“Bizlər sənətin qəlbləri dəyişə biləcəyinə və onlara güç verə biləcəyinə inanırıq. Sənət insanlara yaşadıqlarını hiss etdirə bilər. Sənət qadının və kişinin ruhuna çata bilər. Sənət cəmiyyətə şüur gətirər. Bizləri daha yaxşı fərdlər halına salar. Sənət dünyəvi ola bilər. Sərhədsiz, hər cür dindən və irqdən azad. Sənət bir silah ola bilər. Lakin bir dekorasiya qətiyyən! Gerçək bir silah! Hədəf vurulmalıdır.”

– Alfredo

Capture

Bağırtılar və nəfəs kəsilməsini müşayiət edən qaranlıq, ağ-qara bir silah görüntüsü. Bir əl atəş, öldürücü bir silah yox, bədii bir tamaşanı sərgiləyən tapança lüləsindən bir kağız partlaması. Bu, Achero Manas’ın rejissoru olduğu, nisbətən az bilinən və İspaniya kinematoqrafiyasının bir örnəyi kimi tədqiq edilmiş Noviembre (2003) filminin açılış səhnəsidir. Olduqca qısa olmasına rəğmən bu giriş səhnəsi mikrokosmik olaraq tamaşanın və gündəlik həyatın qarışımı və təmsillə gerçəklik arasındakı əlaqəni ehtiva edən bir bütün olaraq filmin açar mövzuları və ideyalarını formalaşdırır. Noviembre dessertasiya fəsillərimdən birinə əsasən hazırda üzərində işlədiyim filmlərdən biridir və bu yazı mənim üçün film haqqında daha ətraflı düşünə bilməyim üçün bir başlanğıc nöqtəsidir. Aşağıda, Noviembre’nin nəzərdə tutduğu tamaşa mirası ilə bərabər, filmin tamaşaçılıq siyasəti üzərinə yansımasını dəyərləndirəcəm. Bu yazının ardında, filmdə tamaşaçılıq etikasını və sağaldıcı potensialını daha da açmağa və bu baxımdan ölümü əhatə edən anları analiz etməyə can atıram. Noviembre bir filmdən daha çox, sənətin radikal potensialı haqqında, sadəcə XXI əsrin İspaniyasının deyil, eyni zamanda daha geniş mənada qloballaşan dünya haqqında da güclü siyasi bəyanat yaradan bədii manifestdir.

Familia kimi Noviembre də aktyorluq və tamaşa vasitəsilə təmsil ilə gerçəklik arasındakı əlaqəni əyləncəli bir şəkildə sorğulayır. Hər iki film də bir aktyor qrupuna fokuslanır, fəqət Familia doğum günündə ailəsini təqlid etmək üçün orta yaşlı bir adam tərəfindən işə götürülmüş aktyor qrupuna fokuslanmışkən, Noviembre müstəqil və interaktiv küçə teatrı vasitəsilə sənətin inqilabi potensialını ortaya çıxarmaq istəyən yaradıcı gənclərdən ibarət bir qrupa fokuslanır. Film baş qəhrəman Alfredo (Óscar Jaenada) və yoldaşlarını izləyərək tamaşa parçalarını və inkişafda olan şəxsi əlaqələri sənədləşdirir və hər ikisi də film irəlilədikcə daha dramatik və şiddətli hal alır. Bədii olmasına baxmayaraq, film özünü sənədli film kimi təqdim edir və film boyunca baş qəhrəmanların orta yaşlı şəxslər olaraq gələcəkdə qeyri-müəyyən ana aid repartajları səpələnmişdir. Beləliklə, Noviembre filmində tamaşa bir çox metasinematik səviyyədə çıxış edir.

Noviembre-Qızğın-Leydi
“Qızğın Leydi”

Teatrı küçəyə daşıma fəlsəfəsilə Alfredo və Noviembre’dəki həmkarlarının çıxışları açıq şəkildə Demokratiyaya keçid qalıntılarının və bu qarışıq siyasi dövrdə ortaya çıxan əks mədəniyyətin altını cızır. Bir misal və dəqiq istinad, işləri və həyatı ilə Ocana adlı kult sənədli filmin mövzusu olan Əndəlüslü performans sənətçisi və rəssam Jose Angel Perez Ocana’dır. (Katalan teatr rejissoru və kinorejissor Ventura Pons tərəfindən çəkilmiş sənədli film “Ocana: An Intermittent Portrait”). Alfredo və digərləri çıxışlarını bir teatrla çərçivələmək əvəzinə, Madrid küçələrində müxtəlif obrazlara bürünərlər. Filmdə Alfredonun qadın dostlarından biri “La dama caliente” (Qızğın Leydi), Ocana’nın tamaşalarına açıq bir hörmət işarəsi olaraq geydiyi alt paltarlarını ortaya çıxarmaq üçün ətəyini qaldırır. Digər çıxışlar arasında sirk təlxəklərini andıran libaslar geyən və qrim edən qrupun Madrid metrosunda sərgilədikləri musiqili tamaşa “Punkis alerges” (“Xoşbəxt Punklar”),

Noviembre-Xoşbəxt-Punklar
“Xoşbəxt Punklar”

anaları rolunu oynayan qadının könülsüzcə sənətçi dostlarını izləyib azarladığı, qırmızı rənglə bədənlərini boyamış və böyük bədən uşaq bezləri geymiş halda olan oğlanların küçələrdə üsyan çıxardığı “Querubines del demonio” (“Şeytanın Karvanları”),

Noviembre-Şeytanın-Karvanları
“Şeytanın Karvanları”

və gənclərin qaraçı, narkotik aludəçisi və şikəst obrazlar da daxil olaraq  cəmiyyətin xaric etdiyi yadlar olaraq geyinib Madrid şəhərinin mərkəzində diləndiyi “Los olvidados” (“Unudulmuş”) tamaşaları vardır. Teatr müdaxilələri gedərək daha da cəsur hal aldığında, qrup onları həbs edən və tamaşalar üçün istifadə etdikləri əşyaları (aksesuar, dekorasiya, kostyum) dəfələrlə əllərindən alan polislərlə davamlı problemlər yaşamağa başlayır. Qrupun teatr məkanını pozması və gerçəklə təmsili qarışdırma cəhdləri sadəcə tamaşaların kökündəki əxlaqi, siyasi və hətta inqilabi potensialı birləşdirərək yerli hakimiyyətə təhdit olduğunu göstərmişdir.

Teatr prinsiplərinin əsas təlimlərindən birinə Madriddə EL Prado muzeyindəki bir anda vurğulanan tamaşaçı iştirakı daxildir. Səhnə Diego Velazquez’in Las Meninas’ına (“Freylinalar” 1656) yaxın çəkimlə başlayır və burada Familia filminə işarə vardır. Alfredo və Lucia rəsmin önündə dayanırlar. Bir-birlərinə sakit tonlarda başlayan və getdikcə təhqir içərən bir sıra sözlər deyərlər və Alfredo Lucianı qucaqladıqdan sonra özünü yaxşı hiss etmədiyini və başının döndüyünü deyir. Yerə yıxılır və vücudu idarəsiz bir şəkildə çırpınır. Lucia muzey rəhbərlərindən kömək istəyəcəyini bildirərək onu rahatladır. Kamera vücuduna yaxınlaşır, üzünü daha da yaxınlaşdırır. Alfredo isə başını çevirir, gözlərini açır və Luciaya dil çıxarır. Bu hərəkət başqa bir tamaşa yaratmış olur. Muzeyi tərk edərkən Lucia Alfredoya əsəbləşir. Orta yaşlı Lucia bu andan etibarən tamaşa qruplarında “sənədli teatr”ın doğulduğunu xarici səs olaraq tamaşaçıya söyləyir.

Las-Meninas-Freylinalar
“Las Meninas” (Freylinalar)

Velazquez’ə  istinad heç vaxt təsadüfi deyildir. Familia analizində dilə gətirdiyim kimi [1], Velazquez’in Las Meninas’ı təmsil və gerçəklik arasındakı uçurumu göstərərək perspektiv və təmsil ilə oynayır. Daha da önəmlisi, Las Meninas ilə Noviembre’nin ortaq nöqtəsi izləyici və tamaşaçının davranışırdır. Velazquez’in əsərləri görünməzliyin rəssam üçün görünən olmasını, amma özü üçün həmişə görünməz olan bir surətə çevrildiyini görən tamaşaçını sorğulayar. Bənzər şəkildə, Alfredo və Noviembre’dəki yoldaşları tərəfindən yaradılan çıxışlar, hər günkü ssenarilərdə, xəbərsiz tamaşaçı yaratmaqla maraqlanırlar. Hər iki vəziyyətdə də, tamaşaçılar əsərlərin bir hissəsi halına gəlir, estetik sahədə aktiv iştirakçı olurlar. Las Meninas ilə Noviembre’dəki çıxış parçaları və filmin özü dinamik, əxlaqa söykənən və siyasi cəhətdən şüurlu bir görüntüləmə formasında olan izləyici rolunu tələb edir.

Bu vəzifə ən çox filmin son səhnəsində üzə çıxır. Dövri hərəkət bizi açılış səhnəsinə geri gətirir, Noviembre’nin dramatik sonu tapançanın bir əl atəşilə bitir. (İzləməyənlər üçün spoiler verməyəcəm). Altyazı “Art arte cargada de futuro” (“Sənət içində gələcəyi barındıran silahdır”) olarak keçər. Bu bağlanış səhnəsinin güclü simvolizmi, qrupun küçədə səhnələdiyi və şiddətli müdaxilə –  qrup üzvlərinin cəzalandırılması ilə nəticələnən tamaşası “Atentado” (Cinayət) adlı dramatik bir çıxış parçasını, Kral teatrında izləyir olmalarıdır. Bir başqa tarixi istinadda [2] bu tamaşa parçaları sürrealist Andre Bretonun sözlərini xatırladır: “Ən saf sürrealist hərəkət dolu silah atəşləyən bir topluluğun içinə doğru yerimək olacaqdır”. Noviembre, terorizmin həm yerli, həm də beynəlxalq səviyyədə populyar xəyal gücünü məşğul etdiyi bir zamanda çəkildiyi nəzərə alındığında, sənət və aktivlilik arasında, terorizm və  aktuallıq arasında qəribə paralellik yaradır. Bağlanış matrası ilə Noviembre müasir qloballaşan dünyamızdakı tamaşa siyasətlərini və siyasət tamaşalarını ortaya çıxarır.

noviembre_229177

 “Dünyanı dəyişmək istəmişdik, amma səfilcə məğlub olduq. İndi isə mən dəyişməmək üçün dünyaya dirənirəm”

-Lucia

[1] https://goo.gl/pNRCGJ

[2] Foucault, Michel. The Order of Things. London: Routledge, 2005.

Tərcümə: Taedium Vitae
Mənbə: https://goo.gl/cCahkH
Advertisements