Search

Taedium Vitae

Category

Uncategorized

İvanın uşaqlığı (1962).

kinopoisk.ruИваново детство (1962).

Rejissor: Андрей Тарковский.

Müsahibə:

– İlk filminiz olan “İvanın uşaqlığı” necə yarandı?

Bir az qəribə bir hekayəsi var bu filmin. Mosfilm studiyaları filmin istehsalına başqa bir qrupla başlamışdı. Filmin yarısından çoxu bu qrupla çəkildi, pulun yarısı xərclənmişdi, amma nəticə elə pis idi ki, prodüser olan firma filmin çəkilişini dayandırmaq məcburiyyətində qaldı və yeni bir rejissor axtarmağa başladı. Əvvəl tanınmış rejissorlara müraciət etdilər, sonra daha az tanınmışlara. Hamısı da bu yarımçıq qalmış filmi çəkməyi rədd etdilər. Mənə gəlincə ВГИК (Всероссийский государственный институт кинематографии) kino universitetindən yeni məzun olmuş, diplom filmim “Le Rouleau Compresseur et le Violon” u bitirməyə çalışırdım. Təklifi qəbul etməmişdən əvvəl bir sıra şərtlərim var idi: ssenarini yenidən yazmaq, bunun üçün də ssenarinin ilhamlandığı Vladimir Bogolomov-un hekayəsini yenidən oxumaq istəyirdim. Daha əvvəl çəkilən qismin heç çəkilməmiş kimi qəbul edilməsini və hər şeyə sıfırdan başlamaq üçün bütün oyunçularla, texniki qrupun dəyişdirilməsini istədim. Mənə “OK amma pulun da yarısını alacaqsınız” deyildi. Mən də “Əgər mənə ağ kart versəniz yarım büdcə ilə də işləyə bilərəm.” deyə cavab verdim və beləcə film çəkildi. Continue reading “İvanın uşaqlığı (1962).”

Advertisements

Nə Etməli? | Tutunamayanlar romanından hissə (Oğuz Atay)

DQmTTnEvgDaDawWtg2cgb28PT5zdTovXJfQ9bxjTGi4risE

Nə etməli? Bugünə qədər davam etdirdiyim kimi, ətrafımdakı insanların davranış və mövqelərini şüursuz bir vecsizliklə mənimsəyərək bu rəngsiz, qoxusuz varlıqla yetinməliyəmmi; yoxsa başqalarından fərqli olan, başqalarının istədiyindən çox fərqli, köklü bir hərəkat istəyən gerçək bir insan kimi bu miskin varlığı kökündən dəyişməliyəmmi? Ən bəsit problemlərin həllində belə çabalayan bu sözdə inqilabçı kölgəni heç düzəltmədən, biraz olsun qaydaya salmadan hədəflədiyimiz qayələri gerçəkləşdirmək üçün dərhal savaşın ortasınamı ataq? Özünü idarə etməyi bacarmayan insanları cəmiyyətləri idarə etmək, onlara yeni yollar göstərmək üçün dərhal başa keçirəkmi? Yoxsa kütləvi hərəkatlarda camaatın başına bəla olan zəif şəxsiyyətləri öncə sərt və ciddi bir imtahandanmı keçirək?

Mən özümü yetərli görmürəm. Nə üçün yetərli? Hər şey üçün. Cəmiyyətin hərəkatına əngəl ola biləcək problemlərimi həll etmədən, onu təqib edə biləcək problemlərimi həll etmədən, onu idarə edə biləcək gücdə olmadığımı sezirəm. Başqalarına deyə biləcək bir sözümün ola bilməsi üçün öncə özümə söz keçirməm gərəkdiyinə inanıram. Bugün məndən nə etməli? deyə soruşacaq olsalar, sadəcə, öncə özünü düzəltməlisən, deyə bilərəm. Bir təməl prinsipdən yola çıxmaq lazım gəlsə, bu təməl prinsip ancaq bu ola bilər: özünü anlamayan insan özü xaricindəki heç bir problemi həll edə bilməz.

Continue reading “Nə Etməli? | Tutunamayanlar romanından hissə (Oğuz Atay)”

“Noviembre” filmindəki tamaşa siyasəti – “Sənət içində gələcəyi barındıran silahdır”

 

“Bizlər sənətin qəlbləri dəyişə biləcəyinə və onlara güç verə biləcəyinə inanırıq. Sənət insanlara yaşadıqlarını hiss etdirə bilər. Sənət qadının və kişinin ruhuna çata bilər. Sənət cəmiyyətə şüur gətirər. Bizləri daha yaxşı fərdlər halına salar. Sənət dünyəvi ola bilər. Sərhədsiz, hər cür dindən və irqdən azad. Sənət bir silah ola bilər. Lakin bir dekorasiya qətiyyən! Gerçək bir silah! Hədəf vurulmalıdır.”

– Alfredo

Capture

Bağırtılar və nəfəs kəsilməsini müşayiət edən qaranlıq, ağ-qara bir silah görüntüsü. Bir əl atəş, öldürücü bir silah yox, bədii bir tamaşanı sərgiləyən tapança lüləsindən bir kağız partlaması. Bu, Achero Manas’ın rejissoru olduğu, nisbətən az bilinən və İspaniya kinematoqrafiyasının bir örnəyi kimi tədqiq edilmiş Noviembre (2003) filminin açılış səhnəsidir. Olduqca qısa olmasına rəğmən bu giriş səhnəsi mikrokosmik olaraq tamaşanın və gündəlik həyatın qarışımı və təmsillə gerçəklik arasındakı əlaqəni ehtiva edən bir bütün olaraq filmin açar mövzuları və ideyalarını formalaşdırır. Noviembre dessertasiya fəsillərimdən birinə əsasən hazırda üzərində işlədiyim filmlərdən biridir və bu yazı mənim üçün film haqqında daha ətraflı düşünə bilməyim üçün bir başlanğıc nöqtəsidir. Aşağıda, Noviembre’nin nəzərdə tutduğu tamaşa mirası ilə bərabər, filmin tamaşaçılıq siyasəti üzərinə yansımasını dəyərləndirəcəm. Bu yazının ardında, filmdə tamaşaçılıq etikasını və sağaldıcı potensialını daha da açmağa və bu baxımdan ölümü əhatə edən anları analiz etməyə can atıram. Noviembre bir filmdən daha çox, sənətin radikal potensialı haqqında, sadəcə XXI əsrin İspaniyasının deyil, eyni zamanda daha geniş mənada qloballaşan dünya haqqında da güclü siyasi bəyanat yaradan bədii manifestdir.

Continue reading ““Noviembre” filmindəki tamaşa siyasəti – “Sənət içində gələcəyi barındıran silahdır””

Köhnə yazı / Frans Kafka

franz-kafka-portrait-czec-012Deyəsən biz vətən barəsində çox şeyi əldən vermişik.  Bu günlərə kimi bu barədə düşünmürdük. Hər kəs öz işi ilə məşğul idi. Amma son günlər baş verən hadisələr kürkümüzə birə salıb. Mən sarayın qarşısındakı meydançada çəkmə emalatxanasının sahibiyəm.  Sübh tezdən dükanı açanda görürəm ki, bütün yanaşı küçələrin girişləri silahlı hərbçilərlə tutulub.   Onlar hansısa yollarla mərkəzə kimi gəlib çıxıblar, baxmayaraq ki, paytaxt sərhəddən uzaqda yerləşir.  Axır ki, onlar burdadırlar və mənə elə gəlir ki, sayları gün-gündən artır. Öz ənənələrinə sadiq qalaraq onlar evləri xoşlamırlar və açıq səma altında yaşayırlar. Yeganə məşğuliyyətləri qılınclarını və oxlarını itiləmək, atlarına təlim verməkdir. Continue reading “Köhnə yazı / Frans Kafka”

Two and two (qısa film)

MV5BZjlmNmM5ZjMtOGRiMi00MDI2LWJmNzYtNGQ0NjhjMDRhYmM0XkEyXkFqcGdeQXVyNDUzNTI3NQ@@._V1__SX1217_SY847_

İranlı rejissor Babek Anvari tərəfindən ssenariləşdirilmiş və çəkilmişdir. 2011-ci ildə BAFTA ən yaxşı qısa film nominasiyası üzrə mükafata layiq görülür.

Film boz rəngli divarlarla çevrilmiş otaqda cərəyan edir. Müəllim sinifə daxil olur və şagirdlərə “dərs” verməyə başlayır. Hər şey də elə bundan sonra başlanır.

Sizə azərbaycan dilində altyazılı təqdim edirik. Aşağıdakı linkdən izləyə bilərsiniz.

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: