimi pislər də söz mövzusudur. Əvvəlcə demokratiyanın zəifləməsinə qarşı ümumi bir qeydsizlik söz mövzusudur. Məsələn İngiltərədə iyirmi altı yaşdan kiçik olan heç kimin siyasi bir seçkisi olmadığını düşünə bilirsinizmi? Yəni görüldüyü kimi, bu vəziyyət böyük bir insan kütləsinin zərrə qədərdə vecinə deyil. İkincisi, belə bir gerçək var ki, intellektuallar sıravi insanlara müqayisədə çox daha totalitar bir dünyagörüşünə sahibdir. İngilis ziyalılarının hamısı Hitler əleyhdarı idi, ancaq bunun əvəzi Stalinə dözmək idi. Birçox diktator tərəfindən üsullara, gizli polisə, tarixin planlı olaraq təhrif edilməsinə və bənzəri şeylərə, “bizim” lehimizə olduğuna inandıqları müddətcə dünəndən hazırdır.
Əslində İngiltərədə Faşist bir hərəkata sahib olmadığımız ifadəsi, daha çox, bu anda gəncliyin fürerini başqa yerdə axtardığı mənasını verir. Bunun dəyişməyəcəyindən kimsə əmin ola bilməz; eyni şəkildə sıravi insanların on il içində, indi intellektualların düşündükləri şəkildə düşünməyəcəyi də deyilə bilməz. Umid edirəm düşünməzlər, hətta onlara bu mövzuda güvənirəm; lakin əgər belə olacaqsa bu vəziyyət bir mübarizəyə başa gələcəkdir. Hər kim sadə bir şəkildə bütün bu olub bitən bizim yaxşılığımız üçün deyər və uğursuzluq əlamətləri işarə etməzsə, yalnız totalitarlığın qapıya söykənməsinə kömək etmiş olar.

Ayrıca dünyanın Faşizmə meyl etməsi, səbəb müharibəsi dəstəklədiyim xüsusundakı fikirlərimi də soruşmusunuz. Bu vəziyyət, pislər arasında seçki etmə məsələsidir; dərhal hər müharibə mövzusunda da yanaşmam belədir. İngilis imperializmi haqqında onu sevməməmə çatacaq qədər məlumatım var; ancaq onu Nasizm yaxud Yapon imperializmi qarşısında, yalnız bunlardan daha az pis olduğu üçün dəstəkləyə bilərəm. Həmçinin SSRİ-ni Almaniyaya qarşı dəstəkləyə bilərəm; çünki SSRİ keçmişindən yaxasını qurtara bilməz və İnqilabın əsl fikirlərini kifayət qədər saxlayan, Nasist Almaniyasından çox daha ümid verən bir faktdır. Müharibə başladığından bəri fikirim eynidir. 1936-da və ya o vaxtlarda, məqsədimiz daha yaxşı idi, amma onu yaxşılaşdırmağa davam etməliyik; ki bu da davamlı tənqid deməkdir.

Hörmətlə,
Corc Oruel
18 May 1944

Tərcümə: Aqil Məmmədov
Mənbə: www.cafrande.org

Advertisements