Search

Taedium Vitae

Category

Musiqi

Lüdviq van Bethoven və onun yaradıcılığı.

“Azadlıq və inkişaf… budur incəsənətin məqsədi”

Lüdviq van Bethoven

BeethovenAdı bütün XIX yüzilliyə hakim olmuş Lüdviq Van Bethoven iki dövr arasında körpü, özündən sonra gələnlər üçün bir örnək olmuşdur. Onun haqqındakı araşdırmalar psixoloji ziddiyyətlər üzərində dayanır: şəfqətli və kobud, həssas və əsəbi, idealist və materialist, insan qardaşlığına inanan, lakin davakar bir azadlıq aşiqidir. Bəstəkarın əsərləri romantizm ab-havası ilə dolu klassik ənənəni ifadə edir.

Bethoven hər zaman tədqiqatçılar üçün diqqət çəkən mövzu olmuşdur. Bunun bir səbəbi də bəstəkar haqqında məlumatın həddən artıq çox olmasıdır. Bethovenin 1819-cu ildən başlayan və Berlin muzeyində saxlanan on min səhifədən artıq gündəlik dəftərləri onun həyatı haqqında kifayət qədər məlumat verir. Buna baxmayaraq bəstəkar və onun böyük hadisələr baş vermiş bir dövrün ifadəçisi olan əsərlərinin kifayət qədər tədqiq olunub- olunmamağı mübahisəlidir. Continue reading “Lüdviq van Bethoven və onun yaradıcılığı.”

Volfqanq Amadey Motsart və onun yaradıcılığı

“Başqalarının nəfəs almaq üçün havaya ehtiyacı olduğu kimi onun da musiqiyə ehtiyacı var…”

Leopold Motsart

Croce-Mozart-DetailVolfqanq Amadey Motsart dahi Avstriya bəstəkarı, dirijoru, Vyana klassik məktəbinin yaradıcısıdır. Bəstəkar uşaqlıqdan başlayan dahiliyi ilə, uşaq səmimiliyi parlaqlığı ilə seçilən əsərləri ilə musiqi tarixinin ən dahi bəstəkarı hesab olunur. Motsart sadə harmoniyalarla möhtəşəm əsərlər yaratdı. Onun əsərləri elə dəqiqləliklə işlənmişdi sanki hörgü kimi toxunmuşdu. Bəstəkarın sonataları və konsertlərinin insanda əqli fəaliyyəti inkişaf etdirdiyi, insanı məntiqli düşünməyinə kömək etdiyi elm tərəfindən təsdiq olunmuşdur.

Motsart xoşbəxt uşaqlıq dövrü yaşamışdı. Onun demək olar ki, bəxti gətirmişdi. O, 1756-cı ildə musiqiçi ailəsində doğulmuşdu atası Leopold Motsart Zalsburqun keçmiş saray musiqiçi arxiyepiskopu idi və istedadlı oğluna mükəmməl musiqi təhsil vermiş, ona klavesin, orqan və skripkada ifa etməyi öyrətmişdi. Motsartı tanıyan hər kəs, hətta erkən uşaqlıq yaşlarından bu balaca oğlana möcüzə kimi baxır, onu sehrbaz adlandırırdılar. Onun cəmi 3 yaşı vardı, hələ klavesin arxasındakı stula güclə çıxmasına baxmayaraq, atasının ifa etdiyi pyesləri dərhal sonra özü təkrarlayırdı. Dörd yaşında artıq öz əsərlərini bəstələməyə başlayır, lakin hələ not yazmağı bacarmadığına görə klavesində ifa edir, atası isə nota köçürürdü.
Üç yaşına qədər Volfqanq adi uşaqdan heç nə ilə fərqlənmirdi. O, fövqəladə incə, nəcib ürəyə malik, şən və qıvraq uşaq idi: tez-tez onu sevib-sevmədiklərini soruşurdu, hətta zarafatla sevilmədiyi cavabı aldıqda ağlamağa başlayırdı. Bütün oyunlarını musiqinin müşaiyəti ilə oynayırdı. Continue reading “Volfqanq Amadey Motsart və onun yaradıcılığı”

Georq Fridrix Hendel və onun yaradıcılığı.

800px-george_frideric_handel_by_balthasar_denner

Georq Fridrix  Hendel  1685-ci il 23 fevralda  Almaniyanın Saksoniya əyalətinin Halle şəhərində anadan olmuşdur.  Atası Georq Fridrix üçün hüquq sənətini nəzərdə tutmuşdu və onun musiqiyə meylinin qəti əleyhinə idi. Atasının etirazına baxmayaraq o, 4 yaşında öz təşəbbüsü ilə klavesin çalmağı öyrənir. Bu alət evin çardağında yerləşirdi, gecə ailənin bütün üzvləri yatdıqdan sonra Qeorq Fridrix bura gəlirdi. 1692-ci ildə Qeorq Fridrix atası ilə birlikdə Veysenfelə gedir.  Burda Saksen-Veysenfel hersoqu I İohann Adolf orqanda  ifa edən 7 yaşlı  Hendelin  istedadını yüksək qiymətləndirir və atasına uşağın musiqi üzrə inkişafına mane olmamağı məsləhət görür.
Continue reading “Georq Fridrix Hendel və onun yaradıcılığı.”

İohan Sebastyan Bax və onun yaradıcılığı.

1000509261001_1707045537001_bio-biography-17-composers-johann-sebastian-bach-sfAlmaniyanın  Eyzenax şəhərinin müsiqi direkoru Johann Ambkrosius’un yeddinci oğlu olan  İohan  Sebastian Bax 21 Mart 1685-ci ildə  dünyaya gelir. Üç  nəsil musiqi ilə  məşğul olan  ailədə  doğulan  İohann Sebastianın ilk  müəllimi  atası olmuşdur.

Yeddi  yaşında təhsil almağa başlayan Bax oxumağı, yazmağı, latin dilini  öyrənir. 10 yaşı olarkən  valideynlərini itirir və qardaşının himayəsi altına alınır. Özündən  on dört yaş böyük olan və bir kilsədə orqan çalan  İohann Kristof onu himayəsi altına alır ve orqan çalmağı öyrədir. Gözəl soprano səsə və duyma istedadına  malik  olan  Sebastian on beş yaşında Lüneberg musiqi  məktəbinə qəbul edilir. Üç 3 illik təhsildən sonra da Veymarda  bir orkestrda skripka və orqan çalmağa başlayır. Continue reading “İohan Sebastyan Bax və onun yaradıcılığı.”

Kristof Villibald Qlük və Antonio Lucio Vivaldi.

willibald-opera_2780680b

Kristof Villibald Qlük.
Kristof Villibald Qlük görkəmli alman bəstəkarı, opera reformatorudur. O 1714-cü ildə Erasbaxda (Bavariya) anadan olmuşdur. İlk musiqi təhsilini Kamatauda yezuit gimnaziyasında almışdır. Atası oğlunun musiqiçi olmağının əleyhinə idi. Buna görə də gənc Qlük 1731-ci ildə evi tərk edir və Praqaya gedərək Praqa universitetinin fəlsəfə fakültəsinə daxil olur. Burada eyni zamanda məşhur çex bəstəkarı Boquslav Çernoqorskidən musiqi dərsləri alır, Müqəddəs Yakov kilsəsinin xorunda oxuyur. Continue reading “Kristof Villibald Qlük və Antonio Lucio Vivaldi.”

Musiqi tarixinə səyahət

Music-notes2Musiqi ən qədim zamanlardan həyatımızın bir hissəsi olmuşdur. Bu bağlılıq beşikdən ana laylası ilə başlayaraq həyatımızın sevinci, kədərli günləridə bizi müşayiət etmişdir. Dünyada elə bir xalq yoxdur ki onun özünəməxsus musiqisi olmasın. Maraqlısı da odur ki, biz müəyyən bir xalqın dilini bilmədiyimiz halda onun yaratdığı musiqi nümunələrində təcəssüm olunan fikir və hisləri asanlıqla dərk edirik. İbtidai dövrlərdən insanlar suların şırıltısından, quşların, yağışın, küləyin səsindən təsirlənərək qamış, heyvan dərisi, daş, odun və s. vasitələrdən istifadə edərək təbiətdəki səsləri təqlid etməyə başladılar. Dini ayinlərdə, totemlərdə istifadə edərək təbiət qüvvələrinə qalib gəlmək istəmişlər. Əvvəllər işarə məqsədi ilə istifadə etdikləri bu səsləri sonralar daha ahəngdar formaya salaraq ilk musiqi nümunələrini yaratdılar. Dövrümüzə çatan ən qədim yazılı musiqi nümunələri Hindistanda dini “Veda” mətnləridir. Continue reading “Musiqi tarixinə səyahət”

Create a free website or blog at WordPress.com.

Up ↑

%d bloggers like this: