Davidsonun Gözləri | H.G. Wells

 

I

Sidney Davidsonun onsuzda kifayət qədər fantastik olan müvəqqəti əqli problemi, əgər Ueydin açıqlamasına qulaq assaq, daha da fantastik bir hala çevrilməkdədir. Bu hadisə dünyanın digər ucunda beş dəqiqə artıq qalmaq, ya da varlığından xəbərdar olmadığımız gözlər tərəfindən ən gizli işlərimizdə izlənmək kimi, gələcəkdəki rabitə imkanları haqqında qəribə şeylər xəyal etməmizə səbəb olur. Davidsonun keçirdiyi böhran zamanı şəxsən orda idim, bu hekayəni kağıza köçürmək də, təbii olaraq, mənə düşür.

Böhran zamanı şəxsən orada olduğumu deyərkən nəzərdə tutduğum hadisə yerinə gələn ilk şəxs olduğumdur. Hər şey “Highgate Archway”in ardındakı Harlov Texniki Kollecində gerçəkləşmişdir. Hadisə baş verdiyində Davidson böyük labaratoriyada tək idi. Mən isə tərəzilərin olduğu balaca otaqda bəzi qeydlər aparırdım. Tufan, əlbəttə, işimi tamamilə alt-üst etmişdi. Şiddətli göy gurultularının birinin ardınca digər otaqdan qırılan şüşələrin səsini eşitdiyimi sandım. Yazı yazmağı dayandırıb, qulaq asmağa başladım. Bir müddət heç nə eşitmədim; yağan dolu büzməli dəmir damda nağara çalırdı. Sonra bir səs də gəldi, bu dəfəki , şüphəsiz, parçalanma səsi idi. Olduqca ağır bir şey, dəzgahın üzərindən düşmüşdü. Dərhal sıçrayıb böyük labaratoriyaya gedən qapını açdım.

Qəribə bir qəhqəhə eşitdikdə təəccübləndim və Davidsonun otağın düz ortasında səndələyərək, üzündə heyran bir baxışla dayandığını gördüm. İlk təəssüratım sərxoş olduğu idi. Məni görmürdü, üzündən otuz santimetrə uzaqlıqdakı görünməz bir şeyi tutmağa çalışırdı. Əlini yavaş-yavaş, tərəddüdlü bir şəkildə uzatdı və boşluğu qavradı. “Bu nədir?” – dedi. Barmaqlarını açaraq, əllərini üzünə apardı. “Ulu Scott!” – dedi. Bunlar, üç və ya dörd il əvvəl, hər kəsin bu ad üzərinə and içdiyi zamanda olmuşdu. Sonra ayaqlarını, sanki onların yerə yapışdırılmış olduğunu güman edərək, yöndəmsiz şəkildə qaldırmağa başladı. Continue reading “Davidsonun Gözləri | H.G. Wells”

Advertisements

Create a free website or blog at WordPress.com.

Up ↑

%d bloggers like this: