Bildiyim bir şey var, heç nə bilmirəm. Neçə dəfə xalq meydanında toplandıq və ilahilik mövzusunda ortaq düşüncələrimizi paylaşdıq, amma yenə də sənin haqqında çox bir şey bilmirəm. Hər zaman qadın doğumçu (mama) idinmi? Maddi zənginlikdən kənar bir fəzilət axtrarsanmı? Ailədə neçə uşaqsınız? Çox şey diqqətimi çəkmir, amma yenə də düşünürəm ki, sevgi sənətiylə bağlı bir şeyi anlamışam: sevgi qarşındakı insan həddindən artıq yorana qədər sual verməkdir. Davam edim?

Sokrat

Biz tanış olmamışdan qabaq mağaranın dibində sıxışıb qalmışdım və heç bir çıxış yolu yox idi. Amma sən mənim işığım oldun və məni qaranlıqdan çıxardın. Haçansa bir şam yeməyində birlikdə mağaradan çıxıb aydınlanmış varlıqlarımızı qucaqlasaq çox sevinərəm. Əgər mənə qoşulmaq istəsən, ilk gün qürübunda əziz dostum Diogen öz arfasını çalacaq.

Platon

2-4-768x685@2x

Bu məktubu oxuyub bitirəndə, əslində, bir “öz” anlayışının olmadığını anlayacaqsan. “Sən” ya da “Mən” yoxdur. Yenə də təcrübə etdiyimiz bir çox duyğu. Ailəmin “Berwickshire”-a köçdüyü gün mənim ateist olduğumu biləndə ağlamağın. Skorbut (diş ətinin qanaması xəstəliyi) olduğumu görüb üzümə təkrar baxmağa özünü məcbur etdiyin zaman. Səni sevirəm və bu xatirələr bizi biz edir. Bəlkə də daha yumoristik yaza bilərdim, amma bu zarafat deyil.

Devid Yum

3-4

Mənim ən əzizim, Frank. Sənə bir anda vurulmuşdum. Sadəcə vizamın vaxtı bitir deyə yox, həm də bir Amerikalıya görə həqiqətən yaraşıqlı olduğun üçün. Obyektivizm xoşbəxtliyin həyatın mənəvi məqsədi olduğunu ehtiva edir və mən olduqca əminəm ki, səni obyektləşdirmək məni xoşbəxt edəcək. Sən şərəfinlə yaşayırsan, müvəffəqiyyətə hörmət edirsən. Sən yataqda öz tərəfində qalırsan. Ehtiyacım olan hər şey budur.

Any Rand

 

Əzizim Emilie du Chatelet  sən yuxu kimisən!

Ümid edirəm özünə az hörmət edən, sərt kişilərdən xoşun gəlir.

Bir şey var sekulyarlıqdan daha çox istədiyim,

O da səninlə görüşüb gəzəcəyim gündür.

Fizikada oxumağın ürəyimi zəiflədir;

“Principia Methematica”  tərcümənlə nitqim tutulur.

Gəl, alovun elementlərini kəşf edək,

Və kim bilir başqa nələr yaşayacağıq, öyrənək!

Fransız hökuməti görüşlərimi basmağa çalışsa da,

Sonsuza dək olacaqsan hər düşüncəmin foksunda,

İcazə ver sənin parlaq fikirlərindən öyrənim,

Və arabir onun arxasındakı gözəlliyi görüm.

Volter

İcazə ver niyə birlikdə olmamızın gərəkdiyinin səbəbini ortaya qoyum. Əgər Aristotel bir kişidirsə və bütün kişilər seksdən həzz alırsa, deməli Aristotelin seksdən həzz aldığınından əmin ola bilərik. Tamam, indi nə düşündüyünü bilirəm – sən səni, sadəcə, əyləncə obyekti kimi istifadə edəcəyimdən qorxursan. Amma sonu xoşbəxtlik olduqdan sonra nə mənası var? Axşam saat 9-da görüşürük, danışdıq?

Aristotel

4-4

Mənanı arzulayırıq, amma hələ onu əldə edə bilmirik. Tragik var olmağımızı yaşamağa bağlı olmaq yerinə bir davamızda sənə cavab almadan altı məktub yazmağa məcbur olduğum bir dünyanı mənalandırmağa çalışırıq. Altı. Başa düşmədin? Səni arzulayıram və sənə hələ də qovuşa bilmirəm. bu absurdluğa niyə məruz qalıram? Dediyim bir şeyə görə? Həqiqətən, mənə deyə bilərsən. Kainatdakı bu qəddar və laqeyd səssizliyə daha çox dözə bilməyəcəm. Məsələn, sadəcə bir cavab versən, çox yaxşı olardı. Ya da bilirsən nə var? Artıq çox da vecimə almıram. Onsuz da tezliklə öləcəm və həyat məna olmadan daha yaxşıdır. Ona görə heç vaxt xəyal qırıqlığına uğramaram.

Alber Kamü

Başqaları sənə necə davranırsa, sən də gərək onlara elə davranasan. Ona görə, başıma gəlməsini istəmədiyim şey yeni bir xəyal qırıqlığı yaşamaqdır. Eyni şəkildə düşünməyə, eyni barlara getməyə davam edərək mərhəmətimizi necə artıraq? Dəyişiklik zamanıdır. Görüşmələrin Qızıl Dövrü bitmədi. Xeyr, hələ təzə başlayır.

Konfutsi

5-3

Sevilən yoxsa qorxulan olmaq daha yaxşıdır? Hər zaman qorxulan olmağı seçmişəm, amma səninlə artıq fərqli hiss edirəm. Yenidən güvənə biləcəyimi hiss edirəm, amma sən birinə güvənə bilərsən? Hiylə işlətmək və səmimi biri kimi görünüb aldatmaq siyasi dünyada həqiqətən işə yarayır, amma mən sənə həqiqətən səmimi olmaq istəyirəm. Təriflərimə bir vaxtlar Leonardo da Vinci ilə dost olduğumu deyərək başlamağıma icazə ver. Dəyişirəm – ən azından dəyişməyə söz verirəm. Hər şeydən sonra 1505. Yeni il, yeni mən!

Nikkolo Makiavelli

6-3

Köhnə şəklimizə baxıram, amma tam anlaya bilmirəm. Bir bardayıq və nəyəsə diqqətlə baxırıq, nə olduğunu xatırlaya bilmirəm. Əlli altı olduğunu bilirəm. Gülümsəyirsən və əlində bir qədəh şərab tutursan, şərab demək olar ki, boşdur. Əlin astaca qoluma dəyir. Normalda bütün bu işarələri bilirəm. Şərab bizim simvolumuzdur və simvollanan ümidsiz burjua idealıdır. Amma bütün bunların mənası nə idi?  Məncə, yaxşı vaxt keçirirdik və sən mənə sonra heç zəng etmədin. Niyə? Nəyin tərs getdiyini, niyə zəng etmədiyini anlamaq üçün semiyotikadan istifadə edə bilərdim. Aydındır ki, hələ çox şey öyrənməliyəm.

Rolan Bart

Səni uşaqlığımdan bəri sevirəm. Ən sevdiyim xatirələrdən bəziləri Trier küçələrində oynamaq və siyasi liberalizmi ingiliscə oxumaqdır. Hər ikimizində dünyanın işçiləri olduğunu düşünəndə dedim ki, bəlkə də görüşüb bir fincan Krombacher içməliyik?

Karl Marks

7-1

Əzizim Lou!

Budur niyə evlənməyimiz gərəkdiyi haqqında inandığım 10 səbəb

  1. Sənə iki dəfə təklif və sənin hər dəfə rədd etdiyini bilirəm, amma üçüncü dəfənin cəlbediciliyini inkar edə bilmirəm.
  2. Sən ilk qadın psixoanalitiksən və buna hörmət edirəm.
  3. Freydlə yaxşı yola gedirsən, digər dostlarımla da yaxşı yola gedəcəyinə əminəm.
  4. Qadınların erotik təbiəti və cinsi fərqin iqtisadiyyatdan daha dərin necə işlədiyinə bağlı yazıları sevirsən. Mən də çox maraqlanıram və erotik olan hər şeydən həzz alıram.
  5. İkimiz də böyük bir İbsen heyranıyıq.
  6. Səndən həmişə gözəl qoxu gəlir.
  7. Oğlansı marağını və pürüzlü dərini çox sevirəm.
  8. Ikimiz də ağlı tənqid etmək və maddi həqiqəti rədd etmək üçün bir həyəcan sahibiyik.
  9. Yalnızam.

Fridrix Nitsşe.

8-2

Yazar: Julia Edelman
Tərcüməçi: Sapere Aude
İllustrasiyalar: Hallie Bateman
Mənbə: The New Yorker

Advertisements