Search

Taedium Vitae

Month

October 2016

Tadeusz Kantor

kantor-sfondoGünlərin bir günü sosialist-realizminə qarşı çıxan rejissor özünü zamanının məşhur və dahi rejissorlarından biri kimi tapır. Bu həmin teatr rejissorudur ki, 20-ci əsrin ortalarında Polşada teatr dərnəkləri qurur, sərgilər keçirir, ətrafına dövrünün ziyalılarını təkidlə yığaraq bir teatr yaratmağa çalışır. Bu yazıda gözümüzün öyrəşdiyi standart teatr adamlarından fərqli bir şəxsdən yazacağam. Continue reading “Tadeusz Kantor”

Kəmağıllar üçün palatada nağıl edilən hekayə / Cek London

cuckoos-nest-1_758_426_81_s_c1Mən? Xeyr, mən dəli deyiləm. Mən burada köməkçiyəm. Sadəcə bilmirəm, mis Kelsi və mis Cons mənsiz nə edərdilər. Bu palatada mümkün ola biləcək ən miskin iyirmi beş ağıldankəm var. Mən olmasam, onları kim yedizdirərdi? Kəmağılları bəsləmək mənim xoşuma gəlir. Onlar heç bir əngəl törətmirlər. Heç törədə də bilməzlər. Hər birinin ya əlləri, ya da ayaqları ilə nə isə qaydasında deyil və onlar danışa bilmirlər. Vəziyyətləri çox pisdir. Lakin mən gəzə, danışa və ürəyim istəyəni edə bilirəm. Kəmağıllarla çox ehtiyatla davranmaq lazımdır və onları çox yeyin bəsləmək olmaz. Əks halda, boğula bilərlər. Mis Consun dediyinə görə, mən bu məsələlərdə mahir biliciyəm. Sığınacağa hər dəfəsində yeni dayə gəldiyi zaman mən ona nə etmək lazım olduğunu öyrədirəm. Bax əsil gülməli vəziyyət təzə gələn onları yedizdirərkən olur. Yenilər onları elə ləng və ehtiyatla bəsləyirlər ki, səhər yeməyini onların ağızlarına dürtənə kimi axşam yeməyinin vaxtı çatır. Məhz onda da mən onları öyrətməyə başlayıram, axı mən mahir biliciyəm. Həkim Dalrimpl bunu təsdiqləyə bilər, kim kim, amma o, bunu bilməlidir. Kəmağıl iki dəfə sürətlə qidalana bilər, əgər ona düzgün yanaşa bilinərsə. Continue reading “Kəmağıllar üçün palatada nağıl edilən hekayə / Cek London”

Unudulan / Oğuz Atay

                        the-fire-within
“Mən çardaqdayam sevgilim!” deyə səsləndi dəlikdən aşağı doğru. “Köhnə kitablar bu günlərdə çox dəyərlidir. Bir baxmaq istəyirəm onlara.” Son sözlərimi eşitdimi? “Ora çox qaranlıqdır; dayan, sənə bir fənər verim.” Yaxşı. Durğun bir gün. Bütün həyatım boyunca həmişə bir diqqət axtardığımı söyləyərdi biri mənə. Gülümsədiyimi göstərən bir ayna olsaydı; bir az da işıq. “Bir yerini yaralayarsan qaranlıqda.” Dəlikdən yuxarı doğru bir əl fənəri uzandı. Fənərli əlin ucundakı işıq, təsadüfi əhəmiyyətsiz bir küncü işıqlandırdı; bu əli oxşadı. Əl itdi. Nə düşünür görəsən? Gülümsədi: Yenə də düşünürsən? Continue reading “Unudulan / Oğuz Atay”

Kristof Villibald Qlük və Antonio Lucio Vivaldi.

willibald-opera_2780680b

Kristof Villibald Qlük.
Kristof Villibald Qlük görkəmli alman bəstəkarı, opera reformatorudur. O 1714-cü ildə Erasbaxda (Bavariya) anadan olmuşdur. İlk musiqi təhsilini Kamatauda yezuit gimnaziyasında almışdır. Atası oğlunun musiqiçi olmağının əleyhinə idi. Buna görə də gənc Qlük 1731-ci ildə evi tərk edir və Praqaya gedərək Praqa universitetinin fəlsəfə fakültəsinə daxil olur. Burada eyni zamanda məşhur çex bəstəkarı Boquslav Çernoqorskidən musiqi dərsləri alır, Müqəddəs Yakov kilsəsinin xorunda oxuyur. Continue reading “Kristof Villibald Qlük və Antonio Lucio Vivaldi.”

Create a free website or blog at WordPress.com.

Up ↑

%d bloggers like this: