“Başqalarının nəfəs almaq üçün havaya ehtiyacı olduğu kimi onun da musiqiyə ehtiyacı var…”

Leopold Motsart

Croce-Mozart-DetailVolfqanq Amadey Motsart dahi Avstriya bəstəkarı, dirijoru, Vyana klassik məktəbinin yaradıcısıdır. Bəstəkar uşaqlıqdan başlayan dahiliyi ilə, uşaq səmimiliyi parlaqlığı ilə seçilən əsərləri ilə musiqi tarixinin ən dahi bəstəkarı hesab olunur. Motsart sadə harmoniyalarla möhtəşəm əsərlər yaratdı. Onun əsərləri elə dəqiqləliklə işlənmişdi sanki hörgü kimi toxunmuşdu. Bəstəkarın sonataları və konsertlərinin insanda əqli fəaliyyəti inkişaf etdirdiyi, insanı məntiqli düşünməyinə kömək etdiyi elm tərəfindən təsdiq olunmuşdur.

Motsart xoşbəxt uşaqlıq dövrü yaşamışdı. Onun demək olar ki, bəxti gətirmişdi. O, 1756-cı ildə musiqiçi ailəsində doğulmuşdu atası Leopold Motsart Zalsburqun keçmiş saray musiqiçi arxiyepiskopu idi və istedadlı oğluna mükəmməl musiqi təhsil vermiş, ona klavesin, orqan və skripkada ifa etməyi öyrətmişdi. Motsartı tanıyan hər kəs, hətta erkən uşaqlıq yaşlarından bu balaca oğlana möcüzə kimi baxır, onu sehrbaz adlandırırdılar. Onun cəmi 3 yaşı vardı, hələ klavesin arxasındakı stula güclə çıxmasına baxmayaraq, atasının ifa etdiyi pyesləri dərhal sonra özü təkrarlayırdı. Dörd yaşında artıq öz əsərlərini bəstələməyə başlayır, lakin hələ not yazmağı bacarmadığına görə klavesində ifa edir, atası isə nota köçürürdü.
Üç yaşına qədər Volfqanq adi uşaqdan heç nə ilə fərqlənmirdi. O, fövqəladə incə, nəcib ürəyə malik, şən və qıvraq uşaq idi: tez-tez onu sevib-sevmədiklərini soruşurdu, hətta zarafatla sevilmədiyi cavabı aldıqda ağlamağa başlayırdı. Bütün oyunlarını musiqinin müşaiyəti ilə oynayırdı.

Bacısı Nannerlın da musiqi istdadı var idi. 7 yaşı olarkən atası qıza klavesin ifa etməyi öyrədir. Motsartın iştirak etdiyi ilk dərs ona dərin təsir bağışladı, o sanki yenidən doğuldu. Bu dərs sanki tanrının ona lütfü idi, o artıq həyatda öz yolunu tapmışdı. Bu andan etibarən o, oyunları və digər uşaqlıq sərgüzəştlərini unudur və özünü musiqiyə həsr edir. Bütün gün klavesin arxasında oturaraq səs yüksəkliklərini axtarır, doğru notları tapdıqda isə sevincdən əl çalırdı. Atası ona kiçik menuetlər çalaraq göstərir, o isə dərhal səhvsiz olaraq menuetləri təkrarlayırdı. Beləliklə, atası ona musiqi dərsləri keçməyi qərara alır. Təcrübəli pedaqoq Leopold Motsart artıq ilk dərsdən balaca oğlunda böyük dahi gizləndiyini hiss etmişdi. Dindar biri olaraq o inanırdı ki, bu dahi uşaq tanrının hədiyyəsidir və onun təlim-tərbiyəsi ilə sanki ibadət edirmiş kimi məşğul olurdu. 800px-thumbnailLeopold Motsart oğluna erkən yaşlardan musiqi bəstələmək qaydalarını öyrətməkdən çəkinirdi. Lakin balaca musiqiçiyə özünün ilk konsertini yazmağa mane olmur. Bir dəfə atası oğlunu kağız qalağının arasında nəsə yazarkən görür və nə yazdığını soruşur. “Konsert yazıram. Birinci hissə demək olar ki, hazırdır.”. Bu cavaba ata qeyri-ciddi və gülərək yanaşır. Lakin kağıza baxdıqda onun gözlərindən sevinc və təəccüb göz yaşları axır. Bu mükəmməl formada yazılmış konsert idi.
Leopoldun evində tez-tez musiqiçilər toplaşar və yeni əsərlərini təqdim edırsilər. Bir dəfə onlardan biri yeni yazdığı 6 triosunu gətirmişdi. İfaya başladıqları vaxt balaca Motsart öz balaca skripkası ilə yanlarına gəlir və ifasını təklif edir. Motsartın skripka ifaçılığı təhsili olmadığına görə onun təklifi rədd edilir. Təhqir olunmuş musiqiçinin gözləri yaşarır. Onu sakitləşdirmək üçün dövrün görkəmli musiqiçisi Şaxtberin yanında oturmağa, eşidilməyəcək dərəcədə asta çalmağa icazə verirlər. Motsart əyləşir. Şaxtnerin öz dediyinə görə, tezliklə orada artıq olduğunu anlayır və ifasını yarıda saxlayır. Motsart isə 6 trionu sona qədər ifa edir.
Motsart demək olar ki, 10 yaşına qədər trubanın səsinə nifrət edirdi. Hətta onun görünüşü belə onda dəhşətli hislər yaradırdı. Oğlunu bu dəhşətdən qurtarmaq üçün o, dostu Şaxtnerdən xahiş edir ki, oğlanın yanında var gücü ilə truba çalsın. Ancaq elə ilk səslənmədən uşağın rəngi ağarır və döşəməyə yıxılır. Hətta ifanı yarıda kəsməyi huşunu itirəcəkdi. Bunu görən ata bir daha oğlunu truba dinləməyə məcbur etmir. Bu dəhşətli sonradan öz-özünə keçib gedir. Balaca Motsart təhsilini uğurla davam etdirirdi: o bütün fənləri böyük həvəslə öyrənirdi. Riyaziyyata isə xüsusi maraq duyurdu. Divar, döşəmə, lövhə, stol-hər bir yerdə təbaşirlə misallar yazır, ən çətin riyazi məsələləri asanlıqla həll edirdi. Musiqi məşğələləri zamanı isə heç kəs ona yaxınlaşa bilmir, danışdırmağa cəhd etmirdi. Fortepiano arxasında isə elə ciddi görkəm alırdı ki, artıq çoxları bu vaxtından əvvəl inkişaf etmiş uşağın əbədi yaşar bir dahi olduğunu anlamışdı. 6 yaşında o artıq püxtələşmiş sənətkar idi və atası öz istedadlı uşaqlarını ölkə hüdudlarından kənarda təqdim etmək qərarına gəlir. Onlar ailəliklə Münhenə yollanır. Burda əldə etdikləri uğurdan sonra 1762-ci ildə Vyanaya yola düşürlər. Yol boyu qarşılaşdıqları hər yerdə insanların rəğbətini qazanan uşaq, gömrük işçilərini özünə heyran qoyur və onları yoxlamadan şəhərə buraxırlar. Vyanada onları əziz qonaq kimi qarşılayırlar. Balaca musiqiçinin sorağı özündən əvvəl gəlib çatmışdı şəhərə. Kral ailə ilə tanış olmaq ümüm qəbul günü olmayan adi bir gündə onları saraya dəvət edir. İmperator İosif musiqi həvəskarı idi və uşağa böyük maraqla yanaşırdı. O, oğlanı hərtərəfli sınayır, ona çətin tapşırıqlar verir pianonun dillərini örtüklə örtür çalmağı tapşırır. Lakin istedadlı Motsart hətta örtüyün üstündə də mükəmməl şəkildə ifa edir. İmperator onu “balaca sehrbaz” adlandırır. Ancaq bu balaca sehrbazda böyük artist təkəbbürü var idi: o musiqini anlamayan insanlar qsrşısında ifa etmirdi. Əgər xahiş və ya hiylə yolu ilə ifa etməli olduqda isə bəsit səthi musiqilər ifa edərdi. Sarayda da o özündən razılığını qorudu: dövrün məşhur musiqiçisi və bəstəkarı Vaqenzeyl gəlmədən heç bir şey ifa etməyəcəyini bildirdi. Gəldikdə isə “indi mən sizə konsert ifa edəcəm, siz isə not vərəqlərini çevirərsiniz”. Saray ilə yanaşı şəhərin zəngin və tanınmış şəxsləri də Motsart ailəsinə dəvətnamələrlə yanaşı pul da göndərirdi.
Motsart ailəsi səyahətlərinə davam etdilər. 1763-cü ildə çoxlu dəvət məktubları aldıqları Parisə gedirlər. Burada da onları Vyanada olduğu kimi ehtiramla qarşılayırlar. Bu dövrdə Parisdə musiqiyə o qədər də maraq yox idi. Ancaq parislilər bu möcüzəli uşaqlara sevgi ilə yanaşır və onlara hədiyyələr verirdilər. Ailə Parisdən Londona yola düşürlər. Burada musiqi həvəskarları olan ingilis kralı III Georq və xanımı Sofiya Şarlotta qonaqları böyük ehtiramla qarşılayır. Balaca Motsarta heyran olan kral onu hərtərəfli sınayır: o istənilən notu ifa etməli, orqanda çalmalı və improvizələr etməli idi. Bütün tapşırıqları dəqiqliklə yerinə yetirən Motsart “məğlubedilməz Volfqanq” ləqəbini qazanır. Burada Motsart italyan opera müğənnisi Mantsuoli ilə tanış olur. Uşağa dərin məhəbbət bəsləyən müğənni ona vokal ifaçılığını öyrədir. Motsart hətta ən çətin ariyaları da nazik uşaq səsi ilə mükəmməl ifa edir.
Londonda Motsart ailəsi parlaq uğur qazanır, konsertlər verir. Lakin atası
ağır xəstəliyə tutulur və musiqi fəaliyyətlərinə ara verirlər. Boş vaxt əldə edən Volfqanq ilk simfoniyasını yazmağa başlayır. Atası sağaldıqdan sonra bir müddət İngiltərə qalır, daha sonra Hollandiyaya yola düşürlər. Burada bir neçə konsert verib, yenidən Parisə, oradan isə Zalsburqa qayıdırlar. Motsartlar ailəsi vətənə böyük uğur və çoxlu pul əldə edərək qayıtmışdı.  Zalsburq sakinləri ailəni ziyarət etməyi özünə borc bilir, həmvətənlərinə heyranlıqla yanaşırdılar. Zalsburq yepiskopu balaca Volfqanın inancını yoxlamaq üçün onu bir həftəlik öz hücrəsinə apararır və oratoriya yazmağı tapşırır. O, bu tapşırığı yerinə yetirir. Hələ imza atmağı bacarmayan balaca Motsartın yerinə atası öz xətti ilə yazır: “Volfqanq Motsartın oratoriyası. Mart, 1766-cı il. 10 yaş”. Zalsburqda qaldığı müddətdə Motsart sistemli şəkildə musiqi təhsili alır. O, skripka və fortepiano ilə məşğul olur. Atası qeyd edir ki, əgər piano ilə məşğul olduğu qədər skripka ilə də ürəkdən məşğul olsaydı, dövrün ən yaxşı skripka ifaçısı olardı. Hərdən bu ciddi və tanınmış musiqiçi pişiyi ilə oynamaq və atasının otağında çubuğun üstündə at kimi çapmaq üçün fəaliyyətinə ara verirdi.
Bir il sonra şahzadə Yozefa və neopolitan kralının toyu üçün Vyanaya gedirlər. Bu dəfə vyanalılar onu əvvəlki kimi təm-təraqla qarşılamır: şəhərdə şahzadə Yozefanın da qurbanı olduğu çiçək xəstəliyi yayılmışdı. Bayram matəmlə əvəz olunmuşdu. Saraya daxil olmaq və konsert vermək mümkün deyildi. Bədbəxtlikdən Motsart və bacısı da xəstəliyə yoluxur, Motsart 10 gün kor vəziyyətdə yataqda qalır. Zalsburqa qadından ailə bir il sonra yenidən Vyanaya gəlir. İmperator İosif Motsarta opera yazmağı təklif edir və orkestra Motsartın özünün rəhbərlik etməyini istəyir. Motsart tezliklə operanı bitirir. Bəstəkarın çox gənc olmağına baxmayaraq əsər mükəmməl formada yazılmışdı. Lakin opera səhnəyə qoyulmur: yaşlı musiqiçilər bu balaca oğlanın paxıllığını çəkir və ciddi cəhdlə operanın səhnəyə qoyulmağına qarşı çıxır və 12 yaşlı uşağın kapelmeysterin rəhbərliyini qəbul etmirdilər. Onlar operanın qeyri-peşəkar olduğunu, hətta onu Motsartın yox, atasının yazdığını iddia edirdilər, ata və oğlunu fırıldaqçı adlandırırdılar. Onların şər əməlləri öz bəhrəsini verir: intriqalardan çəkinən sahibkar Afflicio operanı səhnələşdirməkdın imtina edir. Motsartın ilk operası «La finta simplice» (“Saxta məsum”) operası səhnə taleyi uğursuz olur. Ailə böyük təəssüflə Zalsburqa qayıdır. Ancaq Leopold İtaliyaya sıfər planlayırdı. Bu dövrdə İtaliya əsas musiqi mərkəzi idi: burada kifayət qədər musiqi məktəbləri, akademiya və konservatoriya var idi. Artistlər haqqında əsas rəyi də İtaliya musiqi cəmiyyəti verirdi. Leopold Motsart da öz dahi oğlunu İtaliyaya təqdim etmək istəyirdi. Bir il ərzində İtaliyaya səfər üçün hazırlaşdılar və itlayan dilini öyrəndilər.

Wolfgang011769-cu ilin dekabr ayında İtaliyaya yollandılar. Səfər zamanı Motsartın üzündə soyuq ifadə var idi. Lakin tezliklə İtaliyanın isti cəmiyyəti balaca musiqiçini də isindirdi: burda onu şagird kimi deyil böyük artist kimi qarşıladılar. Boloniya filarmonik akademiyası Motsartı üzvlüyə qəbul edir. Bu dərəcəni almaq üçün isə ona çətin tapşırıqlar verirlər. Bir çox musiqiçilərin həll edə bilmədiyi bu tapşırıqlar ona su içmək kimi asan gəlirdi. Onu tapşırıqları həll etmək üçün bir otaqda tək qoydular ancaq yarım saat sonra qapı döyüldü. Oğlanın dəcəllik etdiyini düşünərək qapını açmadılar lakin oğlan israrla qapını döyürdü. Qapını açdıqda Volfqanqın tapşırıqları qüsursuz şəkildə həll etdiyi məlum oldu. Onu gurultulu alqışlarla salamladılar. Bütün bu təriflər onun uşaq məsumluğuna şən xarakterinə xələl gətirmədi. Yalnız Milanda ona “Pont çarı Mitridat” operasını sifariş verdikdə Volqanq bütün dəcəllikləri bir kənara qoyur ciddi şəkildə dayanmadn işə başlayır. Operanın təqdimatı qalmaqalsız ötüşmür: Motsartın paxıllığını çəkənlər cəmiyyətdə opera haqqında mənfi fikirlər yaymağa çalışırdılar. Bunlara baxmayaraq opera Motsartın rəhbərliyi ilə dəfələrlə uğurla səhnəyə qoyuldu.

Bir il sonra Zalsburqa qayıdan Motsart yeni sifariş alır. Bu sifariş hers-hersoq Ferdinand və Moden şahzadəsinin toyu şərəfinə yazılacaq orkestr vokal və xor üçün serenada idi. Əsər hers-hersoq və xanımının çox xoşuna gəlir və hər dəfə “Bravissimo maestrino!” deyərək əsəri bir neçə dəfə təkrar səsləndirməyi xahiş edirlər. Bu dövrdə bəstəkar “Tsipionun yuxusu” və “Lusiya Silla” operalarını da yazır.
İtaliyada yaşadıqları müddətdə Motsart və ailəsi bir qədər pul əldə etdi, onlar cəmiyyətin simpatiyasını, tanınmış musiqiçilərin insanların dostluğunu qazandılar. Ən əsası isə gənc qəhrəman Zalsburqa o dövr üçün xəzinədən də dəyərli italyan şöhrəti ilə qayıdır. Növbəti illər Volfqanqın həyatına o qədər də maraq olmur. Zalsburqda yaşadığı dövrdə o bir neçə ciddi işlə məşğul olurdu: dərs verir, kapellada çıxış edir, fortepiano skripka və orqanda ifa edir. Beləcə gün keçir; axşamlar isə istirahət edir mütaliə edir və dostları ilə vaxt keçirirdi.

1772-ci ildə Zalsburqa Yozef Haydn gəlir. Onun əsərləri çoxdan Motsartın diqqətini çəkmişdi. Haydn özü də musiqiləri kimi mülayim və səmimi idi. Motsart qırx yaşlı Haydnı öz müəllimi və dostu kimi görürdü. Dünyaca məşhur Haydn isə Motsarta hörmətlə yanaşır və bu cür sənətkarın 100 ildə bir gəldiyini bildirirdi. Motsartın ətrafında Haydn kimi insanlar insanlar yox idi. Motsart böyümüş yetkin gənc olmuşdu. Uşaqlıq məsumiyyəti şən xarakteri itirmişdi. Ancaq xarakterindəki mülayimliyi və digər müsbət cəhətləri qalmışdı. Ünsiyyətcil iti zəkalı hər kəsin sevimlisi idi, getdiyi hər evin qapısı hər zaman onun üzünə açıq idi. Deyilənlərə görə bir dəfə bərbər paltarı geyinərək kənd toyuna getmiş və orada hər kəsi əyləndirmişdi. Motsart zarafatı çox sevirdi. Kiçik şeylərlə hər kəsi əyləndirməyi bacarırdı. Onun şəxsiyyəti qeyri-adi hərtərəfli istedadı uşaqlıqdan zalsburqlularda ona qarşı sevgi yaratmışdı. Motsart təbiəti çox sevirdi. Ən gözəl əsərlərini təbiət qoynunda yaşıl otlar arasında yaratmışdı. Ancaq Motsart böyümüşdü; istedadı da onunla birlikdə böyümüşdü, artıq teatr və incəsənətin digər növlərinə marağın az olduğu bu balaca şəhər ona dar gəlirdi. Motsartın vəziyyəti o qədər də ürək açan deyildi: o sönük saray kapellasında birinci skripkaçısı idi. Paxıl və qısqanc xarakterə malik Zalsburq arxiyepiskopu Yeronim Motsartın istedadına yaxşı bələd olsa da onun yüksəlməyinə mane olurdu. Leopold Motsart oğlunun bu ölgün şəhərdən getmək istəyini çox yaxşı anlayırdı. Onun yeganə məqsədi oğlunun qeyri-adi istedadına layiqli həyat qazandırmaq idi. Bunun üçün hər şeyi etməyə lazım idi. B dəfə də o ən ağır şərtə razı olaraq sevimli oğlundan ayrılmağa razı olur. Lakin arxiyepiskop onu gedişi üçün icazə vermirdi. Belə olan halda Leopold Motsart riskli qərar alır və oğlunun kapelladan istefasını tələb edir. Bu Arxiyepiskopu qəzəbləndirir və Leopoldu kapelladakı vəzifəsindən məhrum edəcəyi ilə hədələyir. Lakin Leopold oğlunun xoşbəxtliyi üçün hər şeyə hazır idi. O, dünyada
ona ən əziz varlıq olan oğlunun karetası ordan uzaqlaşana qədər güc toplayaraq ayaqüstə dura bildi; kareta uzaqlaşdıqdan sonra isə tab gətirməyib yıxıldı, lakin o özünü unudaraq oğlunun arxasınca xeyir-dualar oxuyurdu.
Motsart Vyanaya gəlir onu burda rəğbətlə işə götürürlər. O yazır, dərslərə qaçır, axşamlar isə cəmiyyət qarçısında çıxış edirdi. İşləməkdən yorulmurdu. 1781-ci ildə atasına məktubunda yazırdı: “Mənim xoşbəxtliyim indi başlayır.”
461px-Costanze_Mozart_by_Lange_17821782-ci il avqustun 4-də atasının etirazına baxmayaraq Konstanza Veber ilə evlənir. Onların 6 uşağı olur, lakin iki uşaq sağ qalır. Həmin il “Saraydan qız qaçırma” operasını yazır. Əsər böyük rəğbətlə qarşılanır. 1786-cı ilə “”Fiqaronun toyu” operasını yazır. Barokko janrına maraq göstərən bəstəkar bu janrda “Sehrli fleyta” adlı möhtəşəm operasını yazır.
1784-87-ci illərdə o daha çox ifaçılıqla  məşğul olur. Konsertlər verir, öz akademiyasını yaradır. Bu ona dövrünün virtuoz ifaçısı adını qazandır. 1787-ci ildə “Don Juan” operasını yazır. Motsartın son operası “Titonun mərhəməti” 6 sentyabr 1791-ci ildə Bohema kralı II Leopoldun tac qoyma mərasimində səhnəyə qoyulmuşdur. Bəstəkarın sonun əsəri matəm marşı “Rekviem”dir. O, bu əsəri xəstə yatağında ağır vəziyyətdə yazmışdı. 1791-ci ilin yayında aldığı anonim sifarişlə yazırdı. (Sonralar bu əsərin sifarişçisinin qraf Valzeq olduğu məlum olur). Lakin bəstəkar vəfat edir və əsər yarımçıq qalır. Əsəri Motsartın tələbəsi F. Züsmayer tamamlayır.
Bir çox mənbələrdə Motsart haqqında çoxlu şaiələr, fikirlər yazılır. Onun yoxsulluq içində yaşadığı qeyd edilir. Lakin konsertlərdən, sifarişlərdən əldə etdiyi gəlir onun yoxsul həyat yaşamasını göstərmir. Bəstəkarın ölümü haqda da müxtəlif şaiələr gəzir. Bəzi mənbələrdə ölüm səbəbi kimi bir neçə xəstəliyin adı çəkilir, digərində isə zəhərlənmə səbəb kimi göstərilir. Bəstəkar 5 dekabr 1791-ci ildə vəfat edir. O Müqəddəs Mark qəbiristanlığında adsız məzarlıqda dəfn olunur.
Qısa həyat yaşamağına baxmayaraq bəstəkar 48 simfoniya, piano və orkestr üçün 25 konsert, 2 skripka konseeti, çoxlu sayda sonatalar., triolar., kvartetlər, mahnıların və pyeslırin müəllifidir. vardır. Motsart həm də konsert janrının yaradıcısıdır.

Yazar: Zəhra Hüseynova

 

Advertisements