Georq Fridrix Hendel və onun yaradıcılığı.

800px-george_frideric_handel_by_balthasar_denner

Georq Fridrix  Hendel  1685-ci il 23 fevralda  Almaniyanın Saksoniya əyalətinin Halle şəhərində anadan olmuşdur.  Atası Georq Fridrix üçün hüquq sənətini nəzərdə tutmuşdu və onun musiqiyə meylinin qəti əleyhinə idi. Atasının etirazına baxmayaraq o, 4 yaşında öz təşəbbüsü ilə klavesin çalmağı öyrənir. Bu alət evin çardağında yerləşirdi, gecə ailənin bütün üzvləri yatdıqdan sonra Qeorq Fridrix bura gəlirdi. 1692-ci ildə Qeorq Fridrix atası ilə birlikdə Veysenfelə gedir.  Burda Saksen-Veysenfel hersoqu I İohann Adolf orqanda  ifa edən 7 yaşlı  Hendelin  istedadını yüksək qiymətləndirir və atasına uşağın musiqi üzrə inkişafına mane olmamağı məsləhət görür.
Continue reading “Georq Fridrix Hendel və onun yaradıcılığı.”

Advertisements

Tadeusz Kantor

kantor-sfondoGünlərin bir günü sosialist-realizminə qarşı çıxan rejissor özünü zamanının məşhur və dahi rejissorlarından biri kimi tapır. Bu həmin teatr rejissorudur ki, 20-ci əsrin ortalarında Polşada teatr dərnəkləri qurur, sərgilər keçirir, ətrafına dövrünün ziyalılarını təkidlə yığaraq bir teatr yaratmağa çalışır. Bu yazıda gözümüzün öyrəşdiyi standart teatr adamlarından fərqli bir şəxsdən yazacağam. Continue reading “Tadeusz Kantor”

Geliy Korjev – Sərt Realizm

Sərt realizm” adı artıq uzun müddət əvvəl 20-ci əsr sənət axınlarında öz yerini tutmuşdu. Sosialist realizmin bir qolu sayılan bu cərəyan uzun illər hökmranlıq edən  totalitar “Stalin Çağı”ndan uzaqlaşmağa, daha fərqli istiqamətlərdə çalışmalar etməyə başlayan ilk cərəyan olmuşdur. Həmçinin  “Sərt realizm”in 1950-60-cı illərdə ölkənin sənət həyatında baş vermiş dəyişikliklərlə  eynilik təşkil etdiyini də deyə bilərik.[1]

1960-1970-ci illərin yeni sənəti ciddi sosial dəyişikliklərin başlanğıcında idi.Həmişə olduğu kimi, yenə də ortaya yeni, heçbir şeyə oxşamayan, köhnə adət-ənənəyə  söykənməyən bir sənət çıxdı.

Əvvələr Geliy Korjevi “Sərt realizm” axınına aid etməsələr də, sonralar buna təəccüblənən sənət tarixçiləri belə oldu. Məsələn, İ.Popov 1950-ci illərində Korjevin çəkdiyi rəsimləri “ilkin sərt realizm” olaraq gördüyünü demişdi.[2]

Əlbəttə, Korjevin rəsimlərinin idealogiyası öz dövrünə görə yeni və fərqliydi. Hətta məna və forma baxımından heçbir ortaq xüsusiyyət tapılmamasına rəğmən rəsimlərini hiperrealizmlə belə qarışdırırdılar.  Bu  təyinetmə qarışıqlığının səbəbi əsərlərin görünüş bütövlüyünü, tipologiyasını başa düşmək əvəzinə, forma və məzmununa baxmaları idi.[3]

Cərəyanın inkişafının tarixi 1950-ci illərdə həyata keçirilmiş bir çox gənc rəssamın sərgilərinə söykənir. Hətta o zamanlar belə “Sərt realizm” janrının  başlanğıcı sayıla bilərdi. Continue reading “Geliy Korjev – Sərt Realizm”

Mulholland Dr. (2001)

13620724_896380300473806_8210584450820842741_nMulholland Dr. (2001)

Rejissor: David Lynch

Filmə baxmayanlar üçün:

Filmin orjinal DVD versiyasında “Bu trilleri anlamaq üçün David Lynch-in 10 ipucu” başlıqlı kartda göstərilənlər bunlardır:

  1. Filmin əvvəlini çox diqqətli izləyin: Ən azı iki ipucu filmin əvvəlindəki yazılar bitməmişdən verilir.
  2. Qırmızı lampa işıqlarının göründüyü yerlərə və zamana diqqət edin.
  3. Adam Kesher-in oyunçu seçdiyi filmin adını eşitdin? Bəs bu addan bir daha nə vaxt bəhs edilir?
  4. Qəza qorxunc bir hadisədir, qəzanın baş verdiyi yerə diqqət edin.
  5. Kim, niyə bir açar verir?
  6. Paltara, külqabına və kofe fincanına diqqət edin.
  7. Club Silencio-da hiss edilən, fərqlənən və müşahidə edilən şey nədir?
  8. Camilla-nın ancaq qabiliyyəti bəsdir?
  9. Winkies-in arxasında olan adamın ətrafında olanlara diqqət edin.
  10. Ruth xala hardadır?

Burdan o tərəfə isə filmə baxanlar üçündür: Continue reading “Mulholland Dr. (2001)”

Federico Fellini – 8 ½

“8 ½  kainatdan daha əsrarəngizdir.” [1]  Astronot German Titov

01

 

Federiko Fellininin 8 ½ filmi formal və məzmun baxımından ənənəvi kinematoqrafiyadan özünəməxsus bir şəkildə ayrılan, müasir və sərbəst bir üslubda çəkilmiş kino tarixinin mühüm klassiklərindən biridir. Rejissorun “La dolce vita” (Şirin Həyat) adlı filmindən sonra (bu böyük büdcəli film İtaliyada və bütün dünyada səs gətirdi və rejissora dünya şöhrəti qazandırdı.) üzərində dayandığı bir layihə ilə başlayan, hekayədə bir rejissorun çəkəcəyi filmin yadından çıxması ilə davam edən macəranın filmə çevrilmiş halıdır. Film bir rejissorun “yaradıcılıq böhranı” adlandırılacaq qədər bəsit deyildir, – rejissorun özü sonrakı açıqlamalarında filmi izləyici üçün bəsitləşdirməyə çalışsa da – bir daxili dünya ensiklopediyası olan, özündə bir çox mövzu saxlayan bu film haqqında çox şey yazılmış, tənqidçilər filmin haqqını qısa zamanda təslim etmişdilər. Film tənqidçilərindən bəziləri isə filmi anlamadıqları üçün yanlış dəyərləndirmiş, məsələn, Polin Keyl filmin vizual olaraq çəkici olmasına rəğmən, quruluş baxımından bir faciə olduğu tipli bir yazı yazmışdır (Fellininin proqnozu doğru çıxmış, filmdəki tənqidçi Domyenin “bir sıra mənasız epizodlardan yaranan film” şəklində Quidoya yönəltdiyi tənqid eynilə həyata keçmişdi). Fellini isə filmin anlaşılması üçün çox da çaba sərf etməmiş, filmi anlamağa çalışmaq yerinə, hiss etməyə çalışmağın daha doğru olacaqını bildirmişdir. [2] Rejissor özünü cahil adlandıraraq (“mən cahil adamam” – Fellini – The Last Sequence, Criterion Collection, 8 ½, 12 Jan 2010) [3], filmin bütün istinadlarını rədd etmişdir. Film dünyaca uğur qazandıqdan sonra filmin istinadları haqqında rejissora bir çox sual verilmirdir. Coysdan, Prustdan təsirləndimi, “Keçən İl Marienbadda” (Last Year at Marienbad) filmini izlədimi kimi suallar qarşısında Fellini heç Coys oxumadığını, filmi də izləmədiyini demiş və filminin əsaslanmalarla anılmasını istəməmişdir. [4] Continue reading “Federico Fellini – 8 ½”

Two and two (qısa film)

MV5BZjlmNmM5ZjMtOGRiMi00MDI2LWJmNzYtNGQ0NjhjMDRhYmM0XkEyXkFqcGdeQXVyNDUzNTI3NQ@@._V1__SX1217_SY847_

İranlı rejissor Babek Anvari tərəfindən ssenariləşdirilmiş və çəkilmişdir. 2011-ci ildə BAFTA ən yaxşı qısa film nominasiyası üzrə mükafata layiq görülür.

Film boz rəngli divarlarla çevrilmiş otaqda cərəyan edir. Müəllim sinifə daxil olur və şagirdlərə “dərs” verməyə başlayır. Hər şey də elə bundan sonra başlanır.

Sizə azərbaycan dilində altyazılı təqdim edirik. Aşağıdakı linkdən izləyə bilərsiniz.

Create a free website or blog at WordPress.com.

Up ↑

%d bloggers like this: