Mixail Hanekenin 2001-ci il istehsalı narahatedici trillerinə bir baxış:

the-piano-teacher-2001_71371393922145

Mixail Haneke şah əsəri olan “Piano müəllimi” (The Piano Teacher) filmində gücün və hakimiyyətin dinamikası ilə münasibətdəki cinsi dinamikanı kəşf edir. Qırx yaşlarında olan piano müəllimi Erika Kohut avtoritar anası ilə yaşadığı müddətdə atası psixiatriya klinikasında yatmaqdadır. Bəzilərinin onları əsir alan insanlara oyun oynayaraq onları azadlığa buraxması üçün yalvarması kimi Erika da saxta kiçik qız ilə müstəqilliyini elan etməyə çalışan yetkin qadın arasında qərarsız qalaraq, anasının hakimiyyəti altında qıvranmaqdadır. Evdəki həyatı ruhi vəziyyətinin təməlini göz önünə sərərkən, ədəbsiz, gənc pianinoçu Uolter Klemmer Erikadan fərdi dərs almağa başlayır və beləliklə, film maraq doğuran və sarsıdıcı yön alır.

1280x720-JK8

Hekayənin əvvəlində Erikanın bəzi cinsi obsessiyaları olduğunu öyrənirik: o, seks-şoplara gedir, üzərində sperma olan salfetləri qoxulayaraq porno izləyir, vannanın kənarında oturaraq cinsiyyət orqanlarına zərər verir, park halındakı maşında bir cütlük sevişərkən maşının yanında tualetini edir. Bütün bunlardan Erika üçün seks və utancın  ümidsizcə iç-içə keçmiş anlayışlar olduğunu öyrənirik, lakin bunlar həmçinin onun basdırılmış arzularını aşkara çıxaran anlayışlardır.

0714.Th Piano Teacher

Təəssüf ki, Uolter ilə cinsi əlaqə qurma səyləri fəlakətlə nəticələnir, çünki Erika tələbələrinə piano çalmağı öyrədərkən və onları alçaltdığı zaman etdiyi kimi Uolterin üzərində də soyuq hakimiyyətini tətbiq etməyə çalışır. Uolter əvvəl-axır Erikanın tələblərinə təslim olsa da boşaldıqdan sonra yenə əvvəlki təkəbbürlü, vecsiz gənc adam halına qayıdır. İstədiyi şeyi alır və Erikadan yenidən bir şey istəyənədək onun arzularının nəticələri çox da əhəmiyyət daşımır.

“Niyə üzr istəyirsən? Donuz olduğun üçün? Yoxsa dostların donuz olduğu üçün? Ya da səni donuz halına gətirdikləri üçün , bütün qadınların fahişə olduğuna görə?” Erika başqa bir oğlan tələbəsini porno mağazasında gördüyü zaman ona bu sualı yönəldir və bu vəziyyət Erika və Uolter arasındakı münasibətlə əlaqədar düşüncələri və qadınların adətən kişilərin acınacaqlı halda davranmalarına səbəb olmaqla günahlandırıldıqlarını vurğulayır – çünki biz qadınlar çox seksualıq, çünki müəyyən bir formada geyinirik, çünki biz yox deyirik, çünki bizim istəyimiz onların istəyindən fərqlidir.

La-pianiste-AKA-The-Piano-Teacher-2001-1

Uolter və Erikanın istədiyi şeylər də  tamamilə fərqli şeylərdir.

BDSM (Bondage, Discipline / Dominance, Submission / Sadism, Masochism) haqqında anlaşılmazlıq vardır (qismən “Bozun Əlli Çaları”ndakı davranışların narahatedici dərəcədə yanlış yönləndirilmiş təsvirləri səbəbindən). Bu düşüncənin hakimiyyət altındakı şəxsin heç bir gücünün olmadığı mənasına gəldiyi zənn edilir, amma adətən əksinədir. Bütün gücə sahib olan, şərtləri və sərhədləri müəyyənləşdirən və hakimiyyətə təslim olacağı bir ssenariya hazırlayan məhz boyun əyən insandır. BDSM iki insan arasındakı güc və hakimiyyət dinamikasını kəşf etmək üçün sağlam bir yol ola bilər və daha öncə heç kimə güvənə bilməyən Erika kimi birinin özünü təslimetmə yolu ola bilər.  Fiziki olaraq anası tərəfindən məhdudlaşdırılmış və çox güman ki, atasının psixozu (həm genetik, həm də həqiqi mənada ağlında problemlərə səbəb olmuş ola bilər) tərəfindən zehnən əngəllənirdi.

Erika illər boyu Uolter kimi birisini gözləmişdir. Uolter Erikanı olduğu kimi qəbul edərək sevəcək və onun üzərində cinsi mənada necə bir hakimiyyət quracağını söylədiyi detallı uzun siyahısını (məktubunu) oxuyacaq və Erika nə istəsə edəcək mükəmməl insandır. Təslimiyyət və hökmranlıq ideyaları cinsi əlaqələrdə müstəsna deyil. Hər münasibətdə, nə qədər qeyri-müəyyən və əhəmiyyətsiz dərəcədə olsa da, disbalans vardır. İki yarı bir bütün olsun deyə özümüzdə əskik gördüyümüz şeyləri başqalarında axtarırıq. İki fərqli qütb mükəmməl bir tarazlıq yaratmaq üçün bir araya gələ bilər. Hökmranlıq və təslimiyyətdə də eyni şey keçərlidir, ancaq Erika münasibətin inam üzərində qurulması gərəkdiyini anlamamaqdadır.

CQk3A-DWIAApOen

Uolter etibarlı biri deyildir. Erikanın məktubunu oxuduqdan sonra onu danlayır və ona nə qədər iyrənc olduğunu, toxunulmağa dəyməyəcək qədər dəyərsiz olduğunu deyir. Onun bu iyrənc reaksiyası cinsi olanla olmayan arasındakı incə fərqə diqqət çəkir, çünki bəzən bu iki anlayışı psixoloji baxımdan asanlıqla qarışdırmaq mümkündür. Uolter Erikanın adını və ondan nə qədər aşağıda olduğunu deyərək onun arzularını yerinə yetirsəydi, bütün bunlar Erikanı təhrik edə bilərdi, lakin diqqətli seçilmiş bu parametrlərin xaricində, bu sözlər qarşımızdakı insanı dərindən yaralaya bilər.

Daha sonra isə olduqca xəstə bir zehinlə əlaqədar sarsıdıcı məlumatlar öyrənirik və Haneke Erikanın ruhunu cərrahi dəqiqliklə kəsir. Hekayə onunla əlaqə qurula bilməyəcək qədər spesifik görünsə də, anlayışları təxmin edə və empatiya qura bilərik. Münasibətlər inam təməli üzərində qurulur və bu duyğu olmadan sərhəd və şərtləri müəyyənləşdirmək əbəsdir. İdarə edilməyi rədd edən şeyi hakimiyyət altına ala bilməzsiniz və müəyyənləşmək istəməyəni müəyyənləşdirə bilməzsiniz. Erika nəzarət və soyuqqanlılıq mövzularında olduqca məharətli olmasına baxmayaraq, klassik təlim metodlarını rədd etdiyi üçün davamlı olaraq Uolteri lağa qoyur. Uolteri idarə edə bilmədiyində və ya istədiyini ala bilmədikdə Erika yalvararaq, söz verərək, özünü tamamilə Uolterə fəda edərək və hətta onu sevdiyini etiraf edərək çarəsiz bir qarışıqlığın içinə düşür.

bzflg4rbclleuyfyjsw7

Sevdiyimiz insan tərəfindən rədd edildiyimizdə çarəsiz davranmağa meylli oluruq. Qismən öz arzu və xoşbəxtliyimizdən əl çəkmək bahasına olsa da o insanı ətrafımızda tutmaq üçün hər şeyi edərik. Əksərən bu ümidsiz təkan üzərində durmuruq, çünki bir ləyaqətimiz vardır, digərlərinin arzularına hörmət edirik və nə qədər kədərli olsaq və qəlbimiz qırılmış olsa da müstəqil olaraq hərəkət edə bilirik. Zaman bütün dərdlərin dərmanıdır, lakin bu Erika üçün keçərli deyil. O hələ də Uolterin onun üçün mükəmməl biri olduğuna və Erikanın istəkləriylə Uolterin istəkləri arasında bir yerdə istədiyi şeyin bərabərlik olduğuna hələ də inanmaqda və buna özünü inandırmış haldadır. Uolterin ədəbsiz davranışları Erikanı səs-küy salan yeniyetmə qıza çevirmişdir və Erika həyatına davam edə bilmək üçün ehtiyac duyduğu hakimiyyətin Uolter olduğuna inanaraq onun lovğalığını səhv anlamışdır. Artıq bu, onun cinsi əlaqə yolu ilə hakimiyyət problemlərini həll etməsiylə əlaqədar deyildir. İndi Uolter hakimiyyəti əlinə keçirmişdir və buraxacaq kimi də görünmür.

Uolter Erikadan istədiyini almaqdan məmnun olsa da Erikanın arzularında Uolterin ruhuna yayılmağa başlayan bir şey vardır. Bu cinsi hakimiyyət düşüncələri yanlış əllərdə təhrif edilə bilər və Uolter kimi biri Erikanın arzularının onun idarəni əlində tuturmuş kimi hiss etməsindən və hər davranışın təsirli ola bilməsi üçün qarşılıqlı anlaşmaya dayanmasından qaynaqlandığını anlamaz. Erikanın ruhu kimi anidən onun arzusunu yerinə yetirməyə məcbur qalan Uolterin ruhu da qaranlığa bürünər. Ancaq nəticə seksuallıqdan başqa hər şeydir və Erikanın razılığı olmadan aralarındakı yekun qarşılaşma mənasız və kədərlidir. Üzü qan və yara içində olan Erika yerdə ölü kimi səssiz yatarkən, Uolter ona təcavüz edir və bədənindən istifadə edir. Necə olursa olsun, bu, olması gərəkən şey deyildir. Ancaq yenə də Uolterə görə bu, Erikanın səhvidir. Bu, onun istədiyi şey idi və Erika dayanması üçün ona yalvarsa, daha çox güc istifadə edərək davam etməsi Erikanın siyahısında açıq bir şəkildə vurğulanmışdır.

tumblr_ogmoojWeru1um2x4yo1_1280

Erika sevməyi anasının hakimiyyəti altında, Uolter isə gənc bir qadını necə yatağa atacağı mövzusunda yanlış bildiyi şeylərlə öyrənmişdir. Aralarındakı yekun qarşılaşma soyuq və kəskindir: Uolter istədiyini almış və Erikanın düşüncələri isə həmişəkindən daha çox qarışmışdır. Dayandırılmış inkişaf halında olan bu qadın artıq aralarındakı təhrif edilmiş, qarmaqarışıq və şiddətli cinsi mübadilənin bir mənası olduğuna inanır. Uolter onu xəyal belə edə bilməyəcəyi qədər kədərləndirmiş olsa da Erika seks, utanc və istismar arasındakı düyünü aça bilməz. Xəyalını qurduğumuz şeyin bəlkə də onu əldə etdiyimizdəki şeylə eyni olmadığını və xəyalın həqiqətdən daha güclü olduğu düşüncəsi Erikanın unutduğu bir şeydir, çünki o, artıq istədiyini, hətta daha pisi layiq olduğu şeyi əldə etdiyinə inanır. Bu, qurbanın özünü günahlandırmağı öyrənmə şəklidir.

Isabelle-Huppert-La-pianiste

Uolter Erikanın konsertinə gəldikdə onu çəkinmədən görməzdən gələr və Erika da qəlbinə xəyanət etməyi rədd edən bəmbəyaz üzlə sakitcə çantasından bıçağı çıxarıb sinəsinə sancdığında eyni şəkildə davranır. Bu, bəsit bir “nə halın varsa gör” müdafiəsidir. Uolter heç vaxt Erikanın özünü incitdiyini bilməyə bilər, lakin bıçağı sinəsinə qorxusuzca sancması əhəmiyyətli davranışdır. Bu onun üçün bir növ etibarını geri qazanmaq, ona və özünə nə qədər incindiyini göstərə bilmək və ruhundakı yaranı bədənindəki ilə dağlamaqdır. Anlıq və şiddətli bir metodla Erika zədələnmiş münasibətlərinə son vermiş və son sözü söyləmişdir. Özünüzə hücum edərkən necə qurban ola bilərsiniz?

Tərcüməçi: Taedium Vitae

Mənbə: http://birthmoviesdeath.com

Advertisements