“Fəryad” – Edvard Munk

021-Çığlık-The-Scream-Munch

Bir yol boyunca iki dostumla birlikdə irəliləyirdim

Günəş batırdı

Qəfildən səmanın qan qırmızısına büründüyünü gördüm

Mən dayandım,  əldən düşmüş bir halda çəpərə söykəndim

Mavi-qara  fyordun[1] və şəhərin üzərində qan və alov dilləri vardı

Dostlarım yollarına davam etdilər və mən təşvişdən titrəyərək orada qaldım

Və təbiətdən keçən sonsuz fəryadı hiss etdim.

Edvard Munk yuxarıdakı şeirini 1895-ci ildə tamamlanmış məşhur əsəri “Fəryad”ın ikinci nüsxəsinə əlavə etmişdi. Şeir Munkun üzərində işlədiyi əsərin xatirə və hisslərini əks etdirir.

Continue reading ““Fəryad” – Edvard Munk”

Advertisements

Bedrettin Cömert |Mifologiya və İkonoqrafiya (Giriş)

­Hansı növdən olursa olsun, bir sənət məhsulunun dadılması, onun qavranılması ilə düz mütənasibdir. Əsəri nə qədər çox anlamışıqsa, əldə edəcəyimiz həzz də o qədər yüksək olacaqdır. Anlamaq isə, araşdırmaqla, axtarmaqla, ağlın irrasional güclərinə bacardıqca az pay buraxmaqla, duyğu və təəssüratlarımızı dilə töküb, başqalarına çatdırıla biləcək hala gətirməklə baş verə bilər.

Hər bir gerçək sənət əsəri, ənənəyə bağlılığı nisbətində, onu yadırğayıcı bir xüsusiyyət də daşıyır. Bu səbəblədir ki, bir yandan tarixi bir proses içində yer alır, bir yandan da, tayı-bərabəri olmayan, bənzərsiz, misilsiz bir fenomendir. Yəni həm ictimaidir, həm də olduqca fərdidir. Sənətçinin unikal şəxsiyyətindən irəli gələn və vərdiş edilmiş formalara, qəliblərə tərs düşən, amma əslində yeni bir ənənə yaradacaq ünsürlər daşıyan yeni ifadə üsullarından həzz ala bilmək, həmişə asan baş verən bir münasibət deyildir. Çünki “Bəyənmə” dediyimiz bacarıq, anadangəlmə gətirdiyimiz kimi qalan, durğun bir meyl deyil. “Bəyənmə” inkişaf edən, irəliləyən, vaxt keçdikcə tamamlanan bir xüsusiyyətdədir. Bu baxımdan, vərdiş edilmiş bəyənmə ölçülərimizi zorlayan, hətta ilk qarşılaşmada bizə mənfi estetik mühakimə belə verdirən bir çox yenilik, onları kökündə bəsləyən qanun və səbəbləri anladıqdan sonra, içimizə yeni qapılar açır, bəyənmə sərhədlərimizi biraz daha genişləndirir, yenilikləri daha sağlıqlı və həqiqətə uyğun bir formada qəbul edə biləcəyimiz bir səviyyəyə çatdırırlar bizi. Continue reading “Bedrettin Cömert |Mifologiya və İkonoqrafiya (Giriş)”

Psixoanalitik Yanaşma ilə “Alisa Möcüzələr Diyarında”

“Möcüzələr diyarından xəyal hekayəsi yaratmaq üçün Freydist birinin ona deməsi kifayətmiş kimi görünür”

Uilyam Empson

alice_in_wonderland17

Psixoanalitik tənqidi yanaşma nədir?

Psikanalitik nəzəriyyə, Ziqmund Freyd tərəfindən hazırlanmış psixoanalizin prinsipləri əsasında qurulmuş ədəbi tənqidin bir qoludur. Luis Taysonun (Lois Tyson) dediyi kimi, psixoanalizin müxtəlif növləri mədəniyyətimizə o qədər kök salmışdır ki, “bacı-qardaş rəqabətləri, aşağılıq kompleksləri və müdafiə mexanizmləri elə yayğındır ki, çoxumuz özlərini xarakterizə etməyə ehtiyac qalmadan, nə demək istədiklərini anlayırıq”. Freydin nəzəriyyəsinin əsas konsepsiyalarından bəziləri: insanların zehinlərində əzabverici təcrübələr və duyğuların basdırıldığı şüursuz bir mən vardır və gündəlik həyatımız “id”-in arzuları ilə “eqo” və “supereqo” tələbləri arasında vasitəçilik edərək keçir.

Continue reading “Psixoanalitik Yanaşma ilə “Alisa Möcüzələr Diyarında””

Kafkanın “Çevrilmə”-si və Kamyunun “Yad”-ında Absurd.

“Bu gün anam öldü. Bəlkə də dünən ölüb, bilmirəm. Ahıllar evindən teleqram aldım: “Ananız vəfat etdi. Dəfn sabahdır.”  Baş açmaq olmur, bəlkə elə dünən ölüb.”  (Kamyu, Yad)

“Bir səhər gecənin narahat yuxusundan ayılan Qreqor Zamza elə yatağındaca nəsə əcaib bir həşərata çevrildiyini hiss etdi” (Kafka, Çevrilmə)

Alber Kamyunun “Yad”-ından və Franz Kafka-nın “Çevrilmə”-sindən edilən bu iki istinad ( hər ikisi də əsərlərin giriş cümlələridir), absurdizmin və absurd ədəbiyyatın ən vurucu misallarından ikisidir. “Yad”-dan edilən istinada görə, baş qəhraman Meursault, anasının ölümünə tamamən laqeyd və hissiz görünməktədir. Anasının ölüm xəbəri ilə əlaqəli ağlına ilişən şey isə, anasının bugünmü yoxsa dünənmi öldüyüdür (əslinə baxsaq, bu belə onu maraqlandırmır). “Çevrilmə”-nin giriş cümləsinə görə isə, baş qəhraman Gregor Samsa, bir səhər oyandıqda özünü tamamilə ağıla gəlməz, cəfəng bir halda tapır. Maraqlı olan isə, Gregor Samsanın bu yeni absurd hala anındaca adaptasiya olaraq, bir an öncə bu şəkildə həyatına davam etməyin yollarını axtarmağa çalışmağıdır.

Əslinə baxsaq, bu iki əsərdə keçən iki misal, absurdist fəlsəfəni iki fərqli bucaqdan ələ alır. Continue reading “Kafkanın “Çevrilmə”-si və Kamyunun “Yad”-ında Absurd.”

Oğuz Atay – Tutunamayan’lardan Hissə.

 

 

Bir gün bütün mühakimə standartları dəyişəcək və mühakimə olunanlar hakim, əziyyət edənlər də cinayətkar kürsüsünə oturacaqlar və onlar o qədər utanacaqlar, o qədər utanacaqlardır ki, utanclarının və cinayətlərinin ağırlığı üzündən ayağa qalxa bilməyəcəklər. Continue reading “Oğuz Atay – Tutunamayan’lardan Hissə.”

Tanatos mehmanxanası* | Andre Morua

 

– “Stil” aksiyaları neçəyə düşüb? – Jan Monye soruşdu.

– Əlli doqquz dörddə birə – deyə on iki makinaçıdan biri cavab verdi.

Makinaların taqqıltısı bir-birinə qarışıb, caz ritmini otağa doldururdu. Pəncərədən Manhettenin nəhəng binaları görünürdü. Telefonlar cingildəyir, xəbərlər, rəqəmlər, çap olunmuş kağız lentlər bir göz qırpımında qıvrılıb uzanır, otağın içində qalaqlanırdı.

– “Stil” aksiyaları neçədir? – deyə Jan Monye yenidən soruşdu.

Hertrud Ouen cavab verdi:

– Əlli doqquz.

Qız bir anlıq dayanıb gənc fransıza baxdı. O, kresloda əyləşib başını əlləri arasına almışdı. Halı özündə deyildi. “Bu da lütləşdi” – deyə qız düşündü. “Vay halına! Vay Fanninin də halına.

Holman bankının Nyu-Yorkdakı nümayəndəsi Jan Monye iki il əvvəl özünün katibəsilə, amerikalı bir qızla evlənmişdi. Jan Monye bir də soruşdu:

– Bəs “Kennekot” aksiyaları neçəyə düşüb?

– İyirmi səkkizə, – deyə Hertrud Ouen cavab verdi. Qapının arxasında kimsə qışqırdı. Harri Kuper otağa girdi.

Jan Monye ayağa qalxdı.

– Dəhşətdir! – Harri Kuper dilləndi. – Bütün aksiyalar iyirmi faiz qiymətini itirib. Hələ bəzi səfehlərin dediyinə görə, guya bu böhran deyil!

– Yox, böhrandır, – deyib Jan Monye otaqdan çıxdı.

– Bu da yamanca batdı, – Harri Kuper qapıya tərəf işarə etdi.

Hertrud Ouen təsdiqlədi:

– Elədir, tamam var-yoxdan çıxıb. – Mənə Fanni dedi. O özü bu axşam Jandan ayrılacaq.

– Nə etmək olar? Əsil böhrandır, – deyib Kuper sözünü bitirdli.

Continue reading “Tanatos mehmanxanası* | Andre Morua”

Aldous Huxley – George Orwell qarşıdurması.

 

-Oruell kitabların qadağan olunacağından qorxurdu.
– Haksli heç kimin kitab oxumaq istəməyəcəyindən kitabların qadağan edilməyə ehtiyyac qalmayacağından qorxurdu.

– Oruell bizim informasiyadan məhrum qalacağımızdan qorxurdu.

2634-600x282.jpg

– Hakslinin qorxudu isə, informasiyanın çoxluğundan bizim tamamilə laqeyd və eqoist olacaq dərəcədə deqradasiyaya uğramağımız idi. Continue reading “Aldous Huxley – George Orwell qarşıdurması.”

İvanın uşaqlığı (1962).

Иваново детство (1962).

Rejissor: Андрей Тарковский.

Müsahibə:

– İlk filminiz olan “İvanın uşaqlığı” necə yarandı?

Bir az qəribə bir hekayəsi var bu filmin. Mosfilm studiyaları filmin istehsalına başqa bir qrupla başlamışdı. Filmin yarısından çoxu bu qrupla çəkildi, pulun yarısı xərclənmişdi, amma nəticə elə pis idi ki, prodüser olan firma filmin çəkilişini dayandırmaq məcburiyyətində qaldı və yeni bir rejissor axtarmağa başladı. Əvvəl tanınmış rejissorlara müraciət etdilər, sonra daha az tanınmışlara. Hamısı da bu yarımçıq qalmış filmi çəkməyi rədd etdilər. Mənə gəlincə ВГИК (Всероссийский государственный институт кинематографии) kino universitetindən yeni məzun olmuş, diplom filmim “Le Rouleau Compresseur et le Violon” u bitirməyə çalışırdım. Təklifi qəbul etməmişdən əvvəl bir sıra şərtlərim var idi: ssenarini yenidən yazmaq, bunun üçün də ssenarinin ilhamlandığı Vladimir Bogolomov-un hekayəsini yenidən oxumaq istəyirdim. Daha əvvəl çəkilən qismin heç çəkilməmiş kimi qəbul edilməsini və hər şeyə sıfırdan başlamaq üçün bütün oyunçularla, texniki qrupun dəyişdirilməsini istədim. Mənə “OK amma pulun da yarısını alacaqsınız” deyildi. Mən də “Əgər mənə ağ kart versəniz yarım büdcə ilə də işləyə bilərəm.” deyə cavab verdim və beləcə film çəkildi. Continue reading “İvanın uşaqlığı (1962).”

Nə Etməli? | Tutunamayanlar romanından hissə (Oğuz Atay)

 

Nə etməli? Bugünə qədər davam etdirdiyim kimi, ətrafımdakı insanların davranış və mövqelərini şüursuz bir vecsizliklə mənimsəyərək bu rəngsiz, qoxusuz varlıqla yetinməliyəmmi; yoxsa başqalarından fərqli olan, başqalarının istədiyindən çox fərqli, köklü bir hərəkat istəyən gerçək bir insan kimi bu miskin varlığı kökündən dəyişməliyəmmi? Ən bəsit problemlərin həllində belə çabalayan bu sözdə inqilabçı kölgəni heç düzəltmədən, biraz olsun qaydaya salmadan hədəflədiyimiz qayələri gerçəkləşdirmək üçün dərhal savaşın ortasınamı ataq? Özünü idarə etməyi bacarmayan insanları cəmiyyətləri idarə etmək, onlara yeni yollar göstərmək üçün dərhal başa keçirəkmi? Yoxsa kütləvi hərəkatlarda camaatın başına bəla olan zəif şəxsiyyətləri öncə sərt və ciddi bir imtahandanmı keçirək?

Continue reading “Nə Etməli? | Tutunamayanlar romanından hissə (Oğuz Atay)”

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: