Search

Taedium Vitae

Month

May 2016

Ekzistensializm – humanizmdir // Jan-Pol Sartr

thumb

Mənim məqsədim ekzistensializmin ünvanına söylənən bəzi iradlardan onu müdafiə etməkdir.

Hərşeydən öncə ekzistensializm onda günahlandırılır ki o, ümidsizliyə çağırış edir- yəni, heç bir problem həll olunmazdırsa, onda dünyada edilən heç  bir hərəkətin də mənası(mümkünatı) yoxdur və guya, ekzistensializm müşahidəçi fəlsəfədir, bu isə burjua fəlsəfəsinə aid israfçılıq kimi çıxış edir. Bunlar əsasən kommunistlər tərəfindən irəli sürülənlərdir.

Bir tərəfdən də bizi onda günahlandırırlar ki, biz insanın alçaqlığını(səfilliyini) bildirirməklə hər yerdə çirkin, qaranlıq, yapışqan şeyləri qabardaraq xoş şeylərdən-gözəlliklərdən və insan təbiətinin parlaq tərəflərindən üz döndəririk. Məsəl üçün,  Katolik mövqeyindən olan xanım Mercier bizi körpənin təbəssümünü unutduğumuz üçün təqsirləndirir. Digərləri də bizə irad tuturlar ki biz, insanların həmrəyliyini unutmuşuq, insana təcrid olunmuş varlıq kimi baxırıq və  kommunistlər özəlliklə səbəbli şəkildə deyirlər ki guya, ekzistensialistlər subyektivlikdən çıxış edirlər və Dekartın “düşünürəmsə,varam” düsturunu rəhbər tuturlar, yəni insan özünü yalnızlıqda dərk edir. Kommunistlərin fikrincə bu bizi həmrəylik ideyasından uzaqlaşdırır. Continue reading “Ekzistensializm – humanizmdir // Jan-Pol Sartr”

Advertisements

Antik dövrlərdən bu günümüzədək çatan qurbanın psixoanalizi.

sacrificİnsanlıq tarixinin ən qədim mövzularından olan və təsirini hələ də davam etdirən qurban mövzusu Platondan bu yana müzakirə edilmiş, fəqət  psixoanaliz bucağından yanaşmalar məhdud olmuşdur. Animizm[1] və totemizmlə əlaqələndirilən bu anlayış qarmaqarışıqlığını qoruyub saxlamaqdadır. Qurban üzərinə tərtib edilən bu yazı da mövzuya giriş xarakteri daşımaqla bərabər, antik dövrlərdən bu günümüzə qurbanın təyin etmələri, növləri və müxtəlif araşdırmaçıların dəyərləndirmələri haqqından qısa məlumat daşımaq və eyni zamanda, mövzuya marağı olanları lazımi qaynaqlara yönləndirməkdən ibarətdir. Continue reading “Antik dövrlərdən bu günümüzədək çatan qurbanın psixoanalizi.”

Təkamülü Dəstəkləyən Elmlər: Psixologiya və Psixiatriya

Print

Psixologiya sadə davranışları və zehni əməliyyatları / prosesləri araşdıran elm sahəsidir.  Çox vaxt əsas  məqsədi cəmiyyətin yaxşılıq səviyyəsini artırmaqdır. Psikologiyada  ümumi olaraq fərdlərin zehni davranışları ilə cəmiyyətin  ictimai davranışları araşdırılır və bunlar Neyrobiologiya (nevrologiya) ilə birləşdirərək davranışlar ilə psixi proseslər arasındakı əlaqələri ortaya çıxarmağa çalışılır. Psixologiya sahəsində çalışan elm insanları olan psixoloqlar, üç əsas qola ayrılırlar: sosioloqlar, davranışı öyrənən  alimlər və qavrayışı öyrənən alimlər. Bu sahələrdəki elm insanları  qavrayış, dünyagörüş, qavrama, diqqət, duyğular, fenomenoloji, motivasiya, beyində gedən proseslər, davranışlar, şəxsiyyət və fərdlər arası əlaqələr üzərində  araşdırmalar edirlər. Bəzi psixoloqlar  bunları daha da dərindən ələ alaraq şüuraltı mövzusunu da öyrənirlər. Bunlardan başqa psixoloqlar bu sayılan mövzularla əlaqəli  digər ictimai elmlər və təbiət elmlərindən də dəstək alırlar. Əlbəttə, bir elm olaraq psixologiyanın də bir çox təcrübi (empirik) metodu var və bununla  hər nə qədər yuxarıda sayılan mövzular adamdan adama olduqca dəyişsə də, statistika  elminin də təmin etdiyi imkanlarla  əsas  mühakiməyə gəlmək olur. Bu nəticələr  daha sonra başqa elmlər tərəfindən işlənərək insanın inkişafı və yaşlanması, idman, səhiyyə, media, hüquq, iqtisadiyyat və məhkəmə elmlərində istifadə edilir.

Continue reading “Təkamülü Dəstəkləyən Elmlər: Psixologiya və Psixiatriya”

Federico Fellini – 8 ½

“8 ½  kainatdan daha əsrarəngizdir.” [1]  Astronot German Titov

01

 

Federiko Fellininin 8 ½ filmi formal və məzmun baxımından ənənəvi kinematoqrafiyadan özünəməxsus bir şəkildə ayrılan, müasir və sərbəst bir üslubda çəkilmiş kino tarixinin mühüm klassiklərindən biridir. Rejissorun “La dolce vita” (Şirin Həyat) adlı filmindən sonra (bu böyük büdcəli film İtaliyada və bütün dünyada səs gətirdi və rejissora dünya şöhrəti qazandırdı.) üzərində dayandığı bir layihə ilə başlayan, hekayədə bir rejissorun çəkəcəyi filmin yadından çıxması ilə davam edən macəranın filmə çevrilmiş halıdır. Film bir rejissorun “yaradıcılıq böhranı” adlandırılacaq qədər bəsit deyildir, – rejissorun özü sonrakı açıqlamalarında filmi izləyici üçün bəsitləşdirməyə çalışsa da – bir daxili dünya ensiklopediyası olan, özündə bir çox mövzu saxlayan bu film haqqında çox şey yazılmış, tənqidçilər filmin haqqını qısa zamanda təslim etmişdilər. Film tənqidçilərindən bəziləri isə filmi anlamadıqları üçün yanlış dəyərləndirmiş, məsələn, Polin Keyl filmin vizual olaraq çəkici olmasına rəğmən, quruluş baxımından bir faciə olduğu tipli bir yazı yazmışdır (Fellininin proqnozu doğru çıxmış, filmdəki tənqidçi Domyenin “bir sıra mənasız epizodlardan yaranan film” şəklində Quidoya yönəltdiyi tənqid eynilə həyata keçmişdi). Fellini isə filmin anlaşılması üçün çox da çaba sərf etməmiş, filmi anlamağa çalışmaq yerinə, hiss etməyə çalışmağın daha doğru olacaqını bildirmişdir. [2] Rejissor özünü cahil adlandıraraq (“mən cahil adamam” – Fellini – The Last Sequence, Criterion Collection, 8 ½, 12 Jan 2010) [3], filmin bütün istinadlarını rədd etmişdir. Film dünyaca uğur qazandıqdan sonra filmin istinadları haqqında rejissora bir çox sual verilmirdir. Coysdan, Prustdan təsirləndimi, “Keçən İl Marienbadda” (Last Year at Marienbad) filmini izlədimi kimi suallar qarşısında Fellini heç Coys oxumadığını, filmi də izləmədiyini demiş və filminin əsaslanmalarla anılmasını istəməmişdir. [4] Continue reading “Federico Fellini – 8 ½”

Two and two (qısa film)

MV5BZjlmNmM5ZjMtOGRiMi00MDI2LWJmNzYtNGQ0NjhjMDRhYmM0XkEyXkFqcGdeQXVyNDUzNTI3NQ@@._V1__SX1217_SY847_

İranlı rejissor Babek Anvari tərəfindən ssenariləşdirilmiş və çəkilmişdir. 2011-ci ildə BAFTA ən yaxşı qısa film nominasiyası üzrə mükafata layiq görülür.

Film boz rəngli divarlarla çevrilmiş otaqda cərəyan edir. Müəllim sinifə daxil olur və şagirdlərə “dərs” verməyə başlayır. Hər şey də elə bundan sonra başlanır.

Sizə azərbaycan dilində altyazılı təqdim edirik. Aşağıdakı linkdən izləyə bilərsiniz.

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: