Search

Taedium Vitae

Month

April 2017

Orta ölçülü ən adi milçək / Knut Hamsun

17861654_1090239434414802_791091338368450792_nBir dəfə oturub yazı yazırdım. O, açıq pəncərədən içəri uçdu və başımın ətrafında rəqs etməyə başladı. Tanışlığımız belə başlamışdı.  Çox güman ki, onu saçlarımdakı spirt qoxusu cəlb etmişdi. Onu qovdum, bir dəfə, iki dəfə, amma vecinə də deyildi. Elə onda qayçını əlimə aldım.

Məndə böyük və əcaib kağız qayçısı var, onunla tənbəki çubuğumu da doldururam, kəlbətin kimi də istifadə edirəm, hətta divara mismar belə vururam, mənim təcrübəli əllərimdə o, qorxunc silaha çevrilir. Qayçını bir neçə dəfə havada yellətdim və milçək uçub getdi.

Lakin az müddətdən sonra o,  geri döndü və yenə rəqs etməyə başladı. Durub stolu qapıya tərəf çəkdim. Milçək də ardımca gəldi. İndi səninlə oyun oynayaram, düşündüm. Sakitcə gedib saçlarımı yudum. Köməyi dəydi. Milçək pərt halda abajurun üstündə oturdu və daha tərpənmədi. Uzun müddət belə keçdi, mən işləməyə davam edirdim. Lakin hər dəfə başımı qaldıranda bu milçəyi görmək ürəyimi sıxırdı. Onu diqqətlə süzdüm, lap adi, orta ölçülü, dolğun, boz qanadlı milçək idi. “Bir az çevril” , – dedim. Tərpənmədi. “Onda rədd ol”, -dedim və üzümü çevirdim. Uçdu, otaqda bir dövrə vurub yenə abajurun üstünə qayıtdı. Continue reading “Orta ölçülü ən adi milçək / Knut Hamsun”

Mari de Sa-Carneiroya məktub

fernando-pessoa-e-mario-de-sa-carneiro-728x437Bu gün sizə bu sətrləri mənəvi bir ehtiyacdan ötrü, sizinlə qarşılıqlı danışa bilmək üçün alışıb yandığıma görə yazıram. Asanlıqla təxmin edə bilərsiniz ki, söyləyəcək heç bir şeyim yoxdur. Sadəcə bu gün dibsiz depressiyanın dərinliyində tapdım özümü.  Cümlələrimin cəfəngliyi  mənim əvəzimə danışır.

Heç bir gələcəyə sahib olmayacağım günlərdən birindəyəm. Qarşımda sadəcə daşa dönmüş və əzab divarları ilə əhatə olunmuş bir indi var. Çayın qarşı tərəfi, qarşı tərəf olduğu üçün, heç vaxt durduğumuz tərəf deyil: çəkdiyim bütün əzabların gizli səbəbi budur.  Neçə limanlara yanaşacaq gəmilər var, amma heç biri həyatın ağrısız olduğu limana yelkən açmayacaq, unutmağın mümkün olduğu bir liman da yoxdur. Bütün bu olanlar çox  əvvəl idi, ancaq mənim kədərim ondan da əvvəl başlayıb. Continue reading “Mari de Sa-Carneiroya məktub”

Volfqanq Amadey Motsart və onun yaradıcılığı

“Başqalarının nəfəs almaq üçün havaya ehtiyacı olduğu kimi onun da musiqiyə ehtiyacı var…”

Leopold Motsart

Croce-Mozart-DetailVolfqanq Amadey Motsart dahi Avstriya bəstəkarı, dirijoru, Vyana klassik məktəbinin yaradıcısıdır. Bəstəkar uşaqlıqdan başlayan dahiliyi ilə, uşaq səmimiliyi parlaqlığı ilə seçilən əsərləri ilə musiqi tarixinin ən dahi bəstəkarı hesab olunur. Motsart sadə harmoniyalarla möhtəşəm əsərlər yaratdı. Onun əsərləri elə dəqiqləliklə işlənmişdi sanki hörgü kimi toxunmuşdu. Bəstəkarın sonataları və konsertlərinin insanda əqli fəaliyyəti inkişaf etdirdiyi, insanı məntiqli düşünməyinə kömək etdiyi elm tərəfindən təsdiq olunmuşdur.

Motsart xoşbəxt uşaqlıq dövrü yaşamışdı. Onun demək olar ki, bəxti gətirmişdi. O, 1756-cı ildə musiqiçi ailəsində doğulmuşdu atası Leopold Motsart Zalsburqun keçmiş saray musiqiçi arxiyepiskopu idi və istedadlı oğluna mükəmməl musiqi təhsil vermiş, ona klavesin, orqan və skripkada ifa etməyi öyrətmişdi. Motsartı tanıyan hər kəs, hətta erkən uşaqlıq yaşlarından bu balaca oğlana möcüzə kimi baxır, onu sehrbaz adlandırırdılar. Onun cəmi 3 yaşı vardı, hələ klavesin arxasındakı stula güclə çıxmasına baxmayaraq, atasının ifa etdiyi pyesləri dərhal sonra özü təkrarlayırdı. Dörd yaşında artıq öz əsərlərini bəstələməyə başlayır, lakin hələ not yazmağı bacarmadığına görə klavesində ifa edir, atası isə nota köçürürdü.
Üç yaşına qədər Volfqanq adi uşaqdan heç nə ilə fərqlənmirdi. O, fövqəladə incə, nəcib ürəyə malik, şən və qıvraq uşaq idi: tez-tez onu sevib-sevmədiklərini soruşurdu, hətta zarafatla sevilmədiyi cavabı aldıqda ağlamağa başlayırdı. Bütün oyunlarını musiqinin müşaiyəti ilə oynayırdı. Continue reading “Volfqanq Amadey Motsart və onun yaradıcılığı”

Platon ruh әkizinizi tapmaq barәdә sizә nә öyrәdә bilәr?

15871508_1012835552155191_1780847570488098567_n

Aristofanın söylədiyinə görə ilk insanlar həm iki cinsin genital orqanları, həm də iki üz, dörd əl və dörd ayaq ilə təchiz edilmişdilər. Bu eybəcər varlıqlar yöndəmsiz və çox sürətli hərəkət edirdilər, həm də çox güclü idilər. O qədər güclü idilər ki, Tanrılar onların üstünlük təşkil edəcəyindən narahat olmağa başladılar.

İnsanları gücsüzləşdirmək istəyən Yunan tanrılar kralı Zevs bu varlıqları ikiyə ayırmağa qərar verdi və oğlu Apollona bölünən varlıqların üzlərini kəsik tərəfə çevirməsini əmr etdi ki, bununla da hər bir adam bölündüyünü görmüş olacaq və nizam təmin edilmiş olacaqdı. İnsanlar yenidən təhlükəli hal yaradacağı halda isə Zevs onları yenə kəsəcək və beləcə tək ayaq tullanmaq məcburiyyətində qalacaqdılar. Continue reading “Platon ruh әkizinizi tapmaq barәdә sizә nә öyrәdә bilәr?”

İtalo Kalvino “Əgər bir qış gecəsi yolçu” romanından hissə

12111942_796310683807680_1077355844876974206_nSonda onu nə gözləyir?

Şəhərimizin əsas prospekti ilə addımlayıram və yoxdan saymağı qərara aldığım bütün xırda detalları silirəm. Nazirliyin binasının yanından keçirəm.  Binanın ön tərəfində insan heykəli şəklində sütunlar, dirəklər, sürahibəndlər, kürsülük və divar çıxıntıları görünür. Məncə onu kiçiltmək, fəzada nəzərə çarpmayan hamar şaquli səth, tutqun şüşə təbəqə, arakəsməyə çevirmək lazımdır. Lakin hətta belə sadə görünüşü ilə də bu bina məni sıxır. Onu tamamilə yox etmək qərarına gəlirəm.  İndi onun yerində çılpaq torpaq üzərində süd kimi bəyaz səma ucalır. Eyni qayda ilə daha beş nazirliyi, üç bankı və böyük şirkətlərin bir neçə göydələnini silirəm. Dünya elə qəlizləşib, dolaşıqlaşıb və dolub ki, bəzi şeyləri  aydın görmək üçün elə azaltmaq, azaltmaq lazımdır.

Prospektlə dolaşarkən görünüşləri mənə müxtəlif səbəblərdən xoş olmayan insanlarla rastlaşıram. Rəhbər vəzifədə olanlar mənə asılı vəziyyətimi xatırladır. Tabe edilmişlər iyrənc və bayağı amiranə halımı yadıma salır.  Paxıllıq, yaltaqlıq və onların yaratdığı kinin bayağı olduğu kimi. Tərəddüd belə etmədən onları da, o birilərini də silirəm. Gözümün ucu ilə onların nazilərək yüngül dumanda necə əridiklərini görürəm. Continue reading “İtalo Kalvino “Əgər bir qış gecəsi yolçu” romanından hissə”

Filosofların sevgi məktublarından sitatlar

Bildiyim bir şey var, heç nə bilmirəm. Neçə dəfə xalq meydanında toplandıq və ilahilik mövzusunda ortaq düşüncələrimizi paylaşdıq, amma yenə də sənin haqqında çox bir şey bilmirəm. Hər zaman qadın doğumçu (mama) idinmi? Maddi zənginlikdən kənar bir fəzilət axtrarsanmı? Ailədə neçə uşaqsınız? Çox şey diqqətimi çəkmir, amma yenə də düşünürəm ki, sevgi sənətiylə bağlı bir şeyi anlamışam: sevgi qarşındakı insan həddindən artıq yorana qədər sual verməkdir. Davam edim?

Sokrat

Biz tanış olmamışdan qabaq mağaranın dibində sıxışıb qalmışdım və heç bir çıxış yolu yox idi. Amma sən mənim işığım oldun və məni qaranlıqdan çıxardın. Haçansa bir şam yeməyində birlikdə mağaradan çıxıb aydınlanmış varlıqlarımızı qucaqlasaq çox sevinərəm. Əgər mənə qoşulmaq istəsən, ilk gün qürübunda əziz dostum Diogen öz arfasını çalacaq.

Platon

2-4-768x685@2x

Continue reading “Filosofların sevgi məktublarından sitatlar”

Create a free website or blog at WordPress.com.

Up ↑

%d bloggers like this: