1123

“Nausicaä of the Valley of the Wind”, “Castle in the sky”, “Kiki’s Delivery Service” və “Howl’s Moving Castle” başda olmaqla bir çox mühüm animasiyaya imza atan Miyazaki “Spirited Away” ilə Yapon mifologiyasını həm öz ölkəsinin gəncləri, həm də dünyanın digər bölgələrində yaşayanlara son dərəcə yaradıcı bir şəkildə tanıdır.

Miyazakinin filmlərində Qərb animasiyalarında tez-tez rast gəldiyimiz kəskin xəttlər yoxdur. Bir obrazın pis olması heç yaxşılıq etməyəcəyi mənasına gəlməz; real həyatda olduğu kimi yaxşının içində pis, pisin içində yaxşı vardır. Miyazaki qadın məsələsinə qarşı həssas olmaqla bərabər ətrafa olan qayğısı və müharibə eleyhinə olması ilə də diqqət çəkir. Ən əsas cəhətlərindən biri filmlərində Yapon mədəniyyətindən ünsürlər istifadə etməsidir. Bu mədəniyyəti keçmişdən günümüzə daşıyarkən zəmanəyə uyğunlaşdırır və beləcə unudulmasını əngəlləyir. Miyazaki: “Ənənəvi şeyləri tərk etmək doğru deyil. Texnologiya tərəfindən əhatə edilmiş uşaqlarımız hər keçən gün öz köklərindən biraz daha uzaqlaşır. Onlara mədəniyyətlərinin nə qədər zəngin olduğunu anlatmalıyıq” – deyir.

Miyazakinin fikrincə, qərb sənəti formanı təsvir edərkən, Yapon sənəti ruhu təsvir edir. Qərb ideası insan mərkəzli ikən, Yapon sənəti kainat və təbiət mərkəzlidir. Birində insan ucaldılır, digərində isə təbiət ucaldılır və insan təbiətin bir parçası olaraq görülür. Buna görə də yaponlar gözlə görülə bilən fiziki formadan daha çox çəkdikləri səhnədəki həyata və ruha əhəmiyyət verirlər. Çünki onlara görə, kainatın bir parçası olduğu müddətcə ən önəmsiz görünən şeyin belə bir canı və ruhu var.

Fövqəltəbii dünyada itkinlik

“Spirited Away”ə gəldikdə isə filmin qəhrəmanı on yaşındakı Chihiro valideynləri ilə yeni qəsəbəyə köçəcəyi üçün kədərlidir. Yeni evlərinə doğru yollanarkən fərqində olmadan fövqəltəbii aləmə düşərlər və ana ilə ata donuza çevrilər. Haku adlı bir uşaq panikadakı Chihiroya kömək edəcəyini deyir. Chihiro cadunun pozub insanların yaşadığı normal həyata dönməyin yeganə yolunun bu aləmdəki hamamda işləmək olduğunu öyrənir. Oradakı müxtəlif çətinliklərlə mübarizə aparacaq, gözəl dostlar qazanacaqdır. Sonda isə həm ailəsinə kömək etmənin yolunu tapacaq, həm də yetkişləşəcəkdir.

Chihiro_facing_No-Face

“Spirited Away”in orijinal adı “Sen to Chihiro no Kamikakushi”dir. Kamikakushi kəlməsi Yapon mədəniyyətində sirli şəkildə itkin düşən insanlar üçün onların qəzəbli tanrı tərəfindən qaçırıldığına inanıldığında istifadə edilir. “Spirited Away”in qəhrəmanı da gerçək dünyadan ruhların dünyasına qaçırılmışdır.

İzah edək… Əvvəlcə Chihiro digər aləmdə yavaş-yavaş yox olmağa başlayır və sadəcə bu aləmə aid bir qidanı yedikdən sonra düzəlir. Əslində bu hadisə qədim bir Yapon əfsanəsindən götürülmüşdür. Belə ki, İlahə İzamani ölür, həyat yoldaşı tanrı İzanagi isə onu geri gətirmək istəyir. Fəqət İzanami artıq o biri dünyanın qidasını yediyi üçün gerçək dünyaya qayıda bilməyəcəkdir. (İzanami və İzanagi adlı bu ilk tanrılar Yaponiya adalarını yaratmışdır. İnanca görə, səma ilə yerin xaosdan ayrılmasından sonra meydana gələn tanrıların səkkizinci cütüdür. İlahi ləl-cəvahiratla bəzənmiş mizraqla okeanı qarışdıraraq ilk torpaqları yaratdıqlarına inanılır.)

12311313

Filmdəki Yubaba adlı qadının insanların adlarını dəyişməsi və beləliklə həqiqətdə kim olduqlarını unutdurması da mifoloji əfsanəylə bağlıdır. Çünki Yaponların dini inancı Şintoizmə görə insanların sahib olduqları ən önəmli şey adlarıdır. 8 milyon tanrıya inanmaqları da yuxarıda dediyimiz kimi ağacların, meşələrin, dənizlərin – hər şeyin ruhu olduğunu düşünmələrindən irəli gəlir. Məsələn, bu animasiyada qorxunc görünüşlü və pis qoxulu birini görənlər öncə onun Qoxu Tanrısı olduğunu düşünür, amma təmizləndikdən sonra onun əslində insanlar tərəfindən çirkləndirilmiş Çay Tanrısı olduğu aydınlaşır. Oxşar bir hadisə isə Chihiroya kömək edən Hakunun adı ondan oğurlandığı üçün gerçəkdə kim olduğunu unutmasının aşkara çıxmasıdır. Finalda Hakunun bəyaz əjdaha görünüşlü çay ruhu olduğu aydın olur.

Əsas obrazlardan Kaonashi’ə  (Sifətsiz) gəldikdə isə… Əfsanəyə görə, bu varlığın üzü, yəni mənliyi olmadığı üçün başqaları ilə ünsiyyətə keçməsinin yeganə yolu udduğu insanın səsiylə danışmasıdır. Aktyorların səhnəyə maska ilə çıxdığı Yapon musiqili dramı Noh (və ya Noqaku) buradan gəlir.

Miyazaki qədim Yapon mədəniyyətini animasiyalarında istifadə edərək həm bu mədəniyyətin davam etməsini və yayılmasını təmin etmişdir, həm də özünəməxsus bir dil yaradaraq film dünyasında özünə fərqli bir yer etmişdir.

Filmdəki Mifoloji Obrazlar

Şinto Yaponların milli dinidir. Şin tanrılar ya da ruhlar, to isə yol mənasındadır. Şinto tanrıların yolu deməkdir. Dünyanın ən qədim dinlərindən sayılan Şinto bir növ animizmdir. Kami (tanrı) anlayışı Şintoizmə aiddir, kami “həyat üçün önəmli olan külək, yağış, ağac, dağ, çay və bərəkət kimi anlayışların formalarını almış müqəddəs ruhlar” olaraq tərcümə edilə bilər. Bəzi kamilər yerli olub sadəcə müəyyən bir yerin ruhu və ya qoruyucusu ikən, bəziləri böyük təbii prosesləri, obyektləri və əməliyyatları təmsil edir. Yaponların inancına görə, hər canlının, hər əşyanın ruhu vardır. Ən əsas tanrıları isə Amaterasu, yəni Günəş Tanrısıdır.

Əslində animasiyada hamama gələn müştərilər Şinto dininin dünyada mövcud olan hər maddənin ruhunu təmsil edən tanrılardır.

Yubaba və Yamauba

SpiritedAwayYubaba

Hamamın sahibi olan Yubaba ad, şəxsiyyət və forma baxımından Yapon mədəniyyətindəki dağ ifritəsi Yamaubaya bənzəyir. Bir nağılda “qızılı, uzun və dalğalı saçlı” deyə tərif edilir. Filmdəki Yubabanın da saçlarıbu tərifə bənzəyir. Yamauba yeni doğulan körpələri və əlinə keçən uşaqları yeməsi ilə tanınır. Yubaba da istədiyi zaman insanları heyvanlara çevirib yeyir. Əfsanəyə görə, Yamauba fövqəltəbii gücə sahib, kimsəsiz Kintaronu böyüdür, ona analıq edir. Yubabanın da Bou adlı bir uşağı vardır. Bounun görünüşü uşaq kimidir, lakin Chihironun on qat böyüklüyündə və qüvvətindədir. Yubabanın uşaq doğa bilməyəcək qədər yaşlı görünməsi Yamaubaya işarə edildiyi fikrini qüvvətləndirir.

Kamaji və Tsuchigumo

boiler_room-017

Kamaji filmdə istixananı idarə edən adamdır. Hörümçəkvari bədəni, yəni səkkiz qolu və iki ayağı qorxunc görünsə də yaxşı və çalışqan bir xarakteri vardır. Yapon mədəniyyətində də Tsuchigumo adlı torpağın altında yaşayan bir mifoloji hörümcək vardır. Kamaji də eynilə Tsuchigumo kimi yeraltında, hamamın zirzəmisində işləməkdədir.

Kamaji və Yubaba aradındakı əlaqə Yaponiyadakı ierarxik sistemə işarədir. Hamamın ən üst mərtəbəsində yaşayan Yubaba müdirdir, zirzəmidə işləyən Kamaji isə işçi.

Haku

e18aaa643a85756936eecb054036a038

Haku filmdə Yubaba tərəfindən adı alındığı üçün kim olduğunu xatırlamayan bir uşaqdır. Chihiro sayəsində adını xatırladığında bəyaz əjdaha görünüşlü çay ruhu olduğu meydana çıxır.

Kaonashi

1-Spirited-Away-Blu-1

Kaonashi, yəni Sifətsiz filmin əvvəlində iki dünya arasındakı körpüdə görünür. Chihiro kimi o da başqa bir gerçəklikdən gəlmişdir. Mənliyi olmadığı üçün ünsiyyət qura bilməsinin yeganə yolu birini udması və udduğu insanın səsi ilə danışmasıdır. Yapon musiqili dramı olan Nohda istifadə edilən maskalar ilə bu obraz arasında bir əlaqə vardır.

İnuyasha adlı manqanın bir bölümünün mövzusu lənətli Noh maskasıdır. Bir qadın bu lənətli maskanı taxır və ölənə qədər üzündən çıxara bilmir. Bir müddət sonra maska ağız hissəsindən çatlayır və böyük bir ağız ilə iti dişlər görünür. Sifətsizdə də eyni hal yaşanmaqdadır.

Yaponiyada qədim zamanlardan bəri bədəni maska tərəfindən ələ keçirilən insana Menreki, yəni “maska canavarı” deyilir.

Hayao Miyazaki kinematoqrafiyası

The Castle of Cagliostro (Rupan sansei: Kariosutoro no Shiro), 1979

Nausicaä of the Valley of the Wind (Kaze no tani no Nausicaä), 1984

Castle in the Sky (Tenku no Shiro Lapyuta), 1986

My Neighbor Totoro (Tonari no Totoro), 1988

Kiki’s Delivery Service (Majo no Takkyubin), 1989

Porco Rosso (Kurenai no buta), 1992

Princess Mononoke (Mononoke Hime), 1997

Spirited Away (Sen to Chihiro no Kamikakushi), 2001

Howl’s Moving Castle (Hauru no Ugoku Şiro), 2004

Ponyo (Gake no ue no Ponyo), 2008

The Wind Rises (Kaze Tachinu), 2013

Advertisements