10356600_690698404321842_1201622173_nBəşəriyyət inkişafının və tərəqqisinin tarixi eyni zamanda yeni bir dövrün gəlişini özündə ehtiva edən ideyaların mübarizə tarixidir. Adət-ənənələrdən əl çəkməyən Köhnə, Yeninin yaranmasının qarşısını almaq üçün ən qəddar və ağıla sığmaz üsullardan istifadə etməyə heç vaxt tərəddüd etməmişdir. Hər bir proqressiv ideyanın üzləşdiyi çətinliyin və düşmənçiliyin dərəcəsini görmək üçün uzaq keçmişə qayıtmaq lazım deyil. Edamlar, həbslər, sürgünlər və qırmaclanmalar hələ də bizimlədir. Bu siyahıya sosial nifrəti və ittiham olunana qarşı göstərilən münasibəti də əlavə etmək olar. Anarxizm də bu ideyaların məruz qaldığı çətinliklərdən sığortalanmamışdır. Həqiqətən də ən tərəqqi və barışmaz innovator olan Anarxizm yenidən qurmağa çalışdığı cəmiyyətin ehtinasızlığı və qəzabı ilə üzləşmək məcburiyyətindədir. Anarxizmə qarşı olan düşmənçilik iki əsas üzərində qurulub.  Anarxizmi təndiq edənlərin irəli sürdüyü birinci arqument ondan ibarətdir ki, o praktiki deyil, gözəl ideya olsa belə. Digər tərəfdən anarxizm özüylə şiddət və dağıntı gətirir. Oskar Vilde vaxtilə qeyd edirdi ki, praktiki(tətbiq oluna bilən) sxem ya hal-hazırda mövcud olandır, ya da mövcud şərtlər altında reallaşdırıla biləndir. Lakin, islahat tərəfdarının etiraz etdiyi məsələ də hal-hazırda mövcud olan şərtlərdir. Buna görə də , praktiki olmanın əsas kriteriyası mövcud olan qoruyub saxlama bacarığı deyil, mövcud olanın yaratdığı mənfilikləri yoxa çıxararaq yeni bir həyat yeni bir sistem yaratma bacarığıdır.  Bu konspesiyanın anarxizmə tətbiq etsək onun həqiqətən də praktiki olduğunun şahidi oluruq. Şiddət və dağıntı! Axı insanlar necə anlaya bilmir ki, cəmiyyətdə ən şiddətli element anarxizmin müharibə elan elədiyi  etinasızlığı və onun dağıdıcı qüvvəsidir! Anarxizm torpağı kollardan və zəhərli həşəratlardan təmizləyərək ona öz qüvvəsinə geri gətriməyə imkan yaradır. Anarxizm hər bir insanı düşünməyə, araşdırmağa və  təhlil etməyə çağırır. Yuxarıda qeyd olunanlardan belə bir nəticə çıxarmaq olar ki, Anarxizm insan tərəfindən yaradılmaş qanunlarla məhdudlaşdırılmayan azadlığa dayanan yeni sosial nizamın fəlsəfəsidir və  o, iddia edir ki, bütün hökümətləri şiddətə əsaslanaraq özüylə zərər və dağıntı gətirir və buna görə də onların saxlanılmasına lüzum yoxdur.  Anarxizm insana öz şüurunu geri verən yeganə fəlsəfədir və iddia edir ki, Allah, Dövlət və Cəmiyyət mövcud deyildir, onların vədləri boş və əhəmiyyətsizdir çünki onlar yalnız insan tabe etdirilməsi ilə reallaşdırıla bilər. Anarxizm təbiətdə deyil məhz insanın özündə həyatın bütövlüyünün tərəfdarıdır. Fərdi intistiktlərlə sosial instiktlər arasında heç bir münaqişə yoxdur. Fərd cəmiyyətin ürəyidir və o sosial həyatın mahiyyətini qoruyub-saxlayır. Cəmiyyət isə isə insanın ağ ciyəridir və o həyatın mahiyyətini (fərdi, təmiz və güclü)  qoruyub saxlamaq üçün vacib olan elementləri təmin edir.  Anarxizm insanı uzun illərdir əsir saxlayan kabuslardan azad edərək ona öz həyatını yenidən geriya qaytarmağa şərait yaradaraq fərdi və sosial harmoniyanın iki ən vacib ünsürü arasında arbitr və vasitəçi rolunu oynayır. Buna nail olmaq üçün Anarxizm uzun müddət ərzində fərdi və sosial instiktlərin harmoniyasını pozmağa çalışan zərərli təsirlərə qarşı müharibə elan etmişdir.

İnsan fikrinin dominionu olan din, insan ehtiyacının dominionu olan mülkiyyət və insan davranışın dominionu olan hökümət insanın qula çevrilməsinin və ondan irəli gələn bütün dəhşətlərin vacib elementləridir.  Dinin insanın azad düşünmə bacarığını məhdudlaşdırıb ona qula çevirdiyi kimi, mülkiyyət də insanların bir-birinə qarşı düşmənçiliyinə və ədalətsiz bölgüyə yola açır. Hökümətin əsas mahiyyəti isə mülkiyyəti və ictimai davranışı qorumaq, cinayət qarşı mübarizə aparmaq adı altında insanların ictimai və fərdi davranışlarına nəzarət etməkdir. Anarxizm bütün bunlarla mübarizəni öz qarşısına məqsəd qoymuşdur və o həqiqi sosial sərvətinin  yaradılması məqsədi ilə bir araya gələn fərdlərin qruplaşmasına əsaslanan yeni sosial nizam yaratmağa çalışır. Bu ideya hər hansı bir utopik nəzəriyyə və yaxud insan şüürunun məntiqsizliyi deyil, bu ideya müasir cəmiyyətin tendesiyaları olan iqtisadi bərabərlik və fərdi azadlığın dərin və hərtərəfli təhlilindən sonra ortalığa çıxarılan nəticədir. Onun metodlarına gəldikdə isə anarxizm ilahi ilham ilə reallaşdırılan gələcək nəzəriyyəsi deyil, günün tələblərini nəzərə alan və onlara uyğun reallaşdırıla bilən nəzəriyyədir. Onun metodları hər bir yerinə ehtiyaclarına və şəraitinə, fərdin intellektual və temperamentlərinə əsaslanaraq yaradılmalıdır.  Anarxik metodlar heç vaxt özündə hərb, şiddət elementlərini ehtiva etmir. Digər tərəfdən o, insan tərəqqisini məhdudlaşdıran ünsürlərə qarşı inqilabı mübarizəni vacib sayır.

Əgər müasir cəmiyyətin tendesiyası vermək lazım gələrsə bircə söz kiyafət edər: SAY!. Kəmiyyət həyatımızın bütün sferalarına müdaxilə edərək keyfiyyətin əhəmiyyətini azaldır. Bütün həyat-istehsal, siyasət və təhsil-saya, kəmiyyətə əsaslanır. Bir vaxtlar öz məhsulun keyfiyyəti ilə fəxr edən işçi indi saysız məhsul istehsal edən, özünə dəyərsiz olan və insanlığa zərərli olan avtomaşın tərəfindən əvəz olunub. Beləliklə həyatı yaxşılaşdırmaq əvəzinə kəmiyyət insanın yükünü daha da ağırlaşdırıb. Kəmiyyət özünü siyasətdə də açıq şəkildə birüzə verir. Prinsiplər, ideyalar və ədalət rəqəmlər tərəfindən sıxışdırılır. Siyasi hakimiyyətə gəlmək üçün bütün mükün vasitələrdən istifadə edən siyasi partiyalar bir-birilərinə böhtan atır, cəmiyyəti aldadır və kölgə metodları işə salırlar, çünki əmindirlər ki, uğur qazanan istənilən halda çoxluq tərəfindən yeganə qalıb kimi qarşılanacaq. Bu gün siyasətçilər tərəfindən tez-tez istifadə olunan slogan budur ki, bizim dövr fərdiyyətçilik, azlıqlar dövrüdür. Yalnız düşünmə və təhlil etmə bacarığı zəif olan insanlar buna inana bilərlər. Bütün sərvəti əlində toplayan fərdlər deyilmi? Vəziyyətə tamamilə nəzarət edən fərdlər deyilmi?. Amma nəzərdə saxlamaq lazımdır ki, onların uğuru fərdiyyətçilik sayəsində deyil, kütlənin etinasızlığı, passivliyi və hərtərəfli tabeçiliyi ilə mümkün olmuşdur.

Siyasi şiddəti təhlil etmək asan olduğu qədərdə çətin və təhlükəlidir. Əgər sən həmin hadisədə iştirak edən şəxslərə qarşı anlayış göstərsən, səni ittiham edərlər ki, onları imitasiya etməyə çalışırsan. Digər tərəfdən onlara qarşı simpatiya göstərsən, cinayətdə əlbir olmaq adıyla səni ittiham edərlər. Amma yalnız anlayış və simpatiya bizə insan əzabının gerçək səbəblərini izah edə bilər. Etinasız kütlə siyasi şiddətdə iştirak edən fərdə pis yanaşır, onun şiddətdə həzz aldığını düşünür. Lakin, həmin şəxslərin xaraketini və psixologiyasını araşdıran alimlərin iddialarına görə bü cür fərdlər onları əhatə edən ədalətsizlik və şiddətə qarşı dözümsüzlük göstərərək siyasi şiddət törədiblər. Kimsə iddia edə bilərmi ki, bu şəxslər şiddəti və dağıntını icad ediblər və yaxud məsləhət görüblər? Əlbətdə yox!. Etdikləri əmələ görə onları deyil, onları bu əməli etməyə sövq edən situasiyanın yaradılmasına səbəb olan şəxslər ittiham olunmalıdır.  Dünyanın müxtəlif nöqtələrindən baş verən siyası şiddətin anarxistlərə aid edilməsi yeni tendesiya deyildir. 19-cu əsrin sonunda İspaniyada baş verən şiddətə görə anarxistlər ittiham olunur, həbsxanaya salınır və edam olunurdu. Sonradan məlum oldu ki, bu hadisələrin arxasında polis durubmuş, onlar isə mediyanın köməyi ilə hadisəni ictimailəşdirərək anarxistləri aradan götürmək istəyiblərmiş. 1887-ci ildə Çikaqo şəhərində baş verən Haymarket üsyanında da eyni hadisənin şahidi oluruq. Məhkəmədə iştirak edən hakimlərdən biri, Gary isə açıqca şəkildə bildirmişdir ki, “siz üsyana səbəb olduğunuz üçün deyil, anarxist olduğunuz üçün məhkəmədəsiniz”

Bu gun bir çoxları cəmiyyətdəki sosial inqilablar, iqtisadi tərəqqi ilə öyünərək danışır. Bütün bunlarla bərabər, insanlar yenə də ən pis şəraitlərdə saxlanılanılır, işgəncə və təhqirə məruz qalır. Həbsxaların saxlanılmasına milyonların xərcləndiyi halda cinayət halları azalmaq bilmir. Cinayətkar cinayətkar olaraq doğulmur. Onu cinayətkar olmağa sosial və iqtisadi səbəblər vadar edir. Əgər statistakaya nəzər salsaq, aydın olar ki, cinayət aktlarının bir çoxu sosial-iqtisadi zəmində baş verib. Cəmiyyəti qorumaq üçün cinayətkarların həbsxanalara göndərilməsi isə onların yaxşı adam olacağı demək deyildir. Statistika göstərir ki, həbsxanalarda dözülməz işgəncələrə məruz qalan insanlar daha çox deqradasiyaya uğrayarır və azadlığa çıxdıqdan sonra cəmiyyətdən təcrid olunmuş hiss edərək cinayətə meyilli olur.

Emma Goldman 1869-cu ildə Rusiyanın Kovno şəhərində Yəhudi ailəsində dünyaya göz açmışdır. 17 yaşında bacısı ilə birlikdə ABŞ-a köçən Emma ölkədəki hadisələrdən ilhamlanaraq anarxizm haqqında çoxlu məqalələr yazmışdır. 1917-ci ildə Emma və həyat yoldaşı Aleksandr Berkman həbs olunduqdan sonra Rusiyaya deportasiya olundular. Emma Goldman 1940-ci ildə, 70 yaşınd Torontoda dünyasını dəyişdi.

Tərcüməçi: Taedium Vitae

Advertisements