Search

Taedium Vitae

Month

March 2017

Spirited Away | Hayao Miyazaki

1123

“Nausicaä of the Valley of the Wind”, “Castle in the sky”, “Kiki’s Delivery Service” və “Howl’s Moving Castle” başda olmaqla bir çox mühüm animasiyaya imza atan Miyazaki “Spirited Away” ilə Yapon mifologiyasını həm öz ölkəsinin gəncləri, həm də dünyanın digər bölgələrində yaşayanlara son dərəcə yaradıcı bir şəkildə tanıdır.

Miyazakinin filmlərində Qərb animasiyalarında tez-tez rast gəldiyimiz kəskin xəttlər yoxdur. Bir obrazın pis olması heç yaxşılıq etməyəcəyi mənasına gəlməz; real həyatda olduğu kimi yaxşının içində pis, pisin içində yaxşı vardır. Miyazaki qadın məsələsinə qarşı həssas olmaqla bərabər ətrafa olan qayğısı və müharibə eleyhinə olması ilə də diqqət çəkir. Ən əsas cəhətlərindən biri filmlərində Yapon mədəniyyətindən ünsürlər istifadə etməsidir. Bu mədəniyyəti keçmişdən günümüzə daşıyarkən zəmanəyə uyğunlaşdırır və beləcə unudulmasını əngəlləyir. Miyazaki: “Ənənəvi şeyləri tərk etmək doğru deyil. Texnologiya tərəfindən əhatə edilmiş uşaqlarımız hər keçən gün öz köklərindən biraz daha uzaqlaşır. Onlara mədəniyyətlərinin nə qədər zəngin olduğunu anlatmalıyıq” – deyir.

Continue reading “Spirited Away | Hayao Miyazaki”

Enrike Vila Matas “Bartlbi və kompaniya” romanından çıxarış

10885487_577739722371126_7914650932159690294_nBartlbi – dünyanı tamamilə qəbul etməyən insan tipidir. Bu ad Qerman Melvilin eyniadlı povestindəki katibin adından götürülüb. Bu katibin nə vaxtsa nəsə, hətta qəzet belə oxuduğunu kimsə görməyimişdi. Adətən o, uzun müddət pəncərəsinin solğun pərdələri arxasında dayanırdı və gözlərini Uoll-stritin xəlvəti kərpic divarına zilləyirdi. O, heç vaxt digər adi adamlar kimi nə pivə, nə çay, nə qəhvə içməzdi. Heç vaxt heç hara getmirdi, hətta bazar günləri belə, çünki elə kontordaca yaşayırdı. Heç vaxt heç kəsə kim olduğunu, əsil-kökünün hardan olduğunu və yer üzündə yaxınlarının olub-olmadığını deməzdi. Ondan harda doğulduğunu soruşduqda, ya da bir iş həvalə etdikdə, yaxud özü haqqında nəsə danışmağını istədikdə isə hər dəfə eyni cür cavab verirdi. Continue reading “Enrike Vila Matas “Bartlbi və kompaniya” romanından çıxarış”

Biz əslində mövcud olmamalıyıq

9eab1116214369.562a6f7c5f6a5AntiNatalism Fəlsəfəsi

Professor David Benatarın yazısı  (Cape Town Universitetindən)

Bu məqalə “Cəhənnəmdən heç bir çıxış yoxdur: “True Detective fəlsəfəsi”nə yönəlik tənqiddir.

Tələbələrim tərəfindən müəyyən bir televiziya verilişini izləyib-izləmədiyimin soruşulması nadir hadisədir. “True Detective” yayımlananda bu hal dəyişməyə başladı və tələbələrim mənə baxıb-baxmadığım sualını verməyə başladılar. Məni bu suala cavab verməyə vadar edən şey dedektiv Rustin Cohle-un antinatalist fikirləri, həmçinin yazıçı Nic Pizzolattonun müsahibəsi oldu hansı ki, mənim “Better Never to Have Been”(1) kitabım onun Rustin Cohleni formalaşdırarkən ilhamlandığı işlərdən idi.(2) Continue reading “Biz əslində mövcud olmamalıyıq”

Kədər və melanxoliya / Ziqmund Freyd

16195682_1022873614484718_2552249591708954796_n(…) Təsviri psixiatriyada dəqiq müyyənləşdirilməmiş anlayış olan melanxoliyaya müxtəlif klinik formalarda rast gəlinir, tam olaraq onların eyni klinik vahiddə vəhdəti təyin olunmayıb. Bəzi formaları daha çox somatik, digərləri psixogen xəstəliklərə bənzəyir. Bizim materialımız hər müşahidəçiyə aydın olan təəssüratlardan başqa psixogen təbiəti heç bir şübhə doğurmayan bir neçə klinik halla məhdudlanır. Ona görə də öncədən nəticələrimizin bütün rast gəlinən hallara aid olunması iddiasından imtina edirik və bu fikirlə təskinlik tapırıq ki, bizim indiki müayinə metodlarının köməyi ilə tam bir xəstəlik sinfinə aid olmasa da, heç olmasa kiçik bir qrup üçün tipik olan nələrəsə aydınlıq gətirə bilərik.

Melanxoliya və kədərin qarşı-qarşıya qoyulması hər iki vəziyyətin ümumi şəkli ilə təsdiq olunur…Həmçinin hər iki xəstəliyin aşkarlandığı hallarda həyat şərtlərinin təsirinə yönələn səbəblər də üst-üstə düşür. Kədər həmişə sevilən insanın, yaxud onu əvəz edən vətən, azadlıq, ideal və s. kimi mücərrəd anlayışların itkisinə qarşı təzahür edən reaksiyadır. Eyni təsirlərdən bəzi şəxslərdə kədər əvəzinə melanxoliya yaranır ki, bu da onların xəstəlik təbiətindən şübhələnməyə əsas verir. Həmçinin çox maraqlıdır ki, kədəri xəstəlik kimi nəzərdən keçirtmək və onu həkim müalicəsinin ixtiyarına vermək heç vaxt ağlımıza gəlmir, baxmayaraq ki, o, normal həyat davranışlarından ciddi kənaraçıxmalara səbəb olur. Ümid edirik ki, müəyyən zaman keçdikdən sonra onun qarşısı alınacaq,  hər hansı bir müdaxiləni də səmərəsiz və hətta zərərli hesab edirik. Continue reading “Kədər və melanxoliya / Ziqmund Freyd”

Rəssam / Herman Hesse

13620889_865855170186564_6491529077595392103_n

Albert adında bir rəssam gəncliyində çəkdiyi rəsmlərlə istədiyi müvəffəqiyyət və təsiri qazana bilməmişdi. Qabığına çəkilib öz-özünü qane etməyə qərar verdi və illərcə bunu etməyə çalışdı, amma gedərək özünü qane etmədiyi ortaya çıxdı. Oturub bir qəhrəmanın rəsmini çəkərkən ağlında tez-tez belə bir sual ilişib qalırdı: “Bu etdiyim həqiqətən lazımdımı? Mən və bütün insanlar gəzib-tozsaq, ya da oturub şərab içsək nə fərqi olacaq? Rəsm çəkməklə sanki özümü biraz əyləndirmək, ovutmaq və biraz da vaxt öldürməkdən başqa  bir şey edirəmmi!” Continue reading “Rəssam / Herman Hesse”

«Sudanda aclıq»

1

25 mart 1993- cü ildə fotojurnalist Kevin Karter aclıq mənzərələrini çəkmək üçün Sudana uçur. Təyyarə kiçik Ayod kəndi yaxınlığında yerə enir.

1

Acından ölən insanları çəkməkdən yorulan Kevin kənddən kiçik kolluqlarla dolu düzəngaha çıxır və qəfil astadan gələn hıçqırıq səsi eşidir. Ətrafa boylananda o, yerdə uzanmış yarıcanlı qız uşağını görür. O, uşağın şəklini çəkmək istəyir, elə bu zaman bir neçə addım aralıda leşyeyən kərkəs yerə enir. Quşu ürkütməsin deyə Kevin çox ehtiyatla ən yaxşı mövqeni seçir və şəkli çəkir.

Sonra o, iyirmi dəqiqə daha gözləyir ki, bəlkə quş qanadlarını açacaq və ona daha yaxşı kadr tutmaq üçün imkan yaradacaq. Lakin lənətə gəlmiş leşyeyən tərpənmir. Axırda Karter bezir və onu qovur. Bu vaxt ərzində  balaca qızcığaz gücünü toplayır və getməyə, daha doğrusu sürünməyə davam edir. Continue reading “«Sudanda aclıq»”

Create a free website or blog at WordPress.com.

Up ↑

%d bloggers like this: