9eab1116214369.562a6f7c5f6a5AntiNatalism Fəlsəfəsi

Professor David Benatarın yazısı  (Cape Town Universitetindən)

Bu məqalə “Cəhənnəmdən heç bir çıxış yoxdur: “True Detective fəlsəfəsi”nə yönəlik tənqiddir.

Tələbələrim tərəfindən müəyyən bir televiziya verilişini izləyib-izləmədiyimin soruşulması nadir hadisədir. “True Detective” yayımlananda bu hal dəyişməyə başladı və tələbələrim mənə baxıb-baxmadığım sualını verməyə başladılar. Məni bu suala cavab verməyə vadar edən şey dedektiv Rustin Cohle-un antinatalist fikirləri, həmçinin yazıçı Nic Pizzolattonun müsahibəsi oldu hansı ki, mənim “Better Never to Have Been”(1) kitabım onun Rustin Cohleni formalaşdırarkən ilhamlandığı işlərdən idi.(2)

Bu digərlərində olduğu kimi mənə də sürpriz kimi gəldi, hansı ki “belə böyük hit konkret qaranlıq fəlsəfə nümayiş etdirirdi (antinatalizmdəki kimi) və- Biz nəsil artırmamalıydıq.”(3).  Dünyanın bu sərt mənzərəsi nəhəng izləyici kütləsinə çatdırılırdı. Bununla yanaşı, anti-natalizmin Rust Cohle obrazıyla çox asossiasiya olunan təhlükəsi mövcuddur, hansı ki izləyicilərin bu təhlükəylə  yeganə tanışlığı “The True Detective”  izləməkdən keçir.  Adı keçən təhlükə, antinatalizmin Rust Cohle obrazının digər qaranlıq yönləriylə müqayisə olunması və bunlarla əlaqədə olmasının göstərilməsindədir. Bunlara nihilistlik, şiddət ve alkolizm daxildir.

Antinatalizm, nəsil artırmağı dayandırmağı söyləyən istiqamətdir – uşaq sahibi olmaq yanlış seçimdir. Bu nəticəyə gəlmənin çeşidli yolları var. Bunlardan bəzilərinə “xeyirsevər” azimutlar deyə bilərik. Bizlər dünyaya gəliriksə insanlar üçün  şübhə yeri yaranır. Bu arqumentlərə görə həyat əzablarla doludur və bizdən daha “çox”unu yaratmamalıyıq. Bir çox natalist bu  fikri bayraq edərək həyatın yaxşı tərəflərinin pisləri ört-basdır edəcəyinə inanır. Ancaq onlar aşağıdakıları xatırlamaq üçün dayanmalı olacaqlar:

Birincisi, psixoloji araşdırmalardan irəli gələn çoxsaylı sübutlar var, hansı ki, insanların (əksəriyyətinin) xeyirxahlıq önyarğılarına  meylli olduqları və həyatdakı “pislik” miqdarını az düşünmələrinə səbəb olan digər psixoloji əlamətlərə tabe olduqlarını göstərir [4]. Buna görə də əlimizdə bir çox insanın həyatlarının nə qədər xoş davam etdiyinə  dair sevinc dolu təhlillərinə inanmamaq üçün mükəmməl səbəbimiz var.

İkincisi, yaxından baxdığımızda orada onların əzab çəkdiyini fərq edirik. Məsələn, yoxsulluq içində yaşayan ya da şiddətə məruz qalmış milyonlar ya da onların təhdid altında olduğunu düşünün. Psixoloji sıxıntı ve narahatlıq geniş yayılıb. Depressiya faizləri yüksəkdir. Hər kəs xəyal qırıqlığına uğrayır. Həyat ümumiyyətlə sıxıcı anlarla əhatələnir. Bunlardan bəziləri qalıcı təsir buraxmır, ancaq digərləri uzun müddətli təsirə malikdir. Dünyanın kasıb bölgələrində xəstəlik yükünün çoxunu yoluxucu xəstəliklər təşkil edir. Bununla yanaşı, inkişaf etmiş ölkələrdəki insanlar, qorxunc xəstəliklərdən qaça bilmirlər. İnsult, müxtəlif degenerativ xəstəliklərdən və xərçəngdən əzab çəkirlər.

Üçüncüsü, bir insan həyatının ən yaxşı olduğunu düşünsəydi belə, nəsil artırmaq, yaratdığınız varlıq üzərində, həyatın sonunda meydana gəlsə hətta, qəbul edilməz risklər verir. Məsələn, Britaniya’dakı kişilərin 40 faizi və qadınların 37 faizi bir mərhələdə xərçəngə riskinə məruz qalır. Bunlar sadəcə qorxunc ehtimallardır. Onu başqa bir insana varlıq verərək yaymaq isə düşüncəsizlikdir. Rust Cohle, bu fikri, “Varlıqdan nəsibini almamış bir ruhu içinə çəkən kin haqqında … və ona bir həyat ver” deyiləndə  dilə gətirir. [5]

Anti-natalizmə gedən bir digər yol buna humanist dəlil gətirir. Bu arqumentə görə insanlar, milyardlarla digər insan ve insan olmayan heyvanın əzab və ölümündən məsul, dibdən qüsurlu və destruktiv varlıqlardır. [6] Bu destruktivlik səviyyəsi başqa bir növdən qaynaqlanırsa, o növün yeni fərdlərinin mövcud olmamasını tövsiyə edirik.

Rustin Cohle, antinatalizmi dəstəkləyərkən mizantropiyanı açıq bildirməsə belə əslində humanist idi.  Məsələn, o  “günahkarlıq duymayan insanların əslində əla vaxt keçirdiyini” deyir. [7] Mizantropiya mövzusunda fikirləri bir növ, öz “haqlı” şiddətini sübuta yetirmək üçün “dünya pis insanlara ehtiyac duyur” deyir. Digər pislər isə qapınn ardında növbədədirlər”[8]

Antinatalist, şiddətin nə zaman haqlı olduğu və olmadığı mövzusunda bir fikir ifadə etmə məcburiyyəti altında deyil. Anti-natalizm tam bir əxlaqi nəzəriyyə deyil, yalnızca çoxalma əxlaqı haqqında bir istiqamətdir. Bununla yanaşı, Rustin Cohle və yoldaşı Martin Hart’ın nəzərdə tutduğu şiddətin, müəyyən əxlaqı özəlliklər tətbiq olunarsa, cəmiyyətə təsir ehtimalı azdır.

Ayrıca antinatalizm, alkoqolizmə başlamalı olduğumuzu deyir. Çox istifadə edilən alkoqol həyatı daha yaxşı məqamə gətirmir, daha da pisləşdirir.

Anti-natalistləri nihilist olaraq görmək də lazım deyil. Rust Cohle, bir nihilist olduğunu iddia edir. Bununla yanaşı,  Nic Pizzolatto’nun da dediyi kimi, bu iddiaya rəğmən Rust heç özü də qəti nihilist deyil [9]. Nihilistlər (dəyər baxımından) heç bir şeyin önəmli olmadığını düşünürlər, ancaq ümumi olaraq Rust və anti-natalistlər, önəmli olanın çox olduğunu düşünür. Məsələn, insanların əzab- çəkmədiyi önəmlidir.

Sadəcə insanlar deyil, eyni zamanda heyvanlar da ən azından həyata gəlmək üçün zərər görmüş heyvanlardır. Şüurun təməl lənəti, bütün canlı varlıqlar üçün keçərlidir. Səbəblərsə dəyişir. Bunların arasında (normal, sağlam yetkin) insanlar özlərindən daha artıq bir lənətlə üzləşirlər..

Digər heyvanlar kimi biz də nəsil artıranlarla birlikdə kainatın tərkib hissəsiyik.

Rust, bu problemi belə izah edir:

“Növümüzün etməli olduğu qürurlu şey, programlarımızı inkar etmək,  çoxalmağı saxlamaqdır.” Son bir gecə yarısı tükənmək üçün əl-ələ tutun. Qardaşlar və bacılar isə dəlicə hərəkət etməyə üstünlük verirlər. “[10])

Anti-natalizmin insanın yox olmasına baxmayaraq, nəsli tükənməklə bağlı bir istiqamət olduğubu bildirmişdik. Anti-natalistlər intihar etməyi ya da “spesifik” davranmayı özlərinə hərəkət olaraq seçməyiblər,buna baxmayaraq tənqidçilərin bəziləri bunları məsləhət bilir. Heç vaxt var olmaqla nəsə itməz. Buna zidd olaraq var olmaqdan əl çəkmənin müəyyən əvəzi var. Özəlliklə intiharın asan olmadığını deyən Rust Marty-nin “Sabahlar yataqdan oyanıb durmağının mənası və səbəbi nədir” sualına “İntihar etmək üçün xüsusi bir qanun ya qadağam yoxdur” deyə cavab vermişdi. [11].

Anti-natalist bir şəxs olaraq, Rust Cohle gec intibahını yaşayan biri idi. Qızının var oluşundan çox sonra anti-natalist oldu. Təəssüf ki, öz mövcudiyyətinin övladlar üzərində nə qədər əsas risk daşıdığını dərk etməsi qızının ölümündən sonra mümkün oldu: O “Qızım mənim etdiyim kimi, mənə ata olmanın günahını bəxş etdi “deyərək yanılırdı. [12] Ata olmanın günahı böyütmək deyil, uşaq yaratmaqdadır.

Spoiler bildirişi: Təəssüfedici bir şəkildə, Rust’un ilk sezonun sonuna qədər anti-natalist  düşüncədən uzaqlaşdığını düşünmək üçün çox olmasa da bəzi səbəblər var. Özəlliklə burda artan xeyirxahlığın izahını qeyd etmək olardı. O və Marty gecə göyə baxır ve Rust “qaranlığa qarşı işıq ” haqqında danışır. Rust’un sərt düşüncələriylə razılaşmayan Marty, “qaranlığın daha artıq bölgəsi var” deyir. Rust ilk öncə həmfikir olur, ancaq daha sonra geri çəkilir. Sezonun son sətri belə olur “Bilirsən, bir zamanlar təkcə  qaranlıq idi. Mənə qalsa işıq udacaq”. –Mənə elə gəlir ki yox. Qaranlıq onu kölgədə qoyacaq.

Qeydlər

[1] David Benatar, Better Never to Have Been: The Harm of Coming into Existence, Oxford: Oxford University Press, 2006.

[2] Michael Calia, “Writer Nic Pizzolatto on Thomas Ligotti and the Weird Secrets of ‘True Detective’, The Wall Street Journal, 2 February 2014, http://blogs.wsj.com/speakeasy/2014/02/02/writer-nic-pizzolatto-on-thomas-ligotti-and-the-weird-secrets-of-true-detective/tab/print/ (Accessed, 26 February 2015).

[3] Michael Calia, “The most shocking thing about HBO’s ‘True Detective’”, The Wall Street Journal, 30 January 2014, http://blogs.wsj.com/speakeasy/2014/01/30/the-most-shocking-thing-about-hbos-true-detective/tab/print/ (Accessed, 23 March 2015)

[4] I survey some of this evidence in Better Never to Have Been, pp. 64-69.

[5] The True Detective, Episode 2.

[6] This argument is presented in Chapter 4 of David Benatar and David Wasserman, Debating Procreation: Is it Wrong to Reproduce?, New York: Oxford University Press, 2015.

[7] The True Detective, Episode 3.

[8] The True Detective, Episode 3.

[9] Michael Calia, “Writer Nic Pizzolatto on Thomas Ligotti and the Weird Secrets of ‘True Detective’”, The Wall Street Journal, 2 February 2014, http://blogs.wsj.com/speakeasy/2014/02/02/writer-nic-pizzolatto-on-thomas-ligotti-and-the-weird-secrets-of-true-detective/tab/print/ (Accessed, 26 February 2015).

[10] The True Detective, Episode 1.

[11] Ibid.

[12] The True Detective, Episode 2.

Tərcüməçi: Taedium Vitae
Mənbə: www.thecritique.com

 

Advertisements