“Taedium vitae”

…Təbii ki, bunun da başlanğıcı var idi. Sadəcə məsələ uzandıqca hər şey mənasızlaşır. Tərəflərdə tam şəkildə qütbləşmə olur. Hərə öz baxışına görə haqlı olduğunu hesab edir. Birləşdirici ilkin faktorlar öz qüvvəsini itirir. Artıq səni hislər deyil, fikirlər idarə edir. Dəyişikliklər nəzərəçarpacaq dərəcədə aşkardır, çünki şəxsiyyətin ikiləşməsi halı yaşanır: əvvəl olduğun insanı (həm öz, həm qarşı tərəf) indi tanımırsan. Vaxt keçdikcə münasibət 2 fərdi aşır, ətrafı da özünə cəlb edir; 3cü tərəf zatən ağır yükün irəliləməsini bir az da ləngidir. Real kommunikasiya alınmır, sözlər havada qalır. Əvvəl verilən sözlər, indi boş vədlərə çevrilir. Xoş vaxt keçirmək cəhdlərin onun simasının canlanması ilə bir anda dağılır. Onunla bağlı xəyallar və yuxuların reallıqda kabus olub səni izləyir. Kütlələrdə yalnız bir insanı görürsən; əsəb sisteminin son deqredasiya mərhələsindən sonra yavaş-yavaş hissizləşirsən, ətrafa qarşı laqeydlik səni bürüyür. Bu cür vəziyyətin gündəlik halı alması qeyri-adi deyil. Gülüşün itməyə başlayır, özünü baxdığın aynada həbs etməyə çalışırsan. Xatırlayırsan: dediklərin barədə, demək istəyib də, deyə bilmədiklərin barədə. Gecələr ona sitayişin ən uc nöqtəsini kəşf edirsən, artıq əlçatmaz olduğunu qəbul edə bilmirsən. Özünü yeni bir həyata hazırlamağa çalışırsan. Ancaq sonra dərk edirsən ki, həyat kimi o da təkdir. Çünki, ‘he/she was not just like anyone else for you’…

Sevginin həzz deyil də, əzab mənbəyi olduğunu gördükdən sonra bir şeyi qeyd düşdüm: “Ölməkdən deyil də, eyni həyata yenidən doğulmaqdan qorxuram.”

“Təbiət yaratdığı insanın zəfini bilir – zatən onu zəif və idraksız xəlq etməsəydi, xaliqinə qarşı üsyan edərdi.” Y.V.Çəmənzəminli

Twitter hesabı: https://twitter.com/taedium_vitae21

Souncloud hesabı: https://soundcloud.com/taediumvitae

Advertisements