13620724_896380300473806_8210584450820842741_nMulholland Dr. (2001)

Rejissor: David Lynch

Filmə baxmayanlar üçün:

Filmin orjinal DVD versiyasında “Bu trilleri anlamaq üçün David Lynch-in 10 ipucu” başlıqlı kartda göstərilənlər bunlardır:

  1. Filmin əvvəlini çox diqqətli izləyin: Ən azı iki ipucu filmin əvvəlindəki yazılar bitməmişdən verilir.
  2. Qırmızı lampa işıqlarının göründüyü yerlərə və zamana diqqət edin.
  3. Adam Kesher-in oyunçu seçdiyi filmin adını eşitdin? Bəs bu addan bir daha nə vaxt bəhs edilir?
  4. Qəza qorxunc bir hadisədir, qəzanın baş verdiyi yerə diqqət edin.
  5. Kim, niyə bir açar verir?
  6. Paltara, külqabına və kofe fincanına diqqət edin.
  7. Club Silencio-da hiss edilən, fərqlənən və müşahidə edilən şey nədir?
  8. Camilla-nın ancaq qabiliyyəti bəsdir?
  9. Winkies-in arxasında olan adamın ətrafında olanlara diqqət edin.
  10. Ruth xala hardadır?

Burdan o tərəfə isə filmə baxanlar üçündür:

Hekayə nə qədər qarışıq görünsə də filmin izahı belədir:

Filmin 2/3 -si Diane-ın yuxusunda baş verənləri, qalan kiçik də olsa 1/3 hissəsi isə real həyatda olanları əks etdirir. Real həyatda baş verən hadisələr:

Diane adlı gözəl, sarışın qız (Naomi Watts) hollywood xəyalı ilə yaşayır. Bir gun Diane-ın bibisi ölür və ona bir az pul miras qalır. Diane bu pulla Hollywooda gedir, bir neçə çəkilişlərə qatılır, lakin heç də uğurlu çıxışlar olmur. Çəkilişlərin birində Camilla (Laura Harring) ilə tanış olur və sevgili olurlar. Aralarında intim münasibətlər olur. Diane da Camilla çəkildiyi filmlərdə kiçik rollar oynamağa başlayır. Rejissorun çəkdiyi filmdə 2-si də rol alırlar (Camilla baş rolda Diane isə kiçik bir rolda). Ancaq Camilla Diane-ı tərk edir və rejissorla sevgili olmağa başlayır. Amma Diane hələ də Camilla-ya görə onun dostu olaraq qalır. Camilla öz nişanına (nişan olduğu deyilmir filmdə) Diane-nı da dəvət edir (02:01:33 – 02:16:05 filmin bu aralığındakı hadisələr filmin ən əhəmiyyətli hissəsidir, çünki Diane-ın yuxusunda gördüyü obrazlarn çoxu burdadır). Nişanda Diane paranoyaqlaşaraq hamının ona təhqiri nəzərlərlə baxdığını düşünür (yuxuda italyan mafiyasını təmsil edəcək adam belə – hansı ki, qarşıdakı masada əyləşib, ya da gerçək həyatda 1 saniyəliyinə görülən insanlar (cowboy) yuxuda böyük rollara sahib insanlar olaraq qarşımıza çıxa bilər. Kafedə qızın “name tag”-dəki ad yuxuda öz adı olaraq görünə bilər). Bundan sonra Diane kafedə qatil ilə görüşüb Camilla-nı öldürməsi üçün ona pul verir (02:16:05-02:17:57 Diane-ın Camilla-nı öldürməsi üçün qatil ilə razılaşması. Betty obrazı, Winkies işarəsi hansı ki, bu da Diane-nın şüuraltında həkk olub qalır). Qatil işi tamamladığında mavi bir açarı (İnsanlar gerçək həyatda yaşadıqları, gördükləri şeyləri (obyektlər, insanlar) yuxularında daha fərqli şəkillərdə görəbilərlər. Məsələn gerçək həyatda normal mavi bir açar yuxuda daha fərqli bir şəkildə sürreal bir mavi açar olaraq qarşımıza çıxa bilər) lazım olan yerə qoyacağını deyir.

Diane-ın yuxusunda baş verənlər (00:02:17-01:56:25 Diane-ın yuxusu, xəyal dünyası):

Diane-ın yuxusunda (filmin ilk 2/3-i) yuxarıdakı real həyatda gördüyü bir çox obyektin və insanın yuxusunda fərqli formalarda, mənalarda və rollarda qarşısına çıxdığını görə bilərik ( Diane-ın yuxusunda italyan mafiyasını təmsil edən adamın qusduğu kofe, Camilla nişanlandığını açıqlayarkən kofenin onun öz burnundan gəldiyi üçün yuxuda kofenin bir növ yerdəyişdirmə ilə təzahürünü tapdığı formasıdır). Yuxuda isə artıq Diane-ın bibisi olduqca məşhur bir hollywood aktyorudur və evini bir müddətlik Diane-a qalmağa verir. Real həyatın başqa bir təzahürü isə real həyatda rejissorun anası olaraq bilinən qadının Diane-ın yuxusunda artıq bibisinin evində xidmətçi olaraq görür ki, bu da bir növ yuxuda da belə olsa Diane-ın kiçik bir intiqam alma formasıdır. Camilla filmdə məşhur Mulholland Dr. (rejissorun evinə aparan yol) -da limuzində (hansı ki, nişana Diane-ı həmin limuzin eyni şosse ilə aparmışdı) əli silahlı adamın maşını ani saxlamağı ilə əlindəki silahı ona doğruldaraq maşını tərk etməsini söyləyəndə, qəza baş verir və Camilla bir təhər olaraq ordan uzaqlaşaraq Diane-ın bibisinin evinə sığnır (eyni hadisə real həyatda Diane-ın da başına gəlir ki, burda maşının ani saxlamağından Diane qorxur və bu da bir az öz formasını dəyişərək onun yuxusuna belə təsir edir). Daha sonra hadisələr Camillanın yaddaşının itmiş formasında davam edir. Evdə olan çantada Diane (artıq yuxuda onun adı betty-dir) Camillanın bəlkə də onun əsl adının burda gizli olduğunu deyir və çantanı açrlar. Çantada xeyli miqdarda pul və açar tapırlar (pul-real həyatda Diane-ın Camilla-nı öldürməsi üçün qatilə verdiyi pul, açar isə qatilin Diane-a göstərdiyi açarın formaca dəyişilmiş halı idi). daha sonra dincəlmək üçün kafeyə gedirlər ki, burda da Camilla-ın ofisiant qızın “nam tag”ındakı Diane adı diqqətini cəlb edir və bəlkə də onun adının Diane olduğunu deyir. Daha sonra axtarışlara başlayırlar ki, axırı gəlib real həyatdakı Diane-ın evinə gəlib çıxırlar. Qapı “açılır” və içəri girirlər və ölmüş qadın cəsədi görürlər. Eyni zamanda mavi qutunu açarla açmağa çalışır ki, artıq burda yuxu bitir və Diane yuxudan oyanır. (Qeyd: yuxuda olan teatr səhnəsini, Lynch-in bizə qatili tanıtdığı görüntüləri, filmdəki rejissor italyan bir mafiyası tərəfindən aktrisanın məcbur seçilməsi prosesini yazmadım)

01:56:45 – 02:01:32

Diane yuxudan oyanır. Camilla artıq öldürülüb. Mavi açar masanıın üstündədir. Daha sonra Diane-ın evini dəyişdiyi qonşusu gəlir və evdə qalan əşyalarını götürür. Bundan sonra əməlindən peşmanlıq duyan Diane intihar edir.

 

İndi Lynch-in bizə verdiyi ipucularna bir az aydınlıq gətirək:

1. Filmin əvvəlini çox diqqətli izləyin: Ən azı iki ipucu filmin əvvəlindəki yazılar bitməmişdən verilir.

– Burada filmin adı görünməzdən əvvəl olan şeylərə baxaq. Film jitterbug dansı ilə açılır və rəqsin sonunda sıx spot işıqları altında kütləni salamlayan bir Diane bu da bizə Diane-ın məşhur bir hollywoood aktrisası olmaq istəyini göstərir, ikinci səhnədə isə Diane-ın yataq otağına kamera ilə edilən zoom. Diqqətlə qulaq asılanda yatan, amma yuxusunda narahat olan birinin nəfəs aldığını eşidirsiniz və kamera yastığa yapışdığı anda yeni səhnə başlayır. yəni birinin yuxusuna giririk. Bu qədər sadə.

2. Qırmızı lampa işıqlarının göründüyü yerlərə və zamana diqqət edin.

– Qırmızı obyektlərin həqiqəti, mavi obyektlərin isə yuxunu təmsil etdiyini göstərir.

3. Adam Kesher-in oyunçu seçdiyi filmin adını eşitdin? Bəs bu addan bir daha nə vaxt bəhs edilir?

– Filmin adı “the sylvia north story”-dir. Filmin adı bir dəfə də o məşhur dəvətdə keçir. Diane Coco-ya həyat hekayəsini danışarkən rolun seçmələrinə qatıldığını ancaq rolu Camilla-ya uduzduğunu deyir.

4. Qəza qorxunc bir hadisədir, qəzanın baş verdiyi yerə diqqət edin.

-Qəza yuxuda Mulholland dr- da olur. Gerçəkdə Dianie-ın Camilla -nı artıq itirdiyinin bildiyi yerdə. (nişana aparan yol)

5. Kim, niyə bir açar verir?

– Açarı qatil Diane-ə işin bitidiyini, artıq Camilla-nın öldüyünü işarə olaraq verir.

6. Paltara, külqabına və kofe fincanına diqqət edin.

– Əgər bu üçünə birlikdə diqqət etsək, Lynch burada Diane -ın özünə kofe hazırladığı sonra kresloda lüt formada Camilla ilə görüşdüyü səhnəyə gəlir. Bu səhnədə əynində gecə paltarı və əlində kofesilə kresloya yönələn Diane birdən lüt bir şəkildə əlində viski stəkanı ilə kreslonun qırağına keçir. Bu ipucu vasitəsilə Lynch səhnələrin xronoloji olaraq eyni anda reallaşmadığını, Camilla ilə birlikdə olduqları səhnənin, külqabınn hələ də stolun üstündə olduğundan, köhnə bir anı olduğunu ifadə edir.

7. Club Silencio-da hiss edilən, fərqlənən və müşahidə edilən şey nədir?

– Silencio klubda çox qatı bir qorxu və çox dərin bir ayrılıq acısı və hüzn hiss edilir. Roy orbison-un crying parçasının klubda ifa edən və demək olar ki, onun qədər gözəl olan ispanca şərhi “llorando” -da da bəhs edilən ayrılıq acısıydı. Klubda fərqlənən, gerçək kimi görülən bu ilk iki saatın yalan olduğu, yuxu olduğu idi. Hər şeyin zehinin qeydlərdən qaynaqlandığının göstəricisi idi (hətta orda müğənninin ölməsi ancaq ifanın hələ də davam etməsi buna sübut olaraq göstərilə bilər). Müşahidə edilən şey isə mavi bir qutu idi.

8. Camilla-nın qabiliyyəti kifayət edirmi?

– Xeyr qabiliyyəti kifayət etmir. Çünki Diane fikirləşir ki, Camilla bu rolu öz bacarığı iə deyil, cazibə ilə rejissora təsir edir və rolu onun əlindən alır.

9. Winkies-in arxasında olan adamın ətrafında olanlara diqqət edin.

– Üç yerdə görünür:

Birincisi yuxarıda qeyd etdiyim kimi Diane-ın yuxusunda. İkincisi Diane-ın dəli olacaq dərəcəsində olan səhnədə əlində mavi qutu ilə, üçüncüsü də filmin sonunda görülən mavi saçlı qadından bir səhnə əvvəl.

10. Ruth xala hardadır?

– Yuxuda bir film çəkilişi üçün Kanadaya getdiyi göstərilir, amma gerçəkdə Diane-ın dəvətdə  dediyi kimi Ruth xala artıq ölüb. Bir də film əhli arasında məşhur bir zarafat var: Bu ölən aktyorlar üçün Kanadaya çəkilişə getdi deyirlər. Lynch burada üstü bağlı olaraq bu yumordan istifadə edib.

Əlavələr:


Rebekah Del Rio (Club Silencio’daki müğənni) David Lynch ilə görüşdürüldüyü zaman rejissor ondan bir mahnı oxumağını istəyir. Müğənni də improvizasiya olaraq “Llorando” yu səsləndirdi. Müğənninin xəbəri belə olmadan lentə alındı, bu mahnı illər sonra bir neçə xırda dəyişiklikdən sonra eynilə filmdə istifadə edildi.


Amerikada yayımlanan film hissələrə ayrılmamış, tək bir bölüm olaraq DVD-də təqdim edildi. Daha əvvəl Forrest Gump-da istifadə olunan bu taktika üçün Lynch: “tamaşaçılar bu sayədə, filmi bir dəfəyə bitirmək üçün daha istəkli olacaqlar” deyib.


Əvvəllər televiziya serialının bir hissəsi olaraq düşünülən istehsalın böyük bir hissəsi çəkilir, ancaq yarımçıq saxlanlır. Ancaq Lynch-in çəkdiklərini seyr edən televiziya prodüserləri bu layihəni rədd etdilər( televiziya prodüsserlərinin filmin 1999-cu ildə hazırlanan TV versiyonunu çəkməyi rədd etmə səbəblərindən biri də, Naomi Watts və Laura Harring-i TV ulduzluğu üçün yaşlı hesab etmələri idi). Bundan sonra Lynch, uzun metrajlı bir film çəkmək üçün layihəyə bir son hazırlayır və filmi çəkir.


Lynch baş rol oyunçuları üçün Naomi Watts ilə Laura Elena Harring-i fotoşəkillərinə baxaraq seçir. Hər iki oyunçu ilə yarım saatlıq görüşdə, onları daha əvvəl hər hansı bir kino və ya televiziya istehsalında görmədiyini deyir. İlk görüşməyə cins şalvarla gələn Watts-a Lynch sabahkı görüşə bir az daha səliqəli geyinməsi lazım olduğunu deyir, ancaq iki həftə sonra o oyunçu heyətinə daxil edilir. Watts-ın seçməsini Lynch “Böyük bir bacarığı olduğunu hiss etdim və yaxşı bir ruha sahib idi, ağıllı, fərqli rollara bürünmə bilən şəxsiyyətə sahib birini gördüm. O, tam mənasıyla bu rola uyğun idi.” sözləriylə izah etdi. Digər baş rol oyunçusu Justin Theroux isə Lynch ilə olan görüşməsinə bütöv qara geyib, dağınıq bir saç stiliylə qatılmışdı. Theroux-un bu halını bəyənən Lynch, oyunçunun eyni paltarlar və saç stiliylə filmdə yer almasına qərar verir.


Filmdəki Kovboy-un daha çox diqqət cəlbedici görünməsi üçün qaşları qırıxılır.


“Hər şeyin hansı mənaya gəldiyini ya da necə izah olunacağıını bilməmək daha yaxşıdır, çünki əks halda hadisələri öz axışına buraxmağa qorxarsınız.” – David Lynch.

Yazan: Elçin Quliyev

Advertisements