willibald-opera_2780680b

Kristof Villibald Qlük.
Kristof Villibald Qlük görkəmli alman bəstəkarı, opera reformatorudur. O 1714-cü ildə Erasbaxda (Bavariya) anadan olmuşdur. İlk musiqi təhsilini Kamatauda yezuit gimnaziyasında almışdır. Atası oğlunun musiqiçi olmağının əleyhinə idi. Buna görə də gənc Qlük 1731-ci ildə evi tərk edir və Praqaya gedərək Praqa universitetinin fəlsəfə fakültəsinə daxil olur. Burada eyni zamanda məşhur çex bəstəkarı Boquslav Çernoqorskidən musiqi dərsləri alır, Müqəddəs Yakov kilsəsinin xorunda oxuyur.1735-ci ildə Vyanaya gedir və qraf Filipp von Lobkovitsin kapellasında çalışır. Daha sonra italyan messenat A. Meltsinin dəvəti ilə operanın vətəni hesab olunan Italiyaya-Milana gedir. Burda onun opera yaradıcılığının başlanğıcı qoyulur. Bir çox italyan opera ustaları ilə tanış olur, Sammartinidən kompozisiya dərsləri alır. 5 illik hazırlıqdan sonra 1741-ci ilin dekabrında ilk operası-“Artakserks” uğurla səhnəyə qoyulur. Bəstəkar ardınca bir neçə opera-seriya yazır: “Demetriya”, “Poro”, “Demofont”, “Hipermnestra”.

1745-ci ildə Qlük Londona gedir. O, burda Hendel yaradıcılığı ilə tanış olur. Onun Minqotti qardaşlarının italyan operası truppası ilə müxtəlif Avropa paytaxtlarında çıxışı bəstəkarda geniş musiqi təəssüratı yaradır, yeni opera məktəbləri, maraqlı yaradıcı tanışlığa kömək edir. Qlükün musiqi dünyasında yayılan şöhrəti ona papa ordeni olan “Qızıl şpor”, “Kavaler Qlük” ordenini qazandırır.

1752-ci ildə Qlük Vyanaya gedir və burda saray operasında dirijor və bəstəkar vəzifəsində işləyir. 1774-cü ildə ” imperator və kral saray bəstəkarı” adı ilə təltif olunur. Balet janrına maraq göstərən bəstəkar məşhur Vyana xoreoqrafı H. Ancolini ilə birlikdə “Don Juan” operasını yazır.

1762-ci ildə Qlükün ilk reform operası olan “Orfey” operasının premyerası olur. “Orfey”ə qədər olan operalarda musiqi, orkstr, rəqs arxa planda qalır, əsas diqqət ifaçılıq virtuozluğuna verilirdi. Qlük bu operasında ifaçılıq virtuozluğundan imtina edir, ariyalarda reçitativlərə üstünlük verir, orkestr müşayiətinin və xor hissələrinin əhəmiyyətini artırır, balet nömrələrinə geniş ver verir. Həmçinin tamaşanın məzmununun açılması üçün operaya uvertüra əlavə edir.

Bəsrəkar “Orfey” operasının ardınca 2 reform opera-“Alsesta” (1767). “Paris və Elena (1770) operalarını yazır. 1773-79-cu illərdə Qlük Parisdə yaşayır. Buada o “İfigeniya Tavriddə”, “Armida”, “Exo və Narsis” operalarını yazır.

Həyatının son günlərini Vyanada keçirən Qlük burda alman milli operasını yaratmaq istəyir. Lakin xəstəlik imkan vermir. Bəstəkar 15 noyabr 1785 ci ildə vəfat edir. Dəfn zamanı şagirdi A.Solyerinin dirijorluğu ilə bəstəkarı son əsər olan xor və orkstr üçün “De profundls” ifa olunur.

vivaldi
Antonio Lucio Vivaldi

Antonio Vivaldi, barokko dövrününü ən böyük skripka ifaçısı və bəstəkarlarındandır. O, 4 Mart 1678-ci ildə Venesiyada anadan olmuşdur Atası Müqəddəs Mark kilsəsinin orkesrtində ida edən virtuoz skripkaçı idi. Vivaldi hələ bir bəstəkar kimi tanınmadan əvbəl atası ilə birlikdə konsertlər verirdi və bu konsertlər onun tanınmağında böyük rol oynamışdı.

Dini təhsil alan Vivaldi 1703-cü ildə rahiblik və zifəsinə keçir. Eyni zamanda Ospedale della Pietà adlı kimsəsiz və əlil qızlar internat məktəbində skripka müəllimi olur. Buradakı vəzifəsi kimsəsiz və əlil qızlara skripka öyrətmək və konsertlərdə ifa üçün hər ay 2 konsert yazmaq idi. Bir müddət sonra şəhərin nüfuzlu ailələri də qızlarını bu məktəbə göndərməyə başladı.

Dini təhsil alan Vivaldi 1703-cü ildə rahiblik və zifəsinə keçur. Eyni zamanda Ospedale della Pietà adlı kimsəsiz və əlil qızlar internat məktəbində skripka müəllimi olur. Buradakı vəzifəsi kimsəsiz və.əlil qızlara skripka öyrətmək və konsertlərdə ifa üçün hər ay 2 konsert yazmaq idi. Bir müddət sonra şəhərin nüfuzlu ailələri də.qızlarını bu məktəbə göndərməyə başladı.

Səyahətləri səbəbindən Pietadan ayrılan Vivaldi ye ə də internat məktəbi üçün konsertlər yazmağı unutmurdu. 230-a yaxın skripka üçün olmaqla 400 konsert yazmışdır.

Advertisements