Search

Taedium Vitae

Month

August 2016

Musiqi tarixinə səyahət

Music-notes2Musiqi ən qədim zamanlardan həyatımızın bir hissəsi olmuşdur. Bu bağlılıq beşikdən ana laylası ilə başlayaraq həyatımızın sevinci, kədərli günləridə bizi müşayiət etmişdir. Dünyada elə bir xalq yoxdur ki onun özünəməxsus musiqisi olmasın. Maraqlısı da odur ki, biz müəyyən bir xalqın dilini bilmədiyimiz halda onun yaratdığı musiqi nümunələrində təcəssüm olunan fikir və hisləri asanlıqla dərk edirik. İbtidai dövrlərdən insanlar suların şırıltısından, quşların, yağışın, küləyin səsindən təsirlənərək qamış, heyvan dərisi, daş, odun və s. vasitələrdən istifadə edərək təbiətdəki səsləri təqlid etməyə başladılar. Dini ayinlərdə, totemlərdə istifadə edərək təbiət qüvvələrinə qalib gəlmək istəmişlər. Əvvəllər işarə məqsədi ilə istifadə etdikləri bu səsləri sonralar daha ahəngdar formaya salaraq ilk musiqi nümunələrini yaratdılar. Dövrümüzə çatan ən qədim yazılı musiqi nümunələri Hindistanda dini “Veda” mətnləridir. Continue reading “Musiqi tarixinə səyahət”

Advertisements

Yaratma Hərəkatı Nədir? // Gilles Deleuze

Aşağıdakı mətin Gilles DELEUZE’ün  Parisdəki FEMİS Kino məktəbinin tələbələrinə xitabən danışdığı nitqin tərcüməsidir.

gilles-deleuze-est-mort-il-y-a-20-ans-il-n-est-toujours-pas-post-il-est-neo,M272036Mən də öz hesabıma bir sual soruşmaq istəyərdim sizlərdən, amma özümdən də eyni zamanda. Bu belə bir sual olardı: siz, kinoda nə edirsiniz və mən, əslində, fəlsəfə ilə məşğul olarkən, ya da olmağı ümid edərkən, həqiqətdə nə edirəm?

Nə deməli… Sizin oralarda hər şey pis gedir aydın olduğu kimi, amma mənim sahəmdə, fəlsəfədə, işlər pisdən də pisdir… Bu sualı da soruşmaq istəyərdim: kinoda bir fikri olmaq nə deməkdir? Əgər biri kino çəkməyi ümid edirsə başqa bir sözlə bir fikri varsa bu nə deməkdir? Amma bir fikri olmaq nadir bir hadisədir… Az qala bir növ bayramdır… və bir fikri olmaq, ümumiyyətlə, bir fikrə sahib olmaq deyil, çünki bir fikir hər vaxt həsr olunmuşdur; bu ya da digər sahəyə həsr olunmuşdur… Bir fikir bəzən şəkildə, bəzən romanda, bəzən fəlsəfədə, bəzən elmdə ola bilər… Amma o sahələrdən birinə həsr olunmuşdur … Və fərqli sahələrə aid fikirlər heç də eyni deyildirlər…Elə isə fikirlər ancaq potensial olaraq fikirdir. Gizli güc qaynaqlarına bənzəyirlər, amma hər vaxt, indidən, bu ya da başqa ifadə tərzinə bağlanmış haldadırlar və buna görə ifadə edildikləri tərzlərdən ayırd edilməzdirlər. Buna görə, ümumiyyətlə bir fikrim olduğunu söyləyə bilmərəm. Hər vaxt bildiyim bir fikrim ola bilər –kinoda, fəlsəfədə, vs. Yaxşı amma, bir şeydə bir fikrə sahib olmaq nə deməkdir? Continue reading “Yaratma Hərəkatı Nədir? // Gilles Deleuze”

Dəmiryol Hekayəçiləri / Oğuz Atay

12994449_1102699229752113_1030236833111081172_n

Ölkənin böyük şəhərlərdən uzaq, tənha qəsəbəsində, dəmiryol stansiyasında işləyən üç hekayəçi idik. Stansiya binasına bitişik yanyana üç daxmamız vardı. Mən, gənc yəhudi, bir də gənc qadın. Səyyar hekayə satışı ilə məşğul olurduq. İşimiz çox da yaxşı sayılmazdı, çünki qatar stansiyamızdan nadir hallarda keçirdi. Üstəlik, sadəcə poçt qatarları gəldiyi günlər yaxşı iş çıxardığımız deyilə bilməzdi. Günortadan sonra gələn poçt qatarlarında daha çox alma, ayran və sosiska-çörək satılırdı. Adətən bu saatlarda biz hekayəçilər yatırdıq. Beləcə, gecə üçün də dincəlmiş olurduq: çünki bizim bütün ümidimiz gecə yarısından sonra gələn yeganə ekspressə bağlıydı. Çox vaxt bu saatlarda digər səyyar satıcılar oyanıb gələ bilməzdi. Bizim də (hekayəçilər) yatıb qalaraq gecə ekspressini qaçırdığımız olurdu. Stansiya rəisi ilə də aramızın yaxşı olmasına baxmayaraq, niyəsə stansiyanın bu yeganə məmuru bizi oyandırmağa etinasız yanaşırdı. Bir baxımdan, ona da haqq verirdik: Yoldəyişdirən idi, teleqraflara baxırdı, bütün işarələri düzəldirdi; qatarlara bilet satmaq, qapıları açmaq, bağlamaq… bütün işlər tək bir adamın üzərindəydi. Onu məmnun etmək üçün tez-tez pulsuz hekayələr verirdik; yenə də bəzən bizi oyandırmağı unudurdu. Çox vaxt özümüz oyanmaq məcburiyyətində idik. Bütün gün hekayə yazdığımız düşünülərsə, bunun o qədər də asan olmadığı aşkar idi. Bəli, günortadan sonraları da yatırdıq, amma adətən axşam ilham gəlirdi və gecədən xeyli keçənə qədər yaxamızı buraxmırdı. Bu “yaxamızı buraxmırdı” sözünü ələ salırdı stansiya rəisi; biz isə belə anlarda, onun tək başına işlədiyini, hər işi tək başına çatdıra bilməyəcəyini unudaraq şiddətli şəkildə tənqid edirdik onu: Ekspressin gəldiyi vaxtlarda stansiya müdriyyətinin otağına bitişik olan daxmalarımıza qədər zəhmət çəkə bilməzdimi? Bir baxımdan, eyni iş yerində işləyən məmurlar sayılırdıq. Üstəlik, bəzi gecələr yeməyi belə unudaraq yazdığımız hekayələrin stansiya rəisinin otağındakı yeganə yazı makinasında nüsxəsini çıxarırdıq. Hekayəçiliyə ilk mən başladığım üçün yazı makinasında növbəni ilk mənə verirdi dostlarım. Fəqət mən növbəmi adətən gənc yəhudiyə verirdim. Bu zəif və xəstəhal yəhudini çox sevirdim. Continue reading “Dəmiryol Hekayəçiləri / Oğuz Atay”

Spinoza ve Eşqin Dialektikliyi | Ulus Baker

ulus-baker_284784

Psikanalist Jak Lacan Seminerinin IV nömrəli kitabında “eşqin  uca  anından” bəhs etmişdi (le moment sublime də l’amour). Bu uca an “eşqin geri  qaytarıldığı” andır… Burada sevgi hər zaman qarşılığını eyniylə gözləyən bir duyğu olaraq təzahür edir… Bir qarşılıq  gözləməsi – və  çox sadələşdirsək, birini sevirəmsə , qarşılığında onun da məni sevməsini istəyirəm… Və sevgi geri  qaytarıldığında  “dünyalar mənim olar”…

Halbuki psixoanalizin  ən irəliləmiş qavrayışı da  belə bir “qarşılıq” anında dayanır. Başqa deyişlə, eşqə dair minlərlə illik söhbətdən kənara  keçə bilmir: eşq sevilənlə bir bütünləşmə  arzusudur – deyirdi Platon… Tək gerçək sevginin fiziki deyil mənəvi, dünyəvi deyil ilahi ola biləcəyini söyləyirdi Avqustin… Və bu mövzulara  gündəlik həyatımızdakı –nə  qədər qaldısa geriyə – ideallar baxımından hələ də kifayət qədər  tanışıq…

Spinoza bu qızıl qaydanı yenə duyğular və ehtiraslar üstünə müzakirəsinin mərkəzinə alır… Amma tam fərqli bir şəkildə və duyğuları (üstəlik ən təhlükəli görünən eşq duyğusunu belə) təsvir  etməkdən əsla çəkinməyərək… E3:Mülahizə. 40, Nəticə 1-də ortaya ilk başda hər kəsə çox qəribə gələn bir mülahizə atır: “Sevdiyi birinin özündən nifrət etdiyini qavrayan bir kimsə nifrət ilə sevgi arasında  qalar. Çünki bir nifrətin hədəfi olduğunu düşündükcə, qarşılığında düşmənindən nifrət etməyə yönləndirilmişdir; ancaq fərziyyəmizə görə,  onu yenə də sevir. Bu səbəbdən bu adam sevgiylə nifrət arasında gedib gələcək… Göstərmək istədiyimiz də onsuzda bu idi… ” Continue reading “Spinoza ve Eşqin Dialektikliyi | Ulus Baker”

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: