Search

Taedium Vitae

Month

November 2016

Tətil / Rey Bredberi

Ray Bradbury

Yeni bir gün idi – səmaya doğru boylanan tər otlar, göydə dolaşan buludlar, otların üstünə qonan kəpənəklər. Gün sanki sükutdan hörülmüşdü, amma lal deyildi, onda arılar və güllər, quru və okean, hərəkət edən, uçuşan, titrəyən, qalxan və enən, zamanın axınına, öz təkrarolunmaz ritminə tabe olan hər şey var idi.  Yer hərəkətsiz idi, amma üstündə hər şey hərəkət edirdi. Dəniz narahat idi, amma susurdu. Təzadlı bir vəziyyət idi, sükut sükuta qarışmışdı, səs səsə. Çiçəklər yellənir, arılar balaca qanadlarını çırparaq yoncaların üstünə qonurdular. Təpə və dənizi boş, paslanmış polad özəkli dəmiryolu ayırırdı. Hiss olunurdu ki, uzun illərdir bu yoldan kimsə keçməyib. O, dolanbac yollarla otuz mil şimala uzanırdı, sonra dumanlı ənginliklərdə gözdən itirdi. Otuz mil cənuba isə kölgələr uçuşurdu, onlar göz önündə bir- birinə qarışır və uzaq dağların ətəklərində yox olurdular. Continue reading “Tətil / Rey Bredberi”

Qabriel Qarsiya Markezin qələmindən “Bizim Fidel”

murio-gabriel-garcia-marquez-adios-gabo-1Kəlmələrə düşkünlüyü… Hər kəsi özünə  cəzb etməsi…Harada olursa olsun qarşılaşdığı hər problemin ardınca düşür. İlham gücünün axıcılığı tərzinə yaraşır. Zövqünün ənginliyi kitablarına da yansımışdır. Siqaret ilə mübarizədə üstün ola bilmək üçün siqarı (puro) tərgitmişdir. Xüsusi elmi şövqlə məsələlərin həllində çıxış yolları axtarmağı sevir. Hər gün bir neçə saat məşq edib, tez-tez üzərək formunu qoruyur. Məğlub edilə bilməyəcək qədər möhkəmdir, çox intizamlıdır. Mümkünsüzə xəyal gücü sayəsində çatmışdır. İşləməyi öyrənmək, dincəlməyi öyrənmək qədər əhəmiyyətlidir.

Əldən düşənə qədər danışır; danışaraq dincəlir. Yaxşı yazır və yazmağı sevir. Həyatdakı ən böyük motivasiya qaynağı riskin yaratdığı həyəcandır. Anadangəlmə natiqlik qabiliyyəti onun qüsursuz silahıdır. Continue reading “Qabriel Qarsiya Markezin qələmindən “Bizim Fidel””

Stansiya nəzarətçisi / Aleksandr Puşkin

 

akg711972

Kollegial qeydiyyatçı,
Poçt stansiyasında istibdadçı.

Knyaz Vyazemski.

Kim stansiya nəzarətçilərini lənətləməyib, onlarla kim savaşmayıb? Qəzəb anında kim onlardan basqı, qabalıq və qüsura qarşı gərəksiz şikayətini yazmaq üçün həyati kitabçanı tələb etməyib? Kim onları mərhum kargüzarlar və ya, ən azından, muromsk quldurları tək insan irqinin alçaq canisi hesab etmir? Bununla belə, gəlin ədalətli olaq, özümüzü onların yerinə qoyaq və bəlkə də, onlar haqda daha mərhəmətli mühakimə yürütməyə başlayaq. Kimdir stansiya nəzarətçisi? Continue reading “Stansiya nəzarətçisi / Aleksandr Puşkin”

İohan Sebastyan Bax və onun yaradıcılığı.

1000509261001_1707045537001_bio-biography-17-composers-johann-sebastian-bach-sfAlmaniyanın  Eyzenax şəhərinin müsiqi direkoru Johann Ambkrosius’un yeddinci oğlu olan  İohan  Sebastian Bax 21 Mart 1685-ci ildə  dünyaya gelir. Üç  nəsil musiqi ilə  məşğul olan  ailədə  doğulan  İohann Sebastianın ilk  müəllimi  atası olmuşdur.

Yeddi  yaşında təhsil almağa başlayan Bax oxumağı, yazmağı, latin dilini  öyrənir. 10 yaşı olarkən  valideynlərini itirir və qardaşının himayəsi altına alınır. Özündən  on dört yaş böyük olan və bir kilsədə orqan çalan  İohann Kristof onu himayəsi altına alır ve orqan çalmağı öyrədir. Gözəl soprano səsə və duyma istedadına  malik  olan  Sebastian on beş yaşında Lüneberg musiqi  məktəbinə qəbul edilir. Üç 3 illik təhsildən sonra da Veymarda  bir orkestrda skripka və orqan çalmağa başlayır. Continue reading “İohan Sebastyan Bax və onun yaradıcılığı.”

Duvar (1983)

14732139_978439408934561_3887655913448716984_nRejissor: Yılmaz Güney. Continue reading “Duvar (1983)”

Quyu və Rəqqas / Edgar Allan Poe

top-3-convincing-moments-that-edgar-allan-poe-was-a-time-traveler

 

Impia tortorum longos hic torf furores

Sanguinis innocui, non satiata, aluit.

Sospite nunc patria, fracto nunc funeris antro,

Mors ubi dira fuit vita salusque patent.

(Parisdəki Jacobin Klubunun yerinə qurulacaq marketin girişinə asılmaq üçün yazılmış dördlük)

Narahat idim – uzun sürən bu iztirabla öləcək qədər  və sonunda məni tanıdıqlarında, oturmama icazə verildiyində, duyğularımı itirdiyimi anladım. O cümlə; ölümün o qorxunc cümləsi, qulaqlarıma ilişən eşidilən səslərin sonuncusu idi. Ardından sorğulayan səslər yuxu kimi, naməlum bir mırıltıya çevrildilər sanki. Dəyirman çarxının səsinə bənzədiklərindən bəlkə də – ruhuma inqilab fikirini yaydılar. Bu qısa çəkdi;  artıq heç bir şey eşitmirdim. Yenə də bir müddət görməyə davam etdim; amma necə qorxunc bir mübaliğəylə! Quru cübbəli hakimlərin dodaqlarını gördüm.  Mənə ağ göründülər – bu sözləri yazdığım kağızdan belə daha ağ. Mənə qədər olacaq olan qərarların hələ o dodaqlardan çıxdığını gördüm. Onları ölümcül deyişləriylə qıvrılarkən  gördüm. Adımı hecalarkən gördüm və ürpərdim çünki heç səs çıxmırdı. Dəliyə dönmüş qorxumun qısa anında, binanın divarlarını örtən quru pərdələrin yumşaq və az qala fərq edilməz dalğalanışını da gördüm. Sonra masanın üzərindəki yeddi uzun şamı. Mərhəmətin görüntüsünə büründülər əvvəl, məni qurtara biləcək ağ və zərif xəttli mələklərə bənzəyirdilər, amma sonra birdən-birə, ruhumun üzərinə ən ölümcül bulanıqlıq çökdü və bədənimdəki hər əzələ qalvanik bir batareyanın telinə toxunmuşam kimi titrədi, mələk görünüşləri, başı atəşdən qəribə qarabasmalara çevrilərkən onlardan bir kömək gəlməyəcəyini gördüm. Sonra birdən, məzarda necə şirin bir istirahət ola biləcəyi düşüncəsi xoş bir musiqi kimi beynimə sızdı. Düşüncə yavaşca və hiss etdirmədən meydana çıxdı, tamamilə beynimi tutması isə uzun zaman çəkdi; amma ruhum sonunda onu hiss edib xoşlandığında, hakimlərin silüetləri silindi, sehr kimi, önümdəki uzun şamlar heçliyə batdılar; alovları tamamıyla söndü, pisliyin qaranlığı da ardından, ruhun Hadesə enişini xatırladan sürətli bir çöküşdə udulmuş kimi idilər. Sonra səssizlikdən, durğunluqdan və qaranlıqdan başqa bir şey qalmadı. Continue reading “Quyu və Rəqqas / Edgar Allan Poe”

Mən yox / Samuel Beckett

004-samuel-beckett-theredlistPyesin ilk təqdimatı 16 yanvar 1973-cü ildə London Kraliça Teatrında keçirilib. Entoni Peydj tərəfindən səhnələşdirilib.

AğızBilli Uaytlou

Dinləyici: Brayan Miller

Səhnə qaranlıqdır, yalnız aşağıdan zəif işıqlandırılmış AĞIZ görünür, o, səhnə üzərində asılıb.Üzün qalan hissəsi görünmür.Gizli mikrofon.

Dinləyici –başdan-ayağa geniş qara örtüyə bürünmüş qeyri-müəyyən cinsli məhluq- səhnənin hündür görünməyən yerində  tamaşaçılardan solda dayanıb. Dinləyici  tamamilə ondan çəpəki duran Ağzın hekayəsinin təsiri altındadır. O, qeydlərdə göstərilən istisna hallardan başqa tam hərəkətsiz dayanıb. Continue reading “Mən yox / Samuel Beckett”

Create a free website or blog at WordPress.com.

Up ↑

%d bloggers like this: