Pandora-mini
Pandora. Con Villiam Vaterhaus // wikimedia.org

Antik yunan mifologiyasında yazıdan əvvəlki dövrdə yaranan şifahi rəvayətlərdə miflərin üzünü köçürən və ya onları yenidən danışan istənilən kəsin özünün məkan və zaman daxilindəki yerini göstərməyə məcbur olması kimi bir quruluş mövcud idi. Elə Pandora mifinin məzmununu açmağa çalışan bizlər də hekayətçi – mən – və oxucuların mövqeyini müəyyənləşdirməyə məcburuq. Beləliklə, nə üçün biz Pandora haqqında mifin hansısa təfərrüatlarını öyrənməyi vacib hesab edirik?

Təəssüflər olsun ki, cavab xoşunuza gəlməyəcək. Biz hələ də patriarxlıqdan, ənənəvi deyə təbir edilən dəyərlərdən – güclünün haqqı, qüvvətli insanın hökmranlığı, insanın təbiətdə və kosmosda mövcudluğunun inkişafı və genişləndirilməsi kultu – humanitar dəyərlərə – zəiflər, təqibə məruz qalanlar, yoxsul və xəstələrə hörmət, gücə yox, insanpərvərliyə əsaslanan münasibətlər, sürgün olunmuşların hüquq və imkanlarının böyüməsi – keçid dövründə yaşamaqdayıq.

Pandora isə əsas olmasa da, hələ bitməyən, xoşbəxtlikdən, bizi də bitirməyən dünənki günün sülhə gələn başlıca qəhrəmanlardan biridir.

John_Flaxman_-_Pandora_Attired
Con Flaksman // wikipedia.org

Pandora haqqında mif.

Hesab edilir ki, Pandora haqqında mif hansısa şərq əfsanələrinin çox gec işlənməsidir (reproduksiyasıdır), hansı ki Qesioda elə güclü təsir göstərir ki, o, həmin mifi yunanların əsas rəvayəti – dünyanın yaranmasına calamağa qərar verir. Və o, Pandorada təcəssüm olunan “şahanə şər” nağılını uydurur.

Pandora adlandırdı bu qadını ölməzlərin carçısı,
zira Olimp evlərinin sakini əbədi tanrılardan,
məhvə məhkum yırtıcı ərlərə bəxş etdi hər biri öz sovqatını
Hiyləgər, ölümcül niyyəti o, icra edərkənə,
öz hədiyyəsin şanlı Arqoqatilə, ölməzlərin elçisinə,
aparmağı buyurdu valideyni Epitemeyə…

(Qesiod. Əmək və günlər.)

Qesiodun saxtakarlıqla həmsərhəd olan bu yenilikçiliyini nə ilə müqayisə etmək olar? Təsəvvür edin, müasir cəmiyyətin probleminə işıq salmaq niyyətində olan kimsə birdən elan edir ki, hər şeyin səbəbi moda sənayesi və intim xidmətlərdir: moda sənayesi içlərindən ölümcül ifrat arıq modellər kultu çıxan manekenləri yaratdı, digəri isə, guya ki, əsl qadınla əlaqədə olmaqdan ehtiyatlanan zənginlər üçün psixomatik məşqlər keçirən şişmə rezin qadınlar törətməyi öyrəndi. Maraqlıdır, lakin çox da inandırıcı deyil.

William_Etty_-_Pandora_Crowned_by_the_Seasons_1823-1824
“Pandoranın tacqoyma mərasimi” Uilyam Etti // wikimedia.org

Pandoranın doğuluşu.

Belə, Pandora öz özünə yaranmadı. Qədim ivrit mifologiyasından bizə tanış olan, ən birinci və ya ən dərrakəli insanı yoldan çıxartmaq məqsədilə, xüsusi olaraq, ilahi tərəfindən yaradılan qadın kimi.

Məxsusi planı olmadan Adəmi nazil edən tanrı, layihəsini başa çatdırmağa özünü borclu hiss edir. Beləcə, əgər Liliti[1] nəzərə almasaq, ilk qadın – Həvva meydana gəlir. Yunan Zevs[2] isə insanlar (kişilər) üçün odu oğurladığına görə titan Prometeydən [3]qisas almağa hazırlaşırdı və öz istedadlı oğlu Qefestə[4] insanın, az qalsın, tükənməz imkanlarını hüdudlayacaq varlıq yaratmağı tapşırdı.

O, öz məqsədinə iki hiylə hesabına çatdı. Əvvəla, Troya müharibəsi gedişatında effektivliyi təsdiqini tapmış, insanlar və tanrılar arasındakı əlaqəni birdəfəlik qırmış o olmazın qadın gözəlliyi. Xatırlamaq yerinə düşər ki, Qefest atasının xalası Afroditanın[5] – gözəl ilahələrin ən qısqanılanı, lakin ən dəyərlisinin əri idi. Elə buna görə də, arvadının nəvəsi yaşındakı bacısı oğlu Qefest, Afroditaya bəslədiyi yalnız bütün ehtirasını deyil, həm də bütün qısqanclığını Pandoraya da məxsus etdi.

Pandoranın günahları.

Pandoranın küt kişi qəbiləsində qarşısıalınmaz və doyuzdurulmaz şəhvət oyadan cazibəsi, bir növ, tanrı və insanları istənilən maraqlı işdən yayındırmağa qadir Qefestin anasından kopyalanmışdır.

Bununla belə, hətta bu xüsusiyyət də dözülə bilən olar və kişi dünyasına əsaslı itkilər bahasına başa gəlməzdi, əgər Qefestin hazırlamış olduğu qadın müəyyən qaydalara əməl etsə idi. Bunun əvəzinə və Ledanın qoyduğu yumurtadan çıxan Yelenadan[6] fərqli olaraq, Pandora dörd günahla yüklənmişdi: tənbəllik, maraq, qısqanclıq və intiqamçılıq.

Aydındır ki, beşinci günah digər dörd günahın bir-biri ilə hər hansı harmoniyadan məhrum olması idi: biz artıq bu dəstgahda eyni zamanda həm həqarətli, həm istəkli, təhlükəli və nədəsə kişilərin “yaşlı yarımnöv”ünü üstələyən qadına qarşı bioloji kölə münasibətini müəyyən edən səciyyəvi kişi stereotiplərinə rast gəlirik.

Prometey haqqında mif.

Pandora_dan_Prometheus
Prometey və Pandora.  Cohann David Şubert  // wikimedia.org

Nə qədər ki Prometey qardaşı Epimeteylə birgə insan yaradırdı, texniki tapşırığın bəzi şərtlərinə riayət etmək mümkün olmadı. İlk öncə Prometey yalnız bir çıxış yolu tapdı: mövcud modeli nümayiş etdirmək üçün sınaq şərtlərini dəyişmək.

İnsan məxluqunun öz gücü hesabına dəf etməli olduğu bütün zəiflik və xəstəliklər, ehtiras və qorxuları Prometey tədricən dərin bir pifosda (çəlləkdə) gizlətdi. İnsanın şüurlu varlıq kimi hərəkət etməsinə mane olan şövq və qadalara ifrat xülyaçılıq da aid idi. Və insanın bu qeyri-real arzulara meylini Qefest özünün xüsusi saxlancına yerləşdirdi. Yalnız çəllək daşmağa başladıqda Prometey anladı ki, insan yoxlanışdan ancaq daxili resursları hesabına keçə bilməyəcək və xilqətini ilahi atəşlə – o atəşlə ki nə Zevs, nə də Prometey olardı – təchiz etmək qərarına gəldi.

Prometey başa düşürdü ki, əgər Zevs Prometeyi o, tanrı olduğu üçün məhv edə bilmirsə, onda onun xilqətini öldürməyin bir yolunu mütləq tapacaqdır. Qesiod Zevsin məhz hansı yolla istəyinə nail ola biləcəyinin əyan olub-olmadığına aydınlıq gətirmir, amma mifin hamıya məlum və hamı tərəfindən qəbul olunmuş versiyası belədir:
Prometey Epitemeyə Zevsdən heç bir bəxşiş götürməməsini buyurur. Bununla belə, Zevs təzə-tər Pandoranı birbaşa Epimeteyin yanına göndərir, özü də çapar və tacirlərin tanrısı Hermesin[7] müşayiəti ilə. Prometey tərəfindən xəbərdar edilən Epimetey ərməğanı qəbul etməkdən boyun qaçırdıqda, Zevs qəzəbdən gözü dönmüş vəziyyətdə Qefestə indiki Qafqaz dağları bölgəsində qartalın hər qidasından sonra gecəylə yenidən və yenidən əmələ gələn ölməz ciyərini diddiyi Prometeyi zirvələrdən birinə buxovlamaq əmrini verir.

Daha çox Zevsi, nəinki Prometeyi xarakterizə edən bir maraqlı təfsilat da vardır. Epimeteyin gözünü qorxutmaq və digər tanrıları aldatmaq niyyəti güdən Zevs Prometeyi Afinayla yaxınlaşmaq arzusunda olduğuna görə günahlandırdı, görünür, Prometeyi elə Afina tələyə salmışdı, belə ki, Prometey onu gözlədikləri Olimpdə deyil, Qafqazda özünü tapdı. Süjetdəki bu dəyişiklik xüsusən diqqət çəkicidir: Prometeylə Afinanın görüşü heç cür baş tuta bilməzdi, lakin bu şayiənin sətiraltı mənasında tanrıların cidd-cəhdlə xilas etmək istədikləri ideal insanın uğursuz yaradılışı fikri gizlənirdi.

Guşənişin-qardaşın hansı bəlaya düçar olduğunu görən Epimetey Zevsin sovqatını rədd etməməyi və Pandoranı arvadı qismində qəbul etməyi qərara aldı.

 

Pandoranın qutusu açıldı.

Pandora_Opens_The_Box
Pandora qutunu açır. // wikimedia.org

Deyildiyi kimi, tənbəl, amma maraqlı Pandora tezliklə pifosa (çəlləyə) çatdı və artıq onun adını daşıyan şeylərdən heç olmasa nəyisə gələcəkdə yararlanmaq məqsədilə oradan öz piksidinə (qutusuna) yerləşdirməyə çalışdı. Pandora çəlləyin qapağını açaraq Qefestin bir yerə yığmış olduğu Prometey “insan”ının bütün xətalarını azadlığa çıxartmış oldu. Yalnız Hermesin müdaxiləsi ilə qutunun ağzını möhürləyərək nəyi isə saxlamağa müvəffəq olundu.

Amma yenə də, insanı bu günə kimi də izləyən Prometeyin pifosunda və Pandoranın piksidində gizlənmiş fəlakətlər – cavanların fikirləşmədən, ahılların dəlicəsinə yetişdirdikləri dəlilik və rəhmsizlikdən, xəstəlik və günahlara qədər – çölə çıxmış oldu və hələ də sakitləşmək nədir bilmir.

Pandora haqqında mif antifeministik pritça kimi.

Yazıçı və mifoloq Robert Qreyvs əmin idi ki, bütün bu hekayə əsl mif yox, antifeministik pritçadır, həm də istisna deyil ki, Demofont və Fillidin tarixinin əsasında olsa da, Qesiodun özü tərəfindən uydurulmuşdur. Qreyvs Pandoranı Afinada və daha haralardasa sitayiş edilən Yer tanrıçası Reya[8] ilə eyniləşdirir. Bədbinliyə köklənmiş Qesiod Reyanı insanın məhz onun günahı ucbatından ölümlü olmasında, insanın həyatda pis əməllərə məruz qalmasında, arvadların ərlərinə xəyanətə meyilli olmasında suçlayırdı.

Demək olar ki, Pandora mifi “lazımi sınaqlardan keçmədən istehsala buraxılmış təhlükəli və divanə qadının” məharətlə hörülmüş ideoloqemasıdır.[9] Qesiodun Pandoraya həsr edilmiş şeirlərinə şərhlərdə ən ibtidai qadın düşməni ideologiyasını kainatın ilk antropoloji dövrləşdirmə cəhdləri ilə barışdırmaq istəyi hiss olunur.

Bu dövrləşməyə istinadən, ilk insan məhsulu Attikada yığılır, ilk adam Alalkomeney isə birbaşa Zevs və Qeranın[10] məiyyətində peyda olur, onların bütün mübahisələrini həll edir və hətta Afinanı da körpəliyində tərbiyələndirirdi.

Hər halda, biz Afinanın atasının başından tam yetkin formada doğulduğunu xatırlayırıq. Zevs, bundan az bir müddət əvvəl, öz hamilə sevgilisi Metidanı onların ortaq oğullarının Kronosu[11] devirə biləcəyindən ehtiyat edərək diri-diri udmuşdu. İlk insan nəsli Zevsin atası Kronosa tapınırdılar, hərçənd heç bir qurban vermirdilər, onlar veqeterian idilər, şad-xürrəm ömür sürür, yaşlanmır və ölüm əvəzinə xoş bir röyaya dalırdılar. Qızıl nəsil hələ indiyənəcən hansısa yolla insanlığı səadət dolu yuxularda müşayiət edir. Bu nəslin mübarək təmsilçiləri həqiqətpərəstlər və ədalət müdafiəçiləri hesab edilir.

Digər tərəfdən, bir çox arxaist və mühafizəkara Qesiodun niyyəti – qadın düşmənçiliyi yaxındır və daha irəliləyən zamanlarda daima, təbiri caizsə, Qesiodun mifi ilə yaşayan filosoflar yaranmaqdadır. Alman filosof-pandoriançı Artur Şopenhauer belələrindəndir.

Qəhrəmanlıq eposu.

Qesiod və onun şərhçiləri gümüş əsri insanlarını “ana uşaqları” adlandırırlar, onlar hər şeydə qadınlara o dərəcədə itaət etməyə alışmışdılar ki, yalnız sızlama və … ilə ad çıxarmışdırlar və nəticədə Zevs onların hamısını viran qoyur. Gümüşü insanların Roma imperiyası və sonda əvvəlki axırıncı Çar Rusiyasındakı “gümüş dövr” insanları ilə oxşarlığına dair Qesiod heç nə demir. Gümüşülərin ardınca gələn bürünc nəsil artıq silahla davranmağı bacarırdı, onların rəşadəti qəddarlıqlarının mənbəyi idi və onları da vəba yer üzündən sildi.

Dördüncü, qəhrəman adlandırılan, bürünc dövrü insanını əvəzləyən nəsil tanrı və tanrıçalar, kişi və qadınların qarışıq ittifaqından əmələ gəlmişdi. Qəhrəmanlıq eposu onların hekayəsidir. Hərbi və siyasi şöhrət onlara ölümdən və mübarəklərin adasına göndərilməzdən öncə qohum qətlləri, insest, insan oğurluğu və s. ilə ad çıxarmağa maneə törətmədi.

Qəhrəmanlıq eposu çox davam edə bilməzdi, çünki elə o dövrün lap başlanğıcında Zevs Pandoranı yaratmaq əmrini vermişdi. Pandoranı kütbeyin Epimeteylə görüşə müşayiət edən Hermes, bir çox araşdırmaçıların nəzərinə görə, insanlar və tanrıların, ələlxüsus, yalançılıqda son dərəcə oxşar olan Hermes və Pandora kimilərin bir-birilərinə qarşı münasibətdə bəsləyə biləcəkləri yeganə hiss – fundamental etimadsızlığın alleqoriyasıdır. Unutmayaq ki, Hermes müntəzəm olaraq Persefonanı[12] Aiddən[13] anasına, sonra yenidən geriyə, yeraltı krallığa aparırdı. Evridikanı[14] da əvvəlcə Orfeyə, sonra əks istiqamətdə ötürürdü Hermes-psixopamp (yəni ruhu son mənzilə yola salan).

Qəhrəmanlıq eposu insanlarının faciəsi ondadır ki, onlar Pandoraya yerləşdirilmiş daimi yozulmaya möhtac, güclü erotik mənbəni fərqində olmadan dərk edirdilər. Bu “Pandora” nə olan şeydir? Bu həm də odur ki, qəhrəmanlıq dövrünün rasional insanı onun naminə “hər şey”indən keçməyə hazırdır. Elə buna görədir ki, Hermes Pandoranı Epimeteyin yanına qədər müşayiət edir. Bu müəmmalı cütlüyün funksiyası barədə növbəti əsrin yapıq insanından qaynaqlanacaq təhlükəni hiss edən Erix Fromm, tənqid etdiyi Ziqmund Freyd kimi mühakimə yürüdür.

Bəli, bütün bu nəsilləri yeni, əsas xarakteristikası cinayət aktları deyil, əsrimizin kollektiv qeyzli yalanı olacaq dəmir insanlar əvəzləyəcək. Buna görə də ikili, hətta üçlü rekursiyada[15] təcəssüm olunan Pandoranın həsədlə gözlədiyimiz xəbərlərinə marağımızda təəccüblü heç nə yoxdur. Bu marağımız inkişaf etmiş dövlətlərdə belə zaman-zaman baş verən, əksər yerlərdə isə kədərli normaya çevrilmiş qadın düşmənçiliyinin qığılcımları ilə xüsusən alovlanmışdır.

Dante_Gabriel_Rossetti_-_Pandora_-_1869
Pandora. Dante Qabriel Rozetti // wikimedia.org

Müəllif: Həsən Hüseynov

 

[1] Adəmin ilk arvadı https://taediumvitaeblog.wordpress.com/2016/02/20/lilit-%C9%99fsan%C9%99si/

[2] Səma və şimşək tanrısı, Olimpin əsas tanrılarından biri.

[3] Titan. İnsanların müdafiəçisi. Zevsin əmisi oğlu.

[4] Zevsin oğlu. Ən mahir dəmirçi.

[5] Gözəllik və sevgi tanrıçası. Zevsin qızı.

[6] Zevsin qızı.

[7] Ticarət tanrısı. Zevsin oğlu.

[8] Zevsin anası.

[9] Siyasi termin, hər hansı bir ideologiyanın tərkib hissəsi, ideoloji sistemin elementi.

[10] Zevsin arvadı.

[11] Zevsin atası.

[12] Bərəkət tanrısı. Zevsin qızı. Aidin arvadı.

[13] Ölülər səltənətinin baş tanrısı. Zevsin qardaşı.

[14] Əfsanəvi lira ifaçısı Orfeyin arvadı.

[15] Hər hansı bir obyetk/prosesin, həmin obyekt/prosesin öz daxilində təyini və təsviri.

Tərcümə: Turan Qasımov

Mənbə: www. postnauka.ru

Advertisements