banner_sylvia plath flickr
Sylvia Plath: “Mənim  üçün  həyat bu andır.

Keçib getdiyində artıq ölmüşdür…”

Mənim  üçün   indi  sonsuzdur, sonsuzsa  durmadan  dəyişər, axar, əriyər. Həyatsa  bu  andır. Keçib getdiyində  artıq ölmüşdür, amma  hər  yeni anda  başdan başlaya bilməzsiniz. Ölmüş olana görə mükakimə etməyə məcbursan. Eynilə bir bataqlıq kimi…elə ən başından ümidsiz. Bir hekayə, bir rəsm biraz maraq yarada bilər, amma kifayət qədər  deyil. Bu andan başqa heç bir şey gerçək  deyil, lakin mən əsrlərin ağırlığı altında boğulduğumu hiss edirəm. Eynilə indi mənim etdiyim kimi bir zamanlar, yüz il əvvəl bir qız yaşayırdı. İndi isə  ölüdür. Mən indiyəm, amma bilirəm, mən də köçüb gedəcəyəm.

“Bəzi  şeyləri yazmaq çox çətindir.”

Heç vaxt xoşbəxt  olmaya bilərəm, amma bu gecə halımdan  məmnunam. Boş bir ev, günəşin altında çiyələk  şitilləri əkərək keçirilən bir günün  isti və bulanıq  yorğunluğu, bir stəkan soyuq su, şəkərli süd və kremə əlavə olunmuş bir  qab dolusu böyürtkənin yerini heç nə verə bilməz. İnsanların kitabsız, məktəbsiz necə yaşamağı bacardıqlarını indi başa düşürəm. Uzun günün sonunda  insan belə yorulduğunda yatmalıdır; çünki  ertəsi gün şəfəq vaxtı hələ əkiləsi çox çiyələk şitili var; bax yaşamağa belə davam edərlər, torpağa yaxın bir şəkildə. Belə  vaxtlarda daha artığını istədiyim üçün  tam bir axmaq olduğumu düşünürəm…

İlo çiyələk tarlasında “İntibah dövrü rəssamlarını xoşlayırsanmı?  Rafaeli ya da Michelangelonu məsələn?” – deyə soruşdu. “Bir ara Michelangelonun bəzi əsərlərinin sürətini köçürmüşdüm. Yaxşı , bəs Picasso haqqında nə düşünürsən?.. O da ayaq deyə bir dairə və balaca bir taxta çəkən bu rəssamlardandır.” Çiyələk  sıralarının arasında yan-yana işləyirdik, uzun vaxt tək kəlmə danışmır, sonra  birdən-birə o, ağır Alman  şivəsiylə söhbətə girişirdi. Günəşdə yanan  üzü gülümsəməktən qırış-qırış olmuş halda dikəldi. Bəstə, əzələli bədəni də günəşdə qaralmışdı, sarı saçları başına sarıdığı ağ bir dəsmalın altında toparlamışdı. “Frank Sinatranı xoşlayırsanmı?”  Necə də duyğusal, necə də romantik, eynən ay işığı dolu gecələr kimi.

Boş bir otağın  döşəməsinə qəfildən düşən mavi bir işıq. Və mən bu işığın küçə lampasına deyil, aya aid olduğunu bilirdim. Belə bir gecədə bakir, təmiz, sapsağlam və gənc olmaqdan daha möhtəşəm nə ola bilər ki?…

Bu gecə bərbad idi. Hər şeyin birləşməsiydi. “Goodbye, My Fansy” tamaşasının qadın qəhrəmanı kimi yağmurluqlu bir müxbir olmağı  uşaq kimi arzulamanın, mənə heyran olan, məni ən az özümü anladığım qədər anlayan bir adam tərəfindən sevilmə istəyinin birləşməsiydi. Həm də incə rəftar etmək üçün  özünü məcbur edən, tək istədiyinin işi bişirmək olduğunu dediyimdə qəlbi qırılan Jack. Pul bolluğunun hər yerdə gözə dəydiyi şəhər klubunda axşam yeməyi də var idi.Və sonra bu musiqi….tam rəqs etməli. Louise Armstrong peşmanlığa bürünmüş bir səslə  “I’ve flown around the world in a plane, I’ve settled revolutions in Spain, The North Pole I have charted, but I can’t get started with you” sözlərini söyləməyə başlayana qədər o musiqi olduğunu başa düşməmişdim. Jack, “Əvvəllər bunu dinləmişdinmi?” – deyə soruşdu. Mənsə gülümsədim, ”Ah, əlbəttə.” Bob’dul mənim üçün hər şeyi yerinə qoyan çılğın bir mahnı və uzun söhbətlərimizdi, məni dinləməsi və başa düşməsiydi və onu sevdiyimi bilirdim.

Bugün avgustun ilk günü. Hava isti, bürkülü və nəmli. Yağış yağır. İçimdən bir şeir yazmaq gəlir. Amma rədd məktublarından birində nə yazdığını xatırlayıram: Leysan yağışından sonra, Yağış adlı şeirlər yağar ölkənin dörd bir yanından.

Mənim  üçün   indi  sonsuzdur, sonsuzsa  durmadan  dəyişər, axar, əriyər. Həyatsa  bu  andır. Keçib getdiyində  artıq ölmüşdür, amma  hər  yeni anda  başdan başlaya bilməzsiniz. Ölmüş olana görə mükakimə etməyə məcbursan. Eynilə bir bataqlıq kimi…elə ən başından ümidsiz. Bir hekayə, bir rəsm biraz maraq yarada bilər, amma kifayət qədər  deyil. Bu andan başqa heç bir şey gerçək  deyil, lakin mən əsrlərin ağırlığı altında boğulduğumu hiss edirəm. Eynilə indi mənim etdiyim kimi bir zamanlar, yüz il əvvəl bir qız yaşayırdı. İndi isə  ölüdür. Mən indiyəm, amma bilirəm, mən də köçüb gedəcəyəm. Zirvədəki o an, qəfil bir parıltı gələr və səni alıb aparar, sonrası davam edən bataqlıq. Fəqət mən ölmək istəmirəm.

Bəzi şeyləri yazmaq çox çətindir. Başına bir hadisə gəldiyində bunu yazmaq üçün oturursan, ya hadisəni dramatikləşdirirsən, ya da rolun haqqını vermirsən, ya da ki yanlış hissələri şişirdib, vacib olanları  göz ardı edirsən. Hər nəcə olsa da əsla istədiyin kimi yaza bilmirsən. Bu günorta başıma gələnləri bir yolla vərəqə tökməyə məcburam. Anama danışa bilməzdim; ən azından bunu indi edə bilməzdim. Evə gələndə anam mənim otağımda idi, paltarları yığışdırırdı və bir şeylər olduğunu hiss etmədi belə. Danlayır, deyinirdi. Yəni onu susdurub bir şey izah edə bilmədim. Necə görünürsə görünsün bunu yazmağa məcburam.

Fermada günortadan sonra bütün günü yağış yağdı. Naxışlı ipək bir şərfin altına gizlədiyim saçlarım islanmış, üstümdə qırmızı sürüşkən pencəyim olsa da üşümüşdüm. Bütün günorta paxlalarla çalışmış, üç kilogram paxlanı qabığından ayırmışdım. Saat beş olduğundan insanlar artıq çıxıb gedirdilər, mən də evə yollanmaq üçün maşınların yanında gözləyirdim. Kathy hələ təzə gəlmişdi, velosipedinə minərkən, “Bax İlo gəlir,” deyə səsləndi.

Baxdım, həqiqətən də ordaydı, başına bağladığı hər zamanki ağ dəsmalı və xaki rəngindəki köynəyi ilə bizə tərəf gəlirdi. Çiyələk tarlasında bir yerdə işlədiyimiz o gündən onunla söhbətimiz yaxşı idi. Mənə fermanın bütün xırdalıqları və gerçəkliyi ilə qələmlə çəkilmiş bir rəsmini vermişdi. İndiysə uşaqlardan birinin qaraqələmlə rəsmini çəkməyə çalışırdı.

Tərcümə: Afət Rəsullu
Mənbə: www.cafrande.org

 

 

 

Advertisements