Search

Taedium Vitae

Month

April 2016

Albert Kamü // Başqaldıran İnsan – Mütləq bəyanat.

1415678681870Mütləq bəyanat.

İnsan tanrını əxlaq cəhətdən ifşa etdiyi an, onu öz içində öldürmüş olur. Bəs o zaman əxlaq nəyə əsaslanır? Tanrını ədalət naminə inkar edirlər, bəs ədalət anlayışını tanrı ideyasından kənarda anlamaq mümkündürmü? Bu zaman biz absurd vəziyyətdə qalmırıqmı? Bu, Nitsşenin üzləşdiyi absurdluqdur. Bunun öhdəsindən gəlmək üçün Nitsşe, bu absurdluğu son həddə çatdırır : əxlaq tanrının sonuncu simasıdır, onu yenidən qurmaq üçün dağıtmaq lazımdır. Bu halda tanrı yoxdur  və  o, artıq varlığın qarantı deyil ; insan var olmaq üçün hərəkət etməyə qərar verməlidir.

Continue reading “Albert Kamü // Başqaldıran İnsan – Mütləq bəyanat.”

Advertisements

Frans Kafka və Anarxist Sosializm

TT38a2c7_15KS_6kafkaŞübhəsiz ki, Kafkanın əsərlərini hər hansısa bir siyasi doktrinaya qəlibləşdirə bilmərik. Kafka deyim yaratmır, şəxslər və vəziyyətlər yaradır, əsərindəki duyğular və davranışlar isə müəyyən bir ruh halını ifadə edir. Ədəbiyyatın simvolik dünyası ideologiyaların deyimsəl dünyasına bənzəməz; ədəbi əsər fəlsəfi və ya siyasi doktrinalar kimi mücərrəd anlayışlar sistemi deyil, şəxslərə və şeylərə dair müəyyən fantastik bir dünyanın yaradılışıdır.1

Bununla birlikdə, bu hal Kafkanın avtoritetə qarşı olar ruhunu, sosialist simpatiyası ilə onun əsas yazıları arasındakı keçidləri, körpüləri, yeraltı əlaqələrini kəşf edib araşdırmağı əngəlləmir. Bunlar, Kafkanın daxili dünyasına çatmağa müstəsna bir yol açır.

Kafkanın sosialist meyilləri erkən yaşlarından özünü göstərmişdir. Uşaqlıq və məktəb dostu Hüqo Berqmana görə gənc Kafka öz mövqeyini sərgiləmək üçün gödəkçəsinin yaxasında qırmızı qərənfil daşıyırdı. Berqman məktəbin son illərində (1900-1901) dostluqlarının pozulması səbəbini “onun sosializmi də, mənim siyonizmim də çox güclüdür ” deyərək açıqlayır.2  Lakin bu anlaşılmazlıqlar köhnə dostların alman millətçiliyi qarşısında eyni şəkildə reaksiya göstərmələrini əngəlləmir. Hər ikisi də daxil olduqları Praqadakı “Alman Tələbələr Birliyi”nin bir iclasında mərasim zamanı “Wacht am Rhein” (Alman xalq musiqisi) oxunarkən ayağa qalxmazlar və bu davranış dərhal oradan qovulmalarına səbəb olar. Continue reading “Frans Kafka və Anarxist Sosializm”

Kierkegaardın insana dair baxışı.

kierkegaard1Hər filosof ancaq yaşadığı zamanın ruhuna görə qiymətləndirildiyində dərk olunaa bilər, ona görə Kierkegaardın fəlsəfəsini və onunla əlaqəli olaraq insan anlayışını anlaya bilmək üçün özündən əvvəl gələn və özündən təsirlənən fəlsəfi axınlarla əlaqəsini, bir başqa deyimlə, Kierkegaardın fəlsəfə tarixindəki yerini yaxşı müəyyən etmək lazımdır. Hər nə qədər bir filosofun fəlsəfi fikirlərini şəxsi həyatıyla qarışdırmamaq əhəmiyyətlidirsə də bəzi filosofların fəlsəfi fikirlərini həyatlarındakı hadisələrdən və həyat tərzlərindən ayıraraq anlamaq mümkün deyil. Kierkegaardın həyatı və fəlsəfəsi  o qədər möhkəm bir şəkildə bir-birinə bağlıdır ki həyatında əhəmiyyətli rol oynayan şəxslərlə əlaqələrini göz önünə almadan və təhlil etmədən onun fəlsəfəsini anlamaq mümkün deyil. Kierkegaardın həyatı qarşıdurmalar yoluyla inkişaf edən bir həyat kimi düşünülə bilər. Kierkegaardın özü ilə yaşadığı qarşıdurma bütün uşaqlığına təsir etmişdir. Onun uşaqlığını atasından aldığı qatı xristianlıq təhsili müəyyən etmişdir- bir tərəfdən son dərəcə inkişaf etmiş bir təxəyyül və dialektikayla fikir yürütməyə sahibkən , o digər tərəfdən xristianlığın təsiriylə melanxolik bir şəxsiyyət inkişaf etdirmişdir. Uşaqlığı çox xoşbəxt olmayan Kierkegaardın yetkinliyi də melanxolik ruh halı içində keçmişdir. Atasının inancı haqqında getdikcə artan şübhələr yaşayan Kierkegaard  Tanrı ilə bağlı düşüncələrini həll etdiyində dini yetkinliyə çatır. Sonunda Tanrının bütün günahlarını bağışladığını qəbul edir. Continue reading “Kierkegaardın insana dair baxışı.”

Dalton Trombo. “Conni silahı götürdü” romanından bir parça.

dalton-trumbo

– Məni buraxın, – o, morze əlifbası ilə siqnal göndərdi. – Məni buradan buraxın! Sizə çox əziyyət vermərəm. Onsuz da mənim qayğıma qalmaq lazım deyil. Özüm yeyə bilirəm. İstənilən başqa bir adam kimi işləyə bilərəm. Əynimdəki gecə paltarını çıxarın. Şüşə qutu hazırlayın və məni içinə qoyub, insanların əylənmək və ya müxtəlif dəhşətlərə baxıb, həyacanlanmaq üçün getdikləri yerlərə aparın. Məni həmin şüşə qutuda çimərliklərdə, kənd yarmarkalarında gəzdirin, kilsə bazarlarında, sirklərdə, karnavallarda nümayiş etdirin.

Məndən əla biznes qura bilərsiniz. Bütün əməyinizin qarşılığını ödəyəcəm. Hələ gör insanlar üçün necə əyləncə olacam! İnsanlar yarımkişi və ya yarımqadın, saqqallı qadın, ilan adam və ya liliputlar haqqında çox şey eşidiblər. Onlar supərisi, Borneodan olan yabanılar, ona atılan balığı dişləri ilə havada yaxalayan Konqolu gənc qadını görüblər. Onlar ayaq barmaqlarına ilişdirdiyi sadə qələmlə rəsm çəkən, əlləri üstə yeriyən adamları, siam əkizlərini, spirtli bankada saxlanılan doğulmadan ölmüş körpələri izləyiblər.

Continue reading “Dalton Trombo. “Conni silahı götürdü” romanından bir parça.”

Böhran müharibədir.

22DDAA4F-5C10-4110-AD18-C6ED10211B5B_w974_n_sSülh kasıb postsovet ölkələri üçün həddən ziyadə qiymətli həzzdir.

Bir il öncə biz Ermənistanda və Azərbaycanda olduq, harada ki, biri-birinə qarşı müharibədə iştirak etmək istəməyən gözəl insanlar yaşayırlar. Onların problemlərinin necə oxşar olduğu nəzərə çarpırdı – qiymət və tariflərin qalxması, işsizlik, məmurlar və oliqarxların özbaşınalığı, vətəndaş azadlıqlarının pozulması, insanları qazanc məqsədi ilə vətənlərini tərk edib, haradasa Moskva küçələrində və avropa vağzallarında rastlaşmağa məcbur edən ümidsiz yoxsulluq. Bu səyahətdən, Ukrayna müharibəsinin faciəvi təcrübəsindən sonra, Qarabağda yeni şiddət dalğası xüsusilə ağrılı təsir bağışlayır, baxmayaraq ki, münaqişənin kəskinləşməsi əvvəldən proqnozlaşdırıla bilən idi və Qafqazda bu qorxu hələ keçən ildən hiss edilirdi. Böhran barədə İrəvanda və Bakıda eşitdiklərimiz bütün hallarda, əsas bir sualla yekunlaşırdı – bu, yeni bir müharibəyə səbəb olacaqmı və bu müharibənin qarşısını almaq mümkündürmü? Continue reading “Böhran müharibədir.”

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: