1000509261001_1707045537001_bio-biography-17-composers-johann-sebastian-bach-sfAlmaniyanın  Eyzenax şəhərinin müsiqi direkoru Johann Ambkrosius’un yeddinci oğlu olan  İohan  Sebastian Bax 21 Mart 1685-ci ildə  dünyaya gelir. Üç  nəsil musiqi ilə  məşğul olan  ailədə  doğulan  İohann Sebastianın ilk  müəllimi  atası olmuşdur.

Yeddi  yaşında təhsil almağa başlayan Bax oxumağı, yazmağı, latin dilini  öyrənir. 10 yaşı olarkən  valideynlərini itirir və qardaşının himayəsi altına alınır. Özündən  on dört yaş böyük olan və bir kilsədə orqan çalan  İohann Kristof onu himayəsi altına alır ve orqan çalmağı öyrədir. Gözəl soprano səsə və duyma istedadına  malik  olan  Sebastian on beş yaşında Lüneberg musiqi  məktəbinə qəbul edilir. Üç 3 illik təhsildən sonra da Veymarda  bir orkestrda skripka və orqan çalmağa başlayır.

İstedadı və nümunəvi fəaliyyəti ilə diqqəti cəlb edən  gənc musiqiçi daha sonra Arnstadtda bir kilsədə orqan çalmağa başlayır. Müstəqil ruhu və davranışları ilə tez-tez  kilsə  xadimləri problem yaşayan Bax vaxtaşırı icazəsiz olaraq Lübek şəhərinə gedib dövrün ən məşhur  orqan ifaçısı olan  Ditrix Buksdexudenin ifasını izləyirdi.  Daha sonra  Müllhausen St. Blaise Kilsəsində xidmətə göndərilir. Ancaq burda  da öz musiqi aranjemanları və yeni musiqi üslubu ilə kilsə tərəfindən  narazılıqla qarşılanır. Dahi bəstəkarın ən məşhur əsərlərindən olan “Tokkato və Fuqa re minor” bu dövrdə yazılır.

St. Blaise Kilsəsinin din  və musiqi  barədə olan mühafizəkarlığı Baxın kilsədən ayrılmasına  səbəb  olur və 21 yaşında qohumu  Mariya Barbara ilə evlənir, Sachen-Veymar qrafı Vilhelmin  sarayında yeni işinə başlayır. 22 musiqiçinin ifa etdiyi orkestrda skripka və orqan ifa edən  Bax, 1714-cü ildə orkestr rəhbəri təyin olunur. O, artıq Almaniyanın ən məşhur orqan ifaçısı olur.

Veymarda qraf Vilhelm ilə qardaşının arasında ailə daxili  məsələr orkestr üzvlərinin yaşayışını çətinləşdirməyə başladıqda, Bax 1717-ci  ildə Köthenin gənc şahzadəsi Leopoldun orkestr dirijoruluğu təklifini qəbul edir. Ancaq qraf  Villhelm Ernst musiqiçisini buraxmaq istəmirdi. Bir neçə həftə Veymarda qalmağa məcbur edilən Bax nəhayət sərbəst buraxılır və yeni işinə başlayır. Musiqiyə böyük maraq göstərən şahzadə Leopoldun himayəsində olarkən fərqli alətlər üçün  sonatalar və konsertlər bəstələyir.

Cəmiyyət için sadəliyi və səmimiliyi ilə tanınan Bax, Köthendə olarkən  dövrün Brandenburq qrafının şərəfinə silsilə konsert bəstələyir. Bu əsərlər musiqi tarixində Brandenburq konsertləri kimi tanınır.

Kötendə Bax, Şahzadə Leopold ilə  uzun səyahətlərə çıxır. Səyahətlərin birindən evə qayıdarkən faciəvi sürprizlə qarşılaşır  Gedərkən sağlam səhhəti ilə ayrıldığı həyat yoldaşı Mariya Barbara qəfil vəfat etmişdi. 1 il sonra, 36 yaşlı bəstəkar yeni tanış olduğu Anna Maqdalena ilə evlənir.  Həmin vaxt  şahzadə Leopold da evlənir, lakin onun həyat yoldaşı musiqiyə Şahzadə Leopold qədər maraq göstərmir.  Nəticədə Bax və orkestrın taleyi sual altında qalır.

Bax dörd oğluna yaxşı təhsil verə bilmək və yeni evləndiyi ailəsinə baxmaq üçün iş axtarmağa başlayır.  Nəhayət  Leypsikdəki St. Thomas Kilsəsində orqan ifaçısı və müəllim  olaraq işə qəbul olur. Bax həyatının qalan hissəsini burada keçirir.03_2-2-denner

Bu dövrlərdə  gənclərə musiqi dərsləri verirdi lakin bundan  narazı idi. “Musiqi bəstələmək yerinə istedadsız tələbələrlə  çalışmaq məcburiyyətinə aid rəsmi şikayətləri də qeydə alınmışdır.  Bir dəfə  bir faqotçunun üzərinə xəncər çəkdiyi də rəvayət olunur.  Lakin xoşbəxtlikdən heç kimə xətər dəymir. Baxın iddiasına görə xəncəri digər adamın  hücumundan qorunmağa görə istifadə etmişdir. Faqotçunun hirslənməsinə səbəb isə ifasının Bax tərəfindən keçi mələməsinə bənzədilməsi olmuşdur. Bax səhlənkarlığa və yarımçıq istedada  tab gətirə bilmirdi.

XVI yüzilliyin məşhur alman teoloqu Martin Lüteri reformist idealarının təmsilçisi olan St. Thomas Kilsəsindəki ayinlərdə ifa üçün kantatalar bəstələyən Bax Barokko musiqi dövründə yeni yol açmışdır.  Əvvəllər yalnız vokal və ya instrumental musiqilərin ifa edildiyi ayinlərdə artıq orkestrin müşayiəti ilə  xorlar ifa edilməyə başlanılır.  Bu kantataların ən uğurlu nümunələrində biri 1734-cü ildə bəstələdiyi ən uğurlu əsərlərindən biri,  “Weihnachts Oratorium – Milad Oratoriyası”dır.

Maraqlıdır eyni ildə – 1685-ci ildə Almaniyada doğulan və birlikdə məşhurluğun zirvəsinə çatan digər görkəmli bəstəkar Friderik Hendel  və Bax həyatları boyu rastlaşmamışdılar. Bir dəfə Baxın oğullarından biri Hendeli Leyprsikə dəvət etsə də Hendel bu dəvəti qəbul etməmişdir.  1927 – 1929-ci illər arasında Bax “İncil” müxtəlif hissələrini təsvir etdiyi musiqi texnikası qədər ruhani dərinliyidə olan  xorlar və arialar bəstələyir.

Yaşı irəlilədikcə bəstəkarın gözlərində problemlər yaranmağa başlayır. Bu bəstəkarın musiqi fəaliyyətinə də böyük  təsir edir. Son dövrdə yaratdığı məşhur əsərlərində biri “Messa-Si minor” olmurdur.

İngilis cərrahı tərəfindən edilən uğursuz göz əməliyyatından sonra bəstəkar tamamilə kor olur. Bir  müddət sonra- 28 iyul 1750-ci ildə Bax vəfat edir.

Uzun müddət kilsədə musiqiçi və müəllim kimi tanınan Baxın dahiliyi yalnız ölümündən yarım əsr sonra, Motsart, Bethoven, Şopen, Mendelson kimi məşhur bəstəkarların Baxa qarşı bəslədikləri böyük hörməti vurğuladıqdan və Feliks Mendelsonun dirijorluğu ilə “Matfeyin əzabları” əsəri ifa olunduqdan sonra  öz həqiqi dəyərini tapmışdır.

Baxın musiqisi fəlsəfi dərinliyi, bədii kamilliyi, yüksək peşəkarlığı ilə ərslər boyu insanları düşünməyə vadar edir. O, çox vaxt dini mövzulara müraciət etmişdir. Məsələn “Matfeyin əzabları”, “İohanın əzabları” kimi irihəcmli vokal-instrumental əsərlərdə İsa Məsihin əzablarından bəhs olunur.  Eyni zamanda bəstəkar şən, məzəli obrazların təcəssümünə də geniş yer verir. Məsələn, “Qəhvə” kontatasında qəhvə içkisinin yenicə dəbə minməsi və insanların buna fərqli münasibətləri, “Sevimli qardaşımın gedişinə həsr olunmuş kapriççio” pyesində isə ailə üzvünün yola salınması ilə əlaqədar evdə baş verən təlaşlar incə yumor hissi ilə ifadə olunur.

Bax virtuoz orqan ifaçısı olmuşdur. Onun virtuoz orqan improvizasiyalarının təsirli gücü  haqqında hətta əfsanələr gəzirdi.  Bir gün Bax fransız orqan ifaçısı Lüi Marşanla müsabiqə keçirmək üçün  Drezdenə dəvət olunur. Yarış ərəfəsində keçirilən qısa məşqlərdən sonra Baxın tərəf müqabili  Drezdendən gizlicə çıxıb getmiş və bununla da Baxın qələbəsini etiraf etmişdir.

Baxın yaradıcılıq irsinin mühüm hissəsi klavir alətinə yönəlmişdir. Klavir o dövrdə xeyli təkmilləşmiş-temperasiya olunmuşdur. Baxın həmin alət üçün yazdığı məcmuə də  “Yaxşı temperasiyalı klavir” adlanır. Klavir üçün bəstəkar həmçinin “Fransız və “İngilis” süitaları, konsertlər, xromatik fantaziya və fuqa, invensiyalar və başqa əsərlər yaratmışdır.  Həmçinin skripka, violançel və orkestr üçün gözəl əsərlər bəstələmişdir.

Baxın bəzi əsərlərinin daxil olduğu  ibarət böyük  bir məcmuə 1970-ci illərdə Voyager kosmik gəmisi ilə kosmosa göndərilmişdi.  Məşhur bioloq və yazıçı Lewis Thomasa Yerdən kosmosa hansı musiqinin göndərilməsini istərdiniz sualına “İohann Sebastian Baxın bütün əsərlərini göndərərdim. Lakin bu lovğalıq olardı” cavabını vermişdir.

Dininə ürəkdər bağlı olan Bax “Musiqidə tək məqsəd tanrını razı etmək olmalıdır. Dinə həqiqətən bağlı olan hər kəs çox çalışarsa ən az mənim qədər nailiyyət əldə edər”.

Bax tanrıya həqiqətən bağlı olan insanların çox çalışmalı olduğuna inanırdı. “İnsan  bu dünyada  çox çalışmasa, digər dünyada tanrının hüzuruna çıxa bilməz” deyə düşünürdü. Bax üçün həyat uzun və amansız bir mübarizədən ibarətdir. Çox çalışmaq ağır yükü yerdən qaldırıb və tanrının müqəddəs evinə bununla birlikdə getmək deməkdir.

Baxın tələbələrindən biri, ustadının məzarı önündə dostuna belə demişdi: “Bizim ustadımız o qədər təvazökar insan idi ki, öz dahiliyindən xəbəri də yox idi. Dünyanın onu tanıyıb dəyərini anlamağı üçün  bəlkə də yüz illər lazım olacaq”. Həqiqətən də sonda elə oldu.

Yazar: Zəhra Hüseynova

Advertisements