15871508_1012835552155191_1780847570488098567_n

Aristofanın söylədiyinə görə ilk insanlar həm iki cinsin genital orqanları, həm də iki üz, dörd əl və dörd ayaq ilə təchiz edilmişdilər. Bu eybəcər varlıqlar yöndəmsiz və çox sürətli hərəkət edirdilər, həm də çox güclü idilər. O qədər güclü idilər ki, Tanrılar onların üstünlük təşkil edəcəyindən narahat olmağa başladılar.

İnsanları gücsüzləşdirmək istəyən Yunan tanrılar kralı Zevs bu varlıqları ikiyə ayırmağa qərar verdi və oğlu Apollona bölünən varlıqların üzlərini kəsik tərəfə çevirməsini əmr etdi ki, bununla da hər bir adam bölündüyünü görmüş olacaq və nizam təmin edilmiş olacaqdı. İnsanlar yenidən təhlükəli hal yaradacağı halda isə Zevs onları yenə kəsəcək və beləcə tək ayaq tullanmaq məcburiyyətində qalacaqdılar.

Bölünmüş insanlar səfil  halda idilər-  Aristofan qeyd edirdi:

“Hər biri digər yarısının həsrətini çəkirdi; buna görə, birlikdə təkrar böyüyə bilmək üçün bir-birlərinə bitişməli idilər.”

Sonda Zevs bir az mərhəmətə gəldi və insanların cinsi orqanlarını ön tərəfə gətirtdi ki, bir-birlərinə sarılıb həzz ala bilsinlər. Aristofanın daha sonrakı şərhinə görə, bölünmüş insanlar “bir-birlərinin içində deyil, eynilə cırcırama kimi toxum töküb uşaq yaratdılar.”

Platonun Symposiumundakı obrazların eşqlə əlaqədar nitqlərə və içki aləminə qərq olduqları yerdə Aristofanın əsərə əlavələrini görə bilirik.

Platonun Aristofana ən qəribə nitqi icra etdirməsi, qəsdən edilən hərəkətdir. Çünki Aristofan Yunan qadınların artıq döyüşə getməsinlər deyə ərləriylə cinsi həyatlarını kəsərək bir növ üsyan etdikləri məşhur pyes Lysistratanın yaradıcısı məşhur komediya yazarıdır.

Yaxşı, Aristofanın nitqinin eşqlə əlaqəsi nədir?

Eşq yaralarımızın dərmanıdırmı?

Aristofan, “bir-birimizə aşiq olmaqdakı istəyin qaynağı”nı aşağıdakı söhbətdə açıqlamış olduğunu deyir:

“Eşq hər insanda mövcuddur, əslimizdəki digər yarımızı axtarar, iki adamdan bir adam yaratmağa və insanın təbiətindən qaynaqlanan yarasına dərman tapmağa çalışarıq. Hər birimiz bir bütün insanın uyğun gələn yarılarıyıq və  bizə uyğun gələcək o digər yarımızın axtarışındayıq.”

Bu anlayış qulağa tanış gəlir. Buradakı eşq anlayışı Amerikan şüuruna daxil olmuş, Hallmark yazıçılarına təkan vermiş və eyni şəkildə Hollywood prodüserlərinə də təsir etməklə demək olar, hər bir romantik komediya filmində tətbiq olunmaqdadır.

Tom Cruisenin canlandırdığı aşiq Jerry Maguirenin də dediyi kimi eşq ruh əkizini tapmaq, digər bir sözlə özünü tamamlayan adama qovuşmaqdır.

Platonun bu mövzudakı sözləri, bir filosof olaraq məni olduqca çaşdırır , çünki bu fikir günün müasir eşq fikrini əks etdirir, eyni zamanda axıcı, gözəl və müdriklik doludur.

Aristofanın ifadə etdiyi kimi eşqi yaralarımızın dərmanı və ya “insan təbiətinin yarası” saya bilərik. Əlbəttə Aristofan bir tərəfdən Zevs tərəfindən açılan yaradan bəhs ederkən, mütəfəkkirlər “insan təbiətinin yarası” deyə bəhs edilən faktın çox daha çox bir məna ifadə etdiyini deyirlər.

Niyə eşq axtarışındayıq?

image-20170210-23337-1qkxr89
Afrotida – Yunan mifologiyasında eşq, gözəllik, və əyləncə ilahəsi.

Yunan filosoflar, insanın doğulandan yaralı olduğu mövzusunda həmfikir idilər.

Aristotelin şərhinə görə insanlar gerçək olmayan və ya tam olaraq bir zövq bəxş etməyən zövqlər axtarışında israr edirlər. Bu saxta cazibələr maddi əşyaları, gücü və şöhrəti də ehtiva edir. Bu tərz məqsədlərə həsr edilən həyat acınası vəziyyətdə və boşdur.

Avqustin tərəfindən yönləndirilən  Xristian mütəfəkkirlər, bu istiqaməti qəbul edib, faydanın-cinsi faydanın arxasından getməni cənnətdən qovulmağın sübutu və biz insanların günahkar yaradılışının təmsili kimi qəbul edirlər. Bu şəkildə düşünsək, bizlər dünyada bir yadıq ya da Orta Əsrlərdə yaşayanların dediyi kimi, fövqəltəbii taleyimizi izləyən səyyahıq.

Avqustinə görə insanlar arzularını dünyəvi şeylərlə təmin etməyə səy göstərirlər. Lakin insanlar lənətə uğrayıblar, çünki içlərində sonsuzluq cövhərini daşımaqdadırlar; məhz buna görə sonu olan şeylər onları razı salmır. Bizlər, Tanrının simasında yaradılmış olduğumuz üçün  sonsuz arzumuz ancaq və ancaq Tanrının sonsuz olan təbiətiylə tamamlana bilər.

17-ci əsrdə isə Fransız filosof Blez Paskal təbiətimizin yarası anlayışına daha dünyəvi və yeni bir şərh gətirdi. Bizlərin günah və qəbahətlərinin təməlində sabit olduğu və düşünmə qabiliyyətindən məhrum olduğunu qarşıya qoydu.

Bizlər narahat edici düşüncələrin zehnimizə girməsinə maneə törətmək məqsədiylə müharibə, əyyaşlıq və ya qumarbazlıq kimi problem dolu fəaliyyətlər yaradırıq. Bəlkə kainatda təkik, bəlkə də bizə yuxarıdan baxan dostanə bir güc olmadan bu kiçik qaya parçası içində kosmos və zamanın içində öz aləmimizdə başıboş gəzirik.

Təbiətimizdəki yara ekzistensial bir vəziyyətdir. Paskalın müdafiə etdiyi kimi heç bir elmin həllə qovuşdura bilməyəcəyi vəziyyətimizdəki mütləq naməlumluq səbəbindən biz insanlar qayğının və ya ümidsizliyin sahilində səndələyirik.

 Eşq, həyatımızdakı problemlərin cavabıdırmı?

image-20170210-23361-kk2eee

Aristofan vasitəsiylə sözləri çatdırılan Platonun məsələsinə geri dönsək, neçə adam romantik mənada eşqi həyatın problemlərinə bir həll olaraq görür, neçə adam aşırı təbiətimizdən qaynaqlanan yaranı yaxşılaşdıracağına inanıb eşqin həyata məna qatacağını ümid edir?

Hesablarıma görə bir çox adam kimi mədəniyyətlərimiz də bizə bunu məsləhət verir.

Hollywooda görə ruh əkiziniz çox çaşdırıcı və gözlənilməz bir şəkildə ortaya çıxa bilər. O adam tamamilə sizin ziddiniz olsa da ona bir cazibə  və yaxud sevdiyiniz gözünüzə kobud varlıq olaraq da görünə bilər, yenə də gizlincə onun  doğma olduğunu düşünərsiniz.

Hollywood filmləri birxətli olaraq romantik qəhrəmanların sonunda ruh əkizlərini tapmalarıyla bitir amma uşaq-muşağa qarışmış həyatdan sonrakı gerçək eşqi test etdiyimiz o dövrü göstərməz.

Aristofan eşqə son anlarda tələb və səbr yükləyir.

“Əgər ki, biri digər yarısıyla tanış olunca xariqüladə bir şeyin reallaşdığını iddia edirsə, bu iki adam bütün duyğularıyla eşqə düşər. Lakin, həyatlarını birlikdə davam etdirəcək bu insanlar bir-birlərindən nə gözlədiklərini tam olaraq bilmirlər.”

Bu fikir qulağa möcüzəvi və cəzbedici gəlsə də Platon bu fikirə çox qatılmır. Məhz buna görə bu fikri Aristofanın tənqid əsaslı söhbətinə yerləşdirir. Qısaca bu hekayə bütünlüklə mifolojidir.

 Gerçək eşq varmı?

Ruh əkizi faktı, kainatda sizinlə yoldaş olan, yaradılış etibarilə sizi tamamlayacaq tək bir adamı işarə etməkdədir.

Yaxşı, gerçək eşqi axtarma yolunu ya boşuna gözləyirsinizsə? Ya gözlədiyiniz qüsursuz yoldaş əslində yoxdursa?

Pew Research Centerin bildirdiyi evli olmayan Amerikalıların sayı bəlkə də buna görə bu qədər çoxdur.

Ya da bir münasibətə başlayıb, evlənib ilk günlərdəki parıltının və bütünlük hissinin davam etməsini ümid etdiyimiz amma elə olmadığına və gündəlik sualların, şübhələrin və həyatdakı təminsizliklərimizin bir-bir ortaya çıxıb keçmək bilmədiyinə şahidlik etsək nə olar?

Komediyan və aktyor Əziz Ansari “Müasir Roman” adlı kitabında Aristofan tərəfindən səhnəyə qoyulmuş kimi görünən bir toyu belə izah edir: “Evlilik andları çox güclü idi. Bir-birləriylə əlaqədar möhtəşəm şeylər söyləyirdilər. “Sən həyatımdakı bütün rəngləri içinə çəkən və göyqurşağına çevirən bir prizmasan”

Müəllifin şərhlərinə görə evlilik andları elə coşğulu və əzəmətli idi ki cütlük, andlarında ifadə etdikləri duyğunu bir daha hiss etmədikləri üçün ayrıldılar.

Eşqi davam etdirmək çox daha dünyəvi bir məsələdir.

Aşiq olmuş hər kəsin ifadə etdiyi kimi, eşq elə həyatın bütün problemlərinə bir həll gətirmir. Hətta bir çox baş ağrısı və ürək qırıqlığının məsulu eşqdir. O zaman niyə başqa birinin çiyinlərinə bu qədər yük yükləyək ki?

Bu vəziyyət çox ədalətsiz görünür. Niyə mövcudiyyət problemimizi, ruhumuzun yarasını yaxşılaşdırmaq üçün bir yoldaşa yönələk? Ki bu heç bir ölümlünün qaldıra bilməyəcəyi bilməyəcəyi uca bir məsuliyyətdir. Burada Aristofan vasitəsiylə Platonun etdiyi tənqidi qəbul edirəm. Mövzu haqqında çox mütəxəssis sayılmasam da verilən “gerçək eşq çox daha dünyəvidir” mesajını bu baxımdan olduqca doğru hesab edirəm.

Detalları bu şəkildə yekunlaşdırım. Gerçək eşq, nəticəsində dünyəvi olmasa da başlanğıcında dünyəvi bir məsələdir. Başqa sözlə, gerçək eşq ilk fikirdə birdən fərq edilən bir şeydən çox möhkəm bir işin, davamlı bir əlaqənin və fədakarlığın nəticəsidir.

Eşq, həyatımızın problemlərinə bir həll gətirməz amma onları daha dözülə bilər edib keçdiyimiz yolları daha xoş hala gətirər. Əgər ki, ruh yoldaşı deyə bir şey varsa, gündəlik vəzifələri paylaşmamızı təmin edən, ağrıya sinə gərdirən və əlbəttə sevinci də daddıran – o zaman bunlar həyat boyu sürən birlik sayəsində qurular.

Tərcüməçi: Taedium Vitae

Mənbə: www.theconversation.com

Advertisements