Rejissor: Василий Сигарев

a

 

 

 

 

 

 

 

 
Mən çoxdandı film çəkmək istəyirdim. Kinoya gəlmək üçün bir dəfə şansım olacaqdı və mən də gəldim. Kino teatrdan mənə daha yaxındır, düzünü desək, teatr həmişə mənə sıxıcı gəlib. Buna görə də mən filmlərə tamaşalardan daha çox baxıram. Əslində birinci dəfə öz pyesimin premyerasını teatrda keçirtmişdim və elə həmin an məyus olmuşdum. Amma teatr əvəzolunmaz təcrübə verir – metaforik düşüncə. Teatrda mümkün deyil ki, sən ancaq bir stol qoyasan və oturub insanlarla danışasan, bir forma fikirləşməlisən və bütünlüklə xüsusi bir dildə danışmalısan. Teatr rejissorlarından Кирил Серебренников və Иван Вырыпаев — «Эйфория», «Изображая жертву», «Юрьев день» və bir çoxları bəzən bir film üçün belə artıqdır.

Mən «Волчок» filmini çəkməyə başlayanda mən hətta bilmirdim ki, növbəti dəfə nə vaxt “Mator”, “Kamera”, “Başladıq” deyəcəm. Qalanları mənim üçün gözlənilməz olmadı. Əlbəttə mən kino haqqında kitablar oxudum, rejissor kimi qısametrajlı filmlər çəkdim. Film üzərində işləyən zaman mən xüsusilə montaj üzərindəki dəyişikliklər etməyi öyrəndim. Mən tamaşalardakı hadisələr tez bir zamanda baş verəndə, auditoriya ilə əlaqədə az olanda daha az sentimental oluram. Orada toxunuşların, ağlamaların, göz yaşlarının hamsının fərziyyə olduğunu bilirik, ümid edirəm ki, bunun qarşını ala biləciyik.  Mən bilərəkdən filmi ağ-qara çəkmədim, əsas məqsəd uşaqlıq xatirələrindəki qəribə fraqmentləri canlandırmaq idi. Uşaqlıq xatirələrinin necə qəribə olduğunu görəndə filmin ağ-qara ola bilməyəcəyini biləcəksiniz. Hər necə olursa-olsun bu istiliyi və gözəlliyi başa düşəcəksiniz. Həmçinin filmdə əsas qəhrəmanların adı yoxdur. Onlar demək olar ki, heç danışmırlar. Ən azından mənalı bir şey haqqında danışmırlar. Bu həyat, uşaqlıq xatirələr idi. Sonda ana geri qayıdanda xatirələr dayanır. Təkcə özünün həyatının deyil həm də qızının həyatını idarə etmək üçün qayıtdığı aydın olur. Ümumiyyətlə, hər dəfə filmə baxanda yeni mənalar tapa bilərsiniz. Hekayə haqqında danışmaq və düşünmək istəmirəm, qoy hekayəni hər tamaşaçı özü həll etsin. Yalnız bir şey – mən ümid edirəm ki, bu film sizə sevgini, sevgisizliyi, yaxşını, pisi başa düşməyə kömək edəcək.

Яна Троянова – bəli bütün bu heakəyəni mənə o danışıb. Mənə uşaqlığındakı hadisələr, hissləri haqqında danışdı və mən bunu ssenari kimi yazmaq məcburiyyətində idim. Məcazi dildə desək, məcbur oldum. O bu fikri mənə “yoluxdurdu” və bu filmin hazırlanmasında ən çox köməyi olan insan oldu. Biz film üçün təbiəti seçmək üçün birlikdə getdik, birlikdə 5000 qız uşaqlarını izlədik. Başlanğıcda “Черное молоко” tamaşasında o mənim birinci aktrisam oldu və daha sonra həyat yoldaşım. Əlavə olaraq, biz müxtəlif teatr tamaşalarından qurtulana qədər o iki il mənimlə tamaşalara gedirdi. Və hələ ki biz bu filmi çəkməmişdik.

— Василий Сигарев

erae

kinopoisk.ru

Onlar 2 nəfərdi – ana və qız. Onların adları yoxdu. Onlar qaçırlar. Həmişə və dayanmadan. Ana həyatı, dünyanı, özünü axtararaq qızından qaçır. Qız anasının arxasınca qaçır, çünki onsuz özünü, dünyanı təsəvvür etmir. Onlar qaçırlar – bu təkrarlan səhvlər kimidir hansı ki anası bir dəfə ona hədiyyə etdiyi oyuncaq kimi fırlanır. Amma bir dəfə bu fırlanma pozulacaq…

Tərcüməçi: Elçin Quliyev

Advertisements