top-3-convincing-moments-that-edgar-allan-poe-was-a-time-traveler

 

Impia tortorum longos hic torf furores

Sanguinis innocui, non satiata, aluit.

Sospite nunc patria, fracto nunc funeris antro,

Mors ubi dira fuit vita salusque patent.

(Parisdəki Jacobin Klubunun yerinə qurulacaq marketin girişinə asılmaq üçün yazılmış dördlük)

Narahat idim – uzun sürən bu iztirabla öləcək qədər  və sonunda məni tanıdıqlarında, oturmama icazə verildiyində, duyğularımı itirdiyimi anladım. O cümlə; ölümün o qorxunc cümləsi, qulaqlarıma ilişən eşidilən səslərin sonuncusu idi. Ardından sorğulayan səslər yuxu kimi, naməlum bir mırıltıya çevrildilər sanki. Dəyirman çarxının səsinə bənzədiklərindən bəlkə də – ruhuma inqilab fikirini yaydılar. Bu qısa çəkdi;  artıq heç bir şey eşitmirdim. Yenə də bir müddət görməyə davam etdim; amma necə qorxunc bir mübaliğəylə! Quru cübbəli hakimlərin dodaqlarını gördüm.  Mənə ağ göründülər – bu sözləri yazdığım kağızdan belə daha ağ. Mənə qədər olacaq olan qərarların hələ o dodaqlardan çıxdığını gördüm. Onları ölümcül deyişləriylə qıvrılarkən  gördüm. Adımı hecalarkən gördüm və ürpərdim çünki heç səs çıxmırdı. Dəliyə dönmüş qorxumun qısa anında, binanın divarlarını örtən quru pərdələrin yumşaq və az qala fərq edilməz dalğalanışını da gördüm. Sonra masanın üzərindəki yeddi uzun şamı. Mərhəmətin görüntüsünə büründülər əvvəl, məni qurtara biləcək ağ və zərif xəttli mələklərə bənzəyirdilər, amma sonra birdən-birə, ruhumun üzərinə ən ölümcül bulanıqlıq çökdü və bədənimdəki hər əzələ qalvanik bir batareyanın telinə toxunmuşam kimi titrədi, mələk görünüşləri, başı atəşdən qəribə qarabasmalara çevrilərkən onlardan bir kömək gəlməyəcəyini gördüm. Sonra birdən, məzarda necə şirin bir istirahət ola biləcəyi düşüncəsi xoş bir musiqi kimi beynimə sızdı. Düşüncə yavaşca və hiss etdirmədən meydana çıxdı, tamamilə beynimi tutması isə uzun zaman çəkdi; amma ruhum sonunda onu hiss edib xoşlandığında, hakimlərin silüetləri silindi, sehr kimi, önümdəki uzun şamlar heçliyə batdılar; alovları tamamıyla söndü, pisliyin qaranlığı da ardından, ruhun Hadesə enişini xatırladan sürətli bir çöküşdə udulmuş kimi idilər. Sonra səssizlikdən, durğunluqdan və qaranlıqdan başqa bir şey qalmadı.

Özümdən keçmişəm, amma şüurumu tamamilə itirdiyimi söyləyə bilmərəm. Şüurumun nə qədərinin qaldığını deməyə, hətta izah etməyə isə çalışmayacam; yalnız hamısını itirməmişdim. Ən dərin yuxudakı kimimi? -Xeyr! Sayıqlamadakı kimimi? -Xeyr! Huşunu itirmə? -Xeyr! Ölüm? -Xeyr? Məzarda belə hamısı itməz. Elə olmasa insan üçün ölümsüzlük olmazdı. Bizlər ən dərin yuxudan oyanarkən, yuxuların hörümçək torunu cırarıq. Yenə də bir saniyə sonra, (o şəbəkə elə incədir ki) yuxu görmədiyimizi sanarıq. Oradan ayılarkən, həyata geri dönüşdə iki mərhələ vardır; ilki fikri ya da ruhi qavramağımıza, ikincisi isə fiziki yaranmamıza çevrilmə. Yenə də ilk mərhələ olaraq dediyin zamana aid təəssüratlar, istəkli olaraq olmasa da uzun zaman sonra özbaşına gəldiklərində haradan gəldiklərinə təəccübənmirikmi? Heç huşunu itirməmiş olan biri, parıldayan qəribə saraylar, son dərəcə tanış üzlər tapmağın; havada uçuşub da çoxunun görə bilmədiyi hüznlü görüntülərə baxmağın; xüsusi bir çiçəyin qoxusu üzərində dərin düşüncələrə dalmağın – daha əvvəl heç diqqətini çəkməmiş ahəngli bir melodiyanın mənası qarşısında çaşmışa dönmənin nə demək olduğunu bilə bilməz.

Xatırlanacaq səylərin; və ruhumun batdığı yoxluq bənzəri bir vəziyyətə aid işarələri geri qazanmaq üçün etdiyim ən səmimi səylərin arasında müvəffəqiyyətin xəyalını qurduğum zamanlar oldu; sonrakı bir dövrə aid güclü bir səbəbin məni bu şüursuz olduğum vəziyyətlə əlaqəsi olduğuna razı saldığı xatirələri xatırladığım qısa, çox qısa anlar oldu. Yaddaşımın kölgələri, müəyyən naməlum, məni səssizcə qaldırıb aşağı daşıyan uzun adamları xatırladır – aşağı – daha aşağı – ta ki iyrənc bir baş gicəllənməsi və bitməz – tükənməz çöküş fikriylə böhrana düşənə qədər. Sonra hər şeyin üstünə ani bir hərəkətsizlik çökür; sanki məni daşıyanlar (o qorxunc karvan!) çöküşlərində sərhədsizin sərhədini aşmış və zəhmətli işlərini bitirmiş kimi. Sonrasında xatırladığım düzlük və rütubət; sonrası dəlilik – qadağan edilmiş şeylərin arasında gəzişən bir xatirənin dəliliyi oldu.

Birdən hərəkət və səsləri -ürəyimin nizamsız atışını və səsini -təkrar qəbul etməyə başladım. Sonra yenə bir dayanma. Ardından təkrar səslər, hərəkətlər və təmas -bədənimə yayılan bir titrəmə gəldi. Sonra uzun bir zaman düşüncə olmadan – var olmanın tam şüuru. Sonra yenidən laqeydliyə basdırılmaq üçün güclü arzu gəldi. Tələsik ruhun yenidən canlanması və tərpənmək üçün böyük bir güc. Ardından prosesin, hakimlərin, quru pərdələrin, o cümlənin, rahatsızlaşmağımın, huşsuzluğumun bütün xatirələri. Son olaraq da ardıcıl şeylərə dair tam bir unutqanlıq; ki irəlidə yaşayacağım bir gün və daha içdən bir səy hamısını naməlum formada xatırlamama imkan verəcəkdi.

O ana qədər gözlərimi açmamışdım. Arxası üstə yatdığımı anladım, bağlanmamışdım. Əlimi uzadınca sərt və nəmli bir şeyə dəydi. Mən harada və nə vəziyyətdə olduğumu anlamağa çalışarkən, əlimi orada eləcə tutdum. Görüm istəyirdim, amma buna cəsarət edə bilmirdim. Ətrafımdakı obyektlərə baxmaqdan qorxu duyurdum. Dəhşət verici şeylər görmək deyildi məni qorxudan, daha heç bir şey görə bilməmək idi. Sonunda ürəyimdəki dərin ümidsizliklə gözlərimi açdım. Ağlıma gələn ən pis şey başıma gəlmişdi. Sonsuz gecənin qaranlığı ətrafmı qucaqlamışdı. Nəfəs almağa çalışdım. Zülmət qaranlıq məni boğurdu. Hava dözülə bilməyəcək qədər ağır idi. Hələ tərpənmədən yatırdım və səbəbini tapmağa çalışırdım. İnkvizisiya işləyişini xatırlamağa və bundan vəziyyətimin nə olduğunu çıxarmağa çalışdım. Qərar verilmişdi, aradan da çox bir zaman keçmiş idi. Yenə də bir an olsun öldüyümü düşünmədim. Belə bir fərziyyə, hekayələrdə oxuduğumuzun əksinə, yaranma ilə tamamilə uyumsuzdur – elə isə mən haradaydım və nə vəziyyətdəydim? Ölümə məhkum olanlar, bildiyim qədəri ilə autos-da-fe öldürülürdülər, hətta bunlardan biri mənim məhkəmə günümdə gecənin bir yarısı reallaşmışdı. Daha aylar boyunca edilməyəcək olan bir sonrakı edama hazır olmam üçün zindanıma gerimi göndərilmişdim? Dərhal vəziyyətin bu olmadığını anladım. Çünki qurbanlar dərhal edam edilərdilər. Üstəlik  zindanım Toledodakı bütün məhkum hücrələri kimi daşdan idi və az da olsa işıqlı idi.

Qorxunc bir fikir bütün qanımı beynimə yığdı və qısa bir müddət boyunca yenə duyğusuzluğum coşdu. Özümə gəldiyimdə birdən ayağa sıçradım, bütün bədənim  titrəyirdi. Qollarımı hər yanda gəzdirdim. Heç bir şey tapa bilmədim amma yenə də bir məzar divarlarıyla qarşılaşma qorxusu üzündən addım belə atmadım. Hər məsaməmdən tər boşaldı və alnımda da muncuq-muncuq yığıldı. Şübhənin iztirabı sonunda dözülməz olunca, qollarım önümdə, gözlərim bir damla  işıq ümidiylə yuvalarından atılmış bir şəkildə irəliləməyə başladım. Bir çox addım atdım amma hələ hər yer qaranlıq idi və heç bir şey yox idi. Daha fərah nəfəs alırdım. Elə görünürdü ki, heç olmasa mənimki talelərin ən pisi deyildi.

İndi, hələ diqqətlicə irəliləyirkən, yadıma Toledonun dəhşətiylə əlaqədar minlərlə naməlum söz-söhbət gəldi.  Oradakı zindanlar haqqında qəribə, tələffüz edilməsi çox qorxunc, ancaq pıçıldanıla bilən şeylər izah edilirdi ki, mən onlara həmişə nağıl deyərdim. Qaranlığın bu yeraltındakı dünyasında aclıqdan ölməyəmi tərk edilmişdim; ya da məni çox daha qorxunc bir talemi gözləyirdi? Sonum ölüm olacaqdı, hakimlərimin xarakterlərini çox yaxşı tanıyırdım buna şübhəm yox idi ki, alışılmışdan çox daha ağrılı bir ölüm olacaqdı. Məni maraqlandıran və  məşğul edən tək şey isə şəkli və zamanı idi.

Uzanmış əllərim sonunda bərk bir cismə toxundu. Bir daş divar, – çox hamar, nəm və soyuq. Divarı izlədim; bəzi köhnə hekayələrin xatırlatdığı bütün etibarsızlıqla, çox diqqətli addım atırdım.  Ancaq bu üsulla zindanı anlamama imkan yox idi; divar o qədər hamar idi ki, başladığım yerə geri döndüyümü belə anlamadan dairələr çəkə bilərdim. Buna görə sorğu otağına girərkən cibimdə olan bıçaqı axtardım; yox idi; paltarlarım kobud parçadan bir cübbə ilə dəyişdirilmişdi. Bıçaqı daş divardakı incə bir çatlağa soxub başladığım yeri işarələməyi düşünmüşdüm. Bu çətinliyi aşmaq əslində sadə idi amma yenə də təxəyyülüm tam çalışmadığından başda həllsiz kimi gəlmişdi. Cübbənin ətəkliyindən bir parça cırıb yerə uzunlamasına sərdim. Beləcə kamera içində əllə yolumu taparkən, bu bezə rast gəlmədən keçməyəcəkdim. Heç olmasa elə düşünürdüm: amma zindanın böyüklüyünü ya da öz gücsüzlüyümü hesaba qatmamışdım. Yer nəmli və sürüşkən idi. Müvazinəti  itirib yıxılanda isə bir müddət səndələyirdim. O qədər yorğun idim ki, üzüqoyulu yerdə qaldım və oradaca yatdım.

Oyanıb qolumu gərəndə yanımda bir tikə çörək və içi su dolu bir dolça tapdım. Bu vəziyyətə reaksiya verə bilməyəcək qədər əldən düşmüşdüm, amma iştahla yeyib içdim. Qısa müddət sonra, hücrədəki dövrümə qaldığım yerdən davam etdim və cübbənin parçasına güc bəla çatdım. Düşdüyüm yerə qədər əlli iki addım saymışdım, sonrasında bezə gələnə qədər qırx səkkiz dənə daha saydım. Cəmdə yüz addım vardı; hər addımın yarım metr olduğunu fərz edib zindanın ətrafının əlli metr olduğunu təxmin etdim.

Bu araşdırmaları edərkən nə bir məqsədim nə də bir az ümidim vardı; yenə də müəyyən naməlum bir maraq davam etməmi təmin edirdi. Divardan ayrılıb qarşı tərəfə keçməyə qərar verdim. Başlarda həddindən artıq bir diqqətlə irəlilədim, çünki yer sərt vəsaitdən olmasına baxmayaraq sürüşkən və təhlükəli idi. Amma sonunda cəsarətimi yığıb qarşıya bir şəkildə keçmək üçün möhkəm addımlar atmaqdan qaçınmadım. On iyirmi addım qədər irəliləmişdim ki cübbəmin cırıq parçası ayaqlarıma dolandı. Üstünə basıb sərt bir şəkildə üzüqoyulu yerə düşdüm.

Enişimin gicliyiylə, o çaşdırıcı vəziyyəti dərhal qavraya bilmədim, ancaq bir neçə saniyə sonra hələ üzüaşağı yatarkən fərqinə vardım.  Belə ki – çənəm hücrənin zəminində dayanır, amma dodaqlarım və başımın üst qisimi heç bir yerə dəymədən çənəmdən daha aşağıda dayanırdılar. Eyni zamanda alnım soyuq bir buxarla yuyunur və burnuma çürümüş göbələk qoxusu gəlirdi. Əlimi önə uzatdım və böyüklüyünü o an bilməyəcəyəm yumru bir quyunun tam ucuna düşdüyümü duyub ürpərdim. Ağzımın dərhal altındakı daş divarı əlimlə yoxlayaraq kiçik bir parçanı yerindən çıxarmağı bacardım və onu quyunun içinə buraxdım. Uzun saniyələr boyunca, daşın düşərkən dərin yarığın kənarlarıyla etdiyi əksini dinlədim, ən sonunda sərt bir şəkildə suya çarparaq güclü əks-səda etdi. Solğun bir tutam işıq qaranlığa süzülüb dərhal itərkən, bir qapının sürətlicə açılıb bağlanmasını xatırladan bir səs eşitdim.

Mənə necə bir son hazırlandığı fərq edincə, tam zamanında başıma gəlib də həyatımı qurtaran qəzaya təşəkkür etdim. Bir addım daha atmış olsaydım, dünyaya vida edə bilərdim. Və hələ sovuşdurduğum bu ölüm şəkli, İnkvizisiya ilə əlaqədar hekayələrdə izah edilib də mənim qeyri -ciddi saydıqlarıma bənzəyirdi. Zalımların qurbanları üçün ölümün qorxunc fiziki ağrılarla ya da ən iyrənc mənəvi işgəncələrlə gələn variantları vardı. Mənim üçün ikincisi seçilmişdi. Öz səsindən belə ürpər vəziyyətə ya da məni gözləyən hər hansı bir işgəncə növünə uyğun bir obyekt halına gələnə qədər uzun əziyyətlərlə sinirlərim boşaldılmışdı.

Hər yanım titrəyərkən əl hərəkətləriylə divarı tapdım; təxəyyülümün indi zindanın orasına burasına yerləşdirdiyi quyuların əzabındansa divar dibində ölməyi seçərdim. Başqa bir ruh halında olsaydım, o çuxurların birinə atlayaraq səfalətimə son verməyi seçə bilərdim; amma o an ən qorxaq idim. Bu çuxurlar haqqında oxuduqlarımın hamısını xatırlayırdım – qorxunc planlarında sürətli bir ölüm yox idi. Narahatlığım məni uzun müddət oyanıq tutdu; amma sonunda yenə yatdım. Oyandığımda, əvvəlki kimi yanımda bir tikə çörək və bir dolça su vardı. Susuzluqdan yanırdım və dolçanı bir dəfəyə bitirdim. Dərmanlı olmalı idi, az qala yenə yuxu basdırdı. Yatdım – bir ölü kimi yatdım. Nə qədər olduğunu təbii ki, bilmirəm; amma gözlərimi yenidən açdığımda ətrafımda nə varsa görə bilirdim. Əvvəlcə haradan gəldiyini anlamadığım kükürd sarısı bir işıqda kameranın ölçülərini və şəklini gördüm.

Ölçülərində tamamilə yanılmışdım. Divarın bütün ətrafı iyirmi beş metri keçməzdi. Bu məlumat, bir neçə dəqiqə boyunca bir ağrıya səbəb oldu; həqiqətən də boşuna! içində olduğum qorxunc vəziyyətdə nə zindanın ölçülərindən daha az əhəmiyyətli ola bilərdi ki! Ruhum əhəmiyyətsiz şeylərlə çox maraqlandığından ölçü edərkən etdiyim səhvi hesablamaya çalışdım. Sonunda gerçəyi anladım. Ölçümümün ilk yarısında, düşənə qədər, əlli iki addım saymışdım; o sırada bez parçasından bir iki addım uzaqda olmalıydım; əslində, bir tam dövrü haradasa tamamlamışdım. Sonra yatdım, oyanınca da gəldiyim yoldan geri dönmüş olmalıydım – beləcə ətrafı olduğunun iki qatını ölçmüşdüm. Başımın qarışıq olması, getməyə başladığımda divarın solumda, bitirdiyimdə isə sağımda qaldığını fərq etməmə maneə törətmişdi.

Sahənin şəkli mövzusunda da yanılmışdım. Divarları yoxlayarkən bir çox girintiyə rast gəlmiş, formasız olduğu nəticəsini çıxarmışdım; zülmət qaranlığın yuxu gici biri üzərində necə də güclü bir təsiri var! Künclər əslində, bir neçə qəribə çökük ya da oyuğa aid idi. Daş zənn etdiyim şey əslində birləşmə yerlərində o çöküntüləri meydana gətirən, böyük təbəqələr halında dəmir ya da başqa bir metal idi. Bu metalın bütün səthi, rahiblərin batil inanclarının səbəb olduğu o iyrənc və iyrənc naxışlarla kobudca suvanmışdı. Şeytanın təhdidedici, skelet halındakı və daha başqa qorxunc fiqurları divarları örtür və formasızlaşdırırdı. Bu əcaib şəkillərin xəttləri kifayət qədər diqqətə çarpan idi amma nəmli havadan olsa gərək, rəngləri solmuş və bir-birinə qarışmış idi. O an yerin də daşdan olduğunun fərqinə vardım. Tam ortada, ağzından xilas olduğum yumru quyu vardı; amma zindandakı tək quyu da o idi.

Bunların hamısını olduqca güc xərcləyərək və bulanıq bir şəkildə görmüşdüm: çünki yatarkən vəziyyətim xeyli dəyişmişdi. İndi alçaq bir taxta sıranın üzərində arxası üstə uzanıqlı haldaydım. Keşişinkinə bənzəyən uzun bir qayışla bağlanmışdım. O qıçlarımdan və gövdəmdən bir neçə dəfə sarılmışdı, yalnız başım və bir də sol qolum, yanımda torpaq bir qabın içində dayanan yeməklə özümü bəsləyə bilim deyə sərbəst buraxılmışdı. Amma dolçanın olmadığını qorxuyla fərq etdim. Qorxuyla deyirəm; çünki dözülməz bir susuzluq çəkirdim. Görünüşə görə işgəncə verənlərin artırmaq istədikləri bir susuzluq: çünki qabda bol-bol ədviyyatlanmış ət vardı.

Yuxarı baxarkən hücrəmin tavanını araşdırdım. Doqquz on metr yuxarıda idi və divarların quruluşuna bənzəyirdi. Panellərin birində çox böyük bir fiqur diqqətimi çəkdi. Ona doğru yuxarı baxarkən ( çünki tam mənim üzərimdə dayanırdı) hərəkət etdiyini sandım. Dərhal sonra da həqiqətən elə olduğunu anladım. Kəfkiri qısa idi və təbii ki, yavaş. Bir neçə dəqiqə qorxuyla və maraqla izlədim. Monoton hərəkətinə baxmaqdan yorulub gözlərimi hücrədəki digər obyektlərə çevirdim.

Yüngül bir səs diqqətimi çəkib yerə baxınca iri siçanların keçdiyini gördüm. Tam sağımda olan quyudan çıxmışdılar. Hələ də ətin qoxusunun cazibəsinə qapılmış qruplar halında, ac gözlərlə, tələsik çıxmağa davam edirdilər. Buna görə də onları qorxudub qaçırmaq olduqca çətin oldu.

Yenidən yuxarı baxdığımda, yarım saat, bəlkə də bir saatın keçdiyini anladım. Gördüyüm şey məni heyrətə saldı. Rəqqasın kəfkirinin boyu az qala bir metr olmuşdu. Bunun təbii bir nəticəsi olaraq da sürəti də artıq daha çox idi. Amma məni əsl narahat edən şey, rəqqasın aşkar bir şəkildə alçalmış olması fikiri idi. O an dəhşətlə fərq etdim ki, rəqqasın uc qismi, parlayan poladdan və yarım ay şəklində idi, bir buynuzundan digərinə otuz santimetr idi; ucları yuxarı qıvrılan və görünən odur ki, alt qisimi də ülgüc kimi iti idi. Üstəlik həcmli və ağır kimi idi də, kənarlarından etibarən altda möhkəm və geniş bir quruluşla bitirdi.

Artıq işgəncə üçün işlənən  dini  dahiliyin mənim üçün hazırladığı sondan şübhəm qalmamışdı. Quyunun fərqinə vardığımı anlamışdılar – quyu ki mənim kimi dinə qarşı gələnlərə qorxu salan – quyu ki cəhənnəm kimi, əziyyətləri üçün Ultima Thule olduğu deyilən. Əhəmiyyətsiz bir qəza sayəsində xilas olduğum quyuya ya da işgəncə tələsinə düşmənin, bu zindan ölümlərinin əhəmiyyətli bir parçası olduğunu bilirdim. Düşməkdən xilas olmam məni çuxurun dibinə göndərəcək olan şeytanı planın bir parçası deyildi; buna görə məni (başqa bir şansım) daha itaətli bir son gözləyirdi. Daha itaətli! Vəziyyəti izah etmək üçün belə bir söz seçməmə ağrıyla güldüm.

Ölümdən daha pis uzun qorxulu saatlar boyunca, poladın sürətli yırğalanmsını saydım! Santimetr-santimetr, – milim milim – mənə illər qədər uzun gələn fasilələrlə fərq ediləcək bir çöküşlə – alçaldı və daha da alçaldı. Günlər keçdi – günlər keçmiş olmalı idi – artıq iti nəfəsini üfləmək istəyərmiş kimi çox yaxın keçirdi. Poladın qoxusu burun dəliklərimə dolurdu. Dua etdim – daha sürətli çöksün deyə dua edə-edə tanrını bezdirdim. Dəliyə dönüb qorxunc ülgücün ağzına doğru özümü yüksəltdim. Amma sonra birdən sakitləşdim və parıldayan ölümə, bir uşağın oyuncağa  etdiyi kimi gülümsədim.

Ardından yenə bir fasilə oldu; qısa idi sanıram çünki oyandığımda rəqqasın çox da alçalmamış olduğunu gördüm. Təbii ki, uzun da sürmüş ola bilərdi, çünki bilirdim ki, huşunu itirdiyimin fərqinə varıb yırğalanmanı zövqlə dayandıracaq şeytanlar vardı. Oyandığımda sanki, uzun müddətdir acammış kimi izah edə bilməyəcəyim qədər halsız və gücsüz hiss edirdim. O əziyyətlərin ortasında belə insanoğlu aca bilirdi. Sağ qolumu ağrıyla bağların icazə verdiyi qədər uzatdım və siçanlardan mənə arta qalan ət parçasını götürdüm. Bir parçasını ağzıma apararkən ağlıma bir az əyləncəli, bir az ümidli, amma naməlum bir fikir gəldi. Hərçənd ümidlə nə işim olmalıydı ki? Dedim axı, naməlum bir fikir idi – insanların buna bənzər heç tamama çatdırmadıqları bir çox fikri olur. Əyləncəli və ümid verici bir şey olduğunu hiss edirdim; amma fikirdən uzaqlaşdığımı da hiss edirdim. Onu yenidən xatırlamaq və formalaşdırmaq üçün boşuna məşğul oldum. Uzun zamandır çəkdiklərim az qala zehnimin bütün gücünü məhv etmişdi. Axmaqlaşmışdım.

Rəqqasın yırğalanması bədənimə çökdü. Bıçağın ağzının ürək xəttindən kəsmək üçün nizamlandığını anladım. Cübbəmin parçasını kəsəcək – dönüb eyni şeyi təkrar -təkrar edəcəkdi. Dəmirdən divarları parçalamağa çatacaq qədər geniş kəfkir (doqquz on metrə çatmışdı) və alçalınca sakitləşən qüvvətinə baxmayaraq, dəqiqələr boyunca edəcəyi tək şey cübbəmi cırmaq olacaqdı. Bunu düşününcə dayandım. Bu düşüncədən irəli keçə bilmirdim. Düşüncənin üzərində dayandım – sanki düşünəndə poladın enişini dayandıra biləcəkdim. Diqqətimi, geyimin üzərindən keçərkən bıçaqın çıxaracağı səsin üzərində – parçanın sürtünməsinin bədənimdə yaradacağı o qəribə həyəcan üzərində toplamağa məcbur etdim. Dişlərim bir-birinə birləşənə qədər bu əhəmiyyətsiz şeylər üzərində düşündüm. Aşağı – səssizcə aşağı endi. Şaquli sürətiylə üfüqi sürətini müqayisə etməkdən dəli bir kef alırdım. Sağa – sola – uzaq və geniş – lənət ola biləcək bir ruhun qışqırıqlarıyla, hiyləgər addımlarla; ürəyimə doğru! Fikirlərim biri -birinə basqın çıxarkən, mən ya gülür ya qışqırırdım.

Aşağı , aralıqsız aşağı! Sinəmdən yalnız yeddi səkkiz santimetr uzaqlıqda idi. Sol əlimi bağdan qurtarmaq üçün şiddətlə  çalışdım. Yalnız dirsəyimdən aşağısı sərbəst idi. Əlimi böyük bir səy göstərərək ancaq yandakı qabdan ağzıma apara bilirdim. Dirsəyimdəki bağları həll edə bilsəm rəqqası tutub dayandırmağı bacarardım. Hərçənd bu bir uçqunu dayandırmaq demək idi!

Aşağı – dayanmadan – çarəsizcə aşağı! Hər silkələnmədə nəfəs almağa çalışırdım. Üstümdən hər keçişində daha da kiçilirdim. Gözlərim ən mənasız ümidsizliyin həvəsiylə yuxarı və yanlara gedişini izləyirdi; ölüm bir qurtuluş ola bilərdi amma yenə də rəqqas endiyində, ah, sıxılaraq bağlanırdılar! İzah ediləsi deyil! Mexanizmin yavaş çöküşünün o iti, parlaq baltanı sinəmə necə çökdürəcəyini düşündükcə hər yanım titrəyirdi. O ümid ki – xarabalarda zəfər qazanan – ölülərə pıçıldayan – İnkvizisiya zindanlarında belə var olan.

On ya da on beş silkələnmədən sonra poladın cübbəyə dəyəcəyi fərqinə vardım və bu təsbitlə ruhumun üstünə birdən ümidsizliyin iti  sakitliyi çökdü. Saatlardır -bəlkə də günlərdir – ilk dəfə düşündüm. Fərqinə vardım ki məni qucaqlayan sarğı ya da qayış yalnız bir dənə idi. Başqa bir iplə bağlanmamışdım. Ülgücə bənzər bıçaqın ilk zərbəsi qayışa vuracaqdı, onu kəsə bilər və  beləliklə mən də asılılıqdan qurtulub sol əlimi tərpədə bilərdim. Amma bu ssenaridə poladın yaxınlığı nə qorxunc olacaqdı! Ən kiçik bir qımıldanışın əvəzi ölümcül idi! Sarğı sinəmdə rəqqasın yolu üzərindənmi keçirdi? Huşunu itirib də son ümidi də itirəcəyəmdən narahat olaraq, sinəmi dəqiq bir şəkildə görə bilmək üçün başımı qaldırdım. Qayış bütün əzalarımdan keçirdi – bir tək ölümcül bıçağın yolu xaric.

Başımı geriyə, köhnə yerinə buraxar buraxmaz, yeməyi yanan dodaqlarıma apararkən, bir az əvvəl eyham etdiyim amma yalnız yarısının naməlum bir şəkildə başımda gəzdiyi formalaşmamış qurtuluş fikri beynimdə şimşək kimi çaxdı. Fikrin hamısı indi başımda idi – qüvvətsiz, çox az məntiqli, hələ naməlum, – yenə də tam. Ümidsizliyin əsəbi enerjisiylə dərhal işə qoyuldum.

Saatlardır, yatdığım sıranın ətrafı tam mənasıyla siçan qaynayırdı. Vəhşi, cəsur və acdılar; qırmızı gözləri məni ovları etmək üçün hərəkətsiz qalmamı gözləyirlərmiş kimi mənə baxdıqca parlayırdı. “Necə bir yemək idi ki” deyə düşündüm, -“quyuda alışdıqlarımı?”

Maneə törətməyə çalışsam da yalnız kiçik bir hissə xaricində bütün yeməyi bitirmişdilər. Əlimi qabın ətrafında dayanmadan yelləyirdim ki, sonunda hərəkətin şüursuzluğu, təsirini də ortadan qaldırmışdı. Gombulluqları üzündən tez-tez dişlərini barmaqlarıma keçirirdilər. Ətin geri qalan yağlı və ədviyyatlı parçasını, sarğının hara çata  bilirəmsə orasına sürtüb; əlimi yerdən qaldırıb nəfəsimi tutaraq gözlədim.

Başda ac heyvanlar hərəkətsizləşməmdən diksinib qorxdular. Çaxnaşma içində geri qaçdılar; bir çoxu quyuya girdi. Amma yalnız bir an üçün. Gombulluqlarına boşuna güvənməmişdim. Hərəkətsiz qaldığımı fərq edən ən cəsurları taxtaya çıxıb məni iylədi. Bu ümumi bir hücumun yeniliyi idi. Qruplar halında quyudan çıxmağa başladılar. Taxtaya yapışdılar – üzərində qaçdılar və yüzlərləsi üzərimə çıxdı. Rəqqasın nizamlı hərəkəti onları narahat belə etmirdi. Zərbəsindən qaçaraq yağlanılmış sarğıyla məşğul olurdular. Yığınlar halında üzərimə axın edir – əzirdilər. Boyumda vurnuxurlar, soyuq dodaqlarıyla mənimkini axtarırdılar; ağırlıqları altında güc bəla ilə nəfəs alırdım; bu tərif edilə bilməz duyğudan iyrəndim, yaş hava üzündən sinəm şişdi və ürəyim ürpərdi. Bir dəqiqə sonra, səylərimin nəticə verəcəyini hiss etdim. Sarğının boşaldığını hiss edirdim. Hətta birdən çox yerdən cırılmış olmalı idi. Yenə də fövqəlbəşər bir dözümlülüklə tərpənmədim.

Nə hesablarımda yanılmış, nə də boşuna səbr etmişdim. Sonunda sərbəst qaldığımı hiss etdim. Qayışın parçaları üstümdən sallanırdı. Amma rəqqasın zərbələrini sinəmdə hiss etməyə başlamışdım. Cübbənin üstdəki yunu və altdakı kətanı cırmışdı. İki dəfə daha yellənincə hər sinirimdə faciəvi bir ağrı hiss etdim. Xilas olmanın zamanı gəlmişdi. Əlimi tərpədincə qurtarıcılarım qaçdılar. Sabit – diqqətli, büzüşmüş, yavaş və yana doğru – bir hərəkətlə sarğılardan  xilas oldum. Sonunda azaddım. Azad idim! -İnkvizisiyanın pəncəsində! Qəhr olası maşının hərəkətinin kəsilib tavandakı görünməz bir güc tərəfindən yuxarı çəkildiyini görüncə qorxu dolu taxta yatağımdan zindanın daş döşəməsinə güc bəla ilə endim. Bu çox yaxşı anladığım dərs idi. Şübhəsiz ki, hər hərəkətim izlənirdi. Azad idim! – bir işgəncədə ölməkdən xilas olmuşdum, həm də ölümdən daha betər olan bir başqasına getmək üçün. Bu düşüncəylə gözümü məni çevrələyən o dəmir baryerlərdə gəzdirdim. Qəribə bir şey – başda əhəmiyyətini anlaya bilmədiyim bir dəyişiklik – aşkar bir şəkildə zindanda meydana çıxdı. Dəqiqələrlə yuxu kimi, ürpərdici bir diqqətlə bir-biriylə əlaqəsi olmayan fərziyyələrlə boşuna əyləndim. Bu müddətdə, ilk dəfə, kükürd sarısı işığın, hüceyrəyə haradan sızdığını gördüm. Hüceyrənin döşəməsində boydan – boya bütün divarların altında uzanan bir çatlaqdan girirdi ki, beləliklə yerdən ayrı görünürdülər. Əyilərək çatlaqdan içəri baxmağa çalışdım, təbii ki, boş- boşuna.

Ayılarkən, zindandakı dəyişikliyin sirri dağıldı və anladım. Divardakı fiqurların xəttləri kifayət qədər müəyyən olmasına baxmayaraq rənglərinin naməlum və bir-birinə girmiş olduğunu onsuz da fərq etmişdim. Bu rənglər indi və daha əvvəl bəzi qısa anlarda, çox çaşdırıcı və sıx bir zəkanın vəzifəsini boynuna götürüb şeytan şəkillərinə mənimkindən belə möhkəm sinirləri məhv edə biləcək bir görünüş qazandırırdı. Vəhşi və qorxunc canlılıqdakı iblis gözləri, minlərlə tərəfdən, daha əvvəl görünmədikləri yerlərindən mənə baxır və gerçəkdən xaric olduğunu düşünə bilməyəcəyim qədər parlaq qığılcımlarla parlayırdılar.

Həqiqət deyil! – Orada nəfəs alarkən belə qızğın dəmirin buxarını tənəffüs edirdim! Zindanın içinə sinəboğucu bir qoxu! Ağrılarıma baxan gözlərə hər an daha iti bir parlaqlıq əlavə olunurdu! Qanlı səhnələrə daha gözalıcı bir qırmızı yerləşirdi. Təngnəfəs qaldım! Nəfəsim daralmışdı! İşgəncə verən şəxslərin dizaynları şübhəyə yer buraxmırdı -ah! Ən mərhəmətsizi! Ah! İnsanların ən şeytaniləri! Parıldayan metaldan uzaqlaşıb hücrənin ortasında büzüşdüm.  Yaxınlaşmaqda olan dağılmanın hərarəti qarşısında, quyunun soyuqluğunu düşünmək ruhuma məlhəm oldu. Quyunun ölümcül ağzına qaçdım. Özümü məcbur edərək aşağı baxdım. Alovlanmış tavanın işığı, ən kiçik oyuqları belə işıqlandırırdı. Dəli bir müddət boyunca, ruhum, gördüyümü anlamağı rədd etdi. Sonunda isə məcbur qaldı – gördüyüm şey ruhuma doğru gətirib çıxardı – ürpərən zehnimə özünü damğaladı. -Ah! Donub qalmışdım! – Ah! Nə qorxunc! Bir qışqırıqla kənara qaçdım və üzümü əllərimlə bağlayıb – hönkür-hönkür ağladım.

İstilik sürətlə artırdı, qızdırma əsməsi keçirər kimi titrəyərək bir dəfə daha yuxarı baxdım. Hücrədə ikinci bir dəyişiklik daha olmuşdu – bu indi tamamilə seçilirdi. Əvvəlki kimi nə olduğunu dərhal anlamaq boşuna idi. Amma şübhələrim uzun sürmədi. İnkvizisiya intiqamı, iki dəfə xilas olmamdan sonra tələsməyə başlamışdı və Qorxuların Kralı ilə daha çox vaxt öldürməyəcəkdi. Zindan kvadrat idi. İki bucağının daraldığını, ikisinin də genişləndiyini görürdüm. Aralarındakı qorxunc fərq, guruldama və inləmələrlə daha da artırdı. Bir anda otağının şəkli düzbucaqlı oldu. Amma dəyişmə bununla bitmədi – hərçənd bitməsini nə ümid edir, nə də istəyirdim. Qırmızı divarları, sonsuz dincliyimin geyimi olsunlar deyə sinəmə basa bilərdim. “Ölüm” deyə düşündüm, “Necə gəlirsə gəlsin, amma o quyuda deyil!” Axmaq idim! Üzərimə gələn  divarların məqsədinin məni quyuya göndərmək olduğunu anlamalıydım. Acıqlılığına dözə bilərdimmi ki? Və hətta, itələməsinə qarşı qoya bilərdimmi? Artıq divarlar elə sürətli daralırdı ki, düşünməyə zaman tapa bilmirdim. Qalan sahənin mərkəzi də təbii ki, ağzı açıq çuxura rast gəlirdi. Geri çəkilirdim amma daralan divarlar məni irəli itələyirdi. Sonunda yanmış və ağrı içindəki bədənim zindanın döşəməsində bir neçə santimetr belə yerləşəcək yer tapa bilmədi. Daha çox etiraz etmədim və ruhumu fərahladan, gurultulu, uzun bir qışqırdım. Uçuruma doğru tarazlığımı itirdiyimi hiss edib – gözlərimi başqa tərəfə çevirdim

Qarışıq bir mırıltı gəlirdi! Bir çox trompet səsi eşitdim! Minlərlə göy gurultusunu xatırladan  iti bir cırıltı qopdu! Qızğın divarlar geri açıldı! Huşsuz bir halda tam quyuya düşərkən bir əl qolumu tutdu. Bu General Lasalle idi. Fransız ordusu Toledoya girmişdi. İnkvizisiya, artıq düşmənlərinin əlində idi.

Tərcüməçi: Taedium Vitae
Mənbə: gorunmeyenvinyet.blogcu.com

Advertisements