1

25 mart 1993- cü ildə fotojurnalist Kevin Karter aclıq mənzərələrini çəkmək üçün Sudana uçur. Təyyarə kiçik Ayod kəndi yaxınlığında yerə enir.

1

Acından ölən insanları çəkməkdən yorulan Kevin kənddən kiçik kolluqlarla dolu düzəngaha çıxır və qəfil astadan gələn hıçqırıq səsi eşidir. Ətrafa boylananda o, yerdə uzanmış yarıcanlı qız uşağını görür. O, uşağın şəklini çəkmək istəyir, elə bu zaman bir neçə addım aralıda leşyeyən kərkəs yerə enir. Quşu ürkütməsin deyə Kevin çox ehtiyatla ən yaxşı mövqeni seçir və şəkli çəkir.

Sonra o, iyirmi dəqiqə daha gözləyir ki, bəlkə quş qanadlarını açacaq və ona daha yaxşı kadr tutmaq üçün imkan yaradacaq. Lakin lənətə gəlmiş leşyeyən tərpənmir. Axırda Karter bezir və onu qovur. Bu vaxt ərzində  balaca qızcığaz gücünü toplayır və getməyə, daha doğrusu sürünməyə davam edir.

2

Kevin bir müddət də qızı müşahidə edir və çıxıb gedir.

23

Fotoqrafın dostlarından biri onu gecə çoxsaylı siqaret kötüklərinin əhatəsində hönkürtü ilə ağlayarkən tapır.  Karter ona deyir: « Mən qızımı qucaqlamaq istəyirəm». Növbəti gün Kevin Yoxannesburqa ( CAR) qayıdır. O ərəfədə Sudanda aclıq   « dəbdə olan»  mövzu idi. Şəkli New York Times alır və şəkil 1993- cü il 26 mart tarixində nəşr olunur.

34

Şəkil dərhal Afrikadakı səfalətin rəmzinə çevrilir.  Kevin Karter məşhurlaşır. Bu qələbə idi! Lakin əsl qələbə bir qədər sonra 23 may 1994- cü il gəlir,  Karter  Pulitser mükafatını qazanır.

12

Və əgər mükafatın təqdim olunmasından öncə New York Times- ın redaksiyası   « Bəs qızcığazın aqibəti necə oldu? »  sualından ibarət məktublarla dolu idisə, mükafat təqdim olunduqdan sonra bu sual hər yerdə səslənir.  Lakin Karter onu cavablandıra bilmir.

1

Qəzetlər daha onu  «dahi fotoqraf» adlandırmır. « Balaca qızın iztirablarını çəkmək üçün sakitcə öz obyektivini quraşdıran adam  elə özü də yırtıcıdır, daha bir leşyeyəndir» — « Taym» ( Florida)  jurnalı yazırdı .

Kevinə qarşı təqiblər və ona heyranlıq hissi böyük qalmaqala səbəb olur.  Bütün dünya onun tərəfdarlarına və əleyhdarlarına bölünür. Lakin  Kevin Karterin şöhrəti uzun sürmür.

Famine in Sudan

Sonralar fotoqraf dostlarına söyləyir ki, uşağa yardım etmədiyi üçün təəssüf edir . Axı yaxınlıqda Birləşmiş Millətlərin düşərgəsi var idi və orada ac olanlara yardım göstərirdilər. Lakin artıq çox gec idi.

1

Kevin ətrafında gedən söz-söhbətə tab gətirə bilmir və dərin depressiyaya düşür. Bu, onun işində də özünü göstərməyə başlayır. O, vacib iş görüşünə gedərkən təyyarəyə gecikir, çəkdiyi şəkillərin lentlərini itirir.

Nüfuzlu mükafatın təqdimolunma mərasimindən iki ay sonra 27 iyul-  həyatının son səhəri Kevin yuxudan  əla əhval-ruhiyyədə ayılır. Nahara kimi yataqda qalan Kevin daha sonra yerli qəzetin redaksiyasına gedir. Orda keçmiş iş yoldaşları ilə görüşür. Sonra bir neçə ay əvvəl öldürülən yaxın dostunun həyat yoldaşına baş çəkir. Axşam saat 9-a yaxın o, balaca bir çayın sahilində maşını saxlayır, bağ şlanqı vasitəsilə çıxarıcı borunu avtomobilin salonu ilə birləşdirir,  musiqini yandırır,  maşını işə salır və… əbədi yuxuya gedir.

Qeyd etmək lazımdır ki, bu, Kevin Karterin həyatında ilk depressiya və ilk intihar cəhdi deyildi.

1

Kevinin üstündə tapılan ölümqabağı məktubunda yazılıb: « Mən doğrudan çox təəssüf edirəm. Həyat ağrısı nailiyyət sevincini öldürür,  xoşbəxtlik mövcud deyil».

Kevinin evindən tapılan ikinci daha məşhur yazısında yazılıb: « Mən yorulmuşam … telefon yoxdur … ev kirayəsinə, uşaqlara,  borcları ödəməyə pul yoxdur…pul!!! Məni canlı xatirələr təqib edir…qətllər,  meyidlər,  kin- küdurət,  ağrı-acı… ac və yaralı uşaqlar,  əllərində silah olan psixopatlar, çox vaxt onlar elə polislərdir…cəlladlar…»

2005- ci ildə rejissor Don Krauss   «Kevin karterin ölümü» adlı sənədli film çəkib.

1

Mənbə: www.photoisland.net
Tərcüməçi: Aygün Məmmədli

Advertisements