ulus-baker_284784

Psikanalist Jak Lacan Seminerinin IV nömrəli kitabında “eşqin  uca  anından” bəhs etmişdi (le moment sublime də l’amour). Bu uca an “eşqin geri  qaytarıldığı” andır… Burada sevgi hər zaman qarşılığını eyniylə gözləyən bir duyğu olaraq təzahür edir… Bir qarşılıq  gözləməsi – və  çox sadələşdirsək, birini sevirəmsə , qarşılığında onun da məni sevməsini istəyirəm… Və sevgi geri  qaytarıldığında  “dünyalar mənim olar”…

Halbuki psixoanalizin  ən irəliləmiş qavrayışı da  belə bir “qarşılıq” anında dayanır. Başqa deyişlə, eşqə dair minlərlə illik söhbətdən kənara  keçə bilmir: eşq sevilənlə bir bütünləşmə  arzusudur – deyirdi Platon… Tək gerçək sevginin fiziki deyil mənəvi, dünyəvi deyil ilahi ola biləcəyini söyləyirdi Avqustin… Və bu mövzulara  gündəlik həyatımızdakı –nə  qədər qaldısa geriyə – ideallar baxımından hələ də kifayət qədər  tanışıq…

Spinoza bu qızıl qaydanı yenə duyğular və ehtiraslar üstünə müzakirəsinin mərkəzinə alır… Amma tam fərqli bir şəkildə və duyğuları (üstəlik ən təhlükəli görünən eşq duyğusunu belə) təsvir  etməkdən əsla çəkinməyərək… E3:Mülahizə. 40, Nəticə 1-də ortaya ilk başda hər kəsə çox qəribə gələn bir mülahizə atır: “Sevdiyi birinin özündən nifrət etdiyini qavrayan bir kimsə nifrət ilə sevgi arasında  qalar. Çünki bir nifrətin hədəfi olduğunu düşündükcə, qarşılığında düşmənindən nifrət etməyə yönləndirilmişdir; ancaq fərziyyəmizə görə,  onu yenə də sevir. Bu səbəbdən bu adam sevgiylə nifrət arasında gedib gələcək… Göstərmək istədiyimiz də onsuzda bu idi… “

Spinozanın Etikasına hər hansı bir nöqtəsindən başlamaq mümkündür  – çünki hər mülahizə dəfələrlə o biri mülahizələrə, fərziyyələr və təriflərə əsaslanır… Amma yuxarıda dediyimiz ruhi dalğalanmanın  (fluctuatio animi) yaratdığı bir qeyri-müəyyənlik var – və bu işin içindən asanlıqla çıxılmaz  kimi görünür… Ancaq fərz edək ki,  Spinozanın əsərinin içində “melodramatik” bir vəziyyətin də təhlili var – və bu təhlil bizə həm eşqin  təbiətinin əhəmiyyətli bir istiqamətini, həm də malodramın təbiətini izah edə bilər…

Bir az daha diqqətli oxuduqda eyni hissədə  Spinozanın daha da maraqlı bir mülahizəsiylə qarşılaşırıq: “Əgər biri başqa biri tərəfindən sevildiyini düşünərsə və belə bir sevgi üçün ona heç bir səbəb verdiyinə inanmırsa, onu məcburi olaraq sevəcək…” (E3,Mülahizə 41) Bu həqiqətən qəribə bir mülahizədir və sevgini təyin etdikdə bundan heç bir şey anlaya bilməzsiniz. Əvvəlcə  bu mülahizəni bir əvvəlkiylə birlikdə oxumaq gərəkir: “Əgər biri başqa birinin özündən nifrət etdiyini düşünərsə və ona bunun üçün hər hansı bir səbəb vermədiyinə  inanırsa, qarşılığında ondan məcburi olaraq nifrət edəcək …” (E3, Mülahizə 40). Bu nöqtədə gündəlik həyatımızda bir şeyləri yenidən hiss etməmiz – sevgi və nifrət duyğularımızla yaşadıqlarımızdan bir şeyləri müəyyən ya da qeyri-müəyyən  də olsa yada saxlamaq lazımdır: Birinin məndən nifrət etdiyini anlayıram; halbuki ona bu nifrətə səbəb olacaq hər hansı bir şey etdiyimə inanmıram – ona heç bir pislik etmədim, zərər vermədim, nifrətinin səbəbi olacaq heç bir şey etmədim ona (belə düşünürəm)… Yaxşı,  bu düşüncədən ondan “məcburi olaraq” (nə deməkdir bu?) nifrət etməyə  necə keçirik? İlk sual budur…

Ya da  birinin məni sevdiyini düşünürəm, amma bunun üçün ona hər hansı bir səbəb verdiyimə  inanmıram … Və qarşılığında onu “məcburi olaraq” sevirəm… Bu nə deməkdir?

Dünənki dərsdə Ersanın xatırlatdığı kimi fəlsəfə bir “hörgüdür”… və Spinoza fəlsəfəsini sonsuz bir incəlik səviyyəsində hörə bilmiş bir filosofdu… Dərhal hiss edirik ki, Spinozanın sistemində “azad iradə” deyilən və xüsusilə Protestant teoloqların ön plana çıxardıqları bir fikrə heç bir yer olmadığından, bu mülahizələri yalnız bir “məcburilik” fikri çərçivəsində qəbul edə bilərik. Başqa cür desək,  Spinoza heç vaxt  biri məndən nifrət edir, o halda mən də ondan nifrət etməyə başlayıram, biri məni sevir, o halda mən də onu sevməyə başlayıram demir. Bütün söylədiyi, birinin məndən nifrət etdiyinə inandığımda məndə onsuzda oyanmış olan kədərin səbəbini özümdə tapa bilməzsəm, məndən nifrət etdiyini düşündüyüm  adamda tapacağam … Eyni şəkildə, məni sevdiyinə inandığım birinin məndə oyandırdığı həzzin səbəbini özümdə tapa bilməzsəm (varlı  deyiləm, ona bir yaxşılığım toxunmadı, gözəl, yaraşıqlı  belə deyiləm, və sairə …) onda tapacağam deməkdir bu…

Beləcə yavaş-yavaş Spinozanın daha əvvəldən etdiyi, amma indi artıq dinamizm qazanan Sevgi və Nifrət təriflərini qavramağa yaxınlaşırıq: Spinozaya görə bütün duyğular üç təməl duyğuya sadələşdirilə bilərlər və onların birləşmələrindən  ibarətdirlər … mövcudluq və hərəkət gücü (arzu), bu gücün artımı ( sevinc) və azalışı (kədər). Bu son dərəcədə fiziki bir vəziyyətdir, çünki Spinoza duyguların həm bədəni, həm də ruhu ifadə etdiklərinə inanırdı. Və bütün digər duyğular bu təməl duyğulardan yaradıla bilərlər: beləcə sevgi “xarici bir səbəbin fikri yoldaşlığında yaşanan sevinc”, nifrət isə “xarici bir səbəbin fikri yoldaşlığında yaşanan kədər” olur. Bu, yuxarıda qəribə mülahizələrin mənasını qavramamıza  kömək  edir: əgər birinin məni sevdiyinə inansam  və özümdə bunun üçün bir səbəb tapa bilmirəmsə, onun sevgisinə inanmamın  məndə oyandırdığı sevincin səbəbini özümdə deyil başqa bir yerdə, yəni onda tapa biləcəyim mənasına gəlir. Sevgisinin səbəbini özümdə tapdığımda isə (gəncəm, gözələm, ona çox yaxşılıqlar etdim), qarşılığında onu “məcburi” sevmərəm, sevsəm də bilvasitə olaraq sevərəm: ya onun sevgisini də əlavə edərək özümə duyduğum öz-sevgini artıraram (onun sevgisiylə özümü sevirəm) ya da, təxminən eyni mənaya  gəlmək üzrə, onu sevərəm, amma ancaq özümü sevməyimə dəstək olduğu ölçüdə…

Bu vəziyyət nifrət duyğusunda daha rahat başa düşülür – burada vəziyyət çox daha qarışıq və naməlum olsa da: məndən nifrət edir, bu məndə kədər oyadır, amma bu kədərimin səbəbini özümdə tapmağa ümumiyyətlə çox meyilli deyiləm, yoxsa dərhal özümdən nifrət etməyə başlamalıyam… Amma bu çox böyük bir kədərdir və varlığımızı davam etdirmə motivimiz, yəni digər təməl duyğu olan arzumuza tərsdir. Bu səbəbdən biz sevgini geri qaytarmaqdan çox nifrəti geri qaytarmağa çox daha meylliyik. Bəziləri bizdən nifrət edir deyə asanlıqla özümüzdən nifrət etməyə çalışmarıq…

Unutmayaq ki, Spinoza duyğular (affectii) məsələsini daha zehni və fiziki təsirlər müstəvisində əhatə etməklə  işə başlamışdır (Etikanın 2. kitabı)… Bu – bizi çox maraqlandırır – bir “imiclər” təlimidir: öz vücudumu ancaq başqa cisimlər tərəfindən təsir edildiyində  anlamağa başlayaram. Başqa cür desək,  məndə mənə təsir edən cisimlərin, oxşadığım saçların ya da itin, oxuduğum bir şeirin ya da isidən  günəş işığının, şirin bir rüzgarın, ya da bir fırtınanın, bir itin məni dişləməyinin  məndə gizlənən  “imici” yolu ilə. Bunlar təsirlənmə fikirləridir Spinozaya görə və səbəblərin izahını  verməzlər… Dişlənmişəmsə  və başqa xüsusiyyətlərini tanımıramsa, itin imici məndə hürüb  hücum edən, dişləyən bir varlığın imici olaraq qalar… O günə qədər ki, gözəl bir iti  oxşayım… Beləcə siqareti ancaq xərçəng olunca tərgidərəm, ancaq son anda  müsbət,  ya da mənfi bir qərar verərəm və sairə…

Hər şeydən əvvəl öz bədənimə dair  yaratdığım  imiclərin bağlandığı bir  silsilə əsas mövzudur: bir milçək əzildiyində bir it əzildiyindən daha az acı hiss edərəm; çünki itin imici mənim öz bədənimə dair sahib olduğum imicə bir milçəyinkindən  daha yaxındır – daha oxşardır (isti qanlı, məməli, analıq edən, şəfqətli, və sairə …) Buna görə bir itin çəkdiyi əziyyətin (onun kədərinin) imici mənim öz bədənimin əziyyət çəkdiyi bir xəyali imiclə bir milçəyinkinə  nisbətlə daha çox “uzlaşır”… Bir insanınkı isə əlbəttə daha da çox…

Beləcə insan zehni ilə bədəninin ortaq arxitekturasını qavraya bilərik: xarici cisimlərin bədənimiz üzərindəki təsiri (affectiones), yəni fiziki qarışıqlar; bunların bizdə qorunması (imiclər və yaddaş); bunların bizim hərəkətə gücümüzü artırıb azaltmaları (sevinclər və kədərlər) və bütün bunlara dair meydana gətirdiyimiz fikirlər (idea) … (xatırladım, belə bir mövzuda film çəkirsinizsə, çəkəcəyiniz şeylər bizdə onsuz da olan imiclər deyil, “idealar”, yəni fikirlər – yəni fikirlərin imicləri – ola bilər ancaq)

Beləcə, sevgi bir inancdır. Din xarici bir obyektin fikrini tələb edir və özündə saxlayır. Başqa bir deyişlə, ən ilkin duyğular olan sevinc ilə kədəri xarici bir obyektin təsiriylə yaşayıram, amma bu obyektə dair bir fikrim olmadığına görə  yenə də yaşaya bilərəm. Amma insanlıq vəziyyəti bunu mütləq  bir xarici obyeklə əlaqələndirməyə meyllidir. Gücümün artdığını, sağlam və güclü olduğumu hiss etdiyimdə çox vaxt deyirəm ki “bunun səbəbi mən ola bilmərəm, mütləq ilahi bir qüdrətdir…” Bu, xatırlasanız Nietzschenin də IX əsrdə dinin mənşəyinə dair  əsas izahıdır…

Bəs eşqi cinsiliyə qatdıqda, yəni eşqi fiziki ehtiraslar nəzdində ələ alsaq, nə olar? Spinoza bu mövzuda çox açıqdır: deyir ki, “sevgi həddindən artıq ola bilər”. Bu nə demək? Sadəcə bu: hər sevgi əvvəlcə bir bədənlər qarışımı, təsir-əkstəsir vaziyətidir. Amma bu təsir əks-təsir və qarışım fərdin bədəninin bütününə də təsir edə bilər, yalnız bir qisminə də … Məsələn kədər də fizikidir… Amma bədənin hamısını mənfi təsir etdiyində Spinoza buna “ölüm” deyər; zehinin bütününə təsir etdikdə  də “melanxoliya”…  bu da ölümə yaxınlaşma tərzlərindən biridir… Amma ehtiraslar çox vaxt bədənin müəyyən bir hissəsinə  təsir edər… Gözü, qulağı, cinsi orqanları və sairə… Dad duyğu orqanlarımıza olan təsirə, bu ehtiraslara “ləzzət” deyirik; cinsi orqanlara təsirə  isə “fiziki eşq” ya da “erotizm” … Bunlar bədənin hər yerinə  yayılmayan, qismi  təsirlərdir… Orqanizmimizin müəyyən bir yeriylə məhdud qalarlar və gücümüzün böyük bir qisimi oraya yönləndirilir… Bu vəziyyət güclərimizi tək bir yerdə fokuslanmış olmaqdan ötəri maneə törədildiyi mənasına gələ bilər. Spinoza üçün bir ehtiras, bir duyğunun – sevgi kimi müsbət də olsa – “həddindən artıq” ola biləcəyi mənasına gəlir bu Spinoza Amordan, yəni sevgidən bəhs edirdi – cinsəllikdən müstəqil olaraq; eynilə sevinc ilə qəhqəhə eyni şey olmadıqları kimi, sevgi də cinsəllikdən ayrı düşünülə bilər  bir ölçüyə yerləşdirilmək  məcburiyyətindədir… Bu bir Platonizmi əsla tələb etmir, çünki Platonik Eşq deyilən şey bir “inteqrasiya” məntiqinə söykənir və Spinozanın açıqca söylədiyi kimi, sevginin yalnız bir nəticəsidi, səbəbi deyil…

Spinoza sevginin insanlar arasındakı xüsusiyyətinin  fərqində idi… Onsuz da onu təyin etmək cürətini də buna görə göstərmişdi. Başqa sözlə, sevginizi heç deyilsə sevdiyiniz, amma əsasında özünüz üçün “təyin etmək ” məcburiyyətindəsiniz… Çünki bu tək insanlıq bir duyğu deyil, “xarici bir səbəbin imici yoldaşlığında” yaşanan bir duyğudur və bütün insan toplumunun qaynağında yer alır. Buna görə sevgini eyni zamanda bir kədər tipinin yaranmasıyla ayırmaq lazımdır ‘qısqanclıq’ ya da ‘sevginin qarşılığının verilməməsindən yaranan  kədər (fluctuatio animi)’ Spinoza bu cür duyğuların qarşısı alınmaz  olduğunun ən başdan göstərir: duyğularımız və ehtiraslarımız  üzərində heç vaxt iradə sahibi deyilik. Yəni istəyərək sevib, istəyərək nifrət edə bilmərik. Amma, məsələn, bilə bilərik ki,  nifrət bizim bir ağrımızdır; və bu nifrətin səbəbini dərk etsək  nifrət duyğusu avtomatik olaraq yox olar. Amma unutmayaq ki,  nifrət bizim bir kədərimizdir. Sevgi isə xarici bir səbəbə görə  yaşadığımız sevincdir. O halda nifrəti aid etdiyimiz  imicləri, həm də  yaranma gücümüzü yüksəldən sevgiyə aid etmə  şansımız var (çətindir amma var)… Beləcə sevgi bir ‘əmək’ və ‘diqqət’ olaraq qarşımıza çıxar.

Niyə bir əmək bəs?

İlk baxışda eşq deyə adi bir şablon söz  var və Walter Benjamin bunun qarşısına “son baxışda eşq” fikriylə  çıxmışdı. Yəni, bir aşiq olma əməyinin işlədiyi bir sahənin təyin oluna biləcəyini düşünürdü. İlk baxışda eşq Spinozaya, mənim izah edə bildiyim  qədəriylə, bir “çağırış” olaraq görünür. Məni kədərləndirən bir vəziyyətdən məni xilas edəni  xoşlayıram. Ya da sevdiyim adamı həmişə yanımda, orada tutmaq, var olmasını  istəyirəm. Ya da, yenə və əsas olaraq, sevdiyim bir varlıqla bir yerdə gördüyüm hər şeyi sevməyə meyl edərəm. Nifrət etdiyim biriylə əlaqəli  hər şeydən də nifrət etməyə meylliyəm. Hər şey, bütün bu duyğuların sıralandığı, bu səbəbdən “çağırışların ‘qurula biləcəyi  xəyali bir plana, müstəviyə işarə edir: Spinoza buna “yüksüz duyğular”deyə tərcümə edə biləcəyimiz “gerçək mənasıyla duyğu olmayan vəziyyətlər” deyir – bunlardan biri “heyranlıq” (admiration), ziddi isə “İkrah”dır (contemptus) … Bunlar “əməksiz” meydana çıxan duyğular və bütün digər duyğulara bir zəmin hazırlayırlar. Heyranlıq ya da maraq bəlkə də “ilk baxışda eşq” dediyimiz şeydən çox fərqli bir şey deyil: xəyalınızda hər hansı bir şey var,  amma bunu hər hansı başqa bir anlayışla bir yerə getirə bilmirsiniz  və zehniniz dayanır; düşünə bilmirsiniz – orada hər şey yeni və heç bir şeyə bağlaya bilmirsiniz; o ana qədər ki, başqa şeylər sizi başqa  şeyləri düşünməyə məcbur edənədək… İkrah  isə bu vəziyyətin əksidir. Bir şey sizi o qədər az maraqlandırır ki, ən az maraqlandığınız o biri şeylər qədər dəyəri olduğunu heç vaxt  düşünə bilmirsiniz.  Bütün problem sevginin, sevgiyə qarşılıq vermə əməyinin, ilk və ya son baxışda eşqin zəminində bu cür bir zehni işləmlərin  məcburi olaraq varlığıdır.

Kinoya müraciət edildiyində  Deleuze Spinozaçı səbəblərlə bu “admiration” duyğusunu təhlil edər: “başqa bir dünyanın zərifliyi” İlk baxışda eşq deyə qəbul etdiyimiz şey, əslində sevgi deyil bir maraqdır – sonradan sevgiyə çevrilə bilər, amma aydındır ki, çox  kövrəkdir (və bunu hiss etmək üçün Proust oxumanız lazımdır ). Biz, ümumiyyətlə, yüngülcə baxsaq, sanki başqa bir dünyadan enmiş kimi görünən, elə ya da belə bir bacarıqsızlıqla hərəkət etdiyinə şahid olduğumuz, amma hələ bir “acıma” duyğusuyla baxa bilmədiyimiz  varlıqlara diqqət edirik. Heyranlıq bir sitayiş deyil, daha çox bir ‘diqqət cəlbidir’. Hiss edirik ki, quruda gəzə bilməyən  o xərçəng, sahildə çırpınan bir balıq öz dünyasında, suda müdhiş bir zərifliklə üzürdü. Hər eşqin başlanğıcı belə bir “başqa dünyanın zəriflik” qavrayışıdır… Bunu ən yaxşı qadınlar anlayırlar və bir növ “şəfqət” duyğusu inkişaf etdirirlər. Şəfqət bir duyğu ya da ehtiras deyil, bir maraq, bir admiratio’dur. O olmayan vəziyyətə ikrah, ya da sadəcə və neytral bir dillə “maraqsızlıq” deyirik…

Başa düyməyimiz lazım olan  şey, bu “neytral” müstəvidə içində bir duyğu ya da ehtiras saxlamamaqla, zehni təmas meydana gətirdiyi ölçüdə son dərəcədə güclü bir ehtiraslar potensialı daşıdığıdır. Ən sadəsindən “imiclərin” meydana gəldiyi zehni müstəvidir bu.  Yəqin ki, kino eşqi bu vəziyyətlə qarışdırma qəflətinə çox erkəndən düşmüş bir sənətdir. Erkən dövr “hərəkət-imic” filmlərində həmişə ilk baxışda aşiq olunur və eşqin bu olduğu zənn edilir … Ya da eyni müstəvi üzərində qısqanclığın, üçlü əlaqələrin təməlləri atılır. Eşqi  artıq çox ciddi qəbul etməyən, onu dərhal bir ailəvi nizama, “azad eşq” kimi bilinən mənasızlığa , get-gedə bir ideologiyaya çevirməyə çox meylli bir çağda yaşayırıq. Spinoza  üç yüz ildən daha uzun bir müddət əvvəl, cinsi eşqi hansı mənada ciddiyə ala biləcəyimizi, məncə,  Freyddən belə daha qəti bir şəkildə ortaya qoymuşdu halbuki: bədənin və zehinin başqa təsirlərinə axmaqlaşmayan,  ifrat olmayan  bir şəfqət əlaqəsi… Şəfqəti analığa, burjua ailə dəyərlərinə yükləyib yox edən bir dövr Spinoza fəlsəfəsini unutdurdu. İndi yenidən axtarışa buna görə başlayırıq…

Tərcüməçi: Taedium Vitae
Mənbə: www.korotonomedya.net

 

Advertisements