Beynəlxalq Brüssel anarxist müdafiə komitəsi, bir qrup italyan, ispan, alman, fransız, belçikalı yoldaşlar və komitənin ətrafında birləşmiş ayrı-ayrı şəxslər dünya anarxistlərinə müraciət edirlər:
Xalqların üzərinə, yenidən, dəhşətli bir müharibə çökmüşdür. Dəliliyə yoluxmuş insanlıq, hakimiyyətin cinayətkar məqsədləri uğrunda minlərlə həyatı qurban verməyə hazırdır.
Buna görə məsuliyyəti müəyyən etmək, müharibə səbəbləri gözlərimizin qarşısında qalaq-qalaq yığıldıqdan sonra, sadəlövh və uşaqsayaq görünür.
Şəraitin qorxulu silahlanmanın inkişafının lehinə olan dünyada (biriləri tərəfindən tükənməz gəlir mənbəyi, digərləri tərəfindən işsizliyə qarşı vasitə kimi qəbul olunan) ; harada ki, xalqlar daha effektiv ölüm silahları təkmilləşdirməklə məşğuldurlar ; harada ki, bütün elmi kəşflər, çap, radio, kino, kimya və elektrik enerjisi yalnız kütləvi qırğına xidmət edir, – orada başqa cür ola da bilməzdi.
Yardım sazişlərinin, dost, ticari və hərbi müqavilələrin çarpaz atəşi altında nəzarətsiz silahlanma yarışı dövlət maraqlarını, ölümcül saatdan yan keçmək mümkün ola bilməyəcəyi, daxili və xarici ziddiyyətlər labirintinə qarışdırmışdır.
Baxmayaraq ki, şübhəsiz,  beynəlxalq anarxist hərəkatı, faciənin formalaşmasının ortadan qaldırılmasında gücsüz qalmışdır, bu, heç bir vasitə ilə, xalqlar qarşısında günahkarları, bütün günahkarları, istismarçıların istismara məruz qalmışların qiyamına qarşı müharibəsinə etiraz etməyə qadir bütün kollektiv və fərdi səylərə çağırış yolu ilə ifşa etməyə mane olmur.


Hətta bugün, fırtınanın tən ortasında, biz, bunu, “hüquq” naminə, “yaşam sahəsi” naminə müharibə tərəfdarı anarxistləri ilə minimal razılıqdan qaçaraq və müharibəyə müxalifliklərini hansı formada əks etdirmə məsələsində anarxistlər tərəfindən sərt davranış qaydalarının dünyaya tətbiqinə iddiaçı olmadan edirik.
Biz sadəcə, həyata keçirilən, mənadan məhrum qətliamı və baş verənlər fonunda artan anlaşılmazlıqları mühakimə etməyə can atan sağlam düşüncə və ağılın səsinin eşidilməsinə çalışırıq.
Biz bu müharibəyə qarşıyıq, kapitalizmin səbəb olduğu digər müharibələrə qarşı olduğumuz kimi, istər totalitar olsun, istərsə də başqa cür.
Biz dövlətləri günahlandırırıq, xalqların bir-birinə qarşı qanlı müharibəsinin altına fitil qoyan bütün demokratik və totalitar dövlətləri.
Biz anarxistlər, sovet və ya faşist dünyası xeyrinə alman və ya rus təbliğatı və bu dünyalarla müharibə edən fransız və ingilis təbliğatları arasında seçim etməməliyik.
Dövlətlərarası savaşa qarşı çıxaraq, biz, bütün dövlətlərin düşməni – anarxist – olaraq qalırıq.
Yalnız kapitalizmi və dövlət hakimiyyətindən ibarət kapitalist imtiyazları məhv edərək biz, faşizmin bütün formalarını dağıda bilərik.
1938-ci ilin sentyabr ayında çoxları düşünə bilərdi ki, münaqişə ideoloji – demokratiya faşizmə qarşı – xarakter daşıyır.
Demokratik ölkələr birliyi özlərinin “sülh” siyasətlərini Avropadakı əmin-amanlığa təhlükə yaradan Hitler koalisiyasını təşkil edən totalitar ölkələr cəbhəsinə qarşı qoyurlar.
Onlar və bunlar arasında müvəqqəti razılığa gəlinən Münxen konfransının – bununla da kövrək dünya xülyalarının – vaxtı gəlib çatdı. Kapitalistlər, diplomatlar, hərbçilər müharibəni daha gec dövr üçün təxirə saldılar.
Bir il keçdikdən sonra bloklar çat verdi ; nasist bloku parçalandı və biz demokratik respublika adlanan SSRİ tipli dövlətləri totalitar ölkələrin tərəfdaşı, İtaliya, Yaponiya, Franko İspaniyası tipli faşist dövlətləri isə demokratiya tərəfdarları rolunda aşkar etdik.
Xalqları söhbətin sivilizasiya naminə savaşdan getdiyinə inandırmağa çalışıldığı bir dövrdə rolların paylanmasında çaşqınlıq pik həddə çatmışdır. Əvvəldə antifaşist mübarizə və antihitler səlib yürüşündən dəm vuraraq Rusiya indi, meydana Almaniya tərəfindən çıxdığı bir zamanda anqlo-fransız “demokratlar” bəyan edilən prinsiplərindən imtina edib Avropanı təhdid edən daha kənar təhlükələrdən car çəkməyə başladılar ; məsələ artıq ideoloji qarşıdurma məsələsi deyil, haqq və şərəf yolunda qarşıdurmadır, sivilizasiyanın barbarlığa qarşıdurmasıdır.
Ancaq, indi kim özünü sivillik nümunəsi kimi elan edə bilər?
Hardadır o təqsirsiz dövlətlər?
1914-cü ildə olduğu kimi, indi də, müharibə iştirakçısı heç bir ölkə bu sivilliyi təmsil etməyə iddialı ola bilməz.
Onlar hamısı, düşünən və üsyançı insanları kilid altında saxlamaq üçün cəmləşmiş düşərgələr qurdular. Onlar hamısı, insanı boğan və ən adi haqlarını müdafiə etməyi qadağan edən repressiya sistemini yaratdılar.
Militarizm hər yerdə insanın özünə tətbiqinə imkan verdiyi ən mənfur təhkimçilik yaratdı.
Qarışıqlıq tüğyan edir. İkinci və üçüncü İnternasionalların[1] siyasətçiləri bu eşidilməmiş yalana yardımçı olmaq üçün bütün güclərini səfərbər edirlər.
Hələ dünən sülhsevərlik tərəfdarı fransız sosializmi, ispan xalqının müdafiəsi məsələsi gündəmə gəldikdə militaristə çevrilir, Fransa “imperiyası” maraqları mövzusu açılanda kommunistlər ikiüzlü Yanus[2] kimi, saxtakarlıqla neytral ölkələrdə sülhsevər, müharibə aparan ölkələrdə isə müharibə tərəfdarı kimi çıxış edirlər : hamısı, hər yerdə və həmişə onlara ümid bağlayan xalqları aldadaraq öz dövlətləri və burjuaziyaları qarşısında dizüstü sürünürlər.
Və biz, bir nömrəli düşməndən danışaraq təhlükəli fürsətçillik nümayiş etdirən Beynəlxalq Zəhmətkeşlər Assosiyasiyasının[3] ikimənalı mövqeyini qeyd etməyə bilmərik.
Bir nömrəli düşmən, dünən, bugün, illah da sabah, bizim sahiblərimizdir.
Bir nömrəli düşmən hökümətdir, yəni hakim güc, repressiv qüvvələr, onların yaratdıqları rəsmi və işgüzar müəssisələr, ordu, məhkəmə sistemi, kilsə : fikri, azadlığı, şəxsiyyəti əbədi təqib edən bütün günahkarlar.
Biz anarxistlər yolverilməz realizmə istinad edib də ideallarımızın əsas prinsiplərindən üz çevirə bilmərik. Əlbəttə, dövlət başçıları öz natiq çıxışlarında kapitalizmə və imperializmin bu və ya digər hegemoniyasına qarşı xəyali mübarizəyə toxunurlar.
Dəqiqləşdirmək zəruridir : biz dövlət kapitalizmi ilə fərdi və ya liberal kapitalizm arasında fərq qoymuruq. Həm birindən, həm də digərindən imtina etmək gərəkdir, çünki hər ikisi eyni dərəcədə insanın istismar olunmasına xidmət göstərirlər.
Bizim savaşa qarşı mövqeyimiz heç də mələyən pasifizmin boş deklamasiyası deyil. Qanlı savaşın səbəbkarlarının sədaqət və iştirak halqalarını sındıraraq biz, xalq kütlələrini onların əsl maraqlarının – azad və qardaşlaşmış insan maraqlarının – müdafiəsinə qalxmağa çağırmaq məqsədi güdürük. Yalnız onda, Durruti və Askasonun[4] İspaniyası insanlıq tarixini əbədi xatırladacaq, onlar öz döyüşlərini qəzəb və istismar rejimini devirməyə qarşı yönəldəcəklər, bu rejimlər faşist ya demokratik adlandırılmağından asılı olmayaraq.
Biz, fərdlərin həyatlarını kasta və ya dövlətlərin sərəncamına vermələrindən imtinalarını təbliğ edirik.
Ümumi səylərimiz əsl dünyanın səltənətinə maneə yaradan səbəblərə – dövlətlərə, kilsələrə, militarizmə, şovinizmə, imperializmə, şüursuz nəsil artırmaya – xalqlar arasında münaqişələrin kökündə dayanan sadə faktorlara qarşı istiqamətləndirilməlidirlər.
Biz, heç bir zaman müharibənin qarşısını almayan proletar partiyaları, dinc imtina sevərləri, özlərinin xilas və qardaşlıq ideallarından əl çəkən müdaxilə tərəfdarlarını, inqilabçıları günahlandırırıq.
Dövlətlərin müharibədə istənilən birbaşa və könüllü iştirakı biz tərəfdən satqınlıq və cinayət ortaqlığı kimi mühakimə olunur.
Müharibə insanlığa qarşı törədilmiş cinayətdir.
Müharibə yaşam haqqımızın inkarı və azadlıq naminə mübarizənin inkarıdır.
Müharibə bizim ideallarımızın düşmənidir.

“Bollettino del Comitato Internazionale di Difesa Anarchica”, Bruxelles, 15 ottobre 1939

1939

Tərcümə: Turan Qasımov
Mənbə: www.aitrus.info

[1] İkinci İnternaçional – işçi partiyaların beynəlxalq ittifaqı (1889-1915)

Üçüncü İnternaçional – kommunistik İnternaçional (1919-1943) (tərcüməçidən)

[2] Yanus – Qədim Roma mifologiyasında ikiüzlü tanrı. Onun adıyla giriş-çıxış, əvvəl-son məhfumları bağlıdır (tərc.)

[3]İnternational Workers’ Association – Anarxiya hərəkatının bir hissəsi. Anarxist həmkarlar ittifaqının beynəlxalq birliyi (tərc.)

[4] Boenaventura Durruti, Dominqo Askaso – İspaniya anarxist hərəkatının öncül simaları

Advertisements