Qəzəbin Paradoksu: Güc yoxsa zəiflikdirmi?

 

Qəzəbin zahirdə əksi ilə daxili həqiqəti tamamilə fərqlidir.

Qəzəbləndiyinizdə boğazınız sanki qıcıqlanır və səsiniz, səs tonunuz yüksəlir. Daxilinizdə isə, izah edilməsi çətin bir güc hiss edirsiniz. Sözün əsl mənasında (və yaxud biokimyəvi olaraq deməliyəm) bu duyğu sizi gücləndirir. Çünki əks qüvvələrdən təhdid aldığınızda –(bu, davakar bir həyat yoldaşı ola biləcəyi kimi əsəbpozucu işıqforun qırmızı işığı da ola bilər) bədəniniz avtomatik olaraq adrenalin ifraz etdiyi üçün, sizə yönələn təhlükəyə etiraz etmə istəyi duyursunuz. Nəhayət, beynin əmrlərini qəbul edən və ən primitiv əmrlərə belə reaksiya verən bu hormon sizi mübahisəyə hazır vəziyyətə gətirir. Lakin qeyd etmək lazımdır ki, belə yolla ortaya çıxan güc əslində aldadıcıdır.

İlk növbədə qəzəbin sağlamlıq vəziyyətinizlə bağlı olmayan bir şey olduğu və təhdidin uzaqlaşdırılmasına xidmət etdiyini unutmamaq yaxşı olar və gerçək budur ki, zahirən təhlükə olaraq hiss etdiyiniz şey heç bir şəkildə daxili  güc yaratmır. Əksinə, altda yatan müdafiəsizlik – ya da çətin bir vəziyyət qarşısında zehni və emosional sabitlik yaradacaq bacarıqlarınıza inamsızlıq formalaşdırır. Belə hallarda zahiri təhdid  fiziki zərərlə bağlı deyil, o, sadəcə eqonuzun özünü təhlükədə hiss etməsiylə bağlıdır və bu konkret olaraq davakar, güclü eqonu deyil əksinə kövrək eqonu təmsil edir. Digər tərəfdən, mənliyinizi qəbul gücünüz nə qədər çox olsa, təhdidə cavab ehtimalınız o qədər azdır. Məsələn, sizi tənqid edən birinə hirslənmənizin səbəbi, özünüzü haqqınızdakı mənfi rəylərin pafosunu yıxmağa məcbur hiss etmənizdir, ya da başqa cür desək, sizi ən çox əsəbləşdirən şey insanların sizi tənqid edə biləcəyini qəbul etməməyinizdir. Beləcə özünüzü qoruma məqsədiylə siz də onları tənqid edərək otoritarlığınızı və eqonuzu sanki qorumuş olursunuz.

Bu kimi hallarda, hirslənmək gücsüz və ya zəif hiss etmə vəziyyətinin ilk nəticəsi və təsiri olan reaksiya kimi meydana gəlir. Gerçəkdə isə, altda yatan duyğular başa düşülmədən qəzəb də tamamilə aydın ola bilməz. Ən əsası isə, bu duyğular dərinlərdə – hirsinizin ört bas edə biləcəyi, lakin yox edə bilməyəcəyi müdafiəsizliyi bildirir. Eyni cür, hirs vasitəsilə sərgilədiyiniz güc “nümayişiniz” əslində, dərinlərdə kafi bir özünü qəbul və ya güvən hiss etmədiyiniz üçün, provokatif vəziyyətlərə qarşı açıq, müdafiəsiz və həssas qala bilmə gücünüzün (və ya dayanıqlılığınızın) əskikliyini göstərən amildir.

Bu cür vəziyyətdə, duyğusal olaraq işlərin çətinləşdiyi an, özünüzü sakitləşdirdiyiniz yol qəzəbdir. Əsəbi, qorxu dolu və çarəsiz hiss etdiyinizdə özünüzü sakitləşdirmək üçün hirsinizi istifadə etmək sizə diz qapağı refleksi kimi lazımlı gəlir.

Yenə də qəzəb, güc olaraq qiymətləndirilməməlidir. Müdafiəsizliyinizin bilinməsinə cəsarətiniz (ya da mətanətiniz) yoxdursa quru səs-küyün altında gizlənən “yumşaq qarnınızın” kəşf edilməsini önləmək üçün hirsinizi istifadə etməyə məcbur olurunuz. Əslində qəzəb uydurmadır və özündə özündən şübhə edən çox sayda insan, ümumiyyətlə həyatdakı vəziyyətlərini gizləmək üçün qəzəbi istifadə edərlər. Bir düşünün. Məsələn birinə, mövqenizlə əlaqədar təhdidlərin sizin tərəfinizdən diqqətə alınacağını söyləmək, etibarsızlığınızı açıqca etiraf etməkdir. Bu vəziyyəti, şəxsi əks bir düşüncəylə sərt  şəkildə tənqid etdiyiniz nümunəsiylə müqayisə edin; əsla özünüzlə əlaqədar gizlədiyiniz əzablı şübhələrlə məşğul olmaq məcburiyyətində qalmayacaqsınız.

Əsas etibarilə bütün hirs hissləri, birinin etdiyi ya da söylədiyinin səhv, haqsız ya da bir şəkildə pis olduğu fikrini əks etdirir. Bütün duyğular içərisində şübhə yox ki, ən  hökmlü olanı hirsdir. Ən əxlaqçı, özünü bəyənmiş və rəddedici olan da odur. Bu səbəbdən, nə qədər bunun fərqində olsanız da, hirsə müraciət etmək, başqa birinin düşüncəsini heçə saymanıza səbəb olar.

Ancaq, hər şeydən əhəmiyyətlisi hirs bir müdafiədir. O, Sizi qayğı, gücsüzlük, dəyərsizlik, günahkarlıq, rədd edilmişlik və ya – çox təəssüf ki- sevilməzlik kimi narahatlıq yaradan duyğulardan birbaşa qorumaq üçün hazırlanmışdır və (bir dəqiqə əvvəl) gücsüz hiss etdiyinizdə sizi dərhal bir güc imici ilə yeniləməkdədir.

Yenə də hirs nadir olaraq bir müdafiə sayılır ki, bu da bütün məsələni tamamilə ironik hala gətirir. Çünki onun çöldən itaətli ya da özünü qoruyan deyil düşməncə və təcavüzkar bir görünüşü vardır. Belə agresif bir hərəkət, eyni zamanda, daxili təhdid hissinə verilən cavabdır. Belə qarışıq bir ssenaridə, bu atalar sözünü xatırlamaqda fayda var: “Ən yaxşı müdafiə hücumdur.” Məhz buna görə biri sizə birdən əsəbiləşsə, narahat, hətta özünüzü təhlükədə hiss edirsiniz. Fiziki, zehni ya da duyğusal olsun, hirs təhlükəsizliyinizə bir hücum, yaxud bir təhdid hesab edilir. Bu səbəbdən, belə bir problemi uzaqlaşdırmaq üçün reaksiya verməyə bilmirsiniz

İnsanların hirsi güclə əlaqələndirdiklərini dəstəkləyən bir araşdırma göstərməkdədir ki, hirsli üz ifadələrinə sahib insanlar ayrıca güclü, basqın və ya ali ictimai status sahibi olaraq düşünülməkdədirlər. Çox az insan üçün çöldə kükrəyən aslanın içəridə qorxuyla titrəyən pişiyi gizlədiyi aşkardır. Ya da – bilinən bir metaforanı tərsinə çevirək- əgər xroniki hirs problemləriniz varsa, qurd postuna bürünmüş bir qoyun ola bilərsiniz. Hirs pərdəsinə bürünərək, narahatlıq və ya etibarsızlıq duyğularını illərcə (ya da on illər boyunca) gizlətmisinizsə bu qədər möhkəm gizlənmiş müdafiəsizliyi özünüz də müəyyən etməyə bilərsiniz.

Hirs; yalnız qorxu, çatışmazlıq və özündən şübhə duyma kimi duyğuları xarici bir qıcığa çevirərək gizləməklə qalmır. Eyni zamanda, depressiya və ümumiyyətlə əzab verici duyğusal situasiyaları da uzaqlaşdırır. Utanc, alçalma, günah və xəcalət – rədd edilmə və tərk edilmə kimi duyğularda da olduğu kimi – bu duyğuların hamısı (keçici də olsa) özünü əxlaqən doğru hesab edən hirs ilə kamuflyaj edilə bilər.

Dərinlərdə nə qədər gücsüz hiss edirsiniz hiss edin, hirsin hisli pərdəsi ilə bu müdafiəsizliyi gizləyərək güclü olduğunuz istiqamətində dərhal hər kəsi – özünüz daxil olmaqla inandıra bilərsiniz.

Və təbii ki əsəbiləşdiyinizdə bədəninizdə adrenalin ifraz olunduğu üçün qəzəb həqiqətən də sizi enerjili edir. Bundan əlavə, haqqlarınızın açıqca pozulduğu vəziyyətlərdə özünüzü müdafiə etmə qorxusunu aradan qaldırmaq üçün sizə kömək edir. Taktika olaraq istifadə edildiyində – səsinizin eşidilməyəcəyi ya da istismar ediləcəyiniz vəziyyətlərdə istəklərinizi və ehtiyaclarınızı zorla irəli sürmək üçün – bir güc ya da mənfəət olaraq sayıla bilər. Digər tərəfdən (və daha az qanuni), hirs digər insanları əzmək, ehtiyaclarınız istiqamətində onları agresif bir şəkildə istiqamətləndirmək üçün strategiya da ola bilər. Nəhayət bir çox insan, çətin bir qarşıdurma yaşamaqdansa hirsli birinin dediklərinə riayət etməyi seçir. Çünki, təbiidir ki, daxili aləmdə başqasının hirsi bizi qorxudur. Bu adamın bizə zərər verməyə tamamilə hazır və istəkli olduğu hissinə qapılarıq.

Yekunlaşdırmaq lazım olsa, hirs – paradoksal olaraq – ümumiyyətlə zəif, gücsüz və idarəsiz hiss etməyə qarşı göstərilən bir reaksiya olsa da, bizi müəyyən bir dərəcəyə qədər qüvvətləndirir. Ancaq, belə bir güc baza olaraq aldadıcıdır. Belə ki, içimizdəki zəiflik hisslərinə qarşı bir müdafiə olduğu üçün, hirs gerçək güc və ya müqavimət kimi şeyləri əks etdirə bilməz. Nəhayət fərdi güc, yalnız impulslarımızdan məhrum qalmaqla deyil, onları tənzimləmə qabiliyyətini inkişaf etdirməklə daha çox əlaqədardır.

Buna görə, hansı xarakterik özəlliklər hirsin virtual gücünə qarşı gerçək gücü göstərir? Mövzudan çox uzaqlaşmaq istəməsəm də bəzi fərdi xüsusiyyətləri xatırlamama icazə verin.  Bunlar bir təhdid vəziyyətində çox daha sağlam bir alternativdirlər və hər gün hamımızın qarşılaşdığı xəyal qırıqlığı, təhlükə və kimi duyğu vəziyyətlərinə qarşı cavablardır.

Başınıza nə gəlirsə gəlsin, o an rekasiya vermə məcburiyyətində hiss etmədən – olanları qəbul edə bilmək çox əhəmiyyətlidir. Sizi həqiqətən əsəbiləşdirmə niyyəti daşısın və ya daşımasın, çöldən gələn reaksiyalara duyğusal bir məsafə qoya bilməyi öyrənmək əsasdır. Bu sağlam məsafəni qoymanızı asanlaşdıracaq xüsusiyyətlərin başında isə səbir, xoşniyyətlilik, dözüm, cəsarət, qəbul və bağışlama bacarığı gəlməkdədir. Sağlam şəxsiyyətin bu xüsusiyyətləri təkcə xoşbətlik deyil. Bunlar, hüzur və sağlamlıq hissini kəşf etmək üçün özünü nəzarət etməni yaradan güclü tərəflərimizdir. Açıqcası, işlər istədiyiniz kimi getmədiyində birdən hövsələdən çıxmaq çox asandır. 2 yaşındakı bir uşaq da bunu edə bilər və az  da olsa özünü idarə bacarığına ehtiyac duymaz…

Qəzəbli ifadələrinizlə insanlara və situasiyalara sağlam düşüncənizi məhv etməyə imkan vermənin şəxsi güclə heç bir əlaqəsi yoxdur. Əksinə, bu duyğu zəiflikdir – bir növ “xarakter zəifliyi”. Başqa sözlə, hiddətin demək olar ki, hər zaman zəifliyinizi qorumaq istəyinə baxmayaraq, o daha çox qorxaqlığı simvolizə edir və açıq şəkildə göstərir.

Nəhayət – və bəlkə də ən paradoksal – qəzəbli olduğunuz zaman, belə hallarda yaranan xəyal qırıqlığına görə daima rüsvayçılıq hiss edirsiniz. Belə bir təcrübə sizin qəzəbinizin gücünü geri qaytarması demək deyil. Şübhəsiz ki, qəzəb sizi gücləndirir kimi görünür. Ancaq gerçək güc, şəxsin onu qəbul etməsi və qəzəblə reaksiya vermək əvəzinə, bu vəziyyətin öhdəsindən gəlməsidir. Səbr, qəbul etmə bacarığı, bağışlama və hiddətə mane olan bütün digər keyfiyyətlər insana intizam gətirir.

Bir çox insan tərəfindən fərqli şəkillərdə ifadə edildiyi kimi, xoşbəxtlik də qəbul etmə anlayışının bir funksiyasıdır. Hirs və qəzəb isə olana müqavimət göstərməklə əlaqədardır. Beləliklə, hirs – ya da daha qəti ifadəylə, xroniki hirs (ya da kin) təkcə gücsüzlük deyil. Bu, ömür boyu xəyal qırıqlığı, narazılıq və bədbəxtliyə aparan bir yoldur. Burada izah etdiyim hər şey göz önünə alındığında, hirsə istiqamətli meyllərinizi daha yaxşı nəzarət etmək üçün edə biləcəyiniz hər şey dəyərləndiriləcək.

Yazar: Leon F Seltzer Ph.D.
Tərcüməçi: Taedium Vitae
Mənbə: psychologytoday

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: