İvanın uşaqlığı (1962).

Иваново детство (1962).

Rejissor: Андрей Тарковский.

Müsahibə:

– İlk filminiz olan “İvanın uşaqlığı” necə yarandı?

Bir az qəribə bir hekayəsi var bu filmin. Mosfilm studiyaları filmin istehsalına başqa bir qrupla başlamışdı. Filmin yarısından çoxu bu qrupla çəkildi, pulun yarısı xərclənmişdi, amma nəticə elə pis idi ki, prodüser olan firma filmin çəkilişini dayandırmaq məcburiyyətində qaldı və yeni bir rejissor axtarmağa başladı. Əvvəl tanınmış rejissorlara müraciət etdilər, sonra daha az tanınmışlara. Hamısı da bu yarımçıq qalmış filmi çəkməyi rədd etdilər. Mənə gəlincə ВГИК (Всероссийский государственный институт кинематографии) kino universitetindən yeni məzun olmuş, diplom filmim “Le Rouleau Compresseur et le Violon” u bitirməyə çalışırdım. Təklifi qəbul etməmişdən əvvəl bir sıra şərtlərim var idi: ssenarini yenidən yazmaq, bunun üçün də ssenarinin ilhamlandığı Vladimir Bogolomov-un hekayəsini yenidən oxumaq istəyirdim. Daha əvvəl çəkilən qismin heç çəkilməmiş kimi qəbul edilməsini və hər şeyə sıfırdan başlamaq üçün bütün oyunçularla, texniki qrupun dəyişdirilməsini istədim. Mənə “OK amma pulun da yarısını alacaqsınız” deyildi. Mən də “Əgər mənə ağ kart versəniz yarım büdcə ilə də işləyə bilərəm.” deyə cavab verdim və beləcə film çəkildi.

– Onda mövzu seçimini kənara qoysaq “İvanın uşaqlığı” tamamilə Andrey Tarkoviskidən yarandı.

Bəli.

– Amma bu mövzu eynilə sizə də çox yaxındır. Gənc İvan döyüş vaxtlarında sizinlə eyni yaşda idi.

Mənim uşaqlığımın savaşı yetkin və döyüşçü olaraq yaşayan İvan-dan çox fərqlidir. Buna baxmayaraq mənim yaşıdlarım çox çətin dövr yaşayıblar. Andrey Tarkovski ilə İvanı bir-birinə bağlayan şey yalnız İvanla bu nəslin bütün gənc rusları arasındakı yaşanmış ağrını xatırlatmaqdan ibarətdir.

– Film 1962-ci ildə Venesiyada göstərildiyi zaman müharibə mövzlu film olaraq əks-səda yaratdı.

Film yaxşı qarşılandı, amma tənqidi mövqeyi anlaşılmaz olaraq qaldı. Hamı tarixə, filmə, hekayəyə fikirlər bildirirdi, ancaq əsas mövzu gənc bir rejissorun ilk filmi idi. Bu film tarixi savadımın göstəricisi olaraq yox sırf dünyagörüşümün izahı olan poetik əsər idi. Məsələn Sartr, filmi İtalyan solçularından gələn tənqidlərə qarşı müdafiə etdi, amma tamamilə fəlsəfi mövqeyindən. Bu mənim üçün etibarlı müdafiə deyildi. İdeoloji yox sənət baxımından müdafiə axtarırdım. Mən filosof deyiləm rejissoram. Həm də bu müdafiə tamamilə lazımsız idi. Filmi öz fəlsəfi dəyərləri ilə şərh edirdi və mən – Andrey Tarkovski kənarda qalmışdım. Sanki ancaq Sartrdan danışılırdı, rejissordan deyil.

“İvanın uşaqlığı” haqqında tənqidi müzakirə:

“Bu məqalə İtaliyada yaşayan Jean Paul Sartre tərəfindən yazılmışdır. Bu məktub L”unita-nın redaktoru olan Alicanta-ya ünvanlanmışdı, 1962-ci ildə Venesiya film festivalında “Qızıl Aslan” mükafatını qazanan “İvanın uşaqlığı” filminə yüksək tənqidi çıxışına cavab olaraq yazılmışdı. Alicanta qərara alır ki, bu məktubu ictimailəşdirsin və 1963-cü il 9 Oktyabr tarixində L”unita qəzetində bunu həyata keçirir. Burada verilən Fransız mətni 7-ci tərcüməyə uyğun idi (Gallimard 1965). Qəzetdə qeyd olunurdu ki, Fransız mətnin orijinalı İtaliyada bilinməyən bir yerdədi və bu tərcümə L”unita qəzeti tərəfindən həyata keçirilir. İngilis dilində tərcümə: Mr. Madan Gopal Singh. Nostalghia.com tarkovszkij.hu-saytına məqaləni yenidən dərc etdiyinə görə təşəkkürünü bildirir.”

Əzizim Alicanta

Mən bir neçə dəfə sizə ədəbiyyat, incəsənət, kino sahəsində olan qatqılarınıza görə öz minnətdarlığmı bildirmişəm. Ciddilik və azadlığın bir yerdə olduğunu düşünürəm, belə ki, onlar sənət əsərində tək və konkret olanı qavramaq üçün problemləri həll edə bilər. Eyni şeyləri Il Paese və Paese Sera haqqında da deyə bilərəm: nə solda sxematika yoxdur, nə də sxematik solçu yoxdur.

Bu səbəbdən də mən sizə təəssüfümü bildirmək istəyirəm. L’Unita və digər sol qəzetlərində son bir neçə ildə gördüyüm ən yaxşı film “İvanın uşaqlığı”na həsr olunan ilk sxematik ittiham necə davam gətirəcək? Münsiflər heyəti tərəfindən ən yaxşı mükafatı – “Golden Lion” mükafatını aldı, amma bu “Qərbizm”in qəribə sertifikatı oldu, Tarkoviskini pis gözlə görən İtalyan solçuları onu kiçik burjua şübhəlisi vəziyyətinə salmağa kömək etdi. Əslində, belə inamsız qərarlar real səbəb olmadan bizim orta təbəqə üçün tipik şəkildə gənc sovet nəsillərinin həssaslıq ifadə edən dərin rus inqilabından uzaqdır. Mənə gəlincə, gənclərin arasında birinci şəxsi, sonra ictimai çəkilişi Moskvada görmüşəm. Mən başa düşdüm ki, bu bir an belə şübhə duymadan və bunu fəxrlə davam etdirən inqilabın 20 yaşlı varislərini təmsil edir: sizi əmin edirəm ki, onların qəbul olunması “kiçik burjualar”-ın reaksiyası kimi qəbul edilə bilməz. Bir tənqidçinin sənət əsəri haqqında qərar verməsi üçün lazım olan bütün fəaliyyət növlərini deməsində azad olmalı olduğunu deməyə ehtiyac yoxdur. Ancaq bu onsuz da SSRİ-nin qızğın müzakirə obyektinə çevrilmiş film haqqında bir heç olaraq davranmaq deyil? Bütün bu müzakirələri və ya onların dərin mənasını nəzarə almasaq və hal-hazırda “İvanıın uşaqlığı”-nı SSSR-nin tək nümunəsi olduğunu desək bu sadəcə tənqiddirmi? Əzizim Alicanta, mən sizi kifayət qədər tanıyıram, bilirəm ki, siz primitiv görünüşlü tənqidləri paylaşmırsınız. Və həqiqətən onlara səmimi olduqları üçün təşəkkürümü bildirirəm və sizdən nə qədər ki, bu müzakirəyə yenidən baxılması üçün gec deyil bu məktubu onlara çatdırmağınızı xahiş edirəm.

Onlar həmçinin qədim ekspressionizm və simvolizm kimi ənənəvilikdən danışıblar. Bu formalist kriteriyalar mənə onların köhnəlmiş olduğunu deməyə əsas verir. Fellini və Antonioninin də simbolizmi gizlətdikləri doğrudur. Amma bu onun da parlaq olmasının nəticəsidir. İtalyan neorealizmi bunun qarşısını ala bilməzdi. Bu sənət əsərlərinin ən realistlərindən hər hansı birinin simvolik funkiyası haqqında danışmaq lazımdır. Bizim buna vaxtımız yoxdur. Bundan başqa onlar simbolizm təbiətinə xas olaraq Tarkoviskidə onun simvollarının surrealist və ya ekspresyonist olmasını tənbeh etmək istəyirdilər. Mən bunu qəbul edə bilmərəm. Birincisi onlar SSRİ-dəkini – bir akademistin gənc metteur-en səhnəsinə qarşı olmasını burada da tapdılar. Digərlərinə nisbətən daha yaxşı olan tənqidçilər Tarkoviskinin “qərb” ilə əvəz olunma prosesini daha tez mənimsədiyini və bunu düşünmədən etdiyini görə bilərdilər. Onlar İvanın xəyallarını tənqid etdilər: “Xəyallar! Biz qərbdə xəyallardan istifadə etməyi çoxdan dayandırmışıq! Tarkosivki sakit idi: Müharibə arasında incə olmaqdan istifadə etdi! Bundan sonra öz müəllif qələmi ilə yazdı.

Tarkoviski 28 yaşındadır və əmin olun ki, onun qərb kino sənəti ilə bağlı olan bilgisi qeyri-kafi dərəcəsindədir. Onun mədəniyyəti mahiyyət etibarı ilə Sovet mədəniyyətidir. Burjuanın “sağalma” prosesində lazım olan hər şeyi olmasına baxmayaraq o heç bir şey əldə edə bilməz, hətta filmdə və bu sağalmada istifadə olunacaq materialları belə itirə bilər.

25442932_1347920708653094_1088522797755723716_nİvan dəli olub, bu dəhşətdir; balaca bir qəhrəmandır; müharibədə belə sevməyi dayandırmayan ən günahsız qurbandır, şiddətlə daxilən döyülmüşdür. Faşistlər onun anasını və kəndçilərini öldürdüblər. Amma o sağdır. Daha bir yerdə qonşusunun düşdüyü çarəsiz bir vəziyyəti görüb. Mən özüm halüsinasyona uğramış gəncləri görmüşəm. Onlar üçün oyaq olanda olan kabuslar ilə gecəyarı olan kabuslar arasında heç bir fərq yox idi. Onlar öldürüldü, öldürmək və öldürməyə öyrəşdilər. Onların qəhrəmanlıq qətiyyəti, hər şeydən əvvəl, dözülməz əzab qarşısında nifrət və qaçış idi. Əgər onlar savaşsaydılar savaşda qorxularını tərk edərdilər, əgər gecə onlar slahsızlaşdırılsaydılar yuxularında öz zərif, həssas yaşlarına geri qayıdardılar və beləliklə qorxuları yenidən doğulardı və unutmaq istədikləri xatirələri canlanardı. İvan da belədir. Və mən Tarkovskiyə həmin uşağın intihara meylini necə yaxşı göstərdiyini tərif etmək lazım olduğunu düşünürəm, gecə-gündüz arasında fərq yoxdur, hər halda, o, yaşamır. Hərəkətlər və halüsinasyonlar bir-biri ilə yaxın əlaqədədirlər. Əlaqələrə diqqət yetirək: böyüklərlə ünsiyyətdədir, əsgərlər arasında yaşayır: zabitlər – cəsur insanlar, cəsur amma travmatik bir uşaqlıq keçirtməmək üçün – ona sığınacaq verdilər, sevdilər, onu “normallaşdırmaq” və sonda onu məktəbə göndərmək istəyirdilər. Göründüyü kimi, uşaq Çexovun romanında olduğu kimi, itirdiyi atasının yerinə öz aralarında ona əvəz ola biləcək ata tapmağı da mümkün idi. Artıq gecdir: onun valideynlərinə ehtiyacı yoxdur; daha da dərin – qırğın səhnəsinin təsirsiz bir qorxusu onun yalnızlığını azaldacaq. Zabitlər zəriflik, həssaslıq, təəccüb, güvənsizlik hissi ilə: uşaqda sanki mükəmməl, hardasa iyrənc div gördülər, düşmən radikallaşdı, özünün yalnız qatil niyyətlərini qoruyan, savaş və ölümlə bağlantı qura bilməyən; artıq bu günahkar aləmdə yaşamaq üçün ehtiyacı olan; savaşın ortasında döyüş qorxusundan canını qurtarıb və sonda acı çəkən kəsə çevrildi. Kiçik qurban onun üçün nə lazım olduğunu bilir – onun yaratdığı müharibə – qan, intiqam. İki zabit onu sevirdi, ona görə onlara nifrət etmirdi. Sevgi onun üçün əbədi olaraq qadağan edilmiş marşrut idi. Onun kabusları, halüsinasyonları əbəs yerə deyildi. Bunlar cəsarət deyil və uşağın “subyektivliyində” aparılmış tədqiqatlar haqqında deyildir: olduqca obyektiv olaraq qalırlar, biz “realist” səhnələrdə olduğu kimi İvanı xaricdən də görə bilərik; həqiqət budur ki, bu uşaq üçün bütün dünya bir halüsinasyon, divlər və əzabkeşlər üçün halüsinasyondur. Bunun üçün ardıcıllıqla bizə əsl və yalan dünyanı möhtəşəm şəkildə tanıtdırır ki, meşədə anasının saxta ölümünə kimi bizə hər şeyi təsvir edir. Dəlilik? Reallıq? Hər ikisi: bütün əsgərlər dəlidirlər, bu qulyabanı uşaq onların dəliliyinin şəhadətidir, çünki ən uzağa gedən odur. Bu, nə bir ekspresyonizm, nə də simvolizm məsələsidir, bu hekayənin tələb etdiyi müəyyən bir şəkildə, gənc şair Voznesenskinin “sosialist sürrealist” adlandırdığı şeydir.

25443249_1347920868653078_8434995934069469674_nMüəllifin mövzunu tam olaraq başa düşülməsi üçün daha dərinə getməsininin vacibliyini qeyd etmək lazımdır: müharibə sağ qalmaqlarına baxmayaraq bunu edənləri öldürür. Və daha da dərin mənada: tarix, bir və eyni hərəkətdə, qəhrəmanları tələb edir, yaradır və onları yaratdıqları cəmiyyətdə əzab çəkmədən yaşamağa qadir olmadıqları kimi məhv edir.

Onlar “İvanın uşaqlığını” etinasız gözlə görməklərinə baxmayaraq L’Uomo da Bruciare- i təriflədilər. Müsbət qəhrəmanlıqdakı mürəkkəbliyi təkrarlayan ilk filmin müəlliflərinə də çox layiqdirlər. Düzdür: ona, məsələn – mifomaniya vermişdilər. Onlar eyni zamanda, xarakterin müdafiə etdiyi səbəbə və əsl “eqosentrizm” – ə sadiqlik göstərmişlər. Amma məncə burda yeni bir şey yoxdur. Nəhayət, daha yaxşı sosialist realist istehsalları hər şeyə baxmayaraq, həmişə bizə kompleks, nüanslı qəhrəman verdilər; öz zəifliklərini müəyyənləşdirmək üçün diqqətli olarkən öz naliyyətlərini yüksəldirdilər. Əslində, problem qəhrəmanın qüsurlarını və əxlaqlarını ölçmək deyil, qəhrəmanlığın müzakirəyə çıxarılmasıdır. Bunu inkar etməyin, başa düşün. İvanın Uşaqlığı həm bu qəhrəmanlığın zəruriliyini, həm də qeyri-müəyyənliyini yüngülcə ortaya qoyur. Oğlan nə ləyaqətə nə də zəifliklərə malik deyil: radikal olaraq tarixi kökdən yaranmışdır. Özünə rəğmən müharibəyə atıldı, tamamilə müharibə üçün hazırlanmışdı. Ancaq ətrafdakı əsgərlər arasında qorxu yaratsa da, o, artıq rahat yaşaya bilməzdi. Onun içində zorakılıq və dəhşətdən doğan şiddət onu qoruyur, ona kömək edir və təhlükəli kəşfiyyat missiyasını tələb etməyə məcbur edir. Ancaq döyüşdən sonra nə olacaq? O, sağ qalsa belə, onun içindəki közərmiş lava heç vaxt soyumayacaq. Burada müsbət qəhrəman üçün ən yaxın tənqid var? O, kədərli və möhtəşəm bir şəkildə onu göstərir; gücünün faciəvi və qəribə mənbələrini bizə göstərir. O, döyüşçü cəmiyyətinin mükəmməl uyğunlaşdığı müharibə məhsulunu, sülh kainatında asosiala çevrilməklə eyni şəkildə məhkum edildiyini göstərir. Beləlikə, tarix insanı yaradır: onları seçir, yerə qoyur və çəkisi altında əzir. Sülh naminə ölmək və sülh üçün müharibə etmək üçün razı olan sülh adamları arasında, bu qəhrəman və üzgün oğlan mübaribə üçün müharibə edir. Məhz bunun üçün, onu sevən əsgərlər arasında, dözülməz təklikdə yaşayır.

Hər nə isə o uşaqdır. Bu əzablı ruh uşaqlıq həsrətini qoruyur, lakin təcrübəsizliyi onu yaxşı ıifadə etməyə imkan vermir. O, gündəlik həyatda olan rutinlərə xəyanət etməyə başlamış olsa belə, bu xəyalları özünə xəyanət etməsinə baxmayaraq, arzuların qaçınılmaz olaraq məlumat kabuslarına çevrildiyinə əmin ola bilərsiniz. Ən sadə xoşbəxtliyin təsvirləri bizi qorxaraq sona çatdırır: sonu bilirik. Bu qırıq və təzyiqli həssaslıq həmişə hər an yaşayır; Tarkoviski İvanı belə çevrəyə almışdı: dünya, müharibə ruhlu dünya, bəzən də müharibənin özü. Əslində filmin lirikliyi, onun işlədiyi göylər, sakit suları, sonsuz meşələri – İvanın həyatıdır, onun yadda saxlaya bilmədiyi şey – ondan əsirgənmiş məhəbbətdir, hansı ki ətrafında gördüyü, ancaq özünün görməyəcəyi bir şey. Bu uzun ardıcıllıqdan daha hərəkətli bir şey bilmirəm: çayın səyahəti, uzun – yavaş ürək döyüntüləri: ağrılara və incəlikliyinə rəğmən onu müşayiət edən zabitlər bu qorxunc əzablar, incəliklər tərəfindən deşilir. Ancaq yerə bağlı və ölülərlə təmasda olan uşaq heç bir şeylə danışmayacaq, yox oldu: o, düşmənə doğru gedirdi. Qayıq digər sahilə qayıdır; çayın ortasında sükut hökm sürür: hərbidəki adamlardan biri o birisinə “Bu səssizlik, müharibədir”.

Bu anda sükut pozulur: çığırışlar, uğultular, bu artıq sülhdür. Sevincdən qaçırlar, sovet əsgərləri Berlin kanslerini aşdılar, qaçışlar, nərdivanlara dırmanırlar. Zabitlərdən biri – digəri? o əzizdirmi? – boşluqda bəzi bülletenlər tapdı; Üçüncü Reich bürokratik idi: hər insana asılmış şəkil, siyahıda bir ad. Gənc məmur bu fotoşəkillərin arasında İvanın şəklini tapır. 12-də asılı idi. Sosializmin qurulmasını davam etdirmək hüququnu çox sərt bir millətin sevincinin ortasında, digərləri arasında, bu qara dəlik, iynə çarəsizliyi: nifrət və ümidsizlik içində bir uşaq ölümü. Heç bir şey, hətta gələcək kommunizm də, onu geri qaytara bilməz. Heç bir şey: bir vasitəçi, kollektiv sevinc və bu şəxsi, təvazökar bir fəlakət olmadan bizi burada göstərir. Kədərini və qürurunu qarışdırmaq üçün bir ana belə yoxdur: ölü bir itkidir. İnsanlar cəmiyyəti öz məqsədlərinə doğru irəliləyir, yaşayış bu məqsədləri öz gücüylə həyata keçirəcək və hələ də bu kiçik ölüm, tarixin süpürülmüş bu azsaylı samanı heç bir cavab vermədən cavabsız qoymayacaq, lakin hər şeyi yeni bir işıq altında göstərir: tarix fəlakətlidir. Hegel bunu deyirdi. Marx da həmişə onun ən pis tərəfi ilə irəlilədiyini əlavə edirdi. Amma biz bunu demək istəmirik; Son zamanlar biz heç bir şeyin əvəzini verə bilməyəcəyimiz itkilərin unudulmasında irəlilədik. İvanın Uşaqlığı yumşaq, lakin ən gurultulu şəkildə bizə xatırlatdı. Bir uşaq öldü. Və demək olar ki, xoşbəxt bir sonluqdur ki, o, sağ qalmayıb. Müəyyən mənada düşünürəm ki, müəllif bu çox gəncin özü və nəslindən danışmaq istəyirdi. Bu qürurlu və sərt pionerlərin ölümünü deyil, əksinə, uşaqlıq dövründə müharibə və onun nəticələri ilə parçalanmışdı. Bunu da demək istərdim ki: burada fərqləri daha yaxşı vurğulamaq üçün Sovet Kvant Cents Coups2 var. Valideynlər tərəfindən atılan bir uşaq: burjua tragikomediyasıdır. Müharibə və ya müharibə ilə yaşayan milyonlarla uşaq – Sovet faciələrindən biridir.

Bu mənada, bu film bizim üçün xüsusi olaraq rus dilində olduğu kimi görünür. Texnika əlbəttə ki, rus dilidir, özü isə orijinaldır. Biz, qəribə, Godardın sürətli və elliptik ritmini, Antonioninin protoplazmik sürtünməsini necə qiymətləndirəcəyimizi bilirik. Ancaq yenilik – bu iki hərəkətin, iki yazarın hər ikisindən təsirlənərək, lakin onun dözülməz dözümsüzlük dövründə yaşamaq istəyən və eyni filmdə sıçrayış etmək istəyən metteur-en-səhnəsində görməkdir, bir dövrdən digərinə, tarixin elliptik sürətliliyi ilə hiylələri inkişaf etdirmədən, simvollarını həyatının müəyyən anına buraxmadan, başqa bir anda onları yenidən yoxlamaq üçün və ya ölüm anındadır. Amma filmin ictimai baxımdan xüsusi xarakterini verən ritmlərin bu ziddiyəti deyil. Bir insanı məhv edən ümidsizlik anları, az da olsa eyni dövrdə onları tanıyırdıq. Ancaq biz möhtəşəm bir tikintiyə başlaya bilməyəcəyik. Biz Evil-i tanıyırıq. Ancaq yaxşılığın ortasında heç vaxt radikal Evil yaxşılıqla konfliktə girdiyi yerdə olmur. Doğrudan da, Sovet İvanın ölümü üçün məsuliyyət daşımır deyilə bilməz: günahkarlar nasistlərdir. Problem burda deyil: pislik haradan gəlirsə və onun sonsuz sayda iynələri yaxşılığı deşdikcə insanın faciəli reallığını və tarixi inkişafı göstərir. Yaxşı, inkişaf sözünə məntiqli olaraq SSSR-dən yaxşı bir ölkə var? Və təbii ki, hər hansı bir pessimizmdən çıxmaq üçün yer yoxdur. Optimizmdən asan bir şey deyil. Ancaq nəticəni görmədən, itirmədən müqavimət aparmaq üçün iradə lazım olacaq. Bilirəm ki, məndən daha yaxşı bilirsiniz, əzizim Alicata, ağrı, tər və tez-tez son yenilikləri cəmiyyətdə tanıtmaq istəyinin qanlı nəticəsi: əminəm ki, ölü film tarixi kimi siz də mənə minnətdar olacaqsınız. Və L’Unita tənqidçilərinə qarşı bu məktubu göstərməyinizi xahiş edirəm. Bu müşahidələrdən bəzilərinin mənə cavab vermək və İvan haqqında müzakirəni yenidən açmaq imkanı verə biləcəyinə görə şad olardım. Tarkoviskinin əsl mükafatı “Golden Lion” deyil, lakin filmi ilə vurğulanan polemik (yazılı mübahisə) maraq, insanı müharibə əleyhinə azad etmək üçün birlikdə mübarizə aparmasıdır.

Sevgi və dostluq ilə,

Jean-Paul Sartre.

Tərcümə: Elçin Quliyev 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Create a free website or blog at WordPress.com.

Up ↑

%d bloggers like this: