Search

Taedium Vitae

Month

July 2016

Albert Kamü // Üsyan və İnqilab

what-role-did-women-play-in-the-french-revolution_5927b539-abee-4d5d-93dd-4a5ebbc8fa39Prinsiplər sahəsində inqilab tanrını onun canişini simasında öldürmüş olur. İyirminci əsrdə inqilab prinsiplərin daxilindən geriyə qalan ilahilikləri öldürür və beləliklə, tarixi nihilizmi işıqlandırır. Hər hansı mənəvi qaydalardan uzaq, zamanda bir dəfə kök salmış bu nihilizm sonrakı inkişaf yolundan asılı olmayaraq Sezar məbədi ucaltmaqdadır. Tarixi öyrənmək – yalnız tarixi öyrənmək – nihilizmin leyhinə, inqilab təliminin isə əleyhinə danışmaq deməkdir. İrrasionallıq naminə tarixə can atmağa risk edən kəslər, onun istənilən mənadan məhrum olduğunu dilə gətirərək, onda ancaq köləlik və terror tapır və nəhayətdə, konslaqerlərdə peyda olurlar. Continue reading “Albert Kamü // Üsyan və İnqilab”

Advertisements

Max Stirner // Mən və Tanrı //Ailə

1415678681870

Mən və Tanrı

İnsanın “yüksəklərdəki tək Tanrı” olmaq üçün Tanrını öldürdüyünü heç kim hiss edə bilmədi. Bizim xaricimizdəki digər dünya birdəfəlik ortadan qaldırıldı və maarifçilərin o böyük layihəsi bununla tamamlandı; lakin bizim içimizdəki digər dünya yeni bir cənnət oldu və bizi yenidən cənnətə hücum etməyə dəvət edir:

Tanrı yer açmaq məcburiyyətində qaldı, lakin bizə deyil, birbaşa – insana.

Yaxşı, Tanrıdan sonra İnsan da ölmədiyi müddətcə Tanrı-İnsanın öldüyünə necə inanırsınız? Tanrını öz hakimləri və Tanrının sözlərini də həyatlarının rəhbəri olaraq görən dindarlardan yalnız qısaca danışacağam, çünki onlar artıq geridə qalan bir dövrə aiddir və yerlərində daş kimi sabit qalacaqlar. Continue reading “Max Stirner // Mən və Tanrı //Ailə”

Geliy Korjev – Sərt Realizm

Sərt realizm” adı artıq uzun müddət əvvəl 20-ci əsr sənət axınlarında öz yerini tutmuşdu. Sosialist realizmin bir qolu sayılan bu cərəyan uzun illər hökmranlıq edən  totalitar “Stalin Çağı”ndan uzaqlaşmağa, daha fərqli istiqamətlərdə çalışmalar etməyə başlayan ilk cərəyan olmuşdur. Həmçinin  “Sərt realizm”in 1950-60-cı illərdə ölkənin sənət həyatında baş vermiş dəyişikliklərlə  eynilik təşkil etdiyini də deyə bilərik.[1]

1960-1970-ci illərin yeni sənəti ciddi sosial dəyişikliklərin başlanğıcında idi.Həmişə olduğu kimi, yenə də ortaya yeni, heçbir şeyə oxşamayan, köhnə adət-ənənəyə  söykənməyən bir sənət çıxdı.

Əvvələr Geliy Korjevi “Sərt realizm” axınına aid etməsələr də, sonralar buna təəccüblənən sənət tarixçiləri belə oldu. Məsələn, İ.Popov 1950-ci illərində Korjevin çəkdiyi rəsimləri “ilkin sərt realizm” olaraq gördüyünü demişdi.[2]

Əlbəttə, Korjevin rəsimlərinin idealogiyası öz dövrünə görə yeni və fərqliydi. Hətta məna və forma baxımından heçbir ortaq xüsusiyyət tapılmamasına rəğmən rəsimlərini hiperrealizmlə belə qarışdırırdılar.  Bu  təyinetmə qarışıqlığının səbəbi əsərlərin görünüş bütövlüyünü, tipologiyasını başa düşmək əvəzinə, forma və məzmununa baxmaları idi.[3]

Cərəyanın inkişafının tarixi 1950-ci illərdə həyata keçirilmiş bir çox gənc rəssamın sərgilərinə söykənir. Hətta o zamanlar belə “Sərt realizm” janrının  başlanğıcı sayıla bilərdi. Continue reading “Geliy Korjev – Sərt Realizm”

Mulholland Dr. (2001)

13620724_896380300473806_8210584450820842741_nMulholland Dr. (2001)

Rejissor: David Lynch

Filmə baxmayanlar üçün:

Filmin orjinal DVD versiyasında “Bu trilleri anlamaq üçün David Lynch-in 10 ipucu” başlıqlı kartda göstərilənlər bunlardır:

  1. Filmin əvvəlini çox diqqətli izləyin: Ən azı iki ipucu filmin əvvəlindəki yazılar bitməmişdən verilir.
  2. Qırmızı lampa işıqlarının göründüyü yerlərə və zamana diqqət edin.
  3. Adam Kesher-in oyunçu seçdiyi filmin adını eşitdin? Bəs bu addan bir daha nə vaxt bəhs edilir?
  4. Qəza qorxunc bir hadisədir, qəzanın baş verdiyi yerə diqqət edin.
  5. Kim, niyə bir açar verir?
  6. Paltara, külqabına və kofe fincanına diqqət edin.
  7. Club Silencio-da hiss edilən, fərqlənən və müşahidə edilən şey nədir?
  8. Camilla-nın ancaq qabiliyyəti bəsdir?
  9. Winkies-in arxasında olan adamın ətrafında olanlara diqqət edin.
  10. Ruth xala hardadır?

Burdan o tərəfə isə filmə baxanlar üçündür: Continue reading “Mulholland Dr. (2001)”

Amur və Psixeya əfsanəsindəki qəndil

01

Psixeyanın [1] ehtirasların tələsinə və materiyanın bataqlığına saplanmağı şüurlu qərardan çox, qüsursuz gözəlliyinin nəticəsidir. Afroditanın [2] köləsi olduğu üçün  bir çox cəza və mühakimələrə dözmək məcburiyyətində qalmış və yeraltı dünyasının dəhşətlərindən keçməsi gərəkmişdir. Ən sonda ölüm yuxusuna məğlub olmuş cansız bədəni bir ox ucunun toxunuşuyla oyandırılmış və ona ölümsüzlük qədəhi təqdim edilmişdir. Afroditanın xidmətində ikən boşuna axtardığı xoşbəxtlik dolu həzləri Amurla[3] birləşməsində ələ keçirmişdir. Burada bir çox güldan rəsmindəki iki sıra qadınla ya da Götenin Faustundakı iki bölümlə qarşılaşdırıla biləcək qadın varlığındakı iki mərləhə ortaya çıxır:  Afroditanın xidmətində və maddəyə kölə olan, atdığı hər addımda yeni və gözlənilməz əzablar çəkən və sonda sentimentallığın ən dərin bataqlığına saplanan – lakin sonra yeni və çox daha güclü bir mövcudluq qazanan –  Afroditanın həyatından Psixeyanın həyatına keçən qadın ruhu. Aşağı mərhələ dünyanın, yuxarı mərhələ isə səmanın xüsusiyyətlərini daşıyır. Psixeya ölülər dünyasından səmavi dünyaya (Aya) ucaldılır. Ən sonda parlayan Ay adasında, qəhrəmanların ən şanslısı ilə (Axilleslə[4]) birləşib dünya Erotunun[5] deyil, yalnızca səmavi Erotun verəbiləcəyi dincliyə çatana qədər, bu qadınların ən gözəlini, Afroditanın təbiət qanunlarına boyun əyən, sonsuz əzablara qatlanan Yelenanı[6] görürük. Aşağıda xaos və əzablar, bütün gözlənilmək xəyal qırıqlıqları, açıqlanması mümkünsüz çarələr mövcuddur. Yuxarıda isə dinclik, sonsuz və təskinedici həzz, gün boyunca insanların gəzdikləri yerlər üzərinə axan səpələnən sakit Ay işığının yaratdığı forma dəyişikliyinin sehri vardır. Aşağıda dünya materiyasının çirkabı, qaranlıq dərinliklərin bataqlıq palçığından meydana gələn ilan və qamış, su ilə torpağın qeyri-qanuni evliliyinin simvolları ilə şahidləri; yuxarıda işığı axtarıb tapmaq üçün materiyanın baramasını dələn kəpənək; aşağıda tamamilə maddi Afrodita, yuxarıda səmavi Afrodita; aşağıda yosmaların sevdası, yuxarıda qanunlara uyğun evlilik, aşağıda bədən, yuxarıda ruh; aşağıda torpağın işıqsız maddəsi, yuxarıda tərtəmiz səmavi dünya, Ay, dünya maddəsinin ən saf olanları vardır. Afrodita, Psixeyada qadınların maddi olaraq çata biləcəyi ən yüksək mərtəbə olan Ay mərhələsinə çatır. Yanında isə Erot Lunus[7] olaraq yerini alır. Continue reading “Amur və Psixeya əfsanəsindəki qəndil”

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: