Search

Taedium Vitae

Month

July 2017

Henri Bell / Mənim qəmgin üzüm

17499131_1077562575682488_3955591987665897186_n

Limanda dayanıb qağayılara baxanda mənim qəmgin üzüm bu məhəllədə növbədə olan polisin diqqətini çəkdi. Fikrim bütünlüklə quşların yanında idi, onlar gah havaya qalxır, gah da qida axtarmaq üçün suya enirdilər. Liman bomboş idi, neftlə çirklənmiş, üstü qatı yağ təbəqəsi ilə örtülmüş yaşılımtıl suda hər cür zir-zibil üzürdü, bir dənə də olsun paroxod görünmürdü, qaldırıcı kranlar pas atmışdı, anbar əraziləri uçulub sökülmüşdü, limanın qaranlıq xarabalıqlarında hətta siçovullar da gözə dəymirdi, ətrafda tam sakitlik idi. Artıq uzun illər idi ki, ətraf aləmlə hər cür əlaqə kəsilmişdi.

Bir qağayı seçib onun uçuşunu izləməyə başladım. Fırtınanı hiss edən ürkək qaranquş kimi o, suyun üzərindən lap aşağıdan uçurdu və hərdən cürətlənərək çığırtı ilə yuxarı qalxıb öz yoldaşlarına qoşulurdu. O an məndən nə istədiyimi soruşsaydılar, ancaq çörək arzulayardım. Onu qağayılara yedirdərdim, qırıntıları atardım və ağ nöqtələrlə quşların nizamsız uçuşunun istiqamətlərini müəyyənləşdirib məqsədlərindən xəbər tutardım. Continue reading “Henri Bell / Mənim qəmgin üzüm”

Advertisements

“Noviembre” filmindəki tamaşa siyasəti – “Sənət içində gələcəyi barındıran silahdır”

 

“Bizlər sənətin qəlbləri dəyişə biləcəyinə və onlara güç verə biləcəyinə inanırıq. Sənət insanlara yaşadıqlarını hiss etdirə bilər. Sənət qadının və kişinin ruhuna çata bilər. Sənət cəmiyyətə şüur gətirər. Bizləri daha yaxşı fərdlər halına salar. Sənət dünyəvi ola bilər. Sərhədsiz, hər cür dindən və irqdən azad. Sənət bir silah ola bilər. Lakin bir dekorasiya qətiyyən! Gerçək bir silah! Hədəf vurulmalıdır.”

– Alfredo

Capture

Bağırtılar və nəfəs kəsilməsini müşayiət edən qaranlıq, ağ-qara bir silah görüntüsü. Bir əl atəş, öldürücü bir silah yox, bədii bir tamaşanı sərgiləyən tapança lüləsindən bir kağız partlaması. Bu, Achero Manas’ın rejissoru olduğu, nisbətən az bilinən və İspaniya kinematoqrafiyasının bir örnəyi kimi tədqiq edilmiş Noviembre (2003) filminin açılış səhnəsidir. Olduqca qısa olmasına rəğmən bu giriş səhnəsi mikrokosmik olaraq tamaşanın və gündəlik həyatın qarışımı və təmsillə gerçəklik arasındakı əlaqəni ehtiva edən bir bütün olaraq filmin açar mövzuları və ideyalarını formalaşdırır. Noviembre dessertasiya fəsillərimdən birinə əsasən hazırda üzərində işlədiyim filmlərdən biridir və bu yazı mənim üçün film haqqında daha ətraflı düşünə bilməyim üçün bir başlanğıc nöqtəsidir. Aşağıda, Noviembre’nin nəzərdə tutduğu tamaşa mirası ilə bərabər, filmin tamaşaçılıq siyasəti üzərinə yansımasını dəyərləndirəcəm. Bu yazının ardında, filmdə tamaşaçılıq etikasını və sağaldıcı potensialını daha da açmağa və bu baxımdan ölümü əhatə edən anları analiz etməyə can atıram. Noviembre bir filmdən daha çox, sənətin radikal potensialı haqqında, sadəcə XXI əsrin İspaniyasının deyil, eyni zamanda daha geniş mənada qloballaşan dünya haqqında da güclü siyasi bəyanat yaradan bədii manifestdir.

Continue reading ““Noviembre” filmindəki tamaşa siyasəti – “Sənət içində gələcəyi barındıran silahdır””

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: