Search

Taedium Vitae

Month

May 2017

Lüdviq van Bethoven və onun yaradıcılığı.

“Azadlıq və inkişaf… budur incəsənətin məqsədi”

Lüdviq van Bethoven

BeethovenAdı bütün XIX yüzilliyə hakim olmuş Lüdviq Van Bethoven iki dövr arasında körpü, özündən sonra gələnlər üçün bir örnək olmuşdur. Onun haqqındakı araşdırmalar psixoloji ziddiyyətlər üzərində dayanır: şəfqətli və kobud, həssas və əsəbi, idealist və materialist, insan qardaşlığına inanan, lakin davakar bir azadlıq aşiqidir. Bəstəkarın əsərləri romantizm ab-havası ilə dolu klassik ənənəni ifadə edir.

Bethoven hər zaman tədqiqatçılar üçün diqqət çəkən mövzu olmuşdur. Bunun bir səbəbi də bəstəkar haqqında məlumatın həddən artıq çox olmasıdır. Bethovenin 1819-cu ildən başlayan və Berlin muzeyində saxlanan on min səhifədən artıq gündəlik dəftərləri onun həyatı haqqında kifayət qədər məlumat verir. Buna baxmayaraq bəstəkar və onun böyük hadisələr baş vermiş bir dövrün ifadəçisi olan əsərlərinin kifayət qədər tədqiq olunub- olunmamağı mübahisəlidir. Continue reading “Lüdviq van Bethoven və onun yaradıcılığı.”

Advertisements

Psixoseksual şah əsər: Piano Müəllimi

Mixail Hanekenin 2001-ci il istehsalı narahatedici trillerinə bir baxış:

the-piano-teacher-2001_71371393922145

Mixail Haneke şah əsəri olan “Piano müəllimi” (The Piano Teacher) filmində gücün və hakimiyyətin dinamikası ilə münasibətdəki cinsi dinamikanı kəşf edir. Qırx yaşlarında olan piano müəllimi Erika Kohut avtoritar anası ilə yaşadığı müddətdə atası psixiatriya klinikasında yatmaqdadır. Bəzilərinin onları əsir alan insanlara oyun oynayaraq onları azadlığa buraxması üçün yalvarması kimi Erika da saxta kiçik qız ilə müstəqilliyini elan etməyə çalışan yetkin qadın arasında qərarsız qalaraq, anasının hakimiyyəti altında qıvranmaqdadır. Evdəki həyatı ruhi vəziyyətinin təməlini göz önünə sərərkən, ədəbsiz, gənc pianinoçu Uolter Klemmer Erikadan fərdi dərs almağa başlayır və beləliklə, film maraq doğuran və sarsıdıcı yön alır.

Continue reading “Psixoseksual şah əsər: Piano Müəllimi”

Günahkarlıq hissi / Uilyam Stayron

23Yatağımda uzanmışdım. Fikirləşirdim ki, atam uşaqlıqda məni heç vaxt ciddi cəzalandırmayıb. Bircə dəfədən başqa. Onda da elə hərəkət etmişdim ki, şübhəsiz ən böyük cəzaya layiq idim. Bu, anamla bağlı idi. Ölümündən bir il əvvəl – onda mənim on iki yaşım var idi -içini yeyib – bitirən xərçəng sümüklərinə işləməyə başladı. Bir dəfə ayağı burxuldu- ayaqları artıq zəifləmişdi- yıxıldı və qamış sümüyünü sındırdı. O, heç bitişmədi də. Ayağına metaldan mil qoydular, ondan sonra qoltuq ağacına söykənərək asta-asta yeriyirdi. Uzanmağı sevmirdi və halı özündə olanda oturmağı üstün tuturdu. Xəstə ayağını stula, yaxud divanın üstünə uzadaraq oturardı. Onda onun əlli yaşı var idi və anlayırdım ki, sonunun yaxınlaşdığını bilir. Hərdən gözlərində təlaş görürdüm.  Anam dayanmadan oxuyurdu. Continue reading “Günahkarlıq hissi / Uilyam Stayron”

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: