Search

Taedium Vitae

Month

June 2017

Pandoranın qutusunda nə var idi?

Pandora-mini
Pandora. Con Villiam Vaterhaus // wikimedia.org

Antik yunan mifologiyasında yazıdan əvvəlki dövrdə yaranan şifahi rəvayətlərdə miflərin üzünü köçürən və ya onları yenidən danışan istənilən kəsin özünün məkan və zaman daxilindəki yerini göstərməyə məcbur olması kimi bir quruluş mövcud idi. Elə Pandora mifinin məzmununu açmağa çalışan bizlər də hekayətçi – mən – və oxucuların mövqeyini müəyyənləşdirməyə məcburuq. Beləliklə, nə üçün biz Pandora haqqında mifin hansısa təfərrüatlarını öyrənməyi vacib hesab edirik?

Təəssüflər olsun ki, cavab xoşunuza gəlməyəcək. Biz hələ də patriarxlıqdan, ənənəvi deyə təbir edilən dəyərlərdən – güclünün haqqı, qüvvətli insanın hökmranlığı, insanın təbiətdə və kosmosda mövcudluğunun inkişafı və genişləndirilməsi kultu – humanitar dəyərlərə – zəiflər, təqibə məruz qalanlar, yoxsul və xəstələrə hörmət, gücə yox, insanpərvərliyə əsaslanan münasibətlər, sürgün olunmuşların hüquq və imkanlarının böyüməsi – keçid dövründə yaşamaqdayıq.

Pandora isə əsas olmasa da, hələ bitməyən, xoşbəxtlikdən, bizi də bitirməyən dünənki günün sülhə gələn başlıca qəhrəmanlardan biridir. Continue reading “Pandoranın qutusunda nə var idi?”

Çay / Xulio Kortasar

16996403_1374519419236758_7180043296601565474_n”Oyunun sonu” kitabından hekayə

Yaxşı, tutaq ki, sən özünü  Sena çayına atacağına söz verdin, ya da nəsə belə bir şey və çıxıb getdin, gecə vaxtı əzik-üzük döşəkağı üstündə dil dolaşa-dolaşa deyilən həmişəki adi səfehliklər, mənsə onları güclə eşidirəm, yüngül toxunuşlarınla diqqətimi çəkməyə çalışsan da, çoxdandır sözlərinə biganəyəm, onlar bağlı gözlərimdən, yuxumdan da o tərəfə sürüşərək məni harasa aşağı dartırlar. Bir tərəfdən də bəlkə elə belə yaxşıdır, mənə nə, getmisən, ya batmısan, yoxsa hələ də sahil boyu gəzərək suya baxırsan, həm heç elə də deyil, axı sən hələ burdasan və yuxuda ağır-ağır nəfəs alırsan, axı getməmisən, getmək istəyirdin, gecənin ortası, yuxu məni əldən salmışdı və yadımdadır ki, Senaya atılmağa hazırlaşırdın və qorxurdun, amma sonra fikrini dəyişdin, indi yanımdasan, yuxuda titrəyirsən, sanki necə getdiyini, sahilə necə çatdığını və suya necə atıldığını yuxuda görürsən. Və hər dəfə də belə, sonra ağlamaqdan şişmiş gözlərin, sonra yuxuya gedirsən və səhər saat on birə qədər yatırsan, gecə doğrudan da suda  boğulanlar haqqında xəbər yayan qəzetlər paylanılana kimi. Continue reading “Çay / Xulio Kortasar”

Mələk / Leonid Andreyev

17342972_1067323140039765_4795022852274826774_n
I

   Hərdən Saşka həyat adlanan bütün şeylərdən imtina etmək istəyirdi. Səhərlər içində nazik buz halqaları üzən su ilə yuyunmasın, gimnaziyaya getməsin, orda hamının onu necə danladığını eşitməsin, anası onu axşamlar dizi üstə qoyanda belində və bütün bədənindəki ağrıları hiss etməsin. Lakin on üç yaşı olduğundan və insanların özləri istədikdə həyatdan necə imtina etmək vasitələrini bilmədiyindən gimnaziyaya getməyə və dizi üstə dayanmağa davam edirdi və ona elə gəlirdi ki, həyat heç vaxt bitməyəcək. Bir il keçəcək, sonra biri də, sonra yenə, o isə elə gimnaziyaya gedəcək və evdə dizləri üstə dayanacaq. Saşka boyunəyməz və cəsur ürəyə sahib olduğundan, pisliyə göz yuma bilmirdi və həyatdan intiqam alırdı. Bu məqsədlə də yoldaşlarını döyürdü, müdirə qarşı kobudluq edirdi, dərsliklərini cırırdı və bütün günü gah müəllimlərinə, gah da anasına yalan danışırdı. Bircə atasını aldatmırdı. Davada burnu azacıq zədələnəndə onu qəsdən lap çox qopardırdı və elə möhkəm qışqırırdı ki, hamı xoşagəlməz hisslər keçirirdi, üz-gözünü turşudurdu və qulaqlarını tuturdu.  Necə lazımdır bağırdıqdan sonra dərhal susurdu, dilini çıxardırdı və qaralama dəftərində özünün necə qışqırdığını, qulaqlarını tutan nəzarətçini və qorxudan tir-tir əsən qalibi göstərən karikatura çəkirdi. Bütün dəftər karikaturalarla dolu idi və ən çox gombul və balacaboy qadının kibrit çöpü kimi arıq oğlanı oxlovla döydüyü rəsm təkrar olunurdu. Aşağıda böyük və əyri-üyrü hərflərlə yazılmışdı: “Üzr istə, küçük”. Və cavabında da: “Lap partlasan da istəməyəcəm” . Bayramdan əvvəl Saşkanı gimnaziyadan qovdular. Anası buna görə onu döyəndə, anasının barmağını dişlədi. Bu, ona azadlıq verdi, daha səhərlər yuyunmurdu, bütün günü uşaqlarla o yana – bu yana qaçırdı, onları döyürdü. Bircə aclıqdan qorxurdu, anası daha ona yemək vermirdi, atası onun üçün gizlincə çörək və kartof saxlayırdı.  Belə şərtlərlə yaşamağı Saşka dözülən hesab edirdi. Continue reading “Mələk / Leonid Andreyev”

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: