Search

Taedium Vitae

Month

January 2017

“Волчок” (2009)

Rejissor: Василий Сигарев

a

 

 

 

 

 

 

 

 
Mən çoxdandı film çəkmək istəyirdim. Kinoya gəlmək üçün bir dəfə şansım olacaqdı və mən də gəldim. Kino teatrdan mənə daha yaxındır, düzünü desək, teatr həmişə mənə sıxıcı gəlib. Buna görə də mən filmlərə tamaşalardan daha çox baxıram. Əslində birinci dəfə öz pyesimin premyerasını teatrda keçirtmişdim və elə həmin an məyus olmuşdum. Amma teatr əvəzolunmaz təcrübə verir – metaforik düşüncə. Teatrda mümkün deyil ki, sən ancaq bir stol qoyasan və oturub insanlarla danışasan, bir forma fikirləşməlisən və bütünlüklə xüsusi bir dildə danışmalısan. Teatr rejissorlarından Кирил Серебренников və Иван Вырыпаев — «Эйфория», «Изображая жертву», «Юрьев день» və bir çoxları bəzən bir film üçün belə artıqdır.

Continue reading ““Волчок” (2009)”

Advertisements

Tənhalığın Yaratdığı İnsan – Sait Faik Abasıyanık

01Plaşının kürklü yaxasını qaldıranda ona soyuqdur mu deyə baxdım. Əslində solğun qaraşın üzü arı mumu kimi saralmışdı.

  • Üşüdün, dedim.

Qaşını qaldırdı. Yanağındakı çiban yerində qan yox idi. Dayandım. Üzünü əllərimin arasına alıb ovxaladım.

  • Niyə belə oldun?, dedim.

Güldü. Qaranlığa tərəf tüpürdü. Başını hər iki tərəfə möhkəmcə salladı.

  • Bəzən belə oluram, dedi.
  • Bir yerə gedək oturaq, dedim.
  • Gedək, dedi. Gedək amma daha içməyək.
  • İçək, dedim.
  • Öləcəksən, ey! – dedi.
  • Öləcəyəm, dedim.

Əlimizdəki stəkanlara baxdıq. Üzü nə durğun, nə səssiz nə də qarabuğdayı idi. Solğun idi amma canlı idi.

  • Çöhrən bitkin, dedi.
  • Bitkin, dedim.

Fıstıq yedi. Pivə içdi. Fıstıq yedim, pivə içdim. Birdən qulağımın dibindən bir səs ötdü. Ürəyim gedəcək kimi oldum. Diqqətlə mənə baxırdı. Continue reading “Tənhalığın Yaratdığı İnsan – Sait Faik Abasıyanık”

Kərkəs / Franz Kafka

3208193710_f4070b47df_z
Bir kərkəs var idi, ayaqlarımı dimdikləyirdi. Çəkmələrimi didik-didik etmiş, növbə ayaqlarıma gəlmişdi. Dayanıb dincəlmədən dimdikləyirdi; bəzən havaya qalxır, ətrafımda narahat şəkildə dolanır, sonra isə yenə işinə davam edirdi. Elə həmin vaxt qarşıdan bir cənab keçirdi, bir müddət vəziyyəti izlədi, sonra isə niyə kərkəsə etiraz etmədiyimi soruşdu.

“Nə edə bilərəm ki?!” – dedim, – “Mənə hücum edəndə, süphəsiz ki, əvvəl qovmaq istədim, hətta onu boğacaqdım; ancaq bu heyvan çox güclüdür. Gördüm ki, üzümə atlayacaq, mən də ayaqlarımı fəda etdim. Demək olar ki, didik-didikdir artıq.”

–  “Bilmirəm niyə özünüzə belə əziyyət edirsiniz” – dedi cənab, –  “Bir atəş kərkəsin sonu olar.”

3207345913_4e653de25a_z

– “Doğrudan?” – deyə soruşdum, –  “Bəs, bunu siz edərsinizmi?”

– “Məmnuniyyətlə!” – dedi cənab, –  “Sadəcə olaraq evə getməli və silahımı götürməliyəm. Yarım saat daha gözləyə bilərsinizmi?”

– “Bilmirəm” – deyə cavabladım və bir müddət ağrının ucbatından hərəkətsiz dayandım. Sonra isə dedim ki: “Xahiş edirəm, siz yenə də cəhd edin”.
–  “Əlbəttə,” – dedi cənab, – “bacardığım qədər cəld olacam.”

Biz danışarkən, kərkəs bir mənə, bir cənaba baxaraq səssizcə bizi dinləmişdi. İndi başa düşdüm ki, bütün deyilənləri anlayıb. Qəfildən havada qanad  çaldı, sürət qazanmaq üçün bacardığı qədər arxaya doğru çəkilib, usta nizə atıcıları kimi  dimdiyini ağzımdan içəri saldı, dərinlərə endi. Mən kürəyi üstə yıxılarkən, onun bütün çuxurları dolduran, bütün sahillərdən daşan qanımın içində biryolluq boğulduğunu görərək rahatladım.

3208192552_d6062bea33_z

Ziqmund Freyd / Biz və Ölüm

sigmund-freud-1Möhtərəm sədrlər və əziz qardaşlar!

Rica edirəm, düşünməyin ki, hesabatıma bu cür vahiməli bir adı fitnəkarlığım səbəbindən vermişəm. Bilirəm ki, bir çox insanlar ölüm haqqında, ümumiyyətlə eşitmək istəmirlər, ola bilər ki, sizin də aranızda belələri var və mən onları, heç bir halda bir saat ərzində əziyyət çəkəcəkləri bu iclasa məcburi toplamaq istəməzdim. Bundan əlavə, hesabatımın digər hissəsini də dəyişdirə bilərdim. Hesabat “Biz və ölüm” əvəzinə “Biz, yəhudilər və ölüm” də adlana bilərdi, belə ki, ölümə münasibətin sizinlə danışmaq istədiyim forması ən müntəzəm və parlaq şəkildə məhz bizlərdə – yəhudilərdə özünü biruzə verir.

Bundan əlavə, bu mövzunu seçməyimə nələrin səbəb olduğunu siz asanlıqla təsəvvür edəcəksiniz. Bu, dövrümüzdə qəzəb saçan və bizə həyata yönəlməyə imkan verməyən ardıcıl müharibələrdir. Mən qeyd etmişəm ki, mənə görə bizə təsir göstərən və çaşdıran məqamlardan ilki ölümə qarşı münasibətimizin dəyişməsidir.
Hal-hazırda sizlərin ölümə qarşı münasibəti necədir? Məncə, bu təəccüb doğurmağa layiqdir. Ümumən, biz özümüzü ölümü həyatdan ixtisar etmək istəyirmiş kimi aparırıq; biz, necə deyərlər, ona münasibətdə məzar sükutunu saxlamağa çalışırıq, biz onun haqqında ölüm kimi düşünürük! Continue reading “Ziqmund Freyd / Biz və Ölüm”

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: