Print

Psixologiya sadə davranışları və zehni əməliyyatları / prosesləri araşdıran elm sahəsidir.  Çox vaxt əsas  məqsədi cəmiyyətin yaxşılıq səviyyəsini artırmaqdır. Psikologiyada  ümumi olaraq fərdlərin zehni davranışları ilə cəmiyyətin  ictimai davranışları araşdırılır və bunlar Neyrobiologiya (nevrologiya) ilə birləşdirərək davranışlar ilə psixi proseslər arasındakı əlaqələri ortaya çıxarmağa çalışılır. Psixologiya sahəsində çalışan elm insanları olan psixoloqlar, üç əsas qola ayrılırlar: sosioloqlar, davranışı öyrənən  alimlər və qavrayışı öyrənən alimlər. Bu sahələrdəki elm insanları  qavrayış, dünyagörüş, qavrama, diqqət, duyğular, fenomenoloji, motivasiya, beyində gedən proseslər, davranışlar, şəxsiyyət və fərdlər arası əlaqələr üzərində  araşdırmalar edirlər. Bəzi psixoloqlar  bunları daha da dərindən ələ alaraq şüuraltı mövzusunu da öyrənirlər. Bunlardan başqa psixoloqlar bu sayılan mövzularla əlaqəli  digər ictimai elmlər və təbiət elmlərindən də dəstək alırlar. Əlbəttə, bir elm olaraq psixologiyanın də bir çox təcrübi (empirik) metodu var və bununla  hər nə qədər yuxarıda sayılan mövzular adamdan adama olduqca dəyişsə də, statistika  elminin də təmin etdiyi imkanlarla  əsas  mühakiməyə gəlmək olur. Bu nəticələr  daha sonra başqa elmlər tərəfindən işlənərək insanın inkişafı və yaşlanması, idman, səhiyyə, media, hüquq, iqtisadiyyat və məhkəmə elmlərində istifadə edilir.

Digər tərəfdən Psixiatriya tibb elminin bir alt qoludur və zehni xəstəliklərin müalicəsiylə məşğul olur. Psixologiya ilə Psixiatriya bir-birinə qarışdırılmamalıdır; ilki molekulyar səviyyəyə çox enmədən daha geniş miqyasda araşdırma edərkən psixiatriya işin molekulyar , bioloji və genetik dərinliklərinə daha çox girərək beyində və ya sinir sistemində meydana gələn problemləri tibbi olaraq həll etməyə çalışır.

Yəni psixologiya ümumi olaraq səbəb-nəticə əlaqələri ilə maraqlanarkən, psixiatriya bu səbəb-nəticə əlaqələrinin mənşəyi ilə maraqlanır.

Təkamül Biologiyasının yüksəlişiylə birlikdə  təkcə Biologiya deyil, bir çox elm daha əvvəl heç olmadığı qədər aydınlaşdırılmış, inkişaf etdirilmiş, dəyişdirilmiş və güclənmişdir. Bunların başında da Psixologiya gəlir. Psixologiya adı Latınca  ruh-elmi olaraq qalmağına baxmayaraq Təkamül Biologiyasının  kəşfi birlikdə, minlərlə il əvvəlindən gələn “ruh elm” mənasını dəyişərək  “davranış elmi ilə neyrobiologiyanın görüşdüyü nöqtə” olaraq başa düşülməyə başlanmışdır. İrəliləyən dövrlərdə, Darvinin əsasını qoyduğu yeni bir elm sahəsi, Təkamül Psixologiyası yaranmış və hal-hazırda Psikologiyanın  ən güclü sahələrdən biri halına gəlmişdir.

Bunun əsas səbəbi  Psixologiyanın əslində çox qədim  bir elm, ən azından araşdırma sahəsi olmasıdır. İnsanlar, davranışlarının bir çoxunu izah edib təsnif edə, hətta zehini xəstəliklərini analiz edərək müalicə üsulları araşdıraraq Psixiatriyanın  də təməllərini çox illər əvvəl atmışlar. Ancaq təbiətdə olan hadisələr və faktların varlıqlarını isbat etmənin elə də mənası yoxdur. Əlbəttə,bu böyük bir irəliləyişdir  və edilməsi şərtdir; ancaq o varlığın niyə, necə, nə cür  var olduğunu izah etmək , daha böyük bir problem və sual işarəsidir. Bu səbəblə, insanlar nə qədər Psikologiyanı  yaxşı başa düşsələr də, heyvan davranışlarını izah etsələr də, bunların mənşələrini və təkamüllərini ortaya qoymadan  mütləq analizlərin heç bir mənası olmayacaq. Elə bu nöqtədə  ortaya çıxan  Təkamül  Biologiyası uzun illərdir qaranlıqda qalmış məlumatları üzə çıxarmışdır.

Bilindiyi kimi, təbiətdə var olan canlıların xüsusiyyətlərinin  hamısının mənşələrində təkamül keçmişləri aktiv iştirak  edir. Hər quruluşun, hər orqanın, hər molekulun və hər orqanizmin təkamül keçmişi az ya da çox, sadə ya da çətin bir şəkildə izlənilə bilər. Elə eynilə bunlar kimi heyvan davranışlarının da, düşüncələrinin də, duyğularının və hisslərinin də hamısının təkamül keçmişləri izlənilə bilər. Çünki bütün bunlar, canlıların təkamül müddətində müəyyən təbiət şərtlərinə adaptasiya ola bilmək və özlərinə partnyor seçə bilmək üçün inkişaf etmiş, təkamülləşmiş  xüsusiyyətlər  və  quruluşdur.

Psixologiyanın Tarixinə Qısa Bir Baxış….

Psixologiyanın  tarixinə çox girmək istəmirik, çünki mövzumuza daxil deyil. Ancaq bilinməsi lazım olan bir nöqtə, psixoloji  araşdırmaların tarixinin antik Yunan, qədim Misir və dünyanın dörd bir yanında var olan çox köhnə  mədəniyyətlərə  qədər getdiyidir. Məsələn,antik Yunan  Psikologiyasının   tarixi Thalesin qədər (e.ə. 500), Çində MS(Miladdan sonra) 6. əsrdə yaşamış Lin Xieyə, Hindistanda 8-ci əsrdə yaşamış Vedantaya, İslam dünyasında MS 9. əsrdə yaşamış Əhməd ibn Sal-Balki’yə  qədər gedir. Göründüyü kimi yenə azad düşüncənin hakim olduğu antik Yunan  elm mövzusunda çağını çox qabaqlamışdır. Digər tərəfdən, İslam dünyası da Psixiatriya mövzusunda, digər bütün sivilizasiyalardan və millətlərdən irəlidədir və psikoanalizin atası sayılan Ziqmund Freyd ilə Carl Jungdan 1.000 il qədər əvvəl, 8-ci əsrdə, xüsusilə Mərakeşdə qurulan ağıl xəstəxanalarında ağıl xəstəliklərini  müalicə etməyə başlamışlar.

Psixologiyanın   ilk dəfə təcrübi olaraq həyata keçirilib elm halını alması 1879-cu  ildə Wilhelm Wundt tərəfindən olmuşdur. Yaddaş ilə əlaqədar işlər Hermann Ebbinghaus tərəfindən 19. əsrdə, Praqmatizm anlayışı üzərinə işlər Amerikada William James tərəfindən, klassik şərtlənmə kimi anlayışlar üzərində işlər Ivan Pavlov tərəfindən  başlanmış və digər elm insanları tərəfindən  inkişaf etdirilmişdir. Bütün bu insanlar  təcrübi psixologiyanın inkişaf etməsini  təmin etmişdir.

 Daha sonralar  təcrübi araşdırmaların inkişafıyla birlikdə, Psixologiyanın  inkişafı da sürətlənmişdir. Fərqli elmlərdən də gücünü alan Psixologiya, bir anda şaxələnib  budaqlanmaya və yeni sahələr yaratmağa  başlamışdır. 1880-ci illərdə Stenli Hall elmi pedaqoji (uşaq elmi) Almaniyadan Amerikaya gətirmişdir. John Dewey 1890-cı illərdə  öyrənmə  nəzəriyyəsini  irəli sürmüşdür. Eyni illərdə Hugo Münsterberg Psikologiyanın  sənaye, hüquq və digər sahələrdə necə istifadə ediləcəyi ilə əlaqli yazmağa başlamışdır.

Lightner Witmer, ilk psixoloji  klinika  açmışdır. Klinikanı  1890-cı illərdə  açmışdır. Eyni illərdə, Darvinin  qohumu  olan və yevgenika anlayışını irəli sürən Francis Galton zehni vəziyyəti test etməklə əlaqədar ilk insan əsaslı test üzərində işlərinə başlamışdır. Eyni zamanda  Vyanada isə bir dahi  Sigmund Freud psikoanalizin təməllərini atmağa başlayır. Bu təməllər üzərinə quracağı nəzəriyyə  indi belə  Psikologiyanın  ürəyində yatmaqda, təkmilləşməkdə və yenilənməkdə davam edir.

20-ci  əsrdə Edward Titchener in  Wundtun empirik işlərinə  qarşı gəlməsiylə  birlikdə yeni bir müzakirə alovlanmışdır: Davranışçılıq (behaviorism) olaraq adlandırılan və John Watson tərəfindən irəli sürülüb  B. Frederic Skinner tərəfindən məhşurlaşdırılan  yeni axın, Psikologiyanın  “ağıl / zehin “ilə maraqlanmamalı olduğunu, çünki bunun  daha çox ” metafizik ” bir anlayış olduğunu; ancaq davranışların olduqca dəqiq və test edilə bilər olduğunu irəli sürmüşdür. Hər nə qədər müzakirələr olduqca isti  olsa da, 20-ci əsrin sonlarına doğru bu baxış sürətlə gücünü  itirmişdir. Çünki bu dövrdə, koqnitiv elmlər doğulmağa və beyin açıqlanmaya  başlamışdır. Bununla da insan  beyninin davranışlar üzərindəki təsiri aydın olmuş və başa düşülməyə davam edir. İrəliləyən illərdə Təkamül  Psixologiyası, Dil Elmi, Kompüter Elmləri, Fəlsəfə, Davranış Elmləri və Nevrobiologiyanın inkişafıyla birlikdə ağılın tamamilə adi və metafizika ilə uzaqdan yaxından əlaqəsi olmayan bir anlayış olduğu aydın olmuş, insan beyninin adi, amma olduqca kompleks bir orqan olduğu kəşf edilmiş və insanın bütün davranışlarının elmi olaraq izah oluna bilər, beyində yatan səbəblərə söykənən faktlar olduğu ortaya çıxarılmışdır. Hətta indiki vaxtda bu sahələrdəki inkişaflarla süni zəka kimi sahələr irəliləmiş, beyini süni olaraq təqlid edilməyə başlanmış,  duyğu və düşüncələrin süni olaraq yaradılması  hədəflənmişdir.

Çağımız  elmdən uzaq bildiklərimizi elmiləşdirən, təbiətdən üstün  bildiklərimizi təbiiləşdirən bir çağdır. Bu aydınlanmağa  Psikologiyanın bir çox sahəsi də daxil olmuş, Təkamül  Biyologiyasının  inkişafı sayəsində bu çox daha sürətli baş vermişdir.

Davranışçılıq ve Koqnitivizm

Yuxarıda da ifadə etdiyimiz kimi, B.F. Skinner, Edward Tolman, Edwin Guthrie, Clark L. Hull kimi əhəmiyyətli davranışçı  alimlər, Davranışçılıq adı verilən bir modeli inkişaf etdirmişlər. Bu modelə görə, öyrənmə və bununla əlaqəli  olaraq inkişaf edən davranışlar gündəlik yaşantımızdakı mükafat-cəza mexanizmlərinə görə inkişaf edir və meydana gəlir. Heyvanların hər hansı bir davranışı öyrənmələrinin yolu o davranışı öyrənmələrinin qarşılığında bir mükafat alacaq olmalarıdır. Əksi olaraq, bəzi davranışlardan uzaq qalmalarının səbəbi də qarşılığında bir cəza alacaq olmalarıdır. Bu elm insanlarına görə öyrənmə sınaq və yanılmalar nəticəsində olur, tək səfərdə   heç bir öyrənmə reallaşa bilməz. Yəni bir heyvan, bir davranışı öyrənmək üçün birdən çox sınaq edər, yanıldıqlarını hiss edər və təkrar sınayar. Sonunda, doğru olduğunu düşündüyü davranışa çatdığında  o davranışı “öyrənmiş” olur.

Davranışçılığa görə bütün bu öyrənmə prosesləri, şərti yada şərtsiz şərtlənmələr və heyvanlar olaraq bunlara verdiyimiz reaksiyalar ilə reallaşmaqdadır. Yuxarıda da qeyd etdiyimiz  kimi, bir mükafat və ya cəza qarşısında davranışlarımız şəkillənir və  bəzi digər faktorların da təsirində bütün davranışlarımızın səbəbləri və nəticələri izah oluna bilir.

Bu modelin bir çox müsbət  və mənfi tərəfi  var; ancaq ən əhəmiyyətli tərəfi  Təkamül  Biyologiyasının  inkişafıyla birlikdə heyvanlar arasındakı əlaqənin və insanın da bir heyvan növü olduğunu başa düşülməsilə birlikdə, heyvanların da insan kimi bir zəkası olduğuna və ya ən azından davranışlarının arxasında müəyyən bir bağ  olduğunun başa düşülməsidir. Yəni elm insanları  onsuz da Darvin və ondan sonrakıları anlamağa başladıqları növlərin mənşəyinə, davranış və psixoloji bir dünyagörüşü da qazandırmağı bacarmışlar.

Uzun bir müddət  Davranışçılıq  Psixologiyada öyrənməyi izah etmək  üçün əsas model olaraq istifadə edildi. İndi belə  müasir elmdə  yenə  çox əhəmiyyətli bir yeri var  və hələ də inkişaf etdirilir. Ancaq 1957-ci ildə, dünyanın hər yerində  məşhur dilçi Noam Chomsky nəşr etdirdiyi  Şifahi Davranış (Verbal Behavior) adlı kitabında, ilk dəfə davranışçılığın öyrənməsi ilə heyvan davranışlarındakı tək model ola bilməyəcəyini irəli sürmüşdür. Chomsky ə  görə, dil kimi kompleks quruluşu olan və qarşıdakına məlumatı çatdırmağın çox təsirli bir yolu olan bir sistemin, tam şərtlənmələr ilə öyrənilə bilməsi mümkün deyil. Bu nöqtədən yola çıxan Chomsky, öyrənmənin arxasında heyvanların içərisindən gələn bir səbəb olması lazım olduğunu irəli sürmüşdür. Bu səbəbin zəka olduğunu açıqlamışdır. Beləcə Chomsky, davranış və öyrənmə modellərinə zəkanın əhəmiyyətli təsirini qataraq koqnitivizm (cognitivism) modelini inkişaf etdirmişdir. Psikologiyada bu modelə Koqnitivlik də deyilir.

Chomskydən bu modeli alan Albert Bandura kimi elm insanları  ictimai müşahidə yolu ilə dərketmənin istifadəsi nəticəsində öyrənmənin reallaşdığını irəli sürmüşlər və müvəffəqiyyət qazanmışlar. Daha sonralar texnologiyanın inkişafıyla məlumatın necə  meydana gəldiyini  aydınlaşdırmış, beləcə bir anda öyrənmə modellərində dərketmənin əhəmiyyətinin düşünüldüyündən daha çox olduğu məlum  olmuşdur. Yəni bir heyvan, ətrafındakı hadisələri araşdırır, aralarında səbəb-nəticə əlaqələri qurur, müşahidələr edər və öz zəka süzgəcindən keçirərək, yəni beynində reallaşan biokimyəvi reaksiyaya əsaslanaraq bəzi  nəticələr çıxarar. Elə  bu nəticələr, o heyvanın öyrənməsini  təmin edir.

Müasir elmin  inkişafıyla, bu model  daha da güc qazanmışdır. Dərketmə Nevropsixologiyası, Nevropsixologiya  və koqnitiv elmlər  meydana gəlməsiylə  Psixologiya  daha çox elmi,təcrübi, metodoloji və  daha güclü nəticələr verən bir elm halını almışdır. Hələ ki Neyrobiologiya və ümumiyyətlə sinir elminin  inkişafıyla  beyin, sinir sistemi və davranışlar arasındakı əlaqələr ortaya çıxarılmağa başlamışdır.

Bu elmlərin inkişafının və Təkamül  Biologiyasının işığı altında birləşdirilməsinin çox əhəmiyyətli bir nəticəsi olmuşdur: Ruh və instinkt kimi bədənüstü ya da təbiətüstü anlayışlar, ölümcül zərbələr alaraq elmin sahəsindən  kənara çıxarılmışdı.

 

Ruh, İnstinkt və Zəka

 Ruh  min illər ərzində insanların davranışlarını izah etmək  üçün istifadə edilən anlayışların önündə  gəlmişdir. Bu anlayış  eyni zamanda insanın ölümsüzlüyünü “təmin etmək” adına irəli sürülən, bədən ölsə belə özünün ölməyəcəyi  və başqa bir “formada” varlığını sonsuza qədər davam etdirəcəyini, beləcə də fərdlərin əslində bu dünya üzərində bir məqsədləri olduğunu və bu məqsədi tamamlasalar da, tamamlamasalar da, fərqli şərtlər altında varlıqlarını sonsuza qədər davam etdirdiklərini düşünmənin  açarı olmuşdur. Eyni zamanda ruh insanlar ilə digər heyvanları bir-birindən ayırmanın da bir yolu olmuş, insanların ruhu varkən, digər heyvanların ruhu olmadığı irəli sürülmüşdür. Belə ki bu söz  Psixologiya (Ruh Elm) sözünə  də ad  vermiş; ancaq indiki vaxtda heç bir elm insanı tərəfindən bu şəkildə düşünülmür.

Müasir Elmin inkişafıyla birlikdə, insanlar da daxil olmaq üzrə heç bir insanın ruh kimi bir bədənüstü anlayışa sahib olmadığı göstərilmişdir. Bu, əlbəttə müsbət bir şəkildə edilməmiş, ruha aid bütün xüsusiyyətlərin elmi yollarla açıqlanması ilə reallaşmışdır. Bu gün  artıq ruh deyə bir anlayışın elmi etibarlılığı olmamaqla birlikdə, bir çox digər anlayış kimi insanların şəxsi görüşlərinin və ya şəxsi qorxularının bir məhsulu olaraq görülür və elmi dəyər verilmir.

Ruh anlayışının bir digər məhsulu, instinkt anlayışı olmuşdur. Dediyimiz kimi ruh insanlar və heyvanları bir-birindən ayırmaq üçün xəyalən ortaya çıxarılmış (yaradılmış) elmdən kənar bir anlayışdır və insanların davranışlarının səbəblərini izah etmək  üçün istifadə edilmiş; hətta qeyri-adi insanların “ruhlarının ələ keçirildiyi” ya da “bədənlərinə şeytanların girdiyinin” iddia edilməsinə qədər gedən azğınlıqlara və cahilliklərə  çatmışdır (və hələ də bəzi bölgələrdə bu cəhalət davam etdirilir). İnsanların davranışlarını ruh ilə açıqladığını düşünən insanoğlu geriyə qalan heyvanların davranışlarını isə “instinkt” dedikləri bir anlayış ilə açıqladıqlarını düşünmüşlər.

Düşünmüşlər  deyirik, çünki günümüzə instinkt anlayışının təsirinin az qala heç olmadığını birazdan  izah edəsiyik. Ancaq bu anlayışın nə səbəbə  yarandığını demək lazım olsa: insanlar ətraflarındakı heyvanları kobudca araşdırmışlar və hamısının bənzər ya da məhdud hərəkətlər etdiklərini düşünmüşlər. Bu insanlara görə quşlar  həmişə  cəh-cəh vurmaqla və yuva qurub bala büyütməklə, itlər davamlı sahiblərinin arxasında dolaşır və deyilənləri etməklə, pişiklər davamlı yatmaqla, sevgi axtarmaqla və ya bir şeylərlə oynamaqla məşğuldular. Digər bütün heyvanlar da  sanki özlərinə müəyyən rollar biçilmiş kimi  “məhdud” hərəkətlərdə olurlar. Elə  bunu görən və insan xaricindəki heyvanların həqiqətən də bu qədər məhdud olduğunu düşünən  insan növü bu heyvanların davranışlarını izah etmək  üçün, onlara “çöldən yüklənmiş, bəxş edilmiş və həyatlarını davam etdirmək üçün yetərli  olacaq davranışlar  toplusu” olaraq təsvir etdiyi  instinkt anlayışını irəli sürmüşdür.

Bu anlayış daxilində hər heyvan sahib olduğu  instinktlərlə  hərəkət etməklə, hər hansı bir ruha sahib olmadığı üçün qərar mexanizmləri yoxdur, düşünməməklə  və eynilə kompüter proqramları kimi, nə istiqamətdə programlandılarsa o işləri etmək ilə məhdud olduqlarına inanılmışdır.

Əlbəttə,  bu fikirlər Təkamül  biologiyasının heyvanlar arası əlaqələri və insanların heyvanlar arasındakı yerini  meydana çıxarmaqla birlikdə kökündən dəyişmiş və yanılmalar aydın olmuşdur. Yuxarıda  ruh anlayışının necə pilləli olaraq yox edildiyindən və artıq elmdə yeri olmadığından bəhs etmişdik. Instinktlər də  oxşar   şəkildə, ruh anlayışına paralel olaraq təsirini itirmişdir; ancaq elmdən  xaric olduğu isbat edilmiş və dəqiq bir şəkildə bilinən ruhun əksinə, indi  müasir elmdə belə müəyyən bir sahədə istifadə edilir.

Bu gün  instinkt anlayışı  ilkin mənasından bir az fərqli olaraq “daha əvvəl  yaşanmamış davranışların sərgilənməsi” olaraq  izah edilir. Ən tipik nümunələrindən biri  Caretta,  caretta’ların yumurtadan çıxar-çıxmaz dənizə yönəlmələri və çatmağa çalışmalarıdı. Bir digər tipik nümunə, məməlilərin doğulduqdan dərhal sonra, daha əvvəl heç görməmiş ya da  sınamamış  olmalarına baxmayaraq anasının  məməsinə çatmağa çalışmalarıdır.

Baxmayaraq ki,  bundan  bir neçə il əvvələ qədər bütün bu hərəkətlər   bədənüstü anlayışa söykənən davranışlar olaraq dəyərləndirildi, müasir elmin daha da irəliləməsiylə artıq bu məhdud instinkt tərifinin də  elmdə yeri qalmamağa başlamışdır. Çünki Baldwin Təsiri kimi Təkamül  Biologiyasının  açıqlayıcı gücündən qaynaqlanan məlumatlar sayəsində artıq bu doğuşdan gələn instink  kimi görünən davranışların arxasında elmi, konkret və mexanistik bir şəkildə  izah oluna bilən  səbəblər olduğu meydana çıxarılmışdı.

Carettaların dənizə yönəlməsinin arxasında duyğu orqanlarının və zəkanın çox böyük əhəmiyyəti olduğu və bunların blok  edilməsi  halında  bu heyvanların dənizə çata bilməyəcəkləri müəyyən  edilmişdir. Yəni, bu davranışların  səbəbləri,  instinktin bu heyvanları bu istiqaməti deməsi deyil, duyğu orqanlarından gələn məlumatların işlənməsi nəticəsində bu heyvanların dənizə yönəlməsidir. Nəsillər boyunca yumurtadan çıxan tısbağalar fərqli istiqamətlərə yönəlmiş ola bilərlər; ancaq ən qısa müddətdə dənizi  təyin  edib, ona yönəlməyi bacaran fərdlər üstün mövqeyə keçiblər və Baldwin Təsiri deyilən bu hadisə daxilində hər zaman dənizə ən qısa müddətdə çatmaq lazım olduğunu anlayan  fərdlər həyatda qala bilmişlər. Buna görə genləri də  bunu təmin edəcək şəkildə formalaşmışdır.

Eyni şəkildə, məməlilərin analarını tanıması və məməni  əmməyə çalışan davranışlarının arxasında da feromonlar kimi bədən ifrazının  çox böyük təsiri olduğu meydana çıxarılmışdır. Bu səbəbdən eynilə dəniz tısbağaları kimi məməlilər də analarını duyğu orqanları və beyinlərinin koordinasiyalı bir şəkildə  işləməsi nəticəsində təyin  edir  və ona bu şəkildə yönəlirlər.

Bütün bunları nəzərə alsaq, artıq instinktlərin elmi sahədə çox da bir dəyəri  qalmadığı  görülür.Bizim düşüncəmizə görə  qarşıdakı  qısa bir müddət içərisində, müasir elmdən instinkt  də eynilə ruh anlayışı kimi tamamilə atılacaq və zəka ilə beynin insan davranışlarındakı tək ünsür olduğu elan ediləcək. Beyin də  eynilə bütün digər orqanlar kimi genetik ünsürlərlə  çevrəyə alınıb; ancaq  xarici çevrə ünsürləri ilə bu çərçivənin içi doldurulur. Bu səbəbdən “instinkt” kimi ikinci bir tərifə  ehtiyac olmamalıdır.

Heyvan Davranışlarına Psixoloji yanaşmalar

Keçmişdən günümüzə bir çox psixoloq və ya psixiatr tərəfindən fərqli psixoloji yanaşmalar irəli sürülmüşdür və bu yanaşmalar bugün  hələ  də fərqli nisbətlərdə, fərqli  sayda  və müxtəlif vəziyyətlərdə istifadə edilir. Bunlara çox qısa toxunası  olsaq:

Uzun illər ərzində yalnız müşahidələrlə irəliləyən Psixologiya 1879-ci ildə Leypsiq Universitetində işləyən  və “təcrübi psixologiyanın atası” olaraq xatırlanan Wilhelm Wundt tərəfindən ilk dəfə laboratoriya mühitinə daşınmış və Psixologiya də elmi metoda qovuşmuşdur. Bu yeni metoda strukturalizm deyilmişdir. Wundt  universitetdə ilk psixoloji laboratoriyasını açmış  və bu tarixdən sonra Psixologiya bir elm olaraq inanılmaz yol qət etmişdir. Wundtun işlərinin təməlində psixoloji prosesləri kiçik parçalara bölmək dayanır və bu üsul, günümüzün  müasir elmi üçün çox böyük əhəmiyyət kəsb edir.

Daha sonra  bu strukturalizmə  qarşı olaraq  William James adlı Amerika filosofu, elm insanı və psixoloq tərəfindən Funksiоnаlizm adı altında yeni bir yanaşma inkişaf etdirilmişdir. Jamesə görə Psikologiyanın  insan faydasına olan funksional bir xüsusiyyəti olmalıdır və elm insanları buna  yönəlməlidir. Bu  səbəbdən  James Psikologiyanın  laboratoriya mühitinə daşınmasına qarşı idi. Yenə də  Jamesdən  sonrakı funksionaliz psixoloqlar, bu görüşü çox da yaymadılar və Funksionalizm içərisindən gələn Herrmann Ebbinghaus, yaddaş üzərinə çox əhəmiyyətli təcrübi işlərə imza atdı və öyrənmə ilə unutma arasındakı əlaqələri və bunların necə baş verdiyini göstərən modelləri irəli sürdü. Daha sonralar Rus elm insanı Ivan Pavlov etdiyi təcrübi işlər nəticəsində  daha əvvəllər “Davranışçılıq” dan bəhs edərkən köçürdüyümüz klassik şərtlənmə qanununu kəşf etdi. 1950-ci illərin gəlməsiylə Funsionalizm  tamamilə təcrübi bir xüsusiyyət qazandı və idrak elmlərin inkişafına böyük sürət qazandırdı.

Aşağıda geniş yer verəcəyimiz psikanalitik yanaşma da  Psixologiyanın irəliləməsində əhəmiyyətli bir addım idi. Sigmund Freud  ömrü boyunca nəzəriyyəsi  üzərində  işləmişdir və insan davranışlarının cinsəllik və həzz qanunları üzərinə qurulduğunu irəli sürmüşdü. Freudun işləri böyük nisbətdə klinik müşahidələrə, üstün  dərəcədə xəstə insanlara və çıxarılan  düşüncələrə əsaslanırdı. İndiki vaxtda bu qədər məşhur olmasının səbəbi, cinsəlliyi qorxusuzca və elmi bir şəkildə Psikologiyanın sahəsinə gətirməsi, insanların istəklərini örtmələrinin səbəbləri və nəticələrini dəqiq bir şəkildə ortaya qoyması və şüursuz zəka anlayışını irəli sürməsidi. Bütün bunlar irəli sürüldüyü dövrlərdə bir tabuydu və Freud  bir az sərt bir şəkildə də olsa bu tabuları yıxdı. Psikanalitik nəzəriyyə  digər bir əhəmiyyətli psixiatr olan Carl Junga  dərindən təsir etdi və dərinlik psixologiyası deyilən bir sahənin yaranmasına  səbəb oldu. İndi bütün bunların müxtəlif versiyaları aktiv olaraq psikoanalizdə istifadə edilir. Eyni şəkildə indi  bu metodların bir çoxu müxtəlif şəkillərdə tənqid olunur. Ancaq Freudun  kəşf etdiklərinin  elmi gerçəklik  dəyərini dəyişdirən heç bir faktor tapılmayıb. Sadəcə, Freydin bu nəticələri söykəndiyi səbəblər  çox da  elmi olmadığı və test edilə bilər də olmadığı üçün tənqid olunur.

Sonralar, 1950-ci ildə bir digər psixoloji yanaşma olaraq  Davranışçılıq doğuldu. Bu yanaşmanın qurucusu olaraq John Watson tanınır. Ancaq bir çox digər elm insanı, davranışçılığı ilk irəli sürüldüyü halından daha  çox  inkişaf  etdirmiş və dəyişdirmişdir. Bunların bir çoxuna, yuxarıdakı tarixi hissədə toxunmuşduq. Bu sahənin ən əhəmiyyətli əlamətlərindən biri şərtlənmə anlayışını ortaya qoymasıdır. Ən ilkin davranışçı model olan Klassik Şərtlənmə qanununa görə ekoloji xəbərdarlıqlar ilə bu xəbərdarlıqların səbəb olacağı sevinc  və ya ağrının miqdarı arasında bir əlaqə var. Heyvanların davranışları bu əlaqələrə görə formalaşır. Bu qanun  günümüzə qədər olduqca inkişaf etdirilmiş və hələ də istifadə edilir.

Daha sonraları, eyni məktəbdən olan B.F. Skinner, bu yanaşması bir az daha elmi sahəyə  çəkərək pozitivist və determinist bir yanaşma nümayiş etdirmişdir. Zəkanın elmi araşdırmalara açıq olmadığını düşünmüş, bu səbəbdən yalnız müşahidə edilə davranışlar üzərində təcrübələr edilməsi lazım olduğunu iddia etmişdir. Skinner, birbaşa davranışlar ilə ətraf arasındakı əlaqəni araşdırmışdır. Bu araşdırmaları nəticəsində, klassik (şərtli) şərtlənmədən fərqli olaraq şərtsiz şərtlənmə qanununu kəşf etmişdir. Yuxarıda da açıqladığımız kimi, Noam Chomsky bu görüşlərin öyrənmə və davranışlar üzərindəki təsirini böyük ölçüdə yıxmış və zəkanın davranışlar üzərindəki təsirini ortaya qoymuşdur. İndiki vaxtda, Skinnerin fikirləri tam olaraq ölməmişdir və praktik işlərdə istifadə; ancaq bunların şərhlərinin özünün çox da doğru olmadığı, zəkanın davranışlarda ən əhəmiyyətli faktor olduğunu bilməkdə fayda var.

Yenə 1950-ci illərdə  Davranışçılıq və Psixoanalizə qarşı olaraq humanist psixologiya doğulmuşdur. Bu yanaşmaya görə insan davranışları yalnız tək bir orqan olaraq beynə ya da beynin tək bir parçasına yığılmamalıdır və insan bir bütün olaraq ələ alınmalıdır. Bu yanaşma insanları heyvanlardan ayırmağa çalışır və yalnız insan ilə maraqlanmaq lazım olduğunu müdafiə edir. Bu yanaşmada təməl olaraq araşdırılan anlayışlar azad iradə, fərdi inkişaf, özünü anlama, şəxsiyyət axtarışı, ölüm, təklik, azadlıq və məna kimi anlayışlardır.

19-cu  əsrin sonlarına doğru inkişaf etmiş bir digər psixoloji yanaşma, Gestalt Psikologiyasıdır. Bu yanaşmaya görə canlıların yaşadıqları  hər şey bir bütündür və bir-birlərindən ayrı ələ alına bilməz. Bu səbəbdən davranışları və düşüncələri kiçik parçalara bölmək yerinə,bu yanaşmada bütün təcrübələr bir bütün olaraq ələ alınır və bu bütünün, parçaların hamısı birlikdə  fərqli təsir yarada biləcəyi düşünülür.

Yuxarıda da qeyd etdiyimiz kimi  Noam Chomsky ilə birlikdə, günümüz müasir Psikologiyada  ən məşhur olaraq qəbul görəcək olan koqnitiv (dərketmə) yanaşma inkişaf etdirilmişdir. Bu yanaşmanın əsas maraq sahəsi canlıların necə düşündüyü, qavradığı, xatırladığı və öyrəndiyidi. Chomskyə  görə heyvanların etdikləri  davranışlar  daha kompleks bir şəkildə də olsa, insanda da görülür  və insanın heyvanlardan zəka xaricində hər hansı bir fərqi yoxdur. Chomsky ilk dəfə psixologiya baxımından da insanı heyvanlarla bərabər hala gətirən elm insanlarından biridir. Chomsky  hər nə qədər  instinktə  bir az çox ağırlıq versə də, özünü təqib edən koqnitiv elm insanları  onun bu səhvlərini düzəldərək daha güclü bir yanaşma halına gətirə bilmişlər.

Bütün bu modellərin üzərinə, elmin daha da inkişafı ilə birlikdə biyofiz sosioloji yanaşma inkişaf etdirildi. Bu yanaşmaya görə insan da daxil olmaqla bütün heyvanların davranışları, bioloji, fizioloji və sosioloji qarşılıqlı təsirlərin bir bütünüdür. Heyvan davranışları biolojidir, çünki davranışlar canlılar ilə əlaqədardır və davranışların kökündə yatan beynin təkamülü, formalaşması, inkişafı və ümumi olaraq sinir sisteminin biologiyası birbaşa heyvan davranışlarını təsir edəcək. Heyvan davranışları fiziolojidir, çünki hiss və duyğuların meydana gəlməsinə səbəb olan biokimyəvi reaksiyalar təyin  edilmişdir və bunların pozulması vəziyyətində davranışların da dəyişəcəyi ortaya qoyulmuşdur. Heyvan davranışları sosyolojidir, çünki heyvan davranışlarını içlərində yaşadıqları ictimai mühit və əldə etdikləri mədəniyyət təsir, dəyişdirir  və müəyyən edir.

Biz  Psixologiyada həmişə koqnitiv və biyofiz sosioloji yanaşma seçirik. Əgər spesifik olaraq insan davranışları və insanın zehni xəstəliklərini ələ alısı olsaq, o zaman da bu iki əsas  izahın  yanında, Psikoanalitik qiymətləndirməyi də ələ alırıq. Çünki həm müasir elmdə ən çox yayılan və  qəbul edilən  yanaşmalar bunlardır; həm də  edilən hər araşdırmada, bu əsas  yanaşmaların doğruluğu daha da çox isbatlanır  və inkişaf etdirilir.

 

İnsan Davranışlarının Başa Düşülməsində  Bir Yanaşma: Psikoanalitik Nəzəriyyə

 

Heyvanların ümumi olaraq davranışlarını, öyrənmə müddətlərini və davranışlarının səbəblərinin ortaya çıxarılmasını yuxarıda ətraflı bir şəkildə ələ aldıq. İndi heyvanlar aləminin bir digər üzvü olaraq insan növünün psixologiyasının başa düşülməsiylə əlaqədar bir neçə nöqtəyə toxunaq.

İnsan psixologiyasının başa düşülməyə çalışılmasının da çox köhnə bir tarixi vardır.  Biz bu yazımızda çox əvvəllərə  getməyərək  Darvinin  müasiri sayıla biləcək, günümüz müasir psixologiyasının ən əhəmiyyətli parçalarından biri olan Psikoanalitik  Nəzəriyyənin  qurucusu və yenə günümüz müasir elminə forma  vermiş elm insanlarından biri olan Sigmund Freuddan başlayaraq mövzuya  qısaca  göz gəzdirək.

Freud  insan davranışlarını araşdırmış və bunların təsadüfi deyil, müəyyən məqsədlərə doğru  inkişaf etdiyini  irəli sürmüşdür.

Psikanalitik  nəzəriyyə davranış psixologiyasına radikal bir baxış gətirən, yetkin fərdlərin davranış pozuqluqlarının təsadüfi ya da mənasız deyil,  məqsədyönlü   meydana gəldiyini müdafiə edən  Sigmund Freudun ümumi işlərindən yola çıxan  həm normal, həm də anormal zehni proseslərin gedişi və formalaşması haqqında əhəmiyyətli nəticələrə çatmış, əhəmiyyətli bir  nəzəriyyədi. Jak  Lacan, Alfred Adler və Carl Gustav Jung tərəfindən inkişaf etdirilmiş, dəyişdirilmiş və fərqli istiqamətdə araşdırmalar nəticəsində, çox əhəmiyyətli insan davranışları, zehni xəstəlikləri və zehni prosesləri ilə əlaqədar çox əhəmiyyətli nəticələr vermişdir. İndiki vaxtda bu nəticələr hələ də müasir psixologiyanın baş qaydaları olaraq istifadə edilməkdə və inkişaf etdirilir.

Freydə görə, şəxsiyyətin motivasiyası və insanın ən böyük məhrumluğu sevgidir. İnsan şüurlu davranışlardan çox şüur xarici güclərlə hərəkət edir. Çox vaxt özü də bu şüur xarici davranışlarının mənşəyini tapa bilməz. Ancaq  insanın  şüur xarici davranışları dərindən təhlil edilsə (hansı ki buna elmdə psixoanaliz deyilir), bu davranışların altında sevgi axtarışı yatır. İnsanın hər hansı bir səbəblə təmin edə bilmədiyi sevgi (eşq) məhrumluğu onu böhranlara və anormal davranışlar etməyə sövq edir.

Freudun nəzəriyyəsinin söykədiyi qanunlardan birincisi “sevgi axtarışı” ikən, digəri “həzz axtarışı” dır. Freyd bunu “həzz prinsipi” olaraq adlandırır  və təməl olaraq insanın həzz verici ünsürlərə yönəldiyini və davranışlarının bu arayış istiqamətində formalaşdığını irəli sürür.

Nəzəriyyənin ümumi  qaydalarına baxası olsaq:

-İnsanın inkişafını ən yaxşı  cinsi arzunun  dəyişən  qayələri yolu ilə başa düşülə bilər.

– Psixi  sistem öyrəşilmiş olaraq cinsi və təcavüzkar istəklərə təzyiq göstərər və bu istəklər düşüncələrin şüur xarici  sistemlərində saxlanılır.

-İstəklər üstündəki şüur xarici  qarşıdurmalar özlərini yuxularda, dil dolaşmalarında və digər əlamətlərdə göstərir.

– Şüurxarici  qarşıdurmalar nevrozun qaynağıdır. Nevroz yanılmalar ya da halüsinasyonlara səbəb olmadan, hər hansı bir ictimai normanı  ümumiyyətlə çəkmədən, ancaq bu sərhədlər daxilində insan psixologiyasının pozulmasına səbəb olan zehni bir problemdir.

– Nevroz  psixoanaliz yolu ilə şüurxarici  istəklərin və basdırılmış olanın şüura geri gətirilməsi ilə müalicə edilə bilər.

Freydə görə  psixoloji hisləri gizlətmək  yolu ilə ağılın kənarına daşınan, mədəniyyət tərəfindən qəbul edilməyən düşüncələr, arzular və istəklər, travmatik yaşantılar və ağrı-acı verən duyğuların yığını “şüurxarici” idi. Ancaq məzmun hər zaman mənfi olmaq məcburiyyətində deyil. Psikanalitik düşüncəyə görə, şüurxarici  yalnız öz təsirləri ilə fərqlənə bilən bir güc idi və özünü əlamətlərlə ifadə edərdi.

Freudun daha sonra inkişaf etdirdiyi Struktur nəzəriyyəyə görə insan zehni; eqo, super eqo və id şəklidə üç əsas hissədən ibarətdir. Id  “primitiv arzuları” (cinsəllik, təcavüzkarlıq, aclıq və s) saxlayan hissədir. Super ego; internalized norma, əxlaq və tabuları əhatə edən hissədir. Son olaraq ego, bu iki hissənin arasında olan və “öz” duyğusuna yol verən hissədir.

Freudun irəli sürdüyü bəzi prinsiplərə baxsaq:

Həzz prinsipi: Orqanizmin  ağrı-acıdan  qaçaraq həzz axtarmasını göstərir. Həzz prinsipi doğuşdan var. Məqsədi doyuma çatmaq və həzzi təmin etməkdir. Məqsədinin reallaşmasını “burada və indi prinsipi” nə görə istər. Qarşısının alınmasına  dözə bilməz. Bu uşaqlıq illərində daha güclüdü . Böyümə və yetkinləşmə  zamanı  azalır, lakin tamamilə yoxa çıxmaz və həyat boyu davam edər.

Gerçəklik prinsipi: Orqanizmin ehtiyaclarının xarici gerçəklərə görə təxirə salınmasını və ya doyurulmasını təmin edər. Doğuşdan yoxdur. Mənliyin inkişafıyla fəaliyyət göstərməyə başlayır, mənliyin inkişafına və yetkinləşməsinə görə fəaliyyəti artar. Zamanla  həzz  prinsipinin  fəaliyyəti azalarkən gerçəklik  prinsipinin fəaliyyəti artar.

İlkin müddət düşünmə forması: İstəklərin və ehtiyacların  doyumunu, zehni boşalmağı planlayan  məntiq əvvəli düşünmə formasıdır. Həzz  prinsipi ilə birlikdə işləyir.

Orta müddət düşünmə forması: Mənliyin yetkinləşməsi, ictimai həyat və öyrənmə prosesilə ilkin müddət düşünmə formasından ayrılaraq inkişaf edən məntiqli düşünmə formasıdır. Gerçəklik prinsipiylə  birgə  işləyir.

Freud  zehni proseslərin tam şüur anlayışıyla izaholuna bilməyəcəyinə  inanırdı. 1870-ci  illərdə Parisdə hipnoz  müşahidələrində, daha sonrakı illərdə hipnoz tətbiqlərindən, xəstələrlə əlaqədar işlərindən və təcrübələrindən yola çıxaraq şüurxarici və örtmə(gizlətmə) anlayışlarını qarşıya qoydu. Bu iki yeni anlayış psikanalitik qaydanın iki təməl daşını meydana gətirdi.

Şüur Xarici  və Psixi strukturlar: Şüurxarici  ilə impulsların  fərqində olmadığı  zehni funksiyalar hissəsi nəzərdə tutulur. Psikanalitik  şüurxarici, məşhur bir anlayış olan şüuraltına bənzəyir  amma eyni deyil. Psixoanaliz üçün  şüurxarici  şüurda olmayan hər şey deyil. Məsələn, motor bacarıqları, qeyri-iradi psixoloji hərəkətlər deyil ancaq şüurlu aktiv düşüncədəki gizlədilənlərdir. Həm də ön mühakimə kimi avtomatik proseslərin nümunələri və indiki əlaqələrin üzərindəki keçmişin təsirləri şüurxaricidir.

Freyd və Təkamül  Biologiya: Psikanalitik Prinsipinin  tənqidi

Bu nöqtədə  yarışmanın  qalibi olan Sn. Fatih Bayrakın araşdırma nəticələrinə nəzər salsaq:

Psikoanalitik nəzəriyyə  təməllərini Freudun atdığı və biliyin necəliyinə, nə olduğuna, elementlərinə dair uzun müddətli araşdırmalarının toplusudur. Freud psixi proseslər haqqındakı bir çox mövzuda olduqca əhatəli görüşlər ortaya qoymuşdur. Cinsəlliyin və şüurxarici  inkişaf edən proseslərin insan davranışlarında olduqca təyin edici olduğunu müdafiə etməsi  hələ də  bəzi yerlərdə  reaksiyalara səbəb olur.

Nəzəriyyə Təkamül Biologiyası  baxımından tarixi bir əhəmiyyətə malikdir. Çünki Freyd işlərində bir çox yerdə Təkamül Nəzəriyyəsindən  faydalanmışdır və bir mənada Təkamül Nəzəriyyəsini,Təkamülün  zehni proseslərə olan təsirlərini araşdıraraq gücləndirmişdir. Məsələn ilan fobisini Homo sapiensin keçirdiyi təkamül müddətləriylə izah edərək  bu fobini  universal insan xüsusiyyəti sayar. Çünki təkamül ağacımızda ilanlar növümüzün  davamlılığını çox təhdid etmişlər. Başqa bir nümunə də dad qaçınması ola bilər. Yenə də növümüzün  keçmişdə yaşadığı təcrübələrin nəticəsi olaraq bu gün bir yeməyi ilk dəfə yediyimizdə eyni anda hansı səbəblə olursa olsun narahat edici bir vəziyyət yaşasaq (baş gicəllənməsi, ürək bulanması vs) bu narahatlığa yediyimiz yeməyin səbəb olduğunu düşünüb  o yeməkdən uzun müddət uzaq dayanmağı seçə bilərik. Növümüz  çox vaxt  bilmədən zəhərli otlar yemiş və bu tarixi bilgi  kollektiv şüurumuza yerləşmişdir. Buna bənzər bir çox mövzuda Freud  nəzəriyyələrində Təkamülə yer verir. Fərqli elmi dairələr tərəfindən təkamülü dəstəkləyən arqumentlərin ortaya atılması (xüsusilə 1900-cü illərin əvvəllərində) tarixi əhəmiyyət kəsb edir.

Qaydanın ən böyük mənfisi davranış elmləri üçün elmi araşdırma üsullarına uyğunlaşmada böyük çətinliklər ortaya çıxarmasıdır. Çünki şüuraltının elmi olaraq testlərə  cəlb olunması, formasının necə olduğunun izah olunması hətta araşdırılması olduqca çətindir. Eyni zamanda psixoanalizi hər hansı bir faydasının olub olmadığı da başa düşülmür. Edilən müalicələr sonrasında  bütün iştirakçılar fərqli təcrübələr yaşadığını qeyd etmişlər. Həm də eyni təsirləri öz özlərinə də sadə meditasyon üsullarıyla da  yarada bildiklərini müşahidə edilmişdir.  Freyd bütün təcrübələrini uc nöqtələrdəki xəstəliklərə sahib fərdlər üzərində etmişdir. Daha sağlam fərdlər üzərində edilən psixoanalizin necə nəticələr verəcəyini təyin etmək çətindir.

Freudun araşdırmalarını əhəmiyyətli edən bir nöqtə  yalnız danışmaq  yoluyla psikopatalojilərin, yəni psixoloji xəstəliklərin önünə keçilə biləcəyini və ya müalicə oluna biləcəyini  ortaya qoymasıdır. Bəzi insanlar tərəfindən indiki vaxtda Psixoanaliz bir “pul tələsi” olaraq görülsə də və ya özünü psixoloq olaraq tanıdan bəzi fırıldaqçılar  tərəfindən bu metodun adına zərər gəlsə də, dünya səviyyəsində ən təsirli Psixoloji müalicələrdən biri  Təkamül  Biologiyasından  gücünü alan Freudun Psikoanalitik Nəzəriyyəsidir.

Bu yazımızı daha çox uzatmadan burada nöqtələmək  istəyirik. Göründüyü kimi Psixologiya və Psixatriya sahələrində görülən işlər  insanlar ilə digər heyvanlar arasındakı əlaqələri ortaya qoymuş və bu sahələrdəki inkişaflar  gərək Təkamül Biologiyasından dəstək alır, həm də Təkamül Biologiyasını dəstəkləyir.

Tərcüməçi: Taedium Vitae
Mənbə: www.evrimagaci.org

Advertisements